Month: March 2021

  • ÜST pandemiyanın bitəcəyi tarixi elan etdi

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Hans Klüqe COVID-19 pandemiyasının təxminən 10 ay sonra bitəcəyini, ancaq bunun virusun yox olacağı mənasını vermədiyini bildirib.

    Bu barədə H.Klüqe Almaniyanın “Die Welt” qəzetinə müsahibə verib.

    O deyib ki, 2021-ci ilin də “COVID-19 ili” olacağını təxmin edir:

    “İndi vaxtında diaqnoz və peyvənd var, bununla belə pandemiyanın 2022-ci ilin əvvələrində bitəcəyini düşünürəm. Amma epidemiyanın ortadan qalxması virusun tam yox olması mənasını vermir. Sadəcə sərt məhdudlaşdırmalara gərək qalmayacağına ümid edirəm”.

    ÜST rəsmisi qeyd edib ki, epidemiya ilə mübarizədə bu il 3 nüansa diqqət yetirilməlidir:

    • peyvəndetmə proqramını sürətləndirilməli,

    • yeni mutasiyalara qarşı peyvəndlərin adaptasiya edilməli,

    • ictimai məsafə və digər sağlıq tədbirlərinin davam etməlidir.

    “Epidemiya tədbirlərindən insanlar yorulub, amma səbirli olmamız lazımdır”, – H.Klüqe əlavə edib.

    ///Publika.az

  • DİN-dən feministlərin aksiyası ilə bağlı daha bir açıqlama – YENİLƏNİB

    DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov qafqazinfo-nun sorğusuna cavab olaraq bildirib ki, əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq bu gün bir qrup qadın icra hakimiyyəti ilə razılaşdırılmamış qanunsuz aksiya keçirməyə cəhd ediblər:

    “Dərhal polis əməkdaşları tərəfindən aksiyanın qarşısı alınıb. Təxminən 15 nəfərə yaxın iştirakçı saxlanılıb, onlara xəbərdarlıq edilərək ərazidən uzaqlaşdırılıblar”.

    Daxili İşlər Nazirliyi Bakıda bir qrup feministin aksiya keçirməyə cəhd etməsi ilə bağlı açıqlama yayıb.

    DİN-in Mətbuat xidmətindən bildirilib ki, aksiya zamanı saxlanılan olmayıb:

    “Qabaqcadan edilmiş xəbərdarlığa baxmayaraq, aksiya keçirməyə cəhd edən şəxslərin ərazidən uzaqlaşdırılması təmin edilib”.

  • İranın Azərbaycandakı səfirliyi ölkəmizin xanımlarını təbrik edib

    İran İslam Respublikasının Azərbaycandakı səfirliyi ölkəmizin xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

    Səfirlik bu barədə rəsmi twitter səhifəsində paylaşım edib:

    “Azərbaycanın bütün xanımlarını, analarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya xüsusi təbriklərimizi və Qarabağ müharibəsinin məğrur şəhidlərinin analarına, həyat yoldaşlarına, bacılarına və qızlarına ən səmimi təbriklərimizi çatdırırıq”.

  • Ərdoğanla Conson arasında telefon danışığı olub

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.

    “Haber Global”ın verdiyi məlumata görə, danışıq zamanı ticarət, turizm, müdafiə, xidmət, investisiya və koronavirusla mübarizə kimi bir çox sahələrdə Türkiyə və Birləşmiş Krallıq arasındakı əlaqələr müzakirə olunub.

    Dövlət və hökumət başçısı həmçinin regional məsələləri də müzakirə ediblər.

  • Axtarışda olan 11 nəfər saxlanıldı

    Martın 7-də daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 26 cinayətin üstü “isti izlər”lə açılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

    Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

    Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan bir nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Respublikanın avtomobil yollarında iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə iki nəfər ölüb.

    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

  • Göygöldə qar səbəbindən nəqliyyatın işi çətinləşib

    Göygöldə yağan qar nəqliyyatın hərəkətini çətinləşdirib.

    DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hava şəraitinin dəyişməsi ilə əlaqədar Göygöl RPŞ-nin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib.

    Bununla əlaqədar RPŞ-nin Dövlət Yol Polis Bölməsinin əməkdaşları rayon ərazisində mütəmadi xidmət apararaq, sürücü və piyadaların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər görür. Göygöl rayon sakinlərindən, xüsusi ilə dağ kəndlərində yaşayanlardan xahiş olunur ki, mümkün qədər yaşayış yerlərini tərk etməsinlər, nəqliyyat vasitəsi idarə edənlər isə ara məsafə, minimal sürət və digər zəruri tədbirlərə riayət etsinlər.

  • Qubada avtomobildə daşınan almalar yola dağıldı

    Quba-Xaçmaz yolunda hərəkətdə olan yük avtomobilində daşınan almalar yola dağılıb.

    “Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisində qeydə alınıb.

    Hadisə nəticəsində plastik yeşiklərə yığılmış almalar yola dağılıb.

    Hadisəyə səbəb isə yük avtomobilinin örtük hissəsinin (tent) cırılması olub.

  • AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir

    Ukraynanın “Mariupol” klubunun yarımmüdafiəçisi Eldar Quliyev Azərbaycan millisinə çağırıla bilər.

    Median.Az trend-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

    Bildirilib ki, AFFA əslən azərbaycanlı olan Quliyevi gənclərdən ibarət yığmaya çağırılması üçün milliləşdirmək niyyətindədir.

    Assosiasiya bununla bağlı 18 yaşlı oyunçuya dəvət göndərib və futbolçu fikirləşmək üçün vaxt istəyib.

  • Murad Arif koronavirusa yoluxdu

    Tanınmış müğənni Murad Arif koronavirusa yoluxub.

    Bu haqda ifaçı özü məlumat verib.

    O testin pozitiv çıxdığını deyib: O qədər pozitiv gündür ki, COVİD-19 testim də pozitiv çıxdız Çəkilişlərim, efirlər iptal. Belə!”.

    Qeyd edək ki, son günlər Azərbaycanda koronavirusa yoluxma sayı kəskin artıb.

  • Kibercinayətkarlar Çexiya banklarından 54 milyon avro oğurladı

    Böyük Britaniyadan idarə olunan mütəşəkkil cinayətkar dəstə fırıldaqçılıq yolu ilə Çexiyadakı banklardan və sığorta şirkətlərindən 1.4 milyard kron (təqribən 54 milyon avro) vəsaiti oğurlayıb.

    Bu barədə TASS məlumat yayıb.

    Sözügedən işlə bağlı 21 fakt üzə çıxıb. Şübhəli şəxslərdən dördü Çexiya ərazisində yaşayır. Onlardan üçü ölkənin vətəndaşlarıdır.

    Faktla bağlı araşdırmalar davam edir.