Month: March 2021

  • İspaniyada peyvənd pasportları tətbiq ediləcək

    İspaniya səlahiyyətliləri 19 may tarixinə qədər elektron peyvənd pasportlarını tətbiq etməyə çalışacaqlar.

    “RİA Novosti” bu barədə ölkənin Sənaye, Ticarət və Turizm naziri Mariya Reyes Marotonun açıqlamasına istinadən məlumat yayır.

    O qeyd edib ki, səlahiyyətlilər koronavirusa qarşı peyvənd olunanların daha sərbəst hərəkət etməsinə imkan verəcək pasportu ən qısa müddətdə yaratmağa çalışırlar.

  • Cəlilabadda eyni mağazadan növbəti oğurluq olub

    Cəlilabad rayonunda mağazadan oğurluq olub.

    “Report” xəbər verir ki, hadisə Uzuntəpə kəndində, Ruslan İsayevə məxsus ərzaq mağazasında qeydə alınıb.

    Belə ki, bir və ya bir neçə naməlum şəxs gecə saatlarında mağazaya daxil olub. Mağazadan ümumilikdə 100 manata yaxın nağd pul və 150 manat məbləğində müxtəlif əşyalar oğurlanıb.

    Zərərçəkənin sözlərinə görə o, oğurluq hadisəsindən ertəsi gün işə gələrkən xəbər tutub.

    R.İsayev bildirib ki, mağazadan əvvəllər də müxtəlif vaxtlarda oğurluq hadisələri baş verib.

    Faktla bağlı araşdırma aparılır.

  • Rusiyada yeddi polis maşını bir sürücünü təqib etdi – VİDEO

    Rusiyanın Yekaterinburq şəhərində Hollivud filmlərindəki səhnələri xatırladan bir hadisə baş verib.

    Sosial şəbəkələrdə axşam saatlarında qeydə alınmış polis təqibinin videogörüntüləri yayılıb. Kadrlarda yeddi polis maşınının “Lada” minik avtomobilini saxlamağa çalışması əks olunub.

    Polisin qayda pozucusunun avtomobilinin təkərlərinə atəş açdığı bildirilib. Lakin təqibin nə ilə nəticələndiyi barədə məlumat verilməyib.

  • Qazaxıstanın koronavirusa qarşı vaksini sınaqlarda yüksək nəticələr göstərir

    Qazaxıstanın istehsalı olan “QazCOVID” koronavirus vaksini klinik sınaqların üçüncü mərhələsini keçir.

    TASS xəbər verir ki, apreldə onun kütləvi istehsalı baş tutacaq.

    Klinik sınaqlarda vaksin yüksək təhlükəsizlik və immunogenlik yaradıb.

    Onun düzgün istifadə edildiyi zaman bütün istifadəçilərdə immunitet yaratdığı bildirilir.

    Qeyd edilir ki, üç min könüllü sınaq mərhələsində iştirak edib və onların heç birində hansısa əks-təsir müşahidə edilməyib.

  • Участник 44-дневной Отечественной войны попал в аварию

    На участке автомагистрали Билясувар-Бахрамтепе, на территории села Самедабад, произошло дорожно-транспортное происшествие.

    Как сообщает Qafqazinfo, автомобиль марки Mercedes врезался в магазин, стоящий у дороги.

    По предварительным данным, причиной аварии стал внезапный выезд грузовика на полосу, по которой ехала легковушка.

    В результате аварии серьезные травмы получили водитель Mercedes Вюсал Ибаев (1989 г.р.) и пассажир Вюгар Ибаев. Оба потерпевших были доставлены в Билясуварскую центральную районную больницу.

    Следует отметить, что Вюсал Ибаев является участником 44-дневной Отечественной войны, был ранен в боях.

  • Vətən müharibəsi qazisi qəzaya düşdü

    Biləsuvar-Bəhramtəpə avtomagistralının Səmədabad kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

    “Qafqazinfo” xəbər verir ki, hərəkətdə olan minik maşını idarəetməni itirərək, yol kənarındakı mağazaya çırpılıb.

    İlkin məlumata görə, qəzaya yük maşınının qəflətən minik avtomilinin hərəkət zolağına çıxması səbəb olub.

    Qəzada ciddi bədən xəsarətləri alan “Mercedes” markalı minik avtomobilinin sürücüsü, İsmətli kənd sakini, 1989-cu il təvəllüdlü İbayev Vüsal Mirzəxan oğlu və sərnişinlərindən İsmətli kənd sakini İbayev Vüqar Əliheydər oğlu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, həkim nəzarətindədirlər.

    Qeyd edək ki, Vüsal İbayev Vətən müharibəsi qazisidir.

  • Rektor YAP-dakı vəzifəsini itirdi

    Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası ləğv edilib.

    Bu barədə Oxu.Az YAP-dan məlumat əldə edib. YAP-ın yeni Nizamnaməsinə əsasən, artıq partiyada Qadınlar Şurası olmayacaq.

    Partiyadan bildirilib ki, qurumda struktur dəyişiklikləri gedir, qadınlarla bağlı, gender siyasəti ilə əlaqədar yeni şöbənin yaradılması nəzərdə tutulur.

    “Amma bu, müzakirə səviyyəsindədir”, – deyə partiyadan bildirilib.

    Xatırladaq ki, YAP Qadınlar Şurasının sədri Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva idi.

    Qeyd edək ki, martın 5-də YAP-ın VII qurultayı keçirilib. Qurultayda YAP İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi formalaşıb. Siyasi Şura ləğv edilib və onun əvəzinə Veteranlar Şurası yaradılıb.

    Eyni zamanda YAP-ın yeni Nizamnaməsi qəbul edilib.

  • Bakıda avtomobil 63 yaşlı piyadanı vurdu

    Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

    Belə ki, 63 yaşlı Həsənov Həsən Balaəşrəf oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.

  • Azərbaycanda əmioğlanları arasında dava düşdü – Ölən və yaralanan var

    Astara rayonunda əmioğluları arasında dava olub.

    Hadisə rayonun Şəmətük kəndində baş verib.

    Belə ki, 1991-ci il təvəllüdlü Musa Arzuman oğlu Ağayevlə əmisi oğlu, 1994-cü il təvəllüdlü Amil Qəyyum oğlu Ağayev arasında şəxsi münasibətlər zəminində münaqişə əlbəyaxa davaya çevrilib.

    İlkin məlumata görə hər iki şəxs bir-birinə bıçaqla xəsarət yetiriblər. Amil Ağayevin vurduğu bıçaq zərbəsi Musa Ağayevin ürək nahiyəsinə dəyib. O, hadisə yerində keçinib.

    A.Ağayev isə ayaq nahiyəsindən bıçaq yarası alıb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır. (ölkə.az)

  • Daxili İşlər Nazirliyində yeni təyinat

    Daxili İşlər Nazirliyində yeni təyinat olub.

    Təyinata əsasən, Qasım Bağırov Nəqliyyatda Baş Polis İdarəsi Dəmir yolu Nəqliyyatında Polis İdarəsinin Suraxanı stansiyasında xətt polis bölməsinə rəis təyin edilib.

    Qeyd edək ki, Q.Bağırov bu təyinata qədər Dəmir yolu Nəqliyyatında Polis İdarəsində müxtəlif məsul vəzifələrdə çalışıb.