Month: March 2021

  • Пегов разочарован в Армении: Что безуспешно искал в Ереване главный поставщик фейковых новостей?

    Скандально известный российский журналист Семен Пегов, “прославившийся” своими фейковыми новостями в ходе второй Карабахской войны, остался разочарован положением в Армении.

    Журналист, известный своей ярой проармянской позицией (а как же иначе, ведь Пегов живет на подачки Арама Габрелянова), посетил Ереван, где намеревался снять большой материал о протестном движении, росте патриотизма, о том, что “не все потеряно”. Но вынужден был уехать, как говорится, несолоно хлебавши.

    “Была задумка сделать спецрепортаж об актуальной протестной и околопротестной движухе. Все-таки протесты – это наш профиль тоже. В итоге мы ничего не сняли. Не потому что ленивые. А потому что нечего было снимать. Политические элиты – нынешние и прошлые, у подавляющей части населения вызывают глухую беспросветную апатию. Абсолютно беспросветную”, – вот выдержка из статуса Пегова в соцсетях. Причем он не скупится на обвинения не только в адрес Пашиняна, но и прошлых властей – в лице Саргсяна и Кочаряна.

    “Что касается главного, казалось бы самого решительного оппозиционера (по отношению к Пашиняну) – экс-президента Роберта Кочаряна, то и он не проявляет ровным счетом никакой разоблачительной активности. Более того, большая часть из моих собеседников убеждена, что серьезная доля ответственности за результаты войны лежит и на нем тоже”, – пишет Пегов.

    Он делает неутешительный вывод: “Картина, увиденная мной в Ереване, скорее вгоняет в депрессию. Надеюсь, это все-таки лечится”.

    Ну что же, диагноз, по крайней мере, Пегов поставил правильный – клиент, то есть армянское общество весьма серьезно заболело – идеями о “величии” нации, “великой Армении от моря до моря”, реваншизме после полного поражения в войне. Но лечение армянскому обществу не должны ни в коем случае прописывать такие, как Саргсян, Кочарян, Пегов, Габрелянов и прочие, ведь именно они подогревают эти самые идеи, которые уже привели к краху общества, страны и нации. Путь исцеления в нынешнем формате глобализации лежит только через установление добрососедских отношений с приграничными странами, в первую очередь с Азербайджаном и Турцией, и налаживанием экономического сотрудничества.

  • Peqov Ermənistanda məyus oldu: Feyk xəbərlərin əsas istehsalçısı İrəvanda nə axtarırdı?

    Qalmaqalları və ikinci Qarabağ savaşı zamanı feyk xəbərləri ilə məşhurlaşan rusiyalı jurnalist Semyon Peqov Ermənistandakı vəziyyətdən məyus olub.

    Ermənipərəst mövqeyi ilə tanınan jurnalist (başqa cür ola da bilməz, axı o, Aram Qabrelyanovun “yemi” ilə dolanır) İrəvana səfər edib və burada vətənpərvərlik hisslərinin yüksəlişi, “hələ heç nə itirilməyib” ruhunda etiraz hərəkatı barədə geniş material hazırlamağı planlaşdırıb. Lakin öz istəyinə nail olmadan, şəhəri tərk etməli olub.

    “Etiraz hərəkatı barədə aktual xüsusi reportaj hazırlamağı düşünürdük. Axı etirazlar bizim profilimizdir. Nəticədə biz heç nə çəkə bilmədik. Ona görə yox ki, tənbəlik. Ona görə ki, çəkiləcək heç nə yox idi.

    Keçmiş və indiki siyasi elitalar əhalinin böyük qismində nifrət hisləri oyadır və bunun dəyişməsinə də heç bir ümid yoxdur”, – deyə Peqov sosial şəbəkələrdə qeyd edib.

    O, təkcə Paşinyanın deyil, Sarqsyan və Köçəryanın simasında əvvəlki hakimiyyəti də ittiham edib:

    “Əsas və ən cəsarətli müxalifətçi, eks-prezident Robert Köçəryana gəlincə, o heç bir ciddi fəaliyyət göstərmir. Hətta, müsahiblərimin bir çoxu əmindirlər ki, müharibənin nəticələrinə görə məsuliyyətin böyük bir hissəsi məhz onun üzərinə düşür”, – Peqov yazıb.

    O, heç də ürəkaçan olmayan bir nəticəyə də gəlib: “İrəvanda gördüyüm mənzərə insanda depressiya yaradır. Ümid edirəm ki, bu, sağalandır”.

    Peqov düzgün diaqnoz qoyub. Ermənistan cəmiyyəti “millətin böyüklüyü”, “dənizdən dənizə böyük Ermənistan” və müharibədəki məğlubiyyətdən sonra qisasçılıq kimi ideyalarla xəstələnib. Ancaq onların müəlicə reseptini heç bir halda Sarqsyan, Köçəryan, Peqov, Qabrelyanov və bu kimi şəxslər yazmamalıdır. Çünki məhz onlar cəmiyyyəti, ölkəni və xalqı iflasa gətirən xəstə ideyaların təbliğatçısı olublar.

    Arzu edərdik ki, qloballaşmanın hazırki formatında erməni cəmiyyətinin sağalması həmsərhəd ölkələr, ilk növbədə də Türkiyə və Azərbaycanla mehriban qonşuluq münasibətlərinin bərqərar olmasından və iqtisadi əlaqələrin bərpasından keçsin.

  • Оперштаб назвал число инфицированных коронавирусом в Азербайджане за минувшие сутки – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 1 129 новых случаев инфицирования коронавирусом, 349 человек вылечились и были выписаны домой.

    Об этом 29 марта сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 22 пациента.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 257 330 человек, 3 513 – скончались, 236 500 – вылечились, 17 317 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 2 844 674 теста на COVID-19 (за последние 24 часа – 7 630).

  • Azərbaycanda son sutka ərzində koronavirusa yoluxanların STATİSTİKASI – FOTO

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 129 yeni yoluxma faktı qeydə alınıb, 349 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 257 330 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 236 500 nəfər müalicə olunaraq sağalıb, 3 513 nəfər vəfat edib, aktiv xəstə sayı 17 317 nəfərdir.

    Ölkədə son sutka ərzində 7630, hazırkı dövrədək isə 2 844 674 test aparılıb.

  • “Azəriqaz”ın vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

    Dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla korrupsiya hüquqpozmaları törədən vəzifəli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində prokurorluq orqanları tərəfindən həyata keçirilən məqsədyönlü və ardıcıl tədbirlər davam etdirilir.

    Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, belə tədbirlərdən biri kimi, Xəzər rayon Texniki Qaz İstismarı Xidmətinin rəis müavini vəzifəsində çalışan Bağırov Ramil İxtiyar oğlu və “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı Departamentinin Xəzər rayon Texniki Qaz İstismarı Xidmətinin Qaz Paylayıcı Stansiyasının operatoru vəzifəsində işləyən Kərimov Mətləb Niyazi oğlunun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

    Aparılmış ilkin araşdırma zamanı Ramil Bağırovun Mətləb Kərimovla cinayət əlaqəsinə girərək, sonuncu vasitəsilə Xəzər rayonu ərazisində yerləşən ticarət obyekti və yaşayış evlərinin yaxınlığından keçən qaz boru xətlərinin yerinin dəyişdirilməsi üçün vətəndaşlardan ümumilikdə 5 min 700 manat pul vəsaitini rüşvət qismində almalarına dəlalət edən kifayət qədər şübhələr müəyyən edildiyindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

    Hazırda cinayət işi üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • DİN-dən sosial şəbəkədə yayılan qalmaqallı görüntülərə REAKSİYA – VİDEO

    Sosial şəbəkələrdə vətəndaşlarla polis arasında yaşanan gərginliyin əks olunduğu görüntülərlə bağlı araşdırma aparılıb.

    Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, vətəndaşa qarşı hər hansı fiziki təzyiq göstərilməyib, iddiallar əsassızdır.

    Qanunsuz əlvan metal daşıdığı üçün Nərimanov rayonu ərazisində Bakı şəhər BPİ DYPİ-nin yol patrul xidmətinin əməkdaşları tərəfindən Vüqar Mahmudovun idarə etdiyi VAZ-21011 markalı avtomobilə “saxla” əmri verilib. Sürücü yol polisinə tabesizlik göstərərək polisin qanuni tələblərindən müxtəlif vasitələrlə yayınmağa çalışıb. Yanında olan azyaşlı övladına ucadan qışqırmağı və yaxınlıqda olan vətəndaşların diqqətini cəlb etməyi tapşırıb.

    Tabesizlik göstərən sürücü əraziyə çağırılan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən Nərimanov RPİ 17-ci Polis Şöbəsinə təhvil verilib.

    Qeyd olunan hərəkətlərdə polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə, İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün Nərimanov rayon məhkəməsinə göndərilib.

  • Bakının iki prospektində baş verən qəzalar yollarda tıxac yaratdı: Yaralalılar var – FOTO

    Bakıda yol nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

    Bilirilib ki, hadisə Tbilisi prospektində, 20 Yanvar dairəsi istiqamətində olub.

    Yol-nəqliyyat hadisəsi səbəbindən avtomobil yolunun həmin istiqamətində sıxlıq müşahidə olunur.

    Eyni zamanda, paytaxtın Heydər Əliyev prospektində (Bağırov körpüsü adlanan hissədə) ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən hazırda prospektdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

    Hadisə nəticəsində yaralananlar var. Ölən barədə hələ ki, məlumat yoxdu.





  • Peyvənd olunan müəllimlərin və texniki işçilərin sayı AÇIQLANDI

    1 fevral – 29 mart 2021-ci il tarixlərində ümumi təhsil müəssisələrinin 1,6 faizi müxtəlif vaxtlarda distant təhsilə keçirilib ki, onların böyük bir qismində əyani təhsil yenidən bərpa edilib.

    Bu barədə Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

    Qeyd edək ki, ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu proses çərçivəsində bu günədək 50 faizdən çox müəllim və texniki heyət COVID-19 əleyhinə peyvənd olunub. Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.

    Xatırladaq ki, məktəblərdə müəllim, şagird və texniki heyət arasında yoluxma halları aşkar olunarsa, Təhsil Nazirliyi Səhiyyə Nazirliyi ilə razılaşdırmaqla tədrisin distant formaya keçirilməsi barədə qərar qəbul edir.

    Məlumat üçün bildiririk ki, 29 mart tarixindən teledərslərin yayımlandığı “Dərs vaxtı” proqramı, həmçinin “Virtual məktəb” platforması üzərindən də onlayn tədris davam etdirilir.

    Təhsil Nazirliyi təhsil ictimaiyyətinə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə COVID-19 xəstəliyindən qorunmağı bir daha tövsiyə edir.

  • Bakının bəzi qəsəbələrində qazın verilişi dayandırıldı – RƏSMİ

    Mart ayının 29-da saat 15:50 radələrində “Qaz İxrac” İdarəsinin Qaraçuxur Qaz Paylayıcı Stansiyasında müşahidə olunan güclü qaz sızması ilə bağlı təcili təmir işlərinə ehtiyac yaranıb.

    Bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən (İB) məlumat verilib.

    Bildirilib ki, qəza halı ilə əlaqədar olaraq Suraxanı rayonu Qaraçuxur, Yeni Günəşli və Əmircan qəsəbələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranıb.

    Qeyd edilib ki, günün sonuna qədər qaz təchizatının bərpası gözlənilir.

  • Süveyş kanalında yaranan tıxacda Azərbaycan gəmisi varmı? – RƏSMİ

    Süveyş kanalının bağlanmasının Azərbaycanın beynəlxalq sularda üzən gəmilərinə heç bir təsiri olmayıb.

    Bunu sorğusuna cavab olaraq “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Mətbuat xidməti bildirib.

    “Həmin kanalın ərazisində ASCO-ya məxsus gəmilər üzmür. Xarici sulardakı fəaliyyətimiz uzun fasilədən sonra 2014-cü ildə Prezident İlham Əliyevin tapşırığına əsasən, “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa edilib. Hazırda Qara və Aralıq dənizi hövzələrində ASCO-ya məxsus 11 gəmi Azərbaycan bayrağı altında üzür. Onlardan 3-ü tanker, 8-i quru yük daşıyan gəmidir”, – açıqlamada qeyd olunub.