Month: March 2021

  • Maduro COVID-19 peyvəndinin pulunu neftlə ödəməyi təklif etdi

    Venesuela Prezidenti Nikolas Maduro COVID-19 peyvəndinin pulunu neftlə ödəməyi təklif edib.

    Bu barədə RT məlumat yayıb.

    “Venesuelanın neft gəmiləri və neftimizi alacaq müştəriləri var. Biz peyvənd müqabilində neft tədarükünə hazırıq, ancaq bunu heç kimdən istəməyəcəyik”, – deyə N.Maduro bildirib.

  • В Азербайджане от коронавируса скончался еще один директор школы

    Директор средней школы села Асланбейли Газахского района Дильгам Мамедов (1956 г.р.) скончался от коронавируса.

    Напомним, вчера от коронавируса скончалась директор школы №13 Гянджи Хуснай Мовлаева.

  • Azərbaycanda daha bir müəllim koronavirusdan vəfat etdi

    Azərbaycanda məktəb direktoru koronavirusdan vəfat edib.

    Qazax rayon Aslanbəyli kənd orta məktəbinin direktoru 1956-cı il təvəllüdlü Dilqəm Məmmədov COVID-19-dan vəfat edib.

    Hazırda Aslanbəyli kənd orta məktəbində direktor vəzifəsinə təyinat yoxdur.

    Xatırladaq ki, ötən gün Gəncə şəhəri 13 nömrəli məktəbin direktoru Hüsnay Mövlayeva da koronavirusun qurbanı olub.

  • DTX tərəfindən saxlanılan sabiq icra başçısının kimlərdən rüşvət aldığı məlum oldu

    Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyevin bəzi cinayət əməlləri üzrə detallar məlum olub.

    “Qafqazinfo”nun məlumatına görə, hazırda həbsdə olan İ. Vəliyev icra hakimiyyətinin şöbə müdiri olmuş Anar Cəfərov vasitəsilə vəzifələri ilə əlaqədar himayədarlıq etmək və əməllərinə laqeydlik göstərmək müqabilində rayondakı digər vəzifəli şəxslərdən külli miqdarda rüşvət almaqda ittiham edilir.

    Belə ki, A.Cəfərov İsmayıl Vəliyevin tapşırığı ilə rayonun Xıllı qəsəbə bələdiyyəsinin sədri Muxtar Rəsulovdan 2015-ci ildə maneəsiz fəaliyyət göstərməsinə görə 2 min manat rüşvət alaraq icra başçısına verib. Adıçəkilən şəxs eyni məbləğdə pulu həmin adamdan oxşar məqsəd üçün 2020-ci ildə də tələb edərək alıb.

    Bundan başqa, A.Cəfərov rayonun Tatarməhlə kənd bələdiyyəsinin sədri Qabil Mehdiyevin xidməti fəaliyyətində edəcəyi hərəkətlərə laqeydlik göstərmək və himayədarlıq etmək üçün ondan 6 min manat rüşvət alaraq İsmayıl Vəliyevə verib. A.Cəfərov Q. Mehdiyevdən 2020-ci ildə də himayədarlıq məqsədilə 6 min manatı təkrar alaraq icra başçısına verib.

    Həmin kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəxrəddin Nəzirov da oxşar məqsədlər üçün icra başçısına Anar Cəfərov vasitəsilə 6 min manat rüşvət verib.

    Qeyd edək ki, DTX-nin keçirdiyi əməliyyat nəticəsində İsmayıl Vəliyevlə birgə onun birinci müavini Vurğun Əkbərov, şöbə müdiri Vüqar Nağıyev, Rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov da saxlanılıb.

    Onlar barəsində rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərlə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

  • Şuşada ermənilərin atıb qaçdığı xeyli sayda silah-sursat tapıldı

    İşğaldan azad edilmiş ərazilərdə partlamamış silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

    Məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizlik Xidmətinin aidiyyəti qurumları ilə birgə keçirdikləri növbəti belə tədbirlər zamanı Şuşa şəhəri ərazisindən bir ədəd pulemyot, beş ədəd avtomat, bir ədəd qumbaraatan, 31 ədəd müxtəlif növ qumbara, 14 ədəd müxtəlif növ mərmi, 18 ədəd avtomat darağı, 2 628 ədəd müxtəlif çaplı patron və digər silah-sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

  • Gədəbəy sakinini elektrik cərəyanı vuraraq öldürdü

    Martın 25-də saat 19 radələrində Gədəbəy rayonu, Kərimli kənd sakini, 1969-cu il təvəllüdlü Hüseynov Şaiq Hüseyn oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Gədəbəy rayon prokurorluğu məlumat yayıb.

    Aparılmış araşdırmalarla Şaiq Hüseynovun kənd ərazisində elektrik enerjisinin kəsilməsi səbəbindən transformatora müdaxilə edərkən elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.

    Hazırda fakt üzrə Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.

  • Azərbaycan millisi Qətərə uduzdu

    Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyununda qüvvəsini sınayıb.

    Canni De Byazinin baş məşqçi olduğu komanda Qətər yığması ilə üz-üzə gəlib.

    Macarıstanın Debretsen şəhərindəki “Nadyerdeyi” stadionunda keçirilən qarşılaşmda milli komandamız 1:2 hesabı ilə uduzub.

    UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.

    Azərbaycan yığması bu komanda ilə üçüncü dəfə qarşılaşıb. 2013-cü ildəki ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 2017-ci ildə isə milli rəqibini məğlub edib – 2:1.

    Azərbaycan yığması seçmə mərhələdəki ilk görüşündə İtaliyada Portuqaliyaya 0:1 hesabı ilə uduzub. Qətər isə Lüksemburqu eyni hesabla yenib.

    Qeyd edək ki, A qrupunun digər oyunlarında Serbiya Portuqaliyanı, İrlandiya isə Lüksemburqu qəbul edəcək.

    Yoldaşlıq oyunu
    27 mart

    Qətər – Azərbaycan 2:1
    Qollar: Hassan al-Haydos, 55-pen; 58 – Ramil Şeydayev, 16-pen.
    Qətər: 1. Saad Əl-Şib, 2. Pedro Migel, 4. Məhəmməd Vaad, 7. Ahmed Alaeldin, 10. Hassan al-Haydos (k), 15. Bassam Əl-Ravi, 16. Bualem Xuxi, 18. Elamin, 19. Almoez Əli, 20. Abdulsalam, 23. Assim Madibo.
    Ehtiyat oyunçular: 21. Mahmud Abunada, 22. Salah Zakaria, 3. Abdelkarim Hassan, 5. Tarek Salman, 6. Abdulaziz Hatem, 8. Tamim Əl-Muhaza, 9. Fodahyil, 10. Musab Xeder, 11. Məhəmməd Muntari, 12. Karim Budiaf, 14. Salem Əl-Hacri, 17. İsmayıl Məhəmməd.
    Baş məşqçi: Feliks Sançes.
    Azərbaycan: 1. Emil Balayev (k), 2. Sərtan Taşkın, 4. Bəhlul Mustafazadə, 5. Şəhriyar Əliyev, 7. Anatoli Nuriyev, 9. Ramil Şeydayev, 10. Mahir Emreli, 16. Aleksey İsayev, 19. Təmkin Xəlilzadə, 20. İsmayil İbrahimli, 22. Tellur Mütəllimov.
    Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 12. Şahrudin Məhəmmədəliyev, 3. Amin Seeydiyev, 6. Vüqar Mustafayev, 8. Coşqun Diniyev, 11. Amil Yunanov, 13. Abbas Hüseynov, 14. Xəyal Nəcəfov, 15. Toral Bayramov, 17. Elvin Cəfərquliyev, 18. Rəhim Sadıxov, 21. Namik Ələskərov.
    Baş məşqçi: Canni de Byazi.
    Hakimlər: İvan Krujlyak, Tomaş Somolani, Branislav Hantsko, Peter Kraloviç (Slovakiya).
    Macarıstan, Debretsen. “Nadyerdeyi” stadionu.

  • Boks üzrə keçmiş dünya çempionu karyerasını bərpa edir

    Boks üzrə keçmiş dünya çempionu amerikalı Oskar De La Hoya karyerasını bərpa etmək niyyətindədir.

    Gazeta.ru xəbər verir ki, bu barədə o mətbuat konfransında deyib.

    Keçmiş dünya çempionu bildirib ki, 3 iyulda yenidən rinqə çıxmaq istəyir, lakin o, rəqibinin adını açıqlamayıb.

    47 yaşlı De La Hoya 1992-ci ildə Olimpiya çempionu olub. Peşəkar karyerasında keçirdiyi 45 döyüşdə 39 qələbə qazanıb (30-u nokautla nəticələnib), 6 dəfə məğlub olub.

    Amerikalı Jeff və Floyd Mayvezerlərə, Bernard Hopkinsə, Menni Pakyaoya, Xulio Sesar Çavesə qarşı ringə çıxıb.

    Onun son döyüşü 2008-ci ildə olub.

  • Nyu-Yorkda könüllü “vaksinasiya pasportları” tətbiq olunub

    Nyo-York ABŞ-ın koronavirusa qarşı peyvənd olunmasını təsdiqləyən könüllü rəqəmsal sertifikatları tətbiq edən ilk ştatı oldu.

    Bu barədə ştatın qubernatoru Endryu Kuomo öz “Twitter” səhifəsində bildirib.

    E.Kuomo bildirib ki, sertifikatın adı “Excelsior Pass” olacaq. O, QR kodu şəklində istifadə ediləcək.

    Bunu əldə etmək üçün tətbiqi “Apple App Store” və ya “Google Play Store”dan yükləmək lazımdır. Kodu, həmçinin xüsusi veb-saytda çap etmək mümkün olacaq.

    Proqramda iştirak könüllüdür.

  • Vilayət Eyvazovdan yeni təyinat

    Balakən rayon Polis Şöbəsi İstintaq Bölməsinə yeni rəis təyin edilib.

    Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı Babək Hacıyev gətirilib.