Month: March 2021

  • Великобритания начала антимонопольное расследование в отношении Apple

    Британское Управление по конкуренции и рынкам (CMA) проведет антимонопольное расследование в отношении американской компании Apple.

    Как передает Median.Az со ссылкой на gazeta.ru, об этом сообщается на сайте регулятора.

    Расследование началось из-за заявлений разработчиков о том, что условия магазина приложений Apple несправедливые и антиконкурентные. Жалобы разработчиков связаны с тем, что они вынуждены платить Apple комиссию 30% за распространение их приложений через фирменный магазин корпорации — App Store, не имея возможности взаимодействовать с клиентами вне фирменного магазина корпорации. Оплата всех дополнительных опций и обновлений, которые клиент захочет приобрести для конкретного приложения, тоже должна проходить через App Store.

    «Во время расследования CMA будет изучено, занимает ли Apple доминирующее положение в связи с распространением приложений на устройствах фирмы в Великобритании и, если это так, навязывает ли несправедливые или антиконкурентные условия разработчикам, использующим App Store, что в конечном итоге приводит к тому, что пользователи имеют меньший выбор или платят больше за приложения и дополнительные функции», — отмечается в сообщении регулятора.

  • Böyük Britaniyada “Apple” şirkətinə qarşı təhqiqat başlandı

    Böyük Britaniyanın Rəqabət və Bazarlar Komitəsi (CMA) “Apple” şirkəti barəsində antiinhisar təhqiqata başlayıb.

    “Report” xəbər verir ki, CMA-nın saytında yerləşdirilən məlumata əsasən, belə bir addımın səbəbi “Apple” tətbiqlərinin haqsız və rəqabəti boğan şərtlərlə satılması barədə gələn şikayətlərdir.

    Belə ki, “Apple” şirkətinin tətbiqləri “App Store” vasitəsilə yayılması üçün 30 faiz həcmində komissiya haqqı alınır və həmin satış meydançasından kənarda müştərilərlə əlaqə yaradılmağa imkan verilmir. Həmçinin müştərinin hər hansı tətbiq üçün əlavə opsiya və yenilənmələrin də haqqı yalnız “App Store” üzərindən ödənilməlidir.

    Məlumatda bildirilir ki, təhqiqat əsnasında “Apple” şirkətinin Böyük Britaniyada satılan smartfonlarında tətbiqlərin yayılması ilə bağlı istehsalçının üstün mövqeyə yiyələnib-yiyələnmədiyi, “App Store”dən istifadə edən tərtibatçılara haqsız və ya rəqabətcil olmayan şərtlər qəbul etdirib-etdirilmədiyi araşdırılacaq.

  • В Турции разбился военный вертолет, погибли девять человек

    Девять турецких военнослужащих погибли и четверо получили ранения в результате крушения военного вертолета на востоке Турции.

    Как сообщает Report, информацию распространило Министерство обороны республики.

    “С вертолетом, вылетевшим из Бингёля в Татван в 13.55 (мск), прервалась связь в 14.25 (мск). Сразу же на поиски были отправлены беспилотники, самолет CN-235 и вертолет. В результате было установлено, что вертолет потерпел крушение. На месте его падения были обнаружены девять погибших и четверо раненых”, – сказано в заявлении военного ведомства.

    О причинах катастрофы не сообщается.

  • Türkiyədə hərbi helikopter qəzası nəticəsində həlak olanların sayı artıb – YENİLƏNİB

    Türkiyədə hərbi helikopter qəzasında ölənlərin sayı 10 nəfərə yüksəlib.

    “Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd edilir ki, qəza zamanı ağır xəsarət almış daha bir əsgər dünyasını dəyişib.

    Həlak olanlar arasında Türkiyə ordusunun səkkizinci korpusunun komandiri general Osman Erbaş da var.

    Hadisə Türkiyə Quru Qoşunlarına məxsus “Cougar” tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirən zaman baş verib.

    Daha əvvəl bildirilirdi ki, qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 9 hərbçisi həlak olub, 4-ü yaralanıb.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

    “Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Qəza nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 9 hərbçisi həlak olub, 4-ü yaralanıb.

    Bildirilib ki, Türkiyə Quru Qoşunlarına məxsus “Cougar” tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirirmiş.

    Faktla bağlı araşdırma aparılır.

  • COVİD 19-dan sağalanlarda yeni xəstəlik ortaya çıxır – HƏYƏCAN TƏBİLİ

    COVİD-19 infeksiyası ağciyərlərin pnevmoniyası səbəblərindən biridir.

    Bunu milli.az-a açıqlamasında həkim-pulmonoloq Günay Əliyeva deyib.

    Pulmonoloq bildirib ki, pnevmaniyanın fərqli xüsusiyyətləri koronavirus infeksiyası zamanı qarşımıza çıxan bir sıra dəyişikliklərə bağlıdır:

    “Ağciyərlərin pnevmoniyası çox geniş yayılmış ağciyər potologiyasıdır və müxtəlif səbəblər nəticəsində yarana bilir. Ağciyərlərin pnevmoniyası viral infeksiyaların ağırlaşması kimi də ortaya çıxır. COVİD-19 zamanı yaranmış pnevmaniyanın fərqli xüsusiyyətləri koronavirus infeksiyası zamanı qarşımıza çıxan bir sıra dəyişikliklərə bağlıdır. Bu səbəbdən digər pnevmoniyalarda olduğu kimi ortaya çıxa biləcək fəsadlar həm pnevmoniyanın gedişinin ağırlığına bağlı, həm də ki digər orqan və sistemləri zədələyici təsirindən asılıdır.

    Bu pnevmoniyalar zamanı rast gəlinən əsas ağırlaşma ağciyərlərin fibrozudur ki, bu da xəstənin uzun müddət oksigenterapiyaya ehtiyacının olması ilə nəticələnir. Xəstə COVİD 19-dan sağalsa da, yeni bir xəstəlikdən, ağciyərlərin fibrozundan əziyyət çəkir. Onun müalicəsində antifibrotik terapiyaya, fizioterapiya da ehtiyac yaranır”.

  • Koçaryandan Qarabağda yeni müharibə anonsu: Rusiyanın…

    Qarabağdakı “haqsız” sülh yeni müharibəyə səbəb ola bilər.

    Publika.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Koçaryan deyib.

    Koçaryanın sözlərinə görə, müharibə ATƏT-in Minsk qrupunun deyil, Ermənistan rəhbərliyinin uğursuzluğu idi: “Minsk qrupuna indi ehtiyac var. Rusiyanın da buna ehtiyacı var. Qarabağın statusu ilə bağlı danışıqlar prosesinin hansı istiqamətdə gedəcəyini söyləmək çətindir.

    Siyasi həll yolu tapmalıyıq. Əgər Azərbaycan Qarabağ problemini həll etdiklərini düşünürsə, bu, günümüzün ən yaxşı mövqelərinə baxmayaraq, əksini ifadə edəcək”.

  • “Yoluxanların sayı bu həddə çatarsa, SƏRT KARANTİN REJİMİ tətbiq olunacaq”

    Bir həftənin içində yoluxma sayının birdən-birə bu qədər artmasının səbəbi ictimai nəqliyyatdakı sıxlıqdır.

    Median.Az xəbər verir ki, bunu milli.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev deyib.

    O bildirib ki, yoluxma ehtimalının qarşısını almaq üçün metro açılmalıdır:

    “Təhsil müəssisələrində dərslərin bərpa edilməsi nəqliyyatdakı sıxlığı daha da artırdı. Amma yoluxma sayındakı bu artım fantastik artım deyil, gözlənilən idi. Artım hələ ki, kontrol olunan dərəcədədir. Ancaq yoluxmanın kontroldan çıxma ehtimalı qalır. Onun proqnozun vermək, əslində, düzgün deyil, proseslər izlənilməlidir.

    Yoluxma sayı əgər növbəti iki həftə ərzində, ya bayrama qədər mindən yuxarı qalxsa, o zaman yəqin ki, müəyyən qədər sərtləşdirmə tələb olunacaq. Keçən dəfə yoluxanların sayı bir neçə minə çıxandan sonra sərt karantin rejimi tətbiq edilmişdi. Ona görə bu dəfə, yəqin ki, yoluxma sayı minə çatana qədər sərt tədbirlərə ehtiyac olmayacaq.

    Yoluxma ehtimalının qarşısını almaq üçün metro açılmalıdır, vaksinasiyanın intensivliyi artırılmalıdır. Amma əsas problem ictimai nəqliyyatla bağlıdır. Düşünürəm ki, metronun fəaliyyəti bərpa edilsə, yoluxma riski də azalar”.

    

  • Hissə-hissə satılan parkdan geriyə qalanlar (VİDEO)

    Altıncı mikrorayonda yerləşən el arasında “Pitomnik” adlandırılan “Təbiət evi” parkının ərazisi baxımsız vəziyyətdədir.

    Oturacaqları olmayan, fəvvarələri işləməyən bu park baxımsız vəziyyətdədir.

    Sakinlər bildirib ki, 1970-ci illərdə qurulan bu fəvvarələr heç vaxt işləməyib.

    Onlar həm də qeyd edib ki, parkın ərazisində evlər tikilərək, ərazisi balacalaşdırılıb.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Hansı halda məktəblər bağlana bilər? – Ekspert açıqladı

    Şagirdlərin 10-15 nəfəri bir gündə koronavirusa yoluxursa, bu, artıq kütləvi hal sayılır və məktəb qapanmaya gedir.

    Trend-in məlumatına görə, bunu təhsil eksperti Qoşqar Məhərrəmov deyib. Onun sözlərinə görə, ötən ilin mart ayından bütün məktəblər deyil, məhz yoluxma halları çox olan təhsil ocağı bağlanmalı idi: “Əslində, mart ayından bu cür addımlar atıla bilərdi və hansı məktəbdə kütləvi yoluxma halları müşahidə olunur, məhz onlar da bağlanmalı idi. Qonşu Rusiyada belə bir təcrübə var ki, hər hansısa sinifdə bir nəfər belə yoluxarsa, o sinif mütləq şəkildə qısamüddətli bağlanır. Yaxud bir məktbədə ən azı 15-20 nəfərdə yoluxma qeydə alınırsa, təhsil ocağı bağlanır və iki həftə sonra açılır”.

    Q.Məhərrəmov qeyd edib ki, artıq müəyyən mənada başa düşülüb ki, bütün təhsil müəssisələrini bağlayaraq bu virusla mübarizə aparmaq lazım deyil: “Mən düşünürəm ki, biz yavaş-yavaş normal həyatımıza geri qayıtsaq, bu, daha yaxşı bir addım olacaq”.

  • Azərbaycan Prezidenti Türkiyə Prezidentinə başsağlığı verib

    Martın 4-də Prezident İlham Əliyev Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu xəbərin onu olduqca kədərləndirdiyini bildirib.

    Prezident İlham Əliyev baş vermiş bu faciə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana, şəhid olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.