Month: March 2021

  • Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı məlum oldu – FOTO

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 195 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib.

  • Gəncədə 28 yaşlı qadın dəm qazından zəhərlənib

    Kəlbəcər rayonunda məcburi köçkün olan şəxs dəm qazından zəhərlənib.

    Hadisə şəhərin Gülüstan qəsəbəsi AKTA 6 deyilən yaşayış massivində baş verib.

    1998 ci il təvəllüdlü Kazımova Fərqanə Sərdar qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

    28 yaşlı qadına ilkin tibbi yardım göstərilib və hazırda vəziyyəti orta ağırdır.

  • “Caliber”: “Paşinyan fəal müdafiəyə keçir” – VİDEO

    Etirazlar, xəyanət ittihamları, real cinayətlər və çarəsizlik. Ermənistan Respublikasının Silahlı Qüvvələrinin qara kürü ilə bir parça çörəksiz qalan komandanlığı, fobiya ilə yaşayan erməni cəmiyyəti və Nikolun sonsuz “Marmot günü” davam edir …

    “Caliber” hərbi-analitik layihəsinin növbəti – “Paşinyan fəal müdafiəyə keçir” adlı 21-ci buraxılışı Ermənistandakı mürəkkəb daxili-siyasi vəziyyətə, Azərbaycanla sərhədlərinin demarkasiyasına və Ukrayna nümunəsində “Civil-military cooperation” adlı xüsusi inteqrasiya proqramına həsr edilib. Bununla bağlı “New Geopolitics Research Network”un direktoru Mixaylo Samus öz xüsusi rəyini bildirib.

  • Suriya prezidenti və həyat yoldaşı koronavirusa yoluxdu

    Suriya Prezidenti Bəşər Əsəd və həyat yoldaşı Əsma Əsəd koronavirusa yoluxub.

    Bu barədə Suriya liderinin ofisindən məlumat verilib.

    Bəşər Əsəd və həyat yoldaşı yüngül simptomlar hiss etdikdən sonra onlardan test üçün nümunələr götürülüb. Testin nəticəsi müsbət olub. Dövlət başçısı və həyat yoldaşının vəziyyətinin stabil olduğu, özlərini yaxşı hiss etdikləri, məsafədən fəaliyyətlərinə davam etdikləri bildirilib.

  • Bakıda bir qrup fəal aksiya keçirməyə cəhd göstərib

    Bakıda bir qrup fəal aksiya keçirməyə cəhd göstərib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qabaqcadan edilmiş xəbərdarlığa məhəl qoymayaraq, qanunsuz aksiyaya cəhd edən şəxslər ərazidən uzaqlaşdırılıb.

    Əlavə edilib ki, aksiyaya cəhd zamanı saxlanılan olmayıb.

  • Avstriyada “AstraZeneca” peyvəndi ilə vaksinasiya dayandırılıb

    Avstriya hökuməti “AstraZeneca” peyvəndi ilə vaksinasiyanı dayandırıb.

    Qərar peyvənd vurulandan sonra bir qadının ölümü və digərinin xəstələnməsinin ardından qəbul edilib. Bu barədə Avstriyanın Səhiyyədə Təhlükəsizlik Federal İdarəsinin (BASG) bəyanatında bildirilib.

    Sənədə əsasən, 49 yaşlı qadın peyvənd olunduqdan sonra vəfat edib. Onun ölümünə səbəb qan laxtalanması olub. Digər 35 yaşlı qadında isə vaksinasiya nəticəsində ağciyər damarlarında tromblar əmələ gəlib. Hazırda o, xəstəxanada müalicə alır.

    Qeyd edək ki, iki gün öncə Macarıstanda da “AstraZeneca” peyvəndi ilə vaksinasiya dayandırılıb.

  • İstanbulda qadağa götürüldü, böyük tıxaclar yarandı

    İstanbulda həftəsonu günlərində küçəyə çıxma qadağasından sonrakı ilk iş günündə yollarda böyük tıxaclar müşahidə olunur.

    Median.Az Trend-ə istinadən bildirir ki, şəhərin bəzi yollarında nəqiyyat sıxlığı 71 faiz həddinə çatıb.

    Qeyd edək ki, İstanbula koronavius pandemiyası ilə əlaqədar martın 6-sı saat 21:00-dan, martın 8-i saat 05:00-dək evdən çıxmaq qadağan edilmişdi.

  • Yol polisi qadın sürücüləri belə təbrik etdi

    Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ölkə ərazisində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilir.

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, bu məqsədlə sürücülərlə maarifləndirici söhbətlər aparılır və əməkdaşlar tərəfindən xanım sürücülərə hədiyyələr təqdim olunur. Xanımlar onlara göstərilən diqqətə görə yol polislərinə təşəkkürlərini bildiriblər.

    Qurum rəsmisi qeyd edib ki, Beynəlxalq Qadınlar Günü münasibəti ilə təşkil olunan tədbirlər gün ərzində davam etdiriləcək.

  • Tanınmış amerikalı reper qətlə yetirildi

    ABŞ-da tanınmış reper Kori Detic (“Chucky Trill”) şəxsi avtomobilində odlu silahdan açılan atəşlə qətlə yetirilib.

    Bu barədə “Mirror” agentliyi məlumat yayıb.

    Mənbə yazır ki, qatil cinayəti törətdikdən dərhal sonra hadisə yerində qaçıb.

    İnsidentin motivləri hələlik məlum deyil.

  • “Şuşa Azərbaycanındır” deyən erməni qadın hədəfə çevrildi

    Ermənistanda baş tutan mitinqdə kanallara açıqlama verən və Şuşanın, eyni zamanda Qarabağın (Ermənistan mediası bunu “artsax”ın deyə qeyd edib – red.) Azərbaycana aid olduğunu bildirən qadın hədəfə çevrilib.

    Median.Az axar.az xəbər verir ki, erməni mediası sözügedən qadının Xaçatur Sukiasyanın evində işlədiyini xüsusi olaraq vurğulayıb.

    “Nikol Paşinyanın 1 mart mitinqində “Şuşa, əlbəttə ki, azərbaycanlılarındır, “artsax” da Azərbaycana məxsusdur” deyən qadın Nikol Paşinyanın şəriki olan oliqarx Xaçatur Sukiasyanın evində xadimə işləyir. Onu adi vətəndaş kimi mitinqə gətiriblər və Paşinyanın müdafiəsi üçün çıxış etməsini istəyiblər. Ancaq o, qalmaqallı açıqlaması ilə tənqid hədəfinə çevrilib”, – erməni mediası yazıb.