Month: March 2021

  • Министр обороны Азербайджана обсудил с послом Беларуси перспективы развития военного сотрудничества

    Сегодня министр обороны Азербайджана генерал-полковник Закир Гасанов встретился с новоназначенным чрезвычайным и полномочным послом Республики Беларусь в нашей стране Андреем Равковым.

    Об этом сообщили в пресс-службе Минобороны.

    Закир Гасанов, поздравив посла с началом дипломатической деятельности в нашей стране, пожелал ему успехов в сфере расширения сотрудничества между Азербайджаном и Беларусью. Глава военного ведомства выразил уверенность в том, что назначение бывшего министра обороны этой страны послом в Азербайджане будет способствовать дальнейшему развитию взаимовыгодного военного и военно-технического сотрудничества между нашими государствами.

    Он отметил, что Азербайджан придает особое значение партнерству с Беларусью во всех направлениях, в частности в военной сфере, и подчеркнул, что имеются широкие возможности для дальнейшего взаимодействия между двумя странами в этой области.

    Посол, в свою очередь, отметил, что приложит все усилия для развития азербайджано-белорусских отношений, в частности сотрудничества в военной сфере.

    Он заявил, что Беларусь также заинтересована в развитии двустороннего партнерства с Азербайджаном в оборонной области и для этого имеется необходимый потенциал.

    В ходе обсуждений была отмечена важность развития военного сотрудничества и расширения взаимных связей между министерствами обороны двух стран.

  • “5 min körpəni doğum evində DƏYİŞDİRDİM” – Ölüm yatağında olan tibb bacısından ŞOK AÇIQLAMA

    Ölmək üzrə olan tibb bacısının etirafı hər kəsi şoka salıb.

    Elizabet adlı qadın 5 min körpəni zövq aldığı üçün dəyişdiyini bildirib.

    Median.Az sonxeber.az-a istinadən bildirir ki, qadın bunları ölüm yatağında xəstəxanada etiraf edb. Analara və körpələrinə xəbərdarlıq edən tibb bacısı ”Hər kəsin dəri rəngi açıq, amma sizinki fərqlidirsə, dəyişdirdiyim körpələrdən biri ola bilərsiniz” deyərək müraciət edib.

    Zambiyalı təqaüdçü tibb bacısı Elizabet yerli “Zambian Observer ” qəzetinə verdiyi açıqlamada 13 illik karyerası ərzində minlərlə yeni doğulmuş körpəni xəstəxanada dəyişdirdiyini,1983-1995-ci illər arasında paytaxt Lusakadaki Universitet Tədris Xəstəxanasında (UTH) işlədiyini bildirib:

    “Tanrını tapdım və yenidən doğuldum. Gizlədəcək bir şeyim yoxdur. Doğum evində işlədiyim müddətdə təxminən 5 min körpəni dəyişdirdim “.

  • “Ata oğlunu Allah yolunda qurban kəsdi” – Dəhşətli hadisə – VİDEO

    Türkiyənin Zonguldakı Çaycuma rayonunda ata oğlunun boğazını kəsib.

    Bizim.Media ”Cumhuriyyet qazetesi”nə istinadən xəbər verir ki, Türkiyənin Çaycuma Dövlət Xəstəxanasının təcili yardım şöbəsində çalışan tibb işçisi Yusuf oğlunu kəndin meşəsinə apararaq, bıçaqla boğaz nahiyəsinə ağır xəsarət yetirib.

    Sonra isə polisə gedərək əməlini etiraf edib.

    Nəzarətə alınan 42 yaşlı kişi deyib ki, yuxusunda ondan uşağını Allah yolunda qurban kəsməsi tələb edilib. Ona görə də bu cinayəti törədib:

    “Ayıldım. Oğlumu maşına mindirdim. Onu Allah yolunda qurban verəcəyimi söylədim. Oğlum qəbul etdi. Meşəyə girdik qəssabdan aldığım bıçağı çıxardım. Oğlumu qabağıma qoyaraq kəsməyə başladım”.

    Hazırda 16 yaşlı gənc oğlan reanimasiyada müalicə alır. Oğlunu bıçaqla xəsarət yetirən şəxs isə həbs olunub.

  • Gürcüstan mətbuatı İlham Əliyevin yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransından yazır

    Azərbaycan Prezidentinin fevralın 26-da yerli və xarici kütləvi informasiya vasitələri (KİV) üçün keçirdiyi mətbuat konfransı Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

    Bu ölkənin “marneulifm.ge” informasiya portalı AZƏRTAC-a istinadla Azərbaycan Prezidentinin keçirdiyi mətbuat konfransını tam şəkildə oxucuların diqqətinə çatdırıb.

    Bundan başqa, “report.ge”, “aktual.ge”, “interpress.ge”, “gaxa.ge”, “dalğatv.ge”, “1tv.ge” və digər portallar Azərbaycan Prezidentinin söylədiyi müxtəlif fikirlər barədə məlumatlar yayıblar.

  • В Азербайджане произошло землетрясение

    В Азербайджане произошло землетрясение.

    Об этом сообщили в Республиканском центре сейсмологической службы Национальной Академии наук Азербайджана.

    По предварительной информации, подземные толчки зафиксированы в 17:45 по местному времени в 20 километрах к юго-востоку от станции Гобустан на территории одноименного района.

    Магнитуда составила 3,5 бала. Очаг землетрясения залегал на глубине 44 км.

  • Вилаят Эйвазов произвел новое кадровое назначение

    В органах внутренних дел произведено новое кадровое назначение.

    Как сообщает oxu.az, приказом министра внутренних дел генерал-полковника Вилаята Эйвазова старший лейтенант Рашад Мамишов назначен командиром отделения Гейгельского отдела Государственной дорожной полиции (ГДП).

    Отметим, что ранее он занимал должность старшего инспектора ГДП Дашкесанского района.

  • Vilayət Eyvazov baş leytenantı rəis təyin etdi

    Göygöl Rayon Yol Polis bölməsinə rəis təyin edilib.

    Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, bu vəzifəyə baş leytenant Rəşad Məmişov təyin edilib.

    Qeyd edək ki, Rəşad Məmişov daha əvvəl Daşkəsən rayonu Dövlət Yol Polisinin baş inspektoru vəzifəsində çalışıb.

  • Paşinyanın tərəfdarları meydana gəlməyə başladı

    Yerevanda Ermənistan baş naziri Nikol Paşinyanın tərəfdarları mərkəzi Respublika meydanına toplaşmağa başlayıb.

    Bölgəyə həm də çoxlu sayda polis qüvvələri cəlb edilib.

    Qeyd edək ki, birləşmiş müxalifət də N.Paşinyan tərəfdarları ilə təxminən eyni vaxtlarda növbəti mitinqini elan edib.

    Artıq bəzi nöqələrdə kiçik insidentlərin yaşandığı deyilir.

    ///Trend

  • Aleksey Romanov: “Ermənistanda insanlar müharibə dövründə nələrin baş verməsindən danışırlar” – MÜSAHİBƏ

    “Romanov” “Youtube” kanalının aparıcısı, İrəvanda yaşayan rus bloqer, jurnalist Aleksey Romanov Xocalı faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verdiyinə görə sərt tənqid və hətta təhqir obyektinə çevrilib. Xüsusən erməni telegram kanalları və sosial şəbəkələrdəki fəallar hiddətlənir, Aleksey Romanovu Azərbaycan təbliğatçısı olmaqda, Nikol Paşinyanı dəstəkləməkdə günahlandırıblar (Təhqiramiz epitetləri sadalamayacağıq).

    Aleksey Romanovla baş verənlər bir daha erməni cəmiyyətindəki gərginlik səviyyəsini göstərdi. Məlumdur ki, hazırda İrəvanda baş nazir Nikol Paşinyanın tərəfdarları və müxaliflərinin etirazları keçirilir. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı da onun istefasını istəyir, Müdafiə Nazirliyi isə sakitliyə çağırır. Parlamentdən kənar “Sasna Tsrer” partiyasının radikalları İrəvanda məşəl yürüşü təşkil ediblər. Ermənistan parlamentindəki hakim “Mənim addımım” fraksiyası Baş Qərargah rəisi Onik Qasparyanın istefası barədə Nikol Paşinyanın əmrini imzalamaqdan imtina edən Ermənistan prezidenti Armen Sarkisyanın impiçmentindən danışır. Müxalifət də öz növbəsində parlamentin buraxılması və Paşinyanın baş nazir postundan istefasında israrlıdır.

    Media.Az-a verdiyi müsahibədə Aleksey Romanov Ermənistanda baş verənlərdən, cəmiyyətdəki əhval-ruhiyyədən və bir çox başqa məsələlər barədə şərh verib.

    – Ermənistan hakimiyyəti çevrilişə cəhd barədə elan verdi. Həm müxalifət, həm də Nikol Paşinyanın tərəfdarları öz aksiyalarını davam etdirirlər. “Romanov” “Youtube” kanalındakı videonuzdan belə aydın olur ki, insanlar hazırkı baş nazir üçün küçələrə çıxmağa hazırdırlar. İrəvanda atmosfer necədir? Gərginlik hissi varmı?

    – Gərginlik miqyasını 0-dan 10-a qədər götürsək (0 – adi vaxtdır, müharibədən, hətta koronavirusdan əvvəl; 10 – hərbi əməliyyatların başlamasından sonrakı ilk günlər), o zaman Ermənistan orta bir yerdədir – gərginlik 5 baldır. Mən belə qiymətləndirərdim. Bunu keçən ilin sentyabr ayının sonu – oktyabrın əvvəlində və 10-11 noyabrda baş verənlərlə müqayisə etmək olmaz. Ancaq hər halda, böyük şəhərdə yüngüllük və qayğısızlıq hiss olunmur, ordu küçələrdə görünməsə də, hökumət orqanları eyni rejimdə işləyirlər.

    Erməni və beynəlxalq mətbuatı təhlil edərkən Nikol Paşinyanı devirmək cəhdinin əsasən xaricdən dəstəkləndiyi müşayiət olunur, erməni diasporunun nümayəndələri bu barədə fəal şəkildə danışırlar. Ermənistanın daxilində isə “Qarabağ klanı” adlanan əvvəlki hakimiyyətin iqtidara qayıtmasını istəmirlər. Nə fikirləşirsiz?

    Mən də elə bu qənayətdəyəm, baxmayaraq ki, bu gün Ermənistandakı müəyyən qüvvələrin dəstəyinin necə qurulduğu barədə heç bir obyektiv məlumatım yoxdur və ya onlar erməni dilində nəşr olunduğu üçün mənim üçün əlçatan deyil. Ancaq öz müşahidələrim, real həyatda insanlarla olan ünsiyyət təcrübəsi var. Ən ciddi anti-Paşinyan əhval ruhiyyəsi, onun maliyyə və məlumat dəstəyi diaspordan gəlir. Bunun niyə baş verdiyini anlamaq asandır.

    Məsələn, fərz edək ki, Paşinyan gedəcək, ancaq diaspor nümayəndələrinə əhalinin böyük hissəsi tərəfindən rədd edilən əvvəlki hakimiyyətlə yaşamaq lazım olmayacaq. Axı Ermənistanda üçüncü qüvvə yaranmayıb. Yalnız iki düşərgə və sadə bir seçim var: 2018-ci ilin inqilabı nəticəsində hakimiyyətə gələnlər və ya inqilabdan əvvəl ölkəni idarə edənlər. Bu səbəbdən müxalifətə çox da dəstək verilmir.

    Eyni zamanda, Ermənistandakı inqilabdan sonra media bazarı hələ də bölüşdürülməyib. Medianın böyük bir hissəsi ya birbaşa əvvəlki hökumətin adamlarına məxsusdur, ya da onlardan asılıdır. Hətta bəzi yeni media və “Telegram” kanalları da Nikol Paşinyana qarşı çıxış edir. Lakin buna baxmayaraq, Paşinyan ən populyar siyasətçi olaraq qalır. Ötən gün topladığı mitinq bunu mükəmməl şəkildə göstərdi. Bir neçə saat ərzində meydanda baş naziri dəstəkləməyə qərar verən minlərlə insan toplandı. Müxalifət isə küçələrə bu qədər etirazçı çıxara bilmir. Bu, çox şeydən xəbər verir. Əhalinin əksəriyyəti Paşinyana dözməyə, ya da onu dəstəkləməyə hazırdır. Diasporda isə vəziyyət tam əksinədir.

    Erməni “Telegram” kanallarının və sosial şəbəkələrin mövzusunu davam etdirsək, sizi indi fəal müzakirə edirlər, müxtəlif epitetlərlə “mükafatlandırırlar”, bəzən hədələyirlər. İrəvanda yaşayışınız necədir? Nədənsə ehtiyat edirsiz?

    Bilirsiniz, onlayn və oflayn həyatı ayırmaq lazımdır, xüsusən Ermənistanda. Yalnız sosial şəbəkələrə əsaslansaq, elə təəssürat yaranacaq ki, Ermənistanda normal insan yoxdur, hamı faşistdir, dövlət isə gücə yatırım edən kiçik imperiyadır. Əslində ağlı başında olan insanlar çoxdur. İnsanlar döyüşmək yox, sülh içində yaşamaq, çalışmaq istəyirlər.

    Erməni sosial şəbəkələrinin yaratdığı təəssürat əvvəlki hakimiyyət nümayəndələrinin fəal işinin nəticəsi ola bilər. Onların ideologiyaları inkişaf etdirilir, çoxsaylı “bot fermaları” üçün resurslar xərclənir. Başqa məqamlar da var.

    Ermənistan uzun illər təcrid olunmuş vəziyyətdə olub, xarici aləmlə əlaqəsi isə yalnız diaspor, Rusiya və Gürcüstanla (daha az miqyasda) olan kiçik bir ölkədir. Nəticədə sosial şəbəkələrdə diasporun mövqeyindən fərqli fikirlər söyləməyin qəbuledilməz olduğu bir vəziyyət meydana çıxır.

    Bəs adi insanlar, siravi vətəndaşlar nə düşünür?

    – Nümunə göstərim. Müharibə günlərində internetdə hər kəs erməni xalqının qəhrəmanlığından, mübarizə aparmasından danışırdı və xəyanət, arxadan vurulan zərbə olmasaydı (yeri gəlmişkən, kim tərəfindən?), qalib gələcəyini bildirirdi. Bəs real həyatda necə idi? İnsanlar qardaşlarını, oğullarını, qohumlarını, dostlarını səfərbərlikdən necə qaçırdığını, müharibə vaxtı kiminsə haradasa nəyisə necə oğurladığı danışırdı. Odur ki, Ermənistanda iki reallıq var: internetdə olan, bir də real həyatdakı.

    Müharibə başladıqdan və videolarımın internetdə yayımlanmasından sonra erməni internet ictimaiyyəti üçün “satqın” oldum, mənim hətta haradasa “qara kürü ilə dolu çəlləyimin” olduğunu da dedilər. Ancaq mən kütləvi aksiyalara gəlirəm, insanlar tanıyır, danışır, əl sıxırlar. Mən deyirəm: “Dayanın, bu mənəm, kürüyə satılan Aleksey Romanov”. Cavab sadədir: “Bunlar hamısı cəfəngiyyatdır, biz sizi tanıyırıq”. Mən real həyatda mənfi münasibətlə qarşılaşmamışam. Mənə atılan çirkab tamamilə internet mənşəlidir, bunu internet trolları edir.

    – Gəlin müharibənin nəticələrinə toxunaq. Erməni ictimaiyyəti bunları qəbul etməyə hazırdır? İndi öz sərhədlərində mövcud olan Ermənistan və Azərbaycan var.

    – Biz sizinlə öz peşəmizin xüsusiyyətlərinə əsasən həqiqətin harada olduğunu, yalan və təbliğatın harada olduğunu anlamaq üçün vaxt sərf edə bilərik. Sadə insanlarda bu fürsət yoxdur. Kimsə nəsə deyir, insan eşidir və inanır. Təəssüf ki, insanlar təbliğata həssasdırlar. Ancaq bu vəziyyəti nəzərə almaqla belə indi görürəm ki, erməni xalqında yorğunluq, laqeydlik hissi var. Bu isə diaspor və “keçmiş” hakimiyyətin dəstəklədiyi revanş ideyası ilə çox az uyğun gəlir. Mənə elə gəlir ki, müharibənin nəticəsi ermənilərin “Qarabağ əhvalatını” bağlamağa, hadisələri yenidən qiymətləndirməyə hazır olmasına gətirib çıxarıb.

    Xatırladım ki, Ermənistanın Baş Qərargahı Nikol Paşinyanın istefası tələbi ilə bəyanat verərkən də İrəvanda etiraz aksiyası keçirilirdi. Çağırışçıların valideynləri övladlarının Qarabağa xidmətə göndərilməmələrini tələb edirdilər. Bax, əsl abu-hava budur.

    – Söhbətimizin əvvəlində siz bildirdiniz ki, bir tərəfdən Nikol Paşinyan və digər tərəfdən isə Robert Koçaryanın simasında keçmiş hakimiyyət var, üçüncü qüvvə isə yoxdur. Bəs o zaman müxalifətin baş nazir kimi müəyyən etdiyi Vazqen Manukyan kimdir?

    – Robert Koçaryan rəsmi olaraq müxalifətin rəhbəri deyil, Ermənistanda ona nifrət edirlər, onun böyük antireytinqi var. Müsahibələrindən birində özünün siyasətə qayıtması barədə bəhs etdikdən sonra bir çoxları üçün hər şey aydın oldu. Ermənistan müxalifətinin ön cəbhəsində kimin olmasından asılı olmayaraq, hətta Manukyan olsa belə, onun arxasında Koçaryan dayanır və ipləri əlində saxlayır. Odur ki, Vazqen Manukyan ciddi qəbul olunmur.

  • Azərbaycanın ixrac etdiyi peyk xidmətinin nə qədər gəliri olub? – AÇIQLAMA

    2021-ci ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 21 ölkəsinə 1,98 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda qeyd olunur ki, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 84 faizini təşkil edib.

    “Azərkosmos” ASC-nin 2021-ci ilin yanvar ayında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, ABŞ, BƏƏ, Pakistan və Türkiyədir.

    Trend