Month: March 2021

  • ABŞ-da atışma zamanı 7 nəfər xəsarət alıb

    ABŞ-ın Filadelfiya şəhərində atəşma olub.

    “Report” xəbər verir ki, bu barədə “Philadelphia Inquirer” məlumat yayıb.

    Məlumata görə, naməlum şəxs barda ətrafdakılara atəş açıb. Hadisə zamanı 7 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya yerləşdirilib.

    Polis bildirib ki, atışmaya mübahisə səbəb olub. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

  • Dağıstanda güclü qar uçqunu: Üç yaşayış məntəqəsi ilə əlaqə kəsilib

    Dağıstanın Tlərata rayonunu ərazisində güclü qar uçqunu olub.

    Regionun Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, nəticədə üç yaşayış məntəqəsinə gedən yollar bağlanıb.

    İtki və ya dağıntıların olmadığı bildirilib.

    Yaşayış məntəqələrinə gedən yolların açılması üçün əraziyə xüsusi texnika cəlb olunub.

  • Türkiyədə koronavirusla bağlı son STATİSTİKA

    Türkiyədə son 24 saat ərzində 220 985 nəfərin COVID-19 testi yoxlanılıb.

    “Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 29 081 nəfər təşkil edib.

    Son sutka ərzində 153 nəfər koronavirus səbəbindən vəfat edib.

    Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 2 921 037 nəfərə çatdığı bildirilib.

    Hazırda Türkiyə xəstəxanalarında 1 810 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.

  • AQTA koronavirusla bağlı qanunvericiliyin tələblərini pozan 24 ictimai iaşə obyektini cərimələyib – SİYAHI

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

    Nəzarət tədbirləri çərçivəsində 26 mart 2021-ci il tarixində ölkə üzrə 456 ictimai iaşə obyektində 766 monitorinq keçirilib. Monitorinqlər zamanı 24 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

    Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

    Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.

    1. Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində yerləşən, fiziki şəxs Əsgərov Sərxan İsgəndər oğluna məxsus kafe;

    2. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən, fiziki şəxs Nəcəfov Nemət Nəcəf oğluna məxsus restoran;

    3. Bakı şəhəri, Səbail rayonu, Ü. Hacıbəyov küçəsi, ev 10 ünvanında yerləşən, fiziki şəxs Ozmen Faruk Cemilə məxsus kafe;

    4. Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi, ev 6 ünvanında yerləşən, fiziki şəxs Dadaşov Pərviz Əliağa oğluna məxsus “United Coffee Beans” kafesi;

    5. Bakı şəhəri, Yasamal rayonu, Ş. Mehdiyev küçəsi, ev 83/23 ünvanında yerləşən, fiziki şəxs Əhmədova Dilşad Abbasəli qızına məxsus “Gecənin sehrində” kafesi;

    6. Bakı şəhəri, Sabunçu rayonu, Şamil Kamilov küçəsi 15 ünvanında yerləşən, fiziki şəxs Tağıyev İlahi Rəhim oğluna məxsus “Pub” kafesi;

    7. Bakı şəhəri, Səbail rayonu, Abbasov küçəsi, ev 1 ünvanında yerləşən, hüquqi şəxs “Yeni Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;

    8. Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi 27 ünvanında yerləşən, fiziki şəxs Kantayev Pirdas İbrahim qızına məxsus kafe;

    9. Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, ev 25 ünvanında yerləşən, fiziki şəxs Cəfərov Rəhim Ərşad oğluna məxsus kafe;

    10. Bakı şəhəri, Nəsimi ‎rayonu, Həsən Əliyev küçəsi, ev 999M ünvanında yerləşən, fiziki şəxs Ağayev İlqar Hüseyn oğluna məxsus kafe;

    11. Bakı şəhəri, Yasamal rayonu,‎ Nərimanov küçəsi, ev 9 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Ağa Hacıməmməd oğluna məxsus “Nəlbəki” kafesi;

    12. Bakı şəhəri, Binəqədi ‎rayonu, Ə.Rəcəbli küçəsində yerləşən, fiziki şəxs Quliyev Vəli Əlif oğluna məxsus “Zümrüd” kafesi;

    13. Sumqayıt şəhəri, Azərbaycan prospekti, ev 79B ünvanında yerləşən, fiziki şəxs Xəlilov İlqar Xəlil oğluna məxsus “Mutlu” dönər evi;

    14. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, fiziki şəxs Qədiyev Anar Elşad oğluna məxsus “Yakudza sush” kafesi;

    15. Bakı şəhəri, Nəsimi ‎rayonu, Əlimardan bəy Topçubaşov küçəsi, ev 11 ünvanında yerləşən, hüquqi şəxs SEK” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Best Center Hotel” mehmanxnasının tərkibində fəaliyyət göstərən restoran;

    16. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd küçəsi, ev 18, mənzil 8 ünvanında yerləşən, fiziki şəxs Aslan Məmmədov Elşad oğluna məxsus “Hazz” mehmanxnasının tərkibində fəaliyyət göstərən restoran;

    17. Gəncə şəhəri, M.P.Vaqif küçəsi, ev 160A ünvanında yerləşən, fiziki şəxs Məmmədov Musa Mehman oğluna məxsus kafe;

    18. Ağcabədi rayonu, S.Vurğun küçəsində yerləşən, fiziki şəxs Bayramov Babək Hüseyn oğluna məxsus çay evi;

    19. Ağcabədi şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Hacıyev Məhəmməd Vahid oğluna məxsus “NZS” kafesi;

    20. Ağcabədi rayonu, Dörd yol ərazisində yerləşən, fiziki şəxs Quliyev Emin Əhliman oğluna məxsus kafe;

    21. İsmayıllı rayonu, Qalınçaq kəndində yerləşən, fiziki şəxs Abbasov Ceyhun Tahir oğluna məxsus “Qardaşlar” çay evi;

    22. İsmayıllı rayonu, Topçu kəndində yerləşən, fiziki şəxs Fətəliyev Elmin Vəzirxan oğluna məxsus “Flaminqo” kafesi;

    23. Salyan rayonu, Ə.Hüseynov küçəsində yerləşən, fiziki şəxs Qasımov Nurlan Ağaşirin oğluna məxsus kafe;

    24. Qazax şəhəri, Ə.Şıxlinski küçəsində yerləşən, fiziki şəxs Həsənov Aydın Sabir oğluna məxsus “Kür” restoranı.

  • Türkiyənin xüsusi xidmət orqanları xüsusi təhlükəli terrorçunu məhv edib

    Türkiyənin xüsusi xidmət orqanları İraqın şimalında keçirdiyi əməliyyat zamanı təhlükəli terrorçunu zərərsizləşdirib.

    Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

    Türkiyənin təhlükəsizlik xidmətlərindəki mənbələrin məlumatına görə, Metin ərazisində keçirilən əməliyyat zamanı PKK-nın üç silahlısı məhv edilib. Onlar arasında həmçinin “Karker Kürecik” ləqəbli xüsusi təhlükəli terrorçu Hüseyn İnal da olub.

    İnal PKK-nın Yunanıstandakı “Lavrion” düşərgəsində terror hazırlığı keçib, sonra üç il ərzində İraqda Türkiyəyə qarşı pozuculuq fəaliyyəti ilə məşğul olub, o cümlədən terror aktı hazırlayıb.

    Hüseyn İnal fevralın sonunda Türkiyədə terror aktlarının mövzusunu müzakirə etmiş terrorçuların yığıncağında iştirak məqsədi ilə İraqa gəlib və orada da məhv edilib.

  • Google masaüstü versiyasına canlı altyazı funksiyasını gəldi

    Google nəhayət 2019-cu ildə Android versiyasına əlavə edilmiş canlı altyazı xüsusiyyətini “Chrome”un masa üstü versiyasına gətirdi. Bu xüsusiyyət avtomatik olaraq veb saytda səslənən və ya video oxudulanda altyazılar yaradır.

    Median.Az techland.az-a istinadən bildirir ki, hal-hazırda yalnız İngilis dilində olan canlı altyazı xüsusiyyəti ilk dəfə Canary versiyalarında keçən il təqdim edilmişdi. Bütün versiyalara gəlməsi təxminən 1 il sonra oldu.

    “Google”un açıqlamasına görə, hazırda Chrome, Windows, Mac və Linux versiyalarında mövcud olan canlı altyazı xüsusiyyəti “ChromeOS”a çox yaxında gələcəkdir.

  • Mingəçevirdə mikroavtobus piyadanı vurub

    Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

    APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Müslüm Maqomayev küçəsində baş verib.

    “Ford” markalı yük daşıyan mikroavtobus yolu keçmək istəyən qadını vurub.

    Yaralı xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Somalidə silahlı şəxslər parlamentin iclasına mane oldu

    Somalidə müxalifət parlamentin iclas salonuna mülki geyimli silahlıların gəlməsinə və bir sıra millət vəkillərinin hakimiyyəti ələ keçirmə cəhdlərinə etiraz edərək aşağı palatanın iclasını pozub.

    “Report”un məlumatına görə, bu barədə Somalinin “Garowe” portalı xəbər verib.

    Qeyd edilir ki, parlamentdə tam xaos hökm sürüb, spiker iclası təxirə salmağa məcbur olub. Portal deputatların bir-birinin üstünə qışqıraraq və tribunaya çıxmağa çalışaraq zal üzrə qaçmalarını əks etdirən videonu paylaşıb. Müxalifət nümayəndələri bildirib ki, silahlı insanlar deputatları prezident Məhəmməd Abdullah Məhəmmədin səlahiyyətlərinin iki il müddətinə uzadılmasına səs vermələrinə məcbur etmələri üçün iclasa gəliblər. Halbuki dövlət başçısının vəzifə səlahiyyətləri fevralın 8-də başa çatıb.

    “Garowe”nin məlumatına görə, parlamentin aşağı palatasının planlaşdırılmış plenar iclasından bir neçə saat əvvəl komitələrdən birinin üzvlərinin görüşü olub. Görüşdə spiker Məhəmməd Mürsəl Əbdürəhman çıxış edib. Toplantıda iştirak etmiş deputat Maxada Saladunun sözlərinə görə, spiker elan edib ki, ölkə prezidenti və regional liderlər arasında parlament, dövlət başçısı seçkiləri üzrə danışıqlar dalana dirənib və prezident Məhəmmədin, parlamentin indiki tərkibinin səlahiyyətlərinin uzadılmasına səs vermək lazımdır.

  • Millimizin Qətərlə matçdakı start heyəti açıqlandı

    Beynəlxalq yoldaşlıq görüşündə üz-üzə gələcək Qətər və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.

    Komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar.

    Qətər: 1. Saad Əl-Şib, 2. Pedro Migel, 18. Elamin, 16. Khoukhi, 15. Al Rawi, 7. Alaaeldin, 23, Al Haj Madibo, 20. Abdulsalam, 4. Waad, 10. Al Haydos (k), 19. Ali

    Azərbaycan: 1. Emil Balayev, 5. Şəhriyar Əliyev, 4. Bəhlul Mustafazadə, 2. Sertan Taşqın, 22. Tellur Mütəllimov, 19. Təmkin Xəlilzadə, 16. Aleksey İsayev, 20. İsmayıl İbrahimli, 7. Anatoli Nuriyev, 10. Mahir Emreli, 11. Ramil Şeydayev,

    Bu gün Macarıstanın Debretsen şəhərindəki “Nadyerdeyi” stadionunda keçiriləcək Qətər – Azərbaycan matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

    UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.

  • İranla Çin arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb

    İranla Çin arasında “əhatəli strateji tərəfdaşlıq” haqqında 25 illik müqavilə imzalanıb.

    Bu barədə müqavilənin imzalanması mərasimindən “Press TV” telekanalı məlumat yayıb.

    Məlumata görə, sənədi Tehranda səfərdə olan Çinin xarici işlər naziri Van İ və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif imzalayıb.

    İran XİN-in sözçüsü Səid Xətbizadə bir müddət əvvəl bildirmişdi ki, bu sənəd siyasi və iqtisadi məsələlərə dair ikitərəfli əməkdaşlığı əhatə edəcək.