Month: March 2021

  • QMİ: Azərbaycanda Ramazan ayının başlama tarixi məlum olub

    Azərbaycanda Ramazan ayının başlama tarixi məlum olub.
     
    Bbu il ölkə ərazisində Ramazan ayının 1-i miladi təqvimlə aprelin 14-nə təsadüf edəcək.
     
    “Ramazan ayının hilalı Azərbaycan üfiqində 13 aprel 2021-ci ildə görünəcək”, – Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.
     
    Beləliklə, niyyət gecəsi aprelin 13-dən 14-nə keçən gecəyə düşür, Ramazan ayının ilk günü aprelin 14-dür.
     
    Nazirlər Kabinetinin müvafiq qərarına əsasən mayın 13-14-ü Ramazan bayramı ilə əlaqədar ölkədə qeyri-iş günləridir.
     
    Məlumat üçün bildirək ki, Ramazan ayında insanlar oruc tutmalı, xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutmalıdırlar. Xəstə olan, habelə zəifləyərək xəstəliyə düçar olma ehtimalı olan insanların oruclarını başqa vaxtda tutmaları məqsədəuyğundur. Bu şəxslər sağaldıqdan sonra, sağlam halda gələn Ramazana kimi öz orucluq ibadətlərini tamamlaya bilərlər.
     
    Bu ay ərzində xeyriyyə əməlləri, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – daha çox ibadət etmək, Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm, irfanla məşğul olmaqdır.
     
    Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verilməsi vacibdir.

  • “Qapanmalara getməliyik deyənlər getsin, özünü qapatsın!” – Aparıcıdan sərt AÇIQLAMA

    “Qapanmalara getməliyik, sərt karantin rejimi bərpa olunmalıdır və s. deyən hər kəs sussun, getsin özünü qapatsın!”

    Bu sözləri aparıcı Turan İbrahimov bildirib. O, qeyd edib ki, sərt karantin rejimi çarə deyil:

    “Düz bir ildir, qapanmışıq, uğursuz nəticə göz qabağındadır. Demək ki, tədbirli şəkildə, normal həyat tərzini davam etdirməklə bu, zəhrimar virusla mübarizə metoduna keçmək lazımdır. Dövlət öz tədbirini görsün, amma məsuliyyəti cəmiyyətlə də bölüşsün. Qapanmaq virusdan qoruya bilər, amma işsizliyin, yoxsulluğun, çarəsizliyin və bekarçılığın yaratdığı mənəvi, psixoloji problemlərin əsas səbəbidir. Nəticəsi isə virusdan qat-qat ağır və dağıdıcıdır. Cəmiyyət üçün də, elə dövlətin özü üçün də.

    Sərt karantin rejiminə getmək, qapanmalar çarə deyil, olmayacaq da. Bir daha vurğulayıram. İnsanlar bu virusla, məsuliyyəti öz üzərinə götürərək yaşamağı öyrənməlidirlər. Hətta artıq öyrəniblər. Dövlət isə gedişatı izləyib öz tədbirlərini görməlidir. Virusa yoluxanların sürətli və effektiv müalicəsini təşkil etməlidir, peyvəndlənməni davam etdirməlidir. Başqa çıxış yolu yoxdur!

    Yox, OQ qapanmalara gedəcəksə, onda dövlət də zəhmət çəkib növbəti dəfə əlini cibinə salsın. Orta və kiçik biznesə real dəstək olsun, maddi sıxıntı çəkən hər bir vətəndaşın minumal xərclərini, bir başa, qeyidsiz-şərtsiz ödəsin. Yox, bu mümkün deyil, dövlətin yükü həddindən artıq çoxdur deyiriksə, o zaman insanları rahat buraxmaq, işləyib özünü dolandırmasına şərait yaratmaq lazımdır.

    Vəssalam!”

  • В Азербайджане собак завернули в мешки и бросили на обочине дороги – ВИДЕО

    Водитель автомобиля заметил на обочине трассы Баку – Астара мешки, в которых оказались собаки. Некоторым из них удалось выбраться, а другие все еще оставались в беспомощном состоянии.

    На кадрах, которые распространены в соцсетях, гражданин недоумевает, кто и с какой целью так жестоко обошелся с животными.

  • Azərbaycanda dəhşət: İtləri kisələrə yığıb yol kənarına atdılar – VİDEO

    İtləri kisəyə qoyub yol kənarına atdılar.

    Hadisə Bakı-Astara magistral yolunda baş verib. Vətəndaşlardan biri yol kənarında kisələrə bükülmüş itləri görərək dayanıb. Heyvanların bir neçəsi kisəni cıraraq çıxıb, digərləri isə hələ də ağzı bağlı kisələrdə olub.

    İtlərin kim tərəfindən və hansı məqsədlə bu əraziyə atıldığı məlum deyil.

  • “Caliber”in 23-cü buraxılışı: “Separatçılıq” bütün etnosun psixi xəstəlik forması kimi” – VİDEO

    “Caliber” layihəsinin 23-cü buraxılışı təqdim olunub.

    Layihənin “Youtube” hesabında “Son 63 nəfəs” adlı video təqdim olunub.

    Videoda “N. Paşinyan: “İskəndər-E” operativ-taktiki raket sistemlərindən çoxməqsədli qırıcılara”, “Su-30SM, təcrübəsiz erməni əllərindəki bir yük kimi”, “Polemika “daşlar ölkəsinin” əsas gündəm mövzusu”, “Ermənistan Respublikası Müdafiə Nazirliyinin rəhbəri Vaqarşak Arutyunyanın “manevr”ləri”, “Separatçılıq” bütün etnosun psixi xəstəlik forması kimi”, “minalardan təmizlənmə mövzusu siyasi təzyiq aləti kimi” və.s kimi bir çox mövzuda ətraflı təhlil aparılıb.

  • Süveyş kanalında hərəkətin tam bərpa ediləcəyi tarix açıqlandı – RƏSMİ

    Süveyş kanalında gediş-gəliş üç gündən sonra tam bərpa olunacaq.

    “Sada El balad” telekanalı məlumat verir ki, bu barədə Süveyş kanalı idarəsinin rəhbəri Usama Rabia məlumat verib.

    “Biz böhranın öhdəsindən gələ bildik və gəminin boşaldılmasına yol vermədik. Konteyner gəmisinin yeri dəyişdirildikdən sonra kanalda hərəkət tam bərpa ediləcək. Növbədə dayanan gəmilərin buraxılması və sıxlığa son qoyulması üçün gecə-gündüz çalışmağa davam edəcəyik”, – deyə Süveyş kanalı idarəsinin rəhbəri bildirib.

  • Министр обороны потребовал повысить уровень боеспособности подразделений

    29 марта на Центральном командном пункте под руководством министра обороны генерал-полковника Закира Гасанова состоялось служебное совещание с заместителями министра обороны, командующими видами войск, начальниками главных управлений, управлений и служб министерства. К совещанию посредством видеосвязи также были привлечены командиры объединений и соединений, дислоцированных на освобожденных территориях, в том числе другие должностные лица, сообщает Минобороны АР.

    Касаясь организации службы на освобожденных территориях, министр обороны довел до внимания участников совещания поручения Президента Азербайджана, Верховного главнокомандующего Вооруженными силами Ильхама Алиева, а также рассказал о предстоящих задачах.

    Генерал-полковник З.Гасанов поручил сосредоточить основное внимание на повышении уровня подготовки личного состава и боеспособности подразделений на улучшении качества тренировок и занятий по боевой подготовке, проводимых в воинских частях, в частности, в подразделениях, дислоцированных на освобожденных территориях с учетом опыта Отечественной войны.

    Министр обороны подчеркнул важность обеспечения безопасности и сохранения здоровья личного состава азербайджанской армии, повышения его морально-психологической подготовки, а также укрепления воинской дисциплины.

    З.Гасанов дал конкретные поручения по развитию военной инфраструктуры на освобожденных территориях, проведению инженерно-саперных работ и мероприятий по инженерному обеспечению войск, повышению бдительности военнослужащих, заступающих на боевые дежурства, а также дальнейшему улучшению материально-технического обеспечения и оснащения подразделений.

  • Zakir Həsənov müşavirə keçirdi: Bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsini tələb etdi

    Martın 29-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə yerləşən birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, azad edilmiş ərazilərdə xidmətin təşkili ilə bağlı məsələlərə toxunan Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişlərini və qarşıda duran vəzifələri müşavirə iştirakçılarına çatdırıb.

    General-polkovnik Z.Həsənov şəxsi heyətin hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin artırılmasında Vətən müharibəsində qazanılan təcrübə nəzərə alınmaqla əsas diqqətin hərbi hissələrdə, xüsusilə də azad edilmiş ərazilərdə yerləşən bölmələrdə keçirilən döyüş hazırlığı üzrə məşq və dərslərin keyfiyyətinin yüksəldilməsinə yönəldilməsini tapşırıb.

    Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətinin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

    General-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdə hərbi infrastrukturun inkişaf etdirilməsi, mühəndis-istehkam işləri və qoşunların mühəndis təminatı tədbirləri, döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat və təchizatının daha da yaxşılaşdırılması ilə bağlı konkret göstərişlər verib.

  • Ramazan ayının başlanması ilə bağlı toplantı olacaq

    Yaxın günlərdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının toplantısı olacaq və həmin toplantıda Ramazan ayının başlanması ilə əlaqədar müvafiq fətva veriləcək.

    Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb.

    Bu il Ramazan ayının dəqiq başlanma tarixi QMİ Qazılar Şurasının fətvasında bəyan ediləcək.

    İdarə Ramazan ayının ilk gününü Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının Ayın ölkəmizin üfüqi ərazisində görünməsinə dair hesablamalarına istinadən müəyyən edir.

  • Allergiyası olanlar peyvənd vurdura bilər? – Açıqlama

    Səhiyyə Nazirliyinin Bakı şəhəri üzrə baş allerqoloqu Lalə Allahverdiyeva allergik xəstələrin COVID-19 xəstəliyinə yoluxma zamanı baş verə biləcək ağırlaşmalarından və peyvəndlənmənin hansı hallarda aparıla biləcəyi məsələsinə aydınlıq gətirib.

    Median.Az paytaxtın baş allerqoloqunun müsahibəsini təqdim edir:

    – COVID-19 allergiyadan əziyyət çəkən xəstələrə necə təsir edir?

    – Dünya üzrə aparılmış son tədqiqatların nəticələri göstərdi ki, respirator allergiya və bronxial astmadan əziyyət çəkən xəstələr COVID-19-un ciddi və həyati təhlükəli formaları ilə xəstələnməyə bilərlər. Əldə olan məlumatlara görə, koronavirus infeksiyası COVID-19 üçün risk qrupunda olan ağır dərəcəli, nəzarət olunmayan bronxial astma istisna olmaqla, digər allergik xəstəliklərin gedişini ağırlaşdırmır. SARS-CoV-2 koronavirusu bronxial astmanın kəskinləşməsi üçün triggerdir və ağır pnevmoniyaya səbəb ola bilər. Ağır dərəcəli, nəzarət olunmayan bronxial astma COVID-19 ilə xəstələnmiş şəxslərdə daha ağır nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən, allergiyası olan pasiyentlərdə koronavirus infeksiyasının ən yaxşı profilaktikası elə allergiyanın özünün müalicə edilməsidir. Xəstələr allergiya əleyhinə bazis terapiyanı almalıdırlar, bu da xəstəliyi nəzarətə almağa və ağırlaşmalardan qaçmağa imkan verər.

    – Allergiyadan əziyyət çəkən xəstələr koronavirus üçün risk qrupuna aiddirmi?

    Allergiyadan əziyyət çəkən xəstələr COVID-19-un inkişaf etməsinə görə risk qrupuna daxil deyildirlər, ona görə ki, belə xəstələrin tənəffüs yollarının hüceyrələrində AÇF2 (angiotenzin çevirici ferment-2) geninin ekspressiyasının azalması müşahidə olunur. Lakin ağır dərəcəli, nəzarət olunmayan bronxial astmalı və COVID-19-un geniş yayılmasına görə yüksək risk qrupunda olan xəstələr istisna təşkil edirlər. Virus xəstəlikləri və COVID-19 allergiyanın simptomlarını ağırlaşdıra bilər. Bu, respirator allergiya – bronxial astma, allergik rinitlər və pollinoz olan xəstələrə aiddir. Virus iltihablaşmış selikli qişadan asanlıqla orqanizmə daxil olur və xəstədə allergiyanın gedişini ağırlaşdırır. Digər bir klinik mənzərə də ola bilər. Məsələn, xəstə bronxial astmanın remissiya mərhələsində idi, lakin koronavirus infeksiyasına yoluxdu. İnfeksiya tənəffüs yollarının selikli qişasının virus mənşəli iltihabına səbəb oldu. Allergenlərin zədələnmiş selikli qişadan keçməsi artır və biz beləcə allergik iltihabın kəskinləşməsini izləyə bilərik.

    – COVID-19 xəstəliyinin əlamətləri ilə allergiya əlamətləri bir-birindən necə fərqlənir?

    – Respirator allergiyanın (atopik bronxial astma, allergik rinit, pollinoz) və koronavirus infeksiyasının simptomları həqiqətən də çox oxşardır. Bu simptomlara tənəffüsün çətinləşməsi, təngnəfəslik, öskürək, rinoreya, asqırma, burun və boğazda qaşınma, qıcıqlanma, gözlərdə qaşınma aiddir. Əgər bu simptomlara yüksək hərarət, başağrısı və boğazda ağrı, ümumi halsızlıq və mialgiya, quru öskürək, iy və dadbilmənin itirilməsi də qoşularsa, onda mütləq həkimə müraciət etmək və COVID-19-a görə müayinədən keçmək lazımdır.

    – Allergiyadan əziyyət çəkən insanların istifadə etdikləri antihistamin preparatları immun sistemini zəiflədə bilərmi?

    – Antihistamin preparatlar allergik xəstəlikləri olan xəstələrin immun sistemini heç bir şəkildə zəiflədə bilməz. Koronavirus infeksiyasının və COVID-19 pnevmoniyasının müalicəsində antiviral preparatlar, antibiotiklər, antikoaqulyantlar, hormonlar, vitaminlər istifadə olunur. Bütün bu preparatlar, allergiyası olan xəstələrdə koronavirus infeksiyası zamanı toksikodermiya və ya övrə şəklində təzahür edən dərman allergiyasına səbəb ola bilər. Belə xəstələrə eyni zamanda çox sayda dərmanları ehtiyatla təyin etmək lazımdır. Bu, xüsusilə də antibiotik və vitaminlərə aiddir.

    – Ən çox verilən suallardan biri: allergiyası olan insanlar COVID-19 peyvəndi vurdura bilərmi?

    – Allergik xəstəliklər peyvəndlənmə, o cümlədən də COVID-19 əleyhinə peyvəndləmə üçün əks göstəriş deyil. İstənilən peyvəndləmə üçün əsas əks göstəriş xəstəliyin kəskinləşməsi və nəzarətə alınmayan gedişinin olmasıdır. Peyvəndlənməyə mütləq əks göstəriş əvvəllər yeridilmiş digər peyvənd və ya zərdablara qarşı allergik reaksiyaların, peyvəndin tərkibinə daxil olan komponentlərə qarşı ağır sistem və anafilaktik reaksiyaların olmasıdır. Peyvəndlər və ya inyeksiya şəklində olan dərman preparatları ilə bağlı olmayan digər allergik reaksiyalar COVID-19 əleyhinə peyvəndlənmənin aparılmasına əks göstəriş deyil. Allergik xəstəliyin kəskinləşməsi peyvəndlənmənin aparılmasına müvəqqəti əks göstərişdir. Xəstəliyin kəskin əlamətlərini aradan qaldırmaq və remissiya dövründə peyvəndlənmək lazımdır.