Month: March 2021

  • У Афаг Баширгызы возникли проблемы со здоровьем

    У народной артистки Афаг Баширгызы возникли проблемы со здоровьем.

    Об этом заявил ведущий Эльгиз Акпер в программе Elgizlə izlə, сообщает Axşam.az. По его словам болезнь актрисы в настоящее время только усилилась.

    “Я согласовал с ней этот вопрос, поэтому говорю об этом в эфире. С 1995 года она страдает тяжелым артрозом. По мере того как болезнь прогрессирует, ей становится сложнее двигаться. Четыре раза были проведены операции. Сейчас заболевание обострилась. Боли стали сильнее, чем прежде”, – сказал телеведущий.

  • Bakıda 31 yaşlı qadın bıçaqlandı

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

    Belə ki, 1990-cı il təvəllüdlü Hüseynova Yaxşıxanım Fərhad qızı naməlum şəxs tərəfindən qarın nahiyəsindən bıçaqlanıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • DİN-dən sərt xəbərdarlıq – BU ŞƏXSLƏR CƏRİMƏLƏNƏCƏK

    Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə bir daha müraciət edib.

    DİN-in Mətbuat xidmətindən oxu24.com-a bildirilib ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat alan şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər.

    “Bunun üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonunda yerləşən Texniki Müayinə Mərkəzində, Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərindəki yeni istifadəyə verilmiş Müayinə Mərkəzində, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər. Respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş İdarənin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində avtomobillərini texniki baxışdan keçirə bilərlər. Xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan keçməyən avtomobillər müəyyən edilərək sürücüləri cərimə olunacaqlar.

    Qeyd edək ki, müayinə mərkəzləri həftənin bütün günləri fəaliyyət göstərir. Sürücülər hər gün saat 9-00-dan axşam saat 6-ya qədər avtomobillərini texniki baxışdan keçirə bilərlər. Sürücülərdən xahiş olunur ki, texniki baxışa avtomobillərini saz vəziyyətdə təqdim etsinlər.

    Sonda qeyd edək ki, texniki baxışdan yayınmaq üçün müxtəlif üsullara əl atan sürücülərə rast gəlinməkdədir. Bəzi sürücülər texniki baxışdan keçən avtomobillərin nömrələrini digər nəqliyyat vasitələrində istifadə edərək hərəkət etməyə cəhd göstərirlər. Belə sürücülər də dövlət yol polisinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanır və onlar qanunvericiliyə uyğun olaraq cərimə olunurlar”, – Mətbuat xidmətindən bildirilib.

  • ​”OBA”da üzərində söyüş yazılan qadın corbaları satılır – FOTO

    “OBA” marketlər şəbəkəsində üzərində söyüş yazılan qadın corbaları satılır.

    Azadinfo.az xəbər verir ki, corabların şəkilini feysbukda Nadir Qocabəyli adlı şəxs paylaşıb və “OBA”da satıldığını iddia edib.

    Paylaşılan şəkildə corabların üzərində İngilis dilində “fuck” yazıldığı açıq şəkildə görünür.

    Sözügedən fotonu təqdim edirik:

  • Микаил Джаббаров о соглашении по сотрудничеству, подписанному между Азербайджаном и ООН – ЗАЯВЛЕНИЕ

    “Заключение соглашения о сотрудничестве является результатом совместной деятельности партнерских учреждений, Министерства экономики и организаций, входящих в состав ООН”.

    Об этом сказал министр экономики Азербайджана Микаил Джаббаров на пресс-конференции после церемонии подписания документа.

    По его словам, основные направления соглашения совпадают с приоритетами национального развития страны:

    “Этот документ соответствует целям долгосрочного развития. В нем запланировано осуществление деятельности по четырем направлениям. Первое из них касается обеспечения инклюзивного роста, второе – развития институтов в сфере социальных услуг, третье – гендерного равенства в различных областях, четвертое – активности и участия женщин в различных сферах жизни. В связи с этим будут созданы соответствующие рабочие группы и управляющий комитет”.

  • Kafe-restoranlarda ən çox hansı qaydalar pozulub?

    Fevral ayında AQTA tərəfindən 18 395 monitorinq həyata keçirilib və 885 nöqsan aşkar edilib.

    Bu barədə Qida Təhlükəsizliyi Agnetliyi məlumat yayıb.

    Bildirilib ki, Bakı şəhəri üzrə ən çox nöqsan Səbail rayonunda (20 nöqsan), ən az nöqsan isə Qaradağ rayonunda (2 nöqsan) aşkarlanıb.

    Ən çox rast gəlinən nöqsanlar bunlardır:

    İşçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi – 734 (83 %);

    Masa (2 metr) və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmaması – 107 (12%);

    Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 51173 monitorinq həyata keçirilib və 2992 nöqsan müəyyənləşdirilib.

  • Millət vəkili: “COVID-19 əleyhinə vaksin vurdurmağı hələlik düşünmürəm, çünki sağlam adamam”

    “COVID-19 əleyhinə vaksin vurdurmağı hələlik düşünmürəm. Çünki çox sağlam adamam”.

    Bunu Modern.az-a Milli Məclisin deputatı Sabir Hacıyev bildirib.

    Deputat həyatı boyu xəstələnmədiyini xüsusi olaraq qeyd edib:

    “Nə zamansa xəstələndiyimi xatırlamıram. Evimdə heç bir dərman vasitəsi yoxdur. İnanın, temperaturumun yüksəldiyi də ağlıma gəlmir. İnsanlar hər il mövsümi xəstəliklərlə, qriplə mübarizə aparır.

    Mən heç vaxt qrip də olmamışam. Hesab edirəm ki, ağır qrip keçirən insanlar mütləq qrip əleyhinə peyvənd vurdurmalıdır. Hətta tez-tez xəstələnən adamlar koronavirus əleyhinə vaksinasiya olunmalıdır”.

    Sabir Hacıyev heç vaxt xəstələnməməsinin səbəblərini də açıqlayıb. Deyib ki, hər şeydən öncə idmanla məşğul olur:

    “Deyəndə ki, xəstələnmirəm, bu, çoxlarına qəribə gəlir. İllərdir idmanla məşğul oluram. Bir ildən çoxdur ki, idman zalları bağlıdır və mən ev şəraitində idmana davam edirəm. Düzü, idman zallarının bağlı qalmasını məntiqlə anlamıram.

    Necə olur ki, restoranlar açılır, amma zallar yox?! Halbuki idman zallarında məsafə mütləq olur. Trenajorda ancaq bir adam məşq edir. Parlamentin ötən plenar iclasında həmkarım Fazil Mustafa da bu məsələyə haqlı iradını bildirmişdi”.

    Deputat sağlam qidalanmanın da əsas şərt olduğunu vurğulayıb:

    “İdmanla yanaşı, həm də sağlam qidalanmaya üstünlük verirəm. Subay adamam. Evdə yeməklərimi də özüm hazırlayıram. Ən yaxşı iki, ya da üç aşpaz varsa, onlardan biri mənəm.

    Aş, bozartma, buğlamanı o qədər dadlı bişirirəm ki, məni tanıyanlar restorana yox, evimə qonaq gəlir. Dünya mətbəxinin təamlarını də çox dadlı hazırlaya bilirəm.

    Bir sirr açım: yeməkləri sevgi ilə, məhəbbətlə bişirdiyimdən çox dadlı alınır. Hətta bəzi aşpazlar da bir neçə dəfə necə dadlı yemək bişirdiyimin şahidi olub. Əti necə səliqəli doğradığımı da söyləyə bilərəm.

    Mətbəx sevgim uşaq yaşlarımdan formalaşıb. Yadımdadır ki, vaxtilə müxtəlif vəzifələrdə işləsəm də, bazarlığı heç vaxt sürücünün öhdəsinə buraxmamışam. Çox yaxşı bazarlıq etmək bacarığım da var”.

  • По инициативе фонда YAŞAT в Азербайджан прибыла бригада израильских врачей – ФОТО

    По инициативе Фонда YAŞAT, при организационной поддержке посольства Израиля в Азербайджане и Национального центра офтальмологии имени академика Зарифы Алиевой, для оказания медико-гуманитарной помощи в Азербайджан прибыла команда израильских офтальмологов.

    Медицинская бригада в составе восьми человек прилетела в нашу страну для лечения раненых участников Отечественной войны.

    Врачи проведут обследования и прооперируют наших военнослужащих, у которых в результате участия в боевых действиях возникли проблемы со зрением.

    За два дня израильские врачи осмотрели 123 участника Отечественной войны. Пятеро из них уже прооперированы, а операции еще 20 человек назначены на ближайшие дни.

    Напомним, что с целью облегчения процесса подачи заявок в Фонд YAŞAT и обеспечения прозрачности его деятельности запущен портал yashat.gov.az.

    Для ознакомления с отчетностью Фонда следует перейти по ссылке: https://yashat.gov.az/report/tableau.

    Также функционирует колл-центр Фонда – “8110”.

  • Sənaye parklarındakı rezidentlər hesabatları ildə 2 deyil, 4 dəfə təqdim edəcək – yeni qərar

    Sənaye parkının rezidentlərinin fəaliyyətləri haqqında hesabat-statistik məlumatların alınması, onların fəaliyyətinin monitorinqinin həyata keçirilməsi ilə bağlı İqtisadiyyat Nazirliyinin Kollegiyası qərar qəbul edib.

    Banker.az-ın əldə etdiyi sənəddə qeyd edilir ki, bununla bağlı sənədi İqtisadiyyat naziri Mikayıl Cabbarov imzalayıb.

    Qərarın 2.1-ci bəndində yeni redaksiya verilməklə bildirilir ki, rezidentlər hesabat-statistik məlumat ildə dörd dəfə rüblük dövr üçün alınır. Bu qərar 1 fevraldan qüvvəyə minib.

    Fevralın 1-ə qədər isə hesabat-statistik məlumat ildə iki dəfə yarımillik dövr üçün alınırdı.

    Dəyişiklikdə qeyd edilir ki, hesabat-statistik məlumatın alınması üçün hesabat dövrü aşağıdakı kimi müəyyən olunur: I rüblük hesabat dövrü – hər ilin 01 yanvar tarixindən 31 mart tarixinə kimi (31 mart daxil olmaqla); II rüblük hesabat dövrü – hər ilin 01 aprel tarixindən 30 iyun tarixinə kimi (30 iyun daxil olmaqla); III rüblük hesabat dövrü – hər ilin 01 iyul tarixindən 30 sentyabr tarixinə kimi (30 sentyabr daxil olmaqla); IV rüblük hesabat dövrü – hər ilin 01 oktyabr tarixindən 31 dekabr tarixinə kimi (31 dekabr daxil olmaqla).

    Digər dəyişikliyə görə, rezident tərəfindən istehsal (emal) olunan məhsulların bərabər işlərin, xidmətlər də qeydiyyat şəhadətnaməsinə yazıla bilər.

    Məhsulların texniki xarakteristikası siyahıdan çıxarılıb, xammalın mənşə ölkəsi üzrə göstərici siyahıya daxil edilib.

    Rezidentlərin işçilərinin sayı ilə yanaşı, orta aylıq əmək haqqı da göstəriləcək.

  • Paşinyan üzr istədi

    Ermənistanın Baş naziri Nikol Paşinyan Respublika meydanında keçirilən mitinq zamanı rəhbəri olduğu hökumətin səhvlərinə görə bütün ermənilərdən üzr istəyib.

    İstinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, 30 illik müstəqillik dövründə ölkə hakimiyyəti mümkün olan bütün səhvlərə yol verib. Həmçinin, son 2 il 10 ayda da bütün mümkün səhvlər edilib.

    “Söhbət hökumətdən, şəxsən məndən gedir. Mən bütün Ermənistan vətəndaşlarından, diaspor ermənilərindən səhvlərimə görə üzr istəyirəm”, – deyə Paşinyan bildirib.

    O qeyd edib ki, hökumət və özü tərəfindən edilən səhvlərin əsas səbəbi xalq sevgisindən “zövq almaları” olub:

    “Biz o qədər sevilirdik ki, bu xalq sevgisinə layiq olmaq üçün hər şeyin tam və ideal olmasını istədik. İdeal seçimlərin axtarışı isə bir çox hallarda fəaliyyətsizliyə səbəb oldu. Bəzən seçim pis və ən pis arasında olurdu”.
    Erməni mətbuatı Paşinyanın sözügedən nitqini həmişə olduğu kimi, şifahi deyil, vərəqdən oxuyaraq söyləməsinə diqqət çəkib.