Month: March 2021

  • Bu il Həcc ziyarəti olacaq? – QMİ-dən AÇIQLAMA

    Bu il Həcc ziyarətinin baş tutub-tutmayacağı ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən hələ ki məlumat verilməyib.

    Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən bildiriblər.

    Qeyd edilib ki, Həcc ziyarətinin təşkilinə başlanılması üçün Səudiyyə Ərəbistanından bildiriş gəlməlidir, yəni ziyarətin keçirilib-keçirilməyəcəyi barədə dəqiq məlumat verilməlidir:

    “Hələ ki bu bildiriş gəlməyib. Azərbaycandan getmək istəyənlər var və əgər razılıq verilərsə, müraciətlər toplanılacaq. Səudiyyə Ərəbistanı tərəfindən yaxın günlərdə razılıq gəlsə, vaxt baxımından ziyarəti təşkil etmək mümkündür.

    Lakin bildiriş aprelin axırına doğru gəlsə, vaxta görə ziyarətin təşkil edilməsini çatdırmaq mümkün olmayacaq”.

  • За попытку проникнуть на освобожденные от оккупации территории задержаны водитель и пассажир – ФОТО

    Сотрудники Джебраильского РУП задержали лиц, пытавшихся проникнуть на освобожденные от оккупации и не полностью разминированные территории района.

    Об этом сообщили в бардинской региональной группе пресс-службы МВД.

    Согласно информации, водитель автомобиля Mersedes Афсар Магеррамов и его пассажир Махир Гамидов, не подчинившись законным требованиям сотрудников полиции, пытались проехать через пост в селе Джоджуг Марджанлы Джебраильского района.

    В их отношении были составлены протоколы по соответствующим статьям Кодекса об административных проступках.


  • İşğaldan azad edilmiş ərazilərə keçməyə cəhd edən şəxslər saxlanıldı – FOTO

    Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

    Məlumata görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış postdan polis əməkdaşlarının qanuni tələbini pozaraq idarəsində olduğu “Mersedes” markalı avtomobillə keçməyə cəhd göstərən Əfsər Məhərrəmov və sərnişini Mahir Həmidov saxlanılıb.

    Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.


  • İndoneziyada neftayırma zavodundakı yanğının havadan görüntüləri – VİDEO

    İndoneziyanın Balonqan şəhərindəki Pertamina neftayırma zavodunda yanğın hələ söndürülməyib. Hadisə yerində yüzlərlə yanğınsöndürmə briqadası işləyir. Yanğının miqyası böyüməyə davam edir.

    “Life Shot” “Telegram” kanalı hadisə yerinin drondan görüntülərini paylaşıb.

    Yerli KİV orqanlarının məlumatına görə, yanğın zamanı 28 nəfər xəsarət alıb. Onlardan beşi ağır yanıq xəsarəti alıb, qalanlarının vəziyyəti yüngül qiymətləndirilir.

    Yaxınlıqdakı yaşayış məntəqələrindən 1000-ə yaxın sakin təxliyə edilib.

    İlkin ehtimallara görə, partlayışın səbəbi ildırım vurmasıdır.

  • Bakıda daha bir məktəb koronavirusa görə bağlandı

    Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 299 saylı məktəb liseydə dərslərin distant formada keçirilməsi qərara alınıb.

    Buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.

    Dərslər iki həftə distant formada davam etdiriləcək.

    Qeyd edək ki, bundan əvvəl COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzi Bakıdakı Məktəb Lisey Kompleksində (200 və 43 saylı orta məktəblər) əyani tədris prosesinin aprelin 9-na qədər dayandırılmasına qərar verib.

  • В Чехии выявили новый штамм коронавируса

    Новый штамм коронавируса обнаружен в Чехии. Об этом сообщило Чешское телевидение, пишет ТАСС.

    Он был выявлен сотрудниками специализированной лаборатории Elisabeth Pharmacon в городе Брно (юго-восток республики), проводящей тестирование на коронавирус. Незафиксированная ранее мутация, согласно медикам, не является более опасной, чем “британский” или “южноафриканский” штаммы вируса. Ее исследования продолжаются.

    В Чехии, на территории которой распространяются вышеуказанные штаммы COVİD-19, эпидемическая обстановка остается одной из наиболее сложных в Евросоюзе. В республике, население которой составляет 10 702 000 граждан, общее число инфицированных за период пандемии достигло 1 515 029, а количество умерших из-за последствий заражения – 25 874.

  • Çexiyada koronavirusun yeni ştammı aşkarlandı

    Çex Respublikasında koronavirusun yeni ştammı aşkar edilib.

    Bu barədə Çex telekanalı məlumat verib.

    Yeni ştamm Brno şəhərində koronavirus testini aparan ixtisaslaşmış “Elisabeth Pharmacon” laboratoriyasının əməkdaşları tərəfindən müəyyən edilib.

    Həkimlərin fikrincə, əvvəllər qeydə alınmayan bu mutasiya Britaniya və ya Cənubi Afrika ştammlarından daha təhlükəli deyil.

  • В Азербайджане известный юрист скончался от COVID-19

    В Азербайджане известный юрист Ниджат Гезалов скончался от коронавирусной инфекции в возрасте 55 лет.

    Об этом в соцсети сообщили его близкие.

  • Azərbaycanda tanınmış hüquqşünas koronavirusdan öldü

    Azərbaycanda tanınmış hüquqşünas Nicat Gözəlov vəfat edib.

    Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

    Bildirilib ki, 55 yaşında dünyasını dəyişən hüquqşünasın ölümünə səbəb koronavirus infeksiyası olub.

  • Tovuzda gizli keçirilən toya polis basqını: 31 nəfər cərimələndi, məclis sahibi həbs edildi – VİDEO

    Tovuz rayonunun İbrahim Hacılı kəndində toy mərasimi təşkil olunub.

    Mövcud koronavirus qadağalarına və məhdudiyyətlərə baxmayaraq, məclisə dəvət olunan insanlar sosial məsafə gözləmədən sıx şəkildə əyləniblər.

    Amma onların bu əyləncəsi çox çəkməyib. Belə ki, qaydalara zidd keçirilən toy mərasimi polis tərəfindən təsbit olunub və sərt tədbirlər görülüb.

    Toya qəfil gələn polislər durum təsbiti etmək, subutları toplamaq üçün hadisəni çəkəndə ilk öncə qonaqlar heç nə fərq etməyiblər.

    Nəticədə toy sahibi həbs edilib, 31 qonaq isə hər biri 200 manat olmaqla, cərimələnib.