Month: March 2021

  • Bakı sakini Saatlıda bıçaqlandı

    Saatlı rayonunda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Musalı kəndində qeydə alınıb. İlkin məlumata görə, Bakının Binəqədi rayon sakini, 1988-ci il təvəllüdlü Şirinov Nəbi Vaqif oğlu tanımadığı şəxs tərəfindən bıçaq xəsarəti alıb. Yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Пожар в жилом здании в Баку, жители эвакуированы

    В жилом здании в Гарадагском районе Баку произошел пожар.

    Как сообщили Report в МЧС, сгорели 7 ковров и домашняя утварь в подвале жилого здания. Из-за сильного задымления 25 жильцов квартир на верхних этажах здания были эвакуированы в безопасное место.

    Квартиры были защищены от огня, пожар потушен.

  • Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

    Bakıda yaşayış binasında yanğın olub.

    Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

    Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasınin zirzəmisinə yığılan 7 ədəd xalça və istifadəyə yararsız ev əşyaları 25 m² sahədə yanıb. Qatı tüstülənmədən binanın yuxarı mərtəbələrindən 25 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Qidalardakı təhlükəli virusla bağlı XƏBƏRDARLIQ

    Təhlükəli qida infeksiyası olan salmonellalar proteolitik xüsusiyyətə malik deyil. Ona görə də qida məhsullarının orqanoleptik görünüşündə, qoxusunda və ya dadında dəyişikliyə səbəb olmur. Bu isə salmonellalarla çirklənmiş qida məhsullarının təhlükəsiz qidadan ayırd edilməsində çətinlik törədir. Odur ki, yaxşı bişirilməyən heyvan mənşəli qida məhsullarının istehlakı yolverilməzdir.

    Median.Az xəbər verir ki, bu fikirlər Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsinə görə, partamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssislərinin hazırladığı məqalədə qeyd edilib.

    Məqalədə bildirilir ki, qida mənşəli xəstəliklərə bəzən salmonella növləri ilə çirklənmiş məhsullar səbəb ola bilir. Qeyd edək ki, salmonellalar (lat. Salmonella spp) Salmonella cinsinə və Enterobacteriaceae ailəsinə mənsubdur. Onlar qrammənfi və çubuqvari mikroorqanizm olub, spor əmələ gətirmir. Salmonellalar aerob, eyni zamanda fakultativ anaerob bakteriyalardır. Lakin bəzi növləri mikrokapsula əmələ gətirir. Həm də salmonellaların əksər növləri qamçılara malikdir və hərəkətlidir. Polipatogen bakteriya növü kimi salmonellaların eyni serotipi insanlar və heyvanlar arasında xəstəlik törədə bilir. Lakin S.typhi və S.paratyphi isə yalnız insanlarda xəstəliyə səbəb olur.

    Salmonellalar salmonelyoz adlanan infeksion xəstəliyin törədicisi kimi tanınır. Eyni zamanda qida toksikoinfeksiyalarının da əsas mənbəyi hesab olunur. Salmonelyozlar – antroponoz (xəstəlik mənbəyi xəstə insanlardır) və zoonoz (xəstəlik mənbəyi xəstə heyvanlar və heyvan mənşəli qida məhsullarıdır) olmaqla 2 qrupa bölünür. Zoonoz salmonelyozlar insanlara salmonelyozlu xəstə ev heyvanları ilə (iri və xırdabuynuzlu heyvanlar, quşlar və s.) təmas və ya salmonellalarla sirayətlənmiş çiy və ya yarıbişmiş halda olan heyvan mənşəli qida məhsullarının istehlakı (ət məhsulları, süd məhsulları, yumurta, xərçəngkimilər və s.) nəticəsində yoluxur. Qida məhsullarından insanlara yoluxan və bağırsaq divarında məskunlaşan salmonellalar (S. typhimurium, S.enteritidis və b.) həyat fəaliyyəti dövründə enterotoksinlər, öldükdən sonra isə neyrotrop təsirə malik endotoksinlər ifraz edir. Bu da insanlarda mədə-bağırsaq və sinir pozğunluqları, eləcə də septisemiya ilə nəticələnən qida zəhərlənmələrinə səbəb olur. Qida zəhərlənmələrinin əsas törədicilərindən biri sayılan salmonellalar heyvan mənşəli qida məhsullarının istehsal və ya istehlakı dövründə sanitar-gigiyenik qaydalara əməl edilmədikdə həmin məhsulların tərkibində geniş yayılır. Xüsusilə də quşçuluq məhsulları (quş əti, yumurta və s.) bu bakteriya növünün əsas daşıyıcısıdır. Salmonelyoza yoluxmuş heyvan və quşların ifrazatları ətraf mühitin – torpağın, suyun, eləcə də meyvə-tərəvəzin daha çox çirklənməsinə səbəb olur ki, bu da bakteriyanın intensiv çoxalması üçün əlverişli şərait yaradır. Həşəratların da bu infeksiya növünün yayılmasında və insanlar arasında salmonelyozların baş verməsində rolu böyükdür.

    Salmonelyoza yoluxmuş insanlarda xəstəlik nəticəsində baş verən intoksikasiyalar temperaturun yüksəlməsi, halsızlıq, iştahanın azalması, qusma, ishal və digər əlamətlərlə müşahidə edilir.

    Ətraf mühitin müxtəlif amillərinə, o cümlədən aşağı temperaturun təsirinə qarşı davamlı olan salmonellalar xarici mühit şəraitində həyat fəaliyyətini uzun müddət (torpaqda 18 ay, suda 5 ay, ət və ət məhsullarında 6-12 ay, quş ətində 12 ay, süddə 3 həftə, yumurta qabığında 3 ay və s.) qoruyub saxlaya bilir. Hətta dondurulmuş və ya duzla konservləşdirilmiş heyvan mənşəli məhsulların tərkibində də salmonellalar uzun müddət sağ qalır. Buna baxmayaraq, birbaşa günəş şüalarının təsirindən salmonellalar 5-9 saat ərzində tələf olur. Dezinfeksiyaedici maddələr (2 %-li fenol məhlulu, 3 %-li natrium hidroksid məhlulu, 5 %-li aktiv xlor məhlulu, 3 %-li formaldehid məhlulu) salmonellaları 15-20 dəqiqə ərzində məhv edir.

    Qeyd edək ki, uzun müddət saxlanılan yumurtaların qabığında mövcud olan salmonellalar onun səthindən daxilinə sirayət edir və orada aktiv şəkildə artıb çoxalır.

    Ümumiyyətlə, salmonellaların S.enterica və S. bongori növlərinə aid olan 2500-dən çox serotipi mövcuddur. S.enterica növünə mənsub olan patogen salmonellalar (xüsusilə S.enteritidis) zoonoz mikroorqanizm kimi daha çox qida infeksiyalarının baş verməsinə səbəb olur.

    Təhlükəli qida infeksiyası kimi tanınan salmonellalardan qorunmaq məqsədilə bəzi tövsiyələrə əməl etmək lazımdır:

    • Heyvan mənşəli qida məhsullarının saxlanması, daşınması və realizasiyası dövründə baytarlıq-sanitariya qaydalarına riayət olunmalı;

    • Baytarlıq ekspertizasına cəlb olunmayan heyvan mənşəli qida məhsulları istehlak edilməməli;

    • Çiy və ya yarıbişmiş halda olan heyvan mənşəli qida məhsulları istehlak edilməməli;

    • Heyvan mənşəli qida məhsullarının soyuducuda saxlanması dövründə mal qonşuluğuna riayət edilməli;

    • Soyuducuda saxlanılan hazır qidaların yaxşı qızdırılmadan istehlakına yol verilməməli;

    • Çiy və bişirilmiş halda olan heyvan mənşəli qida məhsulları üçün istifadə olunan mətbəx əşyaları ayrı olmalı;

    • Şəxsi gigiyena qaydalarına ciddi riayət edilməlidir.

  • В Баку женщина получила ножевое ранение

    В Баку произошла поножовщина.

    Как сообщает Report, инцидент зарегистрирован на территории Сабунчинского района столицы.

    Так, Яхшыханым Гусейнова (1990 г.р.) была ранена ножом в область живота.

    Пострадавшая доставлена в больницу.

    По данному факту ведется расследование.

  • Abşeronda qadından şok cinayət – 35 min manatlıq oğurluq

    Abşeronda evdə oğurluq olub.

    Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də rayon ərazisindəki evlərin birindən 25.500 manat pul və 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini G.Niftalıyeva saxlanılmışdır.

    

  • Лукашенко освободил своего сына от должности

    Президент Беларуси Александр Лукашенко освободил от должности своего помощника по национальной безопасности Виктора Лукашенко.

    Как передает Report, об этом сообщила пресс-служба главы государства.

    “Виктор Лукашенко освобожден от должности помощника президента Беларуси по национальной безопасности в связи с переходом на выборную должность”, – говорится в сообщении.

    В пресс-службе добавили, что Виктору Лукашенко присвоено очередное воинское звание “генерал-майор запаса”.

  • Aleksandr Lukaşenko oğlunu vəzifədən azad etdi

    Belarus prezidenti Aleksandr Lukaşenko oğlu Viktor Lukaşenkonu dövlət başçısının milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən azad edib.

    “Report”un məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.

    “Viktor Lukaşenko seçkili vəzifəyə keçidlə əlaqədar Belarus prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən azad olunub”, – xəbərdə deyilir.

    Mətbuat xidmətində əlavə ediblər ki, Viktor Lukaşenkoya növbəti “ehtiyatda olan general-mayor” hərbi rütbəsi verilib.

  • Rusiyalı jurnalist: ““Bakıda qaldığım hotelin yanında erməni kilsəsi açıq idi” – VİDEO

    “Zvezda” telekanalının xüsusi müxbiri Aleksandr Artamonov Bakıda səfərdə olub.

    O, Prezident İlham Əliyevin yerli və xarici media üçün keçirdiyi mətbuat konfransında da iştirak edib.

    Artamonov “Nyus Front” “YouTube” kanalında Sergey Vslovskiyə müsahibə verib.

    O, Bakıda gördüklərini danışıb.

    “Mətbuat konfransında prezident İlham Əliyev hər bir jurnalistin sualına ayrı-ayrılıqda cavab verdi. Mən də bu şərəfə nail oldum. Dörd saatlıq söhbət, dörd dildə baş tutdu. İlham Əliyev poliqlotdur. Tərcüməçilik xidmətindən istifadə etmədi”, – deyə jurnalist bildirib.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Ermənistanda növbədənkənar parlament seçkiləri və referendum keçirilə bilər

    Axşam saatlarında Yerevanda keçirilən mitinqdə öz tərəfdarları qarşısında çıxış edən Baş nazir Nikol Paşinyan bir sıra maraqlı bəyanatlar verib.

    “RİA Novosti”nın məlumatına görə, o, Ermənistanda yarıprezident üsul idarəsinə keçidin mümkünlüyü barədə danışıb.

    Bu məqsədlə Baş nazir ölkədə referendumun keçirilməsini də istisna etməyib.

    Həmçinin N.Paşinyan növbədənkənar parlament seçkiləri ehtimalına da toxunaraq, prosesə hazır olduğunu bildirib.

    Xatırladaq ki, bu axşam Yerevanın mərkəzində Baş nazir tərəfdarlarının mitinqi baş tutub. Mitinq N.Paşinyanın başçılığı altında küçə yürüşü ilə yekunlaşıb.