Month: March 2021

  • Azərbaycandakı dini konfessiyaların rəhbərləri 31 mart soyqırımı ilə bağlı müraciət ünvanlayıb

    Azərbaycandakı dini konfessiyaların rəhbərləri 31 mart soyqırımı ilə bağlı dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar.

    Müraciətdə deyilir:

    “Azərbaycan Respublikasının vətəndaşları və milyonlarla dünya azərbaycanlılarının iradəsini ifadə edərək, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində müraciətimizi dünya ictimaiyyətinin, dini liderlərin, parlamentlər və beynəlxalq təşkilatların diqqətinə çatdırırıq.

    Bütün müqəddəs kitablarda əksini tapan həqiqət budur ki, uca Rəbbin yaratdığı bir insanı belə qətlə yetirmək – bütün bəşəriyyəti qətl etmək qədər ağır cinayət, bir insanı yaşatmaq isə bütün bəşəriyyəti yaşatmaq qədər savabdır. Dünya tarixində milli, irqi, dini mənsubiyyətinə görə törədilmiş soyqırımı faktları bəşəriyyətin qan yaddaşında “qara ləkələr” kimi qalır və insanlığa qarşı ən böyük və bağışlanılmaz günahlardan hesab olunur. Faciəvi soyqırımı cinayətlərinə məruz qalan xalqlardan biri də Azərbaycan xalqıdır və bu dəhşətli hadisələrin tarixi mahiyyətini dünya ictimaiyyəti bilməli, ədalətli qiymətini verməlidir.

    XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda məqsədyönlü şəkildə kütləvi məskunlaşdırılan ermənilərin uydurma “böyük Ermənistan” xülyası ilə azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq yönündə atdıqları addımlar bu ərazilərdə tarixən yaşayan azərbaycanlılara və digər xalqlara qarşı kütləvi qətllərin və soyqırımı aktlarının reallaşması ilə nəticələndi. Erməni millətçilərinin xalqımıza qarşı iki əsrdən artıq davam edən ardıcıl təcavüz, etnik təmizləmə siyasəti, terror və vandalizm əməlləri səbəbindən Azərbaycanlılar tarixən yaşadıqları indiki Ermənistan ərazisindəki doğma yurd-yuvalarından didərgin salındılar. Erməni ekstremistlərinin Azərbaycana qarşı ərazi iddiaları bu gün də davam etməkdədir.

    Tarixi faktlar bundan ibarətdir ki, 1905-ci və 1918-ci illərdə erməni ekstremistləri tərəfindən Bakıda və bölgələrdə azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilib, on minlərlə dinc insan qətlə yetirilib, yaşayış məntəqələri, tarix və mədəniyyət abidələri, məscidlər, kilsələr və sinaqoqlar dağıdılıb. Təkcə Mart soyqırımı — 1918-ci ilin 30 mart – 3 aprel tarixləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində — Şamaxı, Quba, Dərbənd, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Qazax, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin törətdikləri soyqırımı nəticəsində on minlərlə insan milli və dini mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib. 1918-ci il Mart hadisələrində təkcə üç gün ərzində Bakı şəhərində 12 mindən çox azərbaycanlı soyqırımına məruz qalıb, şəhərin tarixi məscid və məbədlərinə təcavüz edilib; Şamaxı qəzasının 53 kəndində 8 027 nəfər, Şamaxı şəhərində 8 000 azərbaycanlı amansızlıqla qətlə yetirilib. Şamaxının mərkəzi Cümə məscidinə od vurulub, içərisinə doldurulmuş qadınlar, uşaqlar diri-diri yandırılıb; Lənkəran qəzasında isə 2 000 insan qətl edilib;

    1918-1920-ci illərdə ermənilər tərəfindən indiki Ermənistan ərazisində yerləşən Zəngəzur və İrəvan qəzalarında, İranın Azərbaycan vilayətlərində və Gürcüstanda yaşayan azərbaycanlı əhaliyə, Qubada və Dərbənddə, həmçinin, yəhudi əhaliyə qarşı həyata keçirilən soyqırımı da tarixi sənədlərdə öz əksini tapıb. Belə ki, Zəngəzur qəzasında 10 068 nəfər azərbaycanlı öldürülüb; İrəvan quberniyasında 211 azərbaycanlı kəndi məhv edilib və əhalisi soyqırımına məruz qalıb; Urmiya, Maku, Təbriz, Xoy və Səlmasda 120 mindən artıq azərbaycanlı qətlə yetirilib; Gürcüstanın azərbaycanlılar yaşayan Borçalı mahalında, Tbilisinin azərbaycanlılar yaşayan tarixi məhəllələrində 5 000 yaxın azərbaycanlı məhv edilib; Quba qəzasında, habelə Dərbənddə 16 000 çox azərbaycanlı öldürülüb; 162 kənd dağıdılıb, 3 000 qədər yəhudi vəhşicəsinə qətlə yetirilib.

    Tarixi arayış üçün bildirək ki, XX əsrin əvvəllərində erməni ekstremistlərinin kütləvi qırğın siyasətinin izləri Orta Asiyada, Türküstanda da mövcud olub. 1918-1922-ci illərdə Özbəkistanın Fərqanə vadisində ermənilər tərəfindən 35 mindən artıq özbək müsəlmanın həyatına son qoyulması, erməni daşnakları tərəfindən Kokand şəhərinin yandırılması, burada bir gün ərzində on mindən çox, Əndicanda isə 5 000 yaxın insanın məhv edilməsi, Qırğızıstanda Suzak, Bazar-Korgon kəndlərinin bütün sakinlərinin güllələnməsi tarixi mənbələrdən məlumdur.

    Ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti sovet hakimiyyəti dövründə də davam etdirildi. 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlı Zəngəzurdakı, 1988-1990-cı illərdə isə Ermənistanın digər ərazilərindəki ata-baba yurdlarından deportasiya edildi və faktiki olaraq əzəli Azərbaycan ərazilərində yaradılmış Ermənistan Respublikası monoetnik dövlətə çevrildi.

    Ötən əsrin 80-90-cı illərində təcavüz siyasətini davam etdirən Ermənistan dünya birliyi tərəfindən tanınan ərazilərimizin 20 faizini – Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində işğal etdi, bir milyondan çox azərbaycanlı doğma yurdlarından didərgin salındı. 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Xocalıda, Ağdabanda, Daşaltıda həyata keçirdikləri soyqırımı aktları onların törətdikləri vəhşiliklərin ikrahdoğurucu nümunələridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusunun bölmələri Xocalı şəhərinə qəfil silahlı basqın edərək oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın törətməsi, qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 nəfərin xüsusi qəddarlıqla qətlə yetirilməsi, 150 nəfərin itkin düşməşi, 1 275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qoyulması ilə müşayiət olunmuş Xocalı faciəsi Holokost, Hernika, Xatın, Srebrenitsa, Ruanda soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə bir sıradadır və dünya tərəfindən soyqırımı kimi tanınmalıdır.

    Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarında vandalizm aktları həyata keçirərək minlərlə tarixi, dini, mədəniyyət abidələrimizi, ziyarətgah və qəbiristanlıqlarımızı, islam, xristian və yəhudi məbədlərini məhv edib, həqarətə məruz qoyub, Qarabağda tarixən mövcud olmuş qədim alban, müsəlman, pravoslav dini və mədəni irsini yoxa çıxarmaq yönündə məqsədyönlü iş apararaq mədəni-mənəvi irs nümunələrimizi ya sıradan çıxarıb, ya da tarixini, mənşəyini saxtalaşdıraraq özününkiləşdirib – erməniləşdirib, qriqoryanlaşdırıb. Təkcə Qarabağ ərazisində fəaliyyətdə olan 67 məsciddən 64-ü Ermənistanın işğalı dövründə yerlə-yeksan edilib. Halbuki, bütün bu illər ərzində Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində erməni kilsəsi, kitabxanası abad şəkildə qorunub saxlanılmaqdadır və on minlərlə erməni əsilli vətəndaşımız ölkəmizdə əmin-amanlıq şəraitində yaşayır.

    2020-ci il iyul-sentyabr aylarında Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan sərhədində və Qarabağda yeni hərbi təxribatlara başladılar və sentyabrın 27-də irimiqyaslı hərbi təcavüz edərək dinc əhali və mülki infrastruktura qarşı ağır artilleriya zərbələri endirməklə işğal ərazisini genişləndirməyə cəhd göstərdilər. Bunun nəticəsi olaraq, Azərbaycan xalqı Azərbaycan Prezidenti Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək mübarizəyə qalxdı. Xalq öz ordusunun gücü ilə 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etdi. Bununla da beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini yerinə yetirdi və öz ərazi bütövlüyünü bərpa etdi.

    Biz Azərbaycanda əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayan dini icmaların rəhbərləri kimi Cənubi Qafqaz bölgəsində bütün xalqlar, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün insanlar arasında, uca Yaradanımızın müqəddəs kitablarda bizlərə buyurduğu kimi, qarşılıqlı anlaşmanın bərqərar edilməsinin tərəfdarıyıq. Azərbaycan dövlətinin siyasi xətti bundan ibarətdir ki, müharibə, ərazi iddiaları, nifrət, dini və etnik ayrı-seçkilik, revanşizm kimi meyllərə son qoyulmalı, dövlətlər arasında sabitlik hökm sürməli, davamlı iqtisadi inkişaf yolunda səylər göstərilməlidir. Azərbaycanın dövlət rəhbərinin siyasi iradəsinə görə, bölgədə, Azərbaycanda bütün xalqlar, o cümlədən, erməni əsilli Azərbaycan vətəndaşları birlikdə, bərabər hüquqlarla mehriban qonşuluq şəraitində yaşamalıdırlar.

    Regionumuzda olan bütün dini icmalar, ələlxüsus Erməni Apostol Kilsəsi bu istiqamətdə fəal çalışmalı, müharibə deyil, sülhü və dialoqu təşviq etməli, sülhpərvər və humanist ideyaları təbliğ etməlidir. Lakin təəssüflər olsun ki, erməni din xadimləri qonşu xalqlara qarşı təcavüzü dəstəkləyir, xaricdəki erməni diasporunun və lobbisinin imkanlarını səfərbər edərək hazırda erməni terrorçuları və ekstremistlərinin revanşist, radikal, ksenofob, faşizm xislətli əməllərinə bəraət qazandırmağa çalışırlar. Öz işğalçı niyyətlərini, özgə torpağına iddialarını ört-basdır etmək üçün iftira təbliğatlarını dini zəmində təəssübkeşlik üzərində quraraq özlərini dünyaya məzlum qurbanlar kimi təqdim edirlər. Bir əlində xaç, bir əlində silah müharibə təbliğ edən, xalqını işğalçı müharibəyə, dinlərarası müstəvidə toqquşmaya sövq edən erməni kilsəsi öz məsuliyyətini, nəhayət, dərk etməlidir.

    Biz, Azərbaycandakı dini konfessiya rəhbərləri dünya dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara müraciət edir, vətənimiz Azərbaycanda erməni ekstremistlərinin Azərbaycan xalqına qarşı törətdikləri qətliamlara siyasi-hüquqi qiymət verməyə, törədilmiş hadisələrin bütöv bir xalqa qarşı planlı surətdə həyata keçirilən soyqırımı aktları kimi tanınmasına çağırırıq.

    Qoy uca Yaradan hamımıza həqiqəti yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!”.

    Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Alban-udi xristian icmasının rəhbəri Robert Mobili, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski imzalayıblar.

  • Dövlət qurumu hərbi xidmətə çağırılanlarla bağlı məlumat yaydı

    Azərbaycanda 2021-ci ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən martın 27-də SMS vasitəsilə məlumatlandırılıblar.

    Bu barədə Dövlət Xidmətindən məlumat verilib.

    Bildirilib ki, vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının (www.seferberlik.gov.az) “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilər.

    Həmçinin mobil telefonlardan çağırışçıların şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni ara məsafəsiz (probelsiz) daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə etmək mümkündür. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslər istifadə edə bilər.

    Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il martın 2-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” Sərəncama əsasən 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

  • DİM-dən abituriyentlərə sınaq imtahanları ilə bağlı MÜRACİƏT

    Dövlət İmtahan Mərkəzi buraxılış (qəbul) imtahanlarına hazırlaşan abituriyentlərə və buraxılış sinif şagirdlərinə dəstək məqsədilə mütəmadi olaraq https://otk.az/ portalı vasitəsilə imtahan modelinə uyğun onlayn sınaq imtahanları keçirir.

    Mərkəzdən verilən məlumata görə, bu gündən etibarən portala Azərbaycan və rus bölmələri üzrə 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı (I, II, III, IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi) modelinə uyğun yeni sınaq imtahanları əlavə olunub.

    Şagird və abituriyentlər bu imtahanlardan istifadə etməklə özlərinin imtahana hazırlıq səviyyələrini yoxlaya bilərlər. Onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçərək günün istənilən vaxtında biliklərini yoxlamaq imkanına malikdirlər.

    Onlayn imtahan başa çatan kimi iştirakçılar imtahan nəticələrini əldə edə, yenidən test tapşırıqlarına baxa, onları təhlil edə və öz cavabları ilə düzgün cavabları müqayisə edə bilərlər. Portalda qeydiyyatdan keçmək və imtahanlara yazılmaq qaydaları ilə otk.az-da “Təlimatlar” bölməsində tanış ola bilərsiniz.

  • В четырех школах Баку восстановлен традиционный формат обучения

    С 29 марта в средних школах столицы №№ 59, 98, 274 и 320 на основании заключения Центра гигиены и эпидемиологии возобновились занятия в очной форме, сообщили в Управлении образования города Баку.

    Напомним, COVID-19 заразились учитель школы № 98, четыре педагога школы №274, директор школы №59.

    Отметим, в период особого карантинного режима организация учебного и учебно-воспитательного процесса в образовательных учреждениях регулируется в соответствии с временными правилами, утвержденными постановлением Кабинета министров.

    Также проводится процесс вакцинации среди педагогического и технического персонала школ в возрасте 50 лет и старше.

  • Bakıda dörd məktəbdə ənənəvi dərslər bərpa olundu

    Bakı şəhərində fəaliyyət göstərən dörd məktəbdə ənənəvi dərslər bərpa olunub.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, martın 29-dan paytaxtdakı 59, 98, 274 və 320 nömrəli tam orta məktəblərdə əyani tədris prosesi bərpa olunub. Belə ki, qeyd olunan məktəblərin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

    Qeyd edək ki, 98 nömrəli tam orta məktəbdə çalışan 1 müəllimin, 274 nömrəli tam orta məktəbdə çalışan 4 müəllimin, 59 nömrəli tam orta məktəbin isə direktorunun COVID-19 testi pozitiv çıxdığına görə məktəblərdə tədris müvəqqəti olaraq distant təhsil formasında davam etdirilirdi.

    Müvəqqəti olaraq 274 nömrəli məktəbin inzibati binasında fəaliyyət göstərən 320 nömrəli tam orta məktəb kollektivinin və şagirdlərin COVID-19 infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə həmin məktəbdə də tədris 2 həftəlik distant formada davam etdirilib.

    Onu da qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.

    Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

    Məlum olduğu kimi, paytaxtdakı ümumi təhsil müəssisələrində normal tədris mühitinin bərpası üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesi davam edir.

  • В Сумгайыте мужчина совершил попытку суицида

    В Сумгайыте 34-летний мужчина пытался свести счеты с жизнью.

    Инцидент произошел в общежитии, расположенном в 15-м квартале города.

    Так, С. Гурбанов (1987 г.р.) решил покончить с собой, выпив уксусную кислоту.

    Из-за тяжелого состояния он был доставлен в токсикологическое отделение Клинического медицинского центра Баку.

    Напомним, минувшей ночью в доме 45 в 17-м микрорайоне Сумгайыта произошло самоубийство. К. Мисирли (2003 г.р.) покончила с собой, бросившись с балкона последнего этажа многоквартирного здания, в котором проживала.

    По обоим фактам проводится расследование.

  • Sumqayıtda kişi intihara cəhd edib

    Sumqayıtda 34 yaşlı kişi intihara cəhd edib.

    Hadisə şəhərin 15-ci məhəlləsində yerləşən yataqxanada baş verib.

    Belə ki, 1987-ci il təvəllüdlü S.Qurbanov yaşadığı evdə sirkə turşusu içərək intihara cəhd edib. Hadisə barədə Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (TTYX) müraciət daxil olub.

    Şəxsin vəziyyəti ağır olduğundan onu paytaxtdakı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriblər.

    Xatırladaq ki, bu gecə Sumqayıtın 17-ci mikrorayonu, ev 45-də intihar hadisəsi qeydə alınıb. Belə ki, 2003-cü il təvəllüdlü K.Misirli yaşadığı doqquzmərtəbəli binanın doqquzuncu mərtəbəsinin eyvanından özünü ataraq intihar edib.

    Hər iki faktla bağlı araşdırma aparılır.

  • Прокуратура распространила информацию об убийстве в Гобустане

    28 марта около 18:00 в прокуратуру поступила информация об обнаружении тела Биллуры Расуловой (1986г.р.) в ее доме на территории Гобустанского района.

    В ходе расследования были установлены обоснованные подозрения в том, что Б.Расуловой на почве конфликта ножевые ранения нанес ее муж Эльнур Расулов (1980 г.р.), в результате чего она скончалась.

    После этого Э.Расулов нанес себе увечья, в настоящее время он находится на стационарном лечении в Шамахинской центральной районной больнице.

    По данному факту в прокуратуре Гобустанского района возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство), ведется расследование.

  • Prokurorluq Qobustandakı dəhşətli qətllə bağlı məlumat yaydı

    Martın 28-də saat 18 radələrində Qobustan rayonu ərazisində 1986-cı il təvəllüdlü Rəsulova Billurə Ələkbər qızına məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Qobustan rayon prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Elnur Rəsulovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Billurə Rəsulovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Qeyd edilən hadisədən sonra Elnur Rəsulov özünə bıçaqla xəsarətlər yetirib və hazırda o, Şamaxı Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədədir.

    Faktla bağlı Qobustan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Венесуэла предлагает нефть в качестве платы за поставку вакцин

    Президент Венесуэлы Николас Мадуро предложил оплачивать вакцины против COVID-19 поставками нефти.

    “У Венесуэлы есть нефтяные суда и клиенты, которые будут покупать нашу нефть. Мы готовы поставлять ее в обмен на вакцины, но просить никого не будем”, – приводит “Интерфакс” его слова.

    В настоящее время страна получает вакцины от России и Китая.