Month: March 2021

  • OPEK+ aprel üzrə neft hasilatını əvvəlki həcmdə saxladı

    OPEK+ nazirləri Rusiya və Qazaxstan istisna olmaqla, bütün iştirakçı ölkələrin aprel ayı üzrə neft hasilatını mövcud səviyyədə saxlaması barədə qərar qəbul edib.

    TASS xəbər verir ki, yalnız Rusiya növbəti ayda gündəlik hasilatı 130 min barel, Qazaxıstan isə 20 min barel artıra biləcək.

    Qeyd edək ki, bu xəbər fonunda dünya bazarlarında Brent markalı neftin qiyməti 4% artaraq 67 dollar/barelə çatıb.

  • Джейхун Байрамов выразил соболезнования в связи с крушением вертолета в Турции – ФОТО

    Министр иностранных дел Азербайджана Джейхун Байрамов выразил соболезнования семьям погибших и братскому народу Турции в связи с крушением вертолета.

    Об этом он написал в своем Twitter-аккаунте.

    “Мы очень опечалены известием о крушении военного вертолета на территории братской Турции. Выражаем соболезнования семьям и близким девяти погибших военнослужащих, всему народу Турции, желаем исцеления раненым”, – написал министр.

  • Bakıda maaşlar nə qədər olub?

    Bakı şəhəri üzrə muzdla çalışanların orta aylıq nominal əməkhaqqı açıqlanıb.

    Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

    Belə ki, 2020-ci ilin yanvar-dekabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 927,2 manat təşkil edib.

  • Milli Məclisin Sədri Sahibə Qafarova TBMM Sədri Mustafa Şəntopa başsağlığı verib

    Martın 4-də Milli Məclisin Sədri Sahibə Qafarova öz Twitter səhifəsində Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntopa başsağlığı verib. 
    Parlamentin Sədri Türkiyənin Bingöl istiqamətindən Tatvana gedən və əsgərləri daşıyan helikopterin qəzaya uğraması nəticəsində 9 əsgərin şəhid olmasından kədərləndiyini bildirib, qardaş Türk xalqına və şəhidlərin ailələrinə başsağlığı verib, yaralılara Allahdan şəfa diləklərini ifadə edib.

  • NATO Türkiyəyə hərbi helikopter qəzası ilə bağlı başsağlığı verdi

    NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna zəng edərək Bitlis əyalətində baş verən hərbi helikopter qəzası ilə əlaqədar başsağlığı verib.

    Bu barədə ”Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

    Qeyd edilir ki, təşkilat rəhbəri Tatvanda 10 hərbçinin həlak olması ilə nəticələnən helikopter qəzası ilə bağlı Türkiyənin xarici siyasət idarəsinin rəhbərinə başsağlığını çatdırıb. Yens Stoltenberq NATO-nun Türkiyə ilə həmrəy olduğunu söyləyib.

    Qeyd edək ki, hadisə Türkiyə Quru Qoşunlarına məxsus “Cougar” tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirən zaman baş verib.

    Həlak olanlar arasında Türkiyə ordusunun səkkizinci korpusunun komandiri general Osman Erbaş da var.

  • Abşeronda iki avtomobil toqquşdu, xəsarət alan var

    Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

    İki avtomobilin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Mehraliyev Zahid Abdulla oğlu xəsarət alıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

  • Президент Азербайджана выразил соболезнования Президенту Турции

    4 марта Президент Ильхам Алиев направил Президенту Реджепу Тайипу Эрдогану письмо с соболезнованиями в связи с гибелью турецких солдат в результате крушения военного вертолета в Турции.

    Как сообщает АЗЕРТАДЖ, глава государства отметил, что он глубоко опечален этой новостью.

    Президент Ильхам Алиев от имени себя и народа Азербайджана выразил глубокие соболезнования Президенту Реджепу Тайипу Эрдогану, родным и близким погибших военнослужащих, братскому народу Турции в связи с трагедией и пожелал раненым скорейшего исцеления.

  • Tomas de Vaal: “Ermənistan gələcəyi barədə düşünməlidir”

    “Ermənistan gələcəyi və bölgədə yaranan yeni imkanlar barədə düşünməlidir”.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu “Karnegi Avropa Fondu”nun baş elmi əməkdaşı, Cənubi Qafqaz regionu üzrə ekspert Tomas de Vaal Ermənistanın “Futures Studio” təşkilatının onlayn müzakirəsində deyib.

    Onun sözlərinə görə, Ermənistan üçün bu imkanlardan biri Türkiyə ilə münasibətləri normallaşdırmaqdır.

    Ermənistan və Azərbaycan arasında sülhün qurulması ilə bağlı suala cavabında ekspert bildirib ki, bunun üçün hər iki ölkənin cəmiyyətlərində iş aparılmalıdır: “Ermənistan və Azərbaycan münasibətlərin normallaşdırılması, ticari-iqtisadi əlaqələrin və insanlar arasında təmasların qurulmasını gələcək hədəflər kimi müəyyən edilə bilər”.

    T.Vaal qeyd edib ki, Ermənistan cəmiyyətində nəyisə kifayət qədər sürətlə dəyişmək imkanı var, belə ki, ölkə kiçikdir və üç milyon insanın həyatını transformasiya etmək daha asandır.

    O, müharibədən sonra Azərbaycanın mövqeyinin daha da gücləndiyini, Ermənistanın mövqeyinin isə çox zəiflədiyini əlavə edib.

  • Ceyhun Bayramov Türkiyədə baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı ünvanlayıb

    Xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə 9 nəfərin ölümü ilə nəticələnən helikopter qəzası ilə bağlı başsağlığı verib.

    Median.Az xəbər verir ki, bununla bağlı nazir özünün “Twitter” səhifəsində yazıb:

    Həlak olan 9 şəhidin ailələrinə və yaxınlarına, Türkiyə xalqına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik.

    Başın sağ olsun, qardaş Türkiyə!”

    

  • Türkiyədə dəfn mərasimində COVID-19-a kütləvi yoluxma qeydə alınıb

    Türkiyənin Trabzon şəhərində dəfn mərasimində iştirak edən 100-ə yaxın kişidən 40-nın bir həftə sonra COVID-19-a yoluxduğu məlum olub.

    Bu barədə “Demirören Haber Ajansı” (DHA) məlumat yayıb.

    Hadisə ilə əlaqədar olaraq yerli qurumlar vətəndaşlara müraciət edərək dəfn mərasimlərinə, həmçinin başsağlığı vermək üçün nəzərdə tutulan qapalı məkanlara getməməyi tövsiyə edib.

    Bizimlə əlaqə saxlayın