Çərşənbə axşamı, May 12, 2026
Google search engine
HomeCəmiyyətAzərbaycanda əmioğlanları arasında dava düşdü - Ölən və yaralanan var

Azərbaycanda əmioğlanları arasında dava düşdü – Ölən və yaralanan var

Astara rayonunda əmioğluları arasında dava olub.

Hadisə rayonun Şəmətük kəndində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Musa Arzuman oğlu Ağayevlə əmisi oğlu, 1994-cü il təvəllüdlü Amil Qəyyum oğlu Ağayev arasında şəxsi münasibətlər zəminində münaqişə əlbəyaxa davaya çevrilib.

İlkin məlumata görə hər iki şəxs bir-birinə bıçaqla xəsarət yetiriblər. Amil Ağayevin vurduğu bıçaq zərbəsi Musa Ağayevin ürək nahiyəsinə dəyib. O, hadisə yerində keçinib.

A.Ağayev isə ayaq nahiyəsindən bıçaq yarası alıb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (ölkə.az)

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments