Month: March 2021

  • FHN: “Badamdarda baş verən lokal axıntı gözlənilən idi”

    Bu gün səhər saatlarında Bakı şəhəri, Səbail rayonu, Badamdar – 20-ci sahə avtomobil yolunun üst hissəsində lokal torpaq axıntısı baş verib.

    Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən verilən məlumata görə, hadisə zamanı yaxınlıqdakı tikililərə ziyan dəyməyib.

    Məlumat verildiyi kimi, FHN tərəfindən yaponiyalı mütəxəssislərlə birgə işlənilmiş layihə əsasında hazırda torpaq axıntısı baş vermiş yamacın yuxarı hissəsində hər birinin diametri 3,5 metr, dərinliyi 30 metr olan üç ədəd drenaj quyusu qazılmaqdadır. Həmin quyulardan birində artıq işlər yekunlaşıb, digər iki quyuda isə işlərin yaxın zamanlarda tamamlanması nəzərdə tutulur.

    FHN-dən bildirilib ki, drenaj quyularında işlər bitdikdən sonra ərazidən sürüşməyə səbəb olan qrunt suları tamamilə kənarlaşdırılacaq. Bundan sonra isə yamacda başlanılmış terraslaşdırma işləri davam etdiriləcək, avtomobil yolu boyu dəmir-beton istinad divarı inşa ediləcək. Bununla da ərazidə sürüşmə-uçqun proseslərinin qarşısı alınacaq.

    Bu gün baş vermiş lokal axıntı gözlənilən olub. Məhz bu səbəbdən əvvəlki sürüşmələr zamanı yola yığılmış torpağın sahədən operativ kənarlaşdırılması həyata keçirilmir.

    Drenaj quyularının hər üçünün mümkün qədər qısa müddətdə istismara verilməsi üçün əraziyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb olunub və işlər qrafik üzrə davam etdirilir.

  • Spikerdən xanımlara təbrik: “Zərifliyin, gözəlliyin nişanəsisiniz”

    Milli Məclis sədri Sahibə Qafarova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan xanımlarını təbrik edib.

    Spiker özünün “Facebook” hesabında yazıb:

    “Siz xanımlar zərifliyin, gözəlliyin, xeyirxahlığın və səmimiyyətin nişanəsisiniz.

    Bu gözəl gündə xüsusi təbriklərimi Vətənimizə ləyaqətli və qeyrətli oğullar bəxş etmiş analara çatdırmaq istəyirəm.

    Sizin yetişdirdiyiniz övladlar vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını və sağlamlıqlarını qurban veriblər.

    Buna görə Sizlərin qarşınızda baş əyir, bayramınızı təbrik edirəm!”

  • Кадры из села Гарагез Зангиланского района – ВИДЕО

    Министерство обороны распространило видеокадры из села Гарагез Зангиланского района.

  • Zəngilanın Qaragöz kəndi – VİDEO

    İşğaldan azad edilmiş Zəngilandan yeni görüntülər paylaşılıb.

    Bu barədə Müdafiə Nazirliyi video yayımlayıb.

    Görüntülər Zəngilanın Qaragöz kəndində lentə alınıb.

  • Прогноз погоды на 9 марта

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 9 марта.

    В Баку и на Абшеронском полуострове ожидается переменная облачность, в основном без осадков. Ночью и утром местами ожидается изморось. Подует северный ветер.

    Температура воздуха на Абшеронском полуострове ночью составит 3-5, днем-7-9 градусов тепла, в Баку ночью 3-5, днем – 7-9 градусов тепла. Атмосферное давление повысится с 761 до 765 мм ртутного столба, относительная влажность воздуха ночью составит 70-80%, днем – 50-55%.

    9 марта в районах Азербайджана осадков не ожидается, но ночью в некоторых горных районах прогнозируется дождь и снег. Временами туман. Восточный ветер местами усилится. Температура воздуха ночью составит 1-4, днем 8-13 градусов тепла, в горах ночью 0-5 градусов мороза, днем 0-5 градусов тепла.

  • Sabah hava buludlu olacaq

    Martın 9-na olan hava proqnozu açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Martın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.

    Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-4, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, martın 9-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Глава ИВ прокомментировал ситуацию в Бадамдаре – ВИДЕО

    Глава Исполнительной власти Сабаильского района Вугар Зейналов выступил с заявлением в связи с очередным оползнем в Бадамдаре.

    По его словам, природное явление произошло утром 8 марта.

    “Самое главное, что на территории, где проживают граждане, активности не зафиксировано. Что касается других вопросов, то Министерство по чрезвычайным ситуациям ведет активную работу”, – заявил В.Зейналов.

  • İcra başçısından Badamdardakı sürüşmə ilə bağlı açıqlama – VİDEO

    Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Badamdarda baş verən sürüşmə ilə bağlı açıqlama verib.

    İcra başçısı bildirib ki, martın 8-də səhər saatlarında ərazidə sürüşmə baş verib.

    “Bizim üçün ən əsası odur ki, insanların yaşadığı ərazilərdə aktivləşmə qeydə alınmayıb. Digər məsələlərlə bağlı isə işlər gedir, Fövqəladə Hallar Nazirliyi tərəfindən aktiv iş aparılır”,-deyə V.Zeynalov əlavə edib.

  • Биткоин вырос до 51 302 долларов

    Биткоин в ходе торговой сессии рос на 5,1% и достигал 51 302 долларов, об этом свидетельствуют данные портала CoinDesk, пишет ТАСС.

  • “Bitcoin”in qiyməti 51 min dolları keçdi

    “Bitcoin”in dəyəri 5,1 faiz artaraq 51 302 dollara çatıb.

    Bu barədə “CoinDesk” portalı məlumat yayıb.

    “Bitcoin”in kursu ticarət əməliyyatlarının gedişində sonradan 51 018 dollara qədər geriləyib.

    Qeyd edək ki, “Bitcoin” – 2008-ci ildə Satosi Nakamoto adlı naməlum şəxs və ya qrup tərəfindən ixtira olunub, 2009-cu ildə açıq-mənbəli proqram kimi istifadəyə verilib. Bu valyuta kriptoqrafik protokola əsaslanır və hər-hansı mərkəzdən asılı deyil. “Bitcoin” heç bir maliyyə qurumuna ehtiyac olmadan kompüter və ya smartfonlar vasitəsilə birbaşa köçürülə bilir.

    “Bitcoin” əməliyyatların təhlükəsizliyi “bitcoin miner” adlanan serverlər tərəfindən təmin edilir.