Month: March 2021

  • Стартовало национальное оценивание среди учащихся III, VI и VII классов

    В Азербайджане 5 марта стартовало национальное оценивание, в котором принимают учащиеся III, VI и VII классов.

    Как сообщает Министерство образования, оценивание продлится до 12 марта. Цель данного тестирования – определить показатели качества на уровне общего образования.

    Национальное оценивание проводится в очном формате с участием около 7 000 школьников в 20 случайно выбранных регионах страны в соответствии с санитарно-гигиеническими требованиями, действующими в связи с пандемией COVID-19.

    Следует отметить, что результаты данного оценивания не влияют на результаты школьного. Эта оценка носит исследовательский характер и будет проводиться регулярно в течение учебного года. По ее результатам будут разработаны методы поддержки школьников.

  • Şagirdlərin qiymətləndirməsinə başlanıldı

    III, VI və VII sinif şagirdləri arasında milli qiymətləndirməyə start verilib.

    Təhsil Nazirliyindən verilən məlumata görə, qiymətləndirmə prosesi 5-12 mart tarixlərini əhatə edəcək. Məqsəd ümumi təhsil pilləsində keyfiyyət göstəricilərini müəyyən etməkdir.

    7000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulan milli qiymətləndirmə əyani formada təşkil olunub. Qiymətləndirmə COVID-19 pandemiyasının tələb etdiyi gigiyenik şərtlərə uyğun olaraq ölkənin təsadüfi seçilmiş 20 regionunda keçirilir.

    Qeyd edək ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.

  • 30 yaşlı kişi intihar etdi

    Abşeron rayonunda intihar hadisəsi baş verib.

    “Report”un xəbərinə görə, 30 yaşlı Nurlan Mollayev yaşadığı evin həyətində intihar edib.

    Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

  • Xərçəngə qalib gələn məşhurlar – SİYAHI/VİDEO

    Onkoloji xəstəlik dedikdə yəqin ki, hamımızın ağlına ilk olaraq sağalmaz xəstəlikdir deyə fikir gəlir. Lakin, bu xəstəlik amansız hesab olunsa da, ona qalib gələn saysız-hesabsız insanlar da az deyil. Kiçik-böyük bilmədən insanı yaxalayan bu qorxunc xəstəlik zaman-zaman məşhurlardan da yan keçməyib. Həm dünyada, həm də Azərbaycanda xərçəngə qalib gələn tanıdığımız bir çox məşhurlar var.

    Xərçəngə qalib gələn məşhurların siyahısını təqdim edirik:

  • Bacısının şəklini sosial şəbəkədə görən gənc dəliyə döndü – TƏFƏRRÜAT

    Qusar rayonunda cinayət törətməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Elnur Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az teleqraf.com-a istinadən xəbər verir ki, Elnur Abdullayev 11 iyul 2018-ci il tarixdə sosial şəbəkədə əvvəllər tanıdığı həmyerlisi Mühür Mühürovun onun bacısı Diana ilə birlikdə çəkdirdiyi şəkli görüb.

    O, həmin gün gecə saat 3 radələrində Mühür Mühürovu Qusar rayonunda olan evinin qarşısına görüşə çağırıb. Görüş zamanı Mühürdən bacısı Diana ilə münasibətləri kəsməyi tələb edib.

    Mühür isə Diana ilə bir-birlərini sevdiklərini və münasibətlərini kəsməyəcəyini bildirib. Onların aralarında mübahisə yaranıb. Elnur üstündəki bıçaqla Mühür Mühürovun qarın nahiyəsinə zərbə vurub.

    Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Cinayəti törədən şəxs isə həbs edilib.

    İstintaq orqanı tərəfindən Elnur Abdullayevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Abdullayev 1 il müddətinə azadlıqdan məhrum edilib.

    Hökmdən narazı qalan Elnur Abdullayev apellyasiya şikayəti verib və barəsində şərti cəza istəyib.

    Onun şikayəti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayəti hakim Ruhiyyə Əsgərovanın sədrlik etdiyi kollegiyada baxılıb.

    Qərara görə, apelyasiya şikayəti qismən təmin edilib, Elnur Abdullayevin cəzası 8 aya endirilib.

    Elnur Abdullayevin cəzasının əvvəli 2018-ci il iyulun 12-dən hesablanıb. Belə olan halda o, cəzasını başa çatmış hesab olunub və cəza çəkmə yerindən azadlığa buraxılıb.

    Məhkəmənin Elnur Abdullayevə ağır cinayət törətməsinə baxmayaraq güzəşt etməsinə səbəb işdə şikayətçinin olmaması olub.

    Elnur Abdullayev həbsdə olduğu müddətdə Diana ailə qurub.

  • “WhatsApp”da yeni funksiya işə salınıb

    “WhatsApp” messencerinin kompüter versiyasında yeni funksiyalar peyda olub.

    Median.Az bildirir ki, messencerin həmin versiyasında səsli mesaj və videozəng funksiyaları işə salınıb.

    Qeyd olunur ki, bu funksiyalar “Windows” və “Mac” platformlarında mümkündür.

    Bu günədək səsli mesaj və videozəng funksiyaları yalnız mobil telefonlarda mümkün idi. trend

  • BTŞİ: “Məktəblərdə koronavirusa yoluxma çoxala bilər” (VİDEO)

    Biz koronavirusa yoluxmanın qarşısını almaq üçün əlimizdən gələni edirik.

    Burada vaksinasiya prosesinin aparılması ən vacib məqamlardan biridir. Məktəb kütləvi sahədir və orada yoluxma sayı çox ola bilər.

    Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib. O bildirib ki, vaksinasiya prosesi müəllimləri bu riskdən xilas edə bilər:

    “Koronavirusa qarşı mübarizədə Nazirlər Kabinetinin xüsusi qaydaları var və məktəblərdə bu qaydalara əməl edilir. Buna baxmayaraq, 82 və 106 nömrəli tam orta məktəbdə yoluxma halı qeydə alınmışdı. Belə ki, 82 saylı məktəbdə iki müəllim və bir neçə şagird yoluxduğu üçün onlar 14 günlük distant təhsilə keçid etmişdilər və artıq dünəndən əyani tədrisə başladılar. Hazırda 106 nömrəli tam orta məktəb isə karantindədir. Düşünürəm ki, onlar da yenidən əyani tədrisə qayıdacaqlar”.

    M.Vəliyeva onu da qeyd edib ki, bu gün idarənin tabeliyindəki işçilərə də vaksin vurulacaq.

  • Azərbaycan mövcud ixtisarların apreldə də davamına razılıq verib

    Azərbaycan “OPEC plus” ölkələri nazirlərinin 14-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların aprel ayında da davam etdirilməsi ilə bağlı əldə edilmiş razılaşmanı dəstəkləyib.

    Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan bu dəfə də pandemiyadan irəli gələn qeyri-müəyyənliklər şəraitində neft bazarında müsbət dinamikanın qorunub saxlanması məqsədilə “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində neft istehsalçılarının konsensus əsasında fəaliyyətinin vacibliyini diqqətə çatdırıb. Azərbaycanın energetika naziri Pərviz Şahbazov əvvəlki dövrlərlə müqayisədə hazırda neft bazarının nisbətən balanslaşdığını, lakin hələ də risklərin aradan qalxmadığını vurğulayaraq bildirib ki, tənzimləmə prosesinə ehtiyatlı yanaşma öz aktuallığını saxlayır:

    “Hazırkı qiymət artımını neftə təlabat göstəricilərindən çox movcud qlobal konyuktura şərtləndirir. Neftin bahalaşması tələbatla əlaqəli olduqda, fundamental faktorlara əsaslandıqda dayanıqlı olur. Bu aspektdə bazardakı real vəziyyətə uyğun optimal addım hasilata korreksiyaları bir qədər təxirə salmaqdır.”

    Yeni qərara əsasən, Azərbaycanın apreldə öhdəliyi bu ilin birinci rübündə olduğu kimi 123 min barrel həcmində qalacaq. Gündəlik xam neft hasilatı isə apreldə də 595 min barrel səviyyəsində saxlanılacaq. “OPEC plus” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 mln. barrel təşkil edəcək.

    Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0.5 mln. barrel artırılması, “OPEC plus” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 mln. barrelədək yumşaldılması razılaşdırılmışdı. Bu çərçivədə “OPEC plus” ölkələri nazirlərinin 2021-ci ilin yanvar ayındakı 13-cü iclasında gündəlik xam neft hasilatının fevralda 7 mln.125 min barrel, martda isə 7 mln. 50 min barrel azaldılmasına qərar verilib.//qaynarinfo

  • Dövlət Agentliyindən COVAX-la bağlı daha bir açıqlama

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanın COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməməsi barədə qeydi ilə razı deyil. ÜST tərəfindən verilən məlumatda 29 yanvar tarixinədək COVID-19 peyvənd proqramına başlamış iştirakçı ölkələrin “Pfizer-BioNTech” peyvəndinin birinci müstəsna paylanma mərhələsinə daxil edilmədiyi qeyd olunub.

    Bu əsaslandırma aydın deyil və bununla bağlı müddəalar heç bir hüquqi sənəddə və rəsmi yazışmalarda öz əksini tapmayıb. Azərbaycan ÜST-ün tövsiyələrini nəzərə alaraq vaksinasiya strategiyasını təsdiqləyib və vaksinlərin qəbulu üçün bütün texniki tələbləri yerinə yetirib.

    Ötən il yaradılmış COVAX platformasının “SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri də məhz Azərbaycan Respublikasıdır.

    Azərbaycan vaksinlərin dünya ölkələri arasında ədalətlilik və həmrəylik prinsipləri ilə bölgüsünün tərəfdarıdır. Təəssüflə qeyd etmək istərdik ki, təcrübədə bunun əksini görürük.

    Bir daha vurğulayırıq ki, Azərbaycan ilk gündən ÜST-ün tövsiyələrinə uyğun fəaliyyət göstərməklə yanaşı, COVID-19-la mübarizə çərçivəsində həyata keçirilən əməkdaşlıqlara öz töhfəsini vermişdir və vətəndaşlarının sağlamlığı üçün qarşıya qoyulmuş bütün öhdəlikləri yerinə yetirməyə bu gün də davam edir.

    COVAX-la yazışmalarda Azərbaycanın bu vaksinləri infrastruktur baxımından qəbul etməyə tam hazır olduğu bildirilmişdir.

    Bu gün COVAX layihəsi faktiki olaraq öz öhdəliklərini yerinə yetirə bilmir. Vaksinlərin düzgün paylaşdırılmasında ədalətsiz yanaşma birbaşa bu layihənin icrasında ciddi problemlərin olmasından xəbər verir. Hesab edirik ki, COVAX layihəsi çərçivəsində bu proses nəzarətdə saxlanılmalı və istehsalçı şirkətlər qarşısında konkret tələblər qoyulmalıdır.

    Agentlik mövqeyini COVAX-a göndərilən rəsmi məktubda bildirib və təşəbbüskar qurumları qərara yenidən baxmağa çağırıb.

  • Массовое заражение COVID-19 зафиксировано на похоронах в Турции

    В турецком городе Трабзон 40 человек из 100 присутствовавших на похоронах заразились COVID-19 спустя неделю.

    Об этом говорится в сообщении Demirören Haber Ajansı (DHA).

    В связи с произошедшим местные структуры обратились к гражданам с призывом не посещать похоронные церемонии, а также закрытые помещения.