Month: March 2021

  • Kolumbiyada terror aktı zamanı xəsarət alanların sayı 43 nəfərə çatıb

    Kolumbiyanın Korinto (Qərbi Kauka departamenti) bələdiyyəsi binasının qarşısında bomba partlayışı nəticəsində xəsarət alanların sayı 43 nəfərə çatıb.

    Bu barədə respublikanın müdafiə naziri Dieqo Molano bildirib.

    “Yaralıların sayı 43 nəfər təşkil edir, onlardan 6-sı ciddi xəsarətlər alıb”, – Molano tvitterdə bildirib.

    Nazir qeyd edib ki, terror aktına görə məsuliyyət keçmiş sol radikal qruplaşma “Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri”nin üzərinə düşür.

    Qeyd edək ki, ötən gün naməlum adamlar Korinto (qərb departamenti Kauka) bələdiyyəsi ərazisində meriyanın binası qarşısında avtomobili partladıblar.

  • Cəbrayıl və Füzulidə daha 5 erməni hərbçinin cəsədi tapıldı

    Bu gün işğaldan azad edilmiş ərazilərdə 5 erməni hərbçinin cəsədi tapılıb.

    Ermənistana məxsus axtarış qrupları Füzuli və Cəbrayıl istiqamətində axtarışlar zamanı hərbçi cəsədləri aşkar ediblər. Bundan əvvəl, Talış-Suqovuşan istiqamətində axtarışlar nəticəsiz qalmışdı.

    Bu günə qədər, Qarabağda axtarışlar zamanı 1523 erməni hərbçinin cəsədi tapılıb.

  • Tbilisidə daha bir cüdoçumuz bürünc medal qazandı – YENİLƏNİB

    Azərbaycan cüdoçusu Murad Fətiyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” yarışında bürünc medal qazanıb.

    81 kq çəki dərəcəsində mübarizə aparan idmançı Antuan Valya-Fortye (Kanada) ilə üz-üzə gəlməli idi.

    Rəqib görüşə çıxmadığı üçün Fətiyev qalib elan olunub.

    Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində Kəramət Hüseynov bürünc medal əldə edib. Onun da rəqibi qarşılaşmaya çıxmamışdı.

    Böyük Dəbilqəyə martın 28-də yekun vurulacaq. Azərbaycan turnirdə 11 cüdoçu ilə təmsil olunur.

    * * * * *

    Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” yarışında Azərbaycanın daha bir cüdoçusu medal qazana bilər.

    Bu, 81 kq çəki dərəcəsində yarışan Murad Fətiyevdir.

    O, İsrail, İspaniya, Misirdən olan rəqiblərinə qalib gəlsə də, 1/4 finalda bu çəkidə son Avropa çempionu Tato Qriqalaşviliyə (Gürcüstan) uduzub. Daha sonra Murad Portuqaliyanın gürcü əsilli idmançısı Anri Equtidzeyə qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Fətiyevin bürünc medal üçün rəqibi Antuan Valua-Fortye (Kanada) olacaq.

    Bu çəkidə digər idmançımız olan Zelim Tskayev isə İtaliyanı təmsil edən rəqibinə qalib gəlsə də, Moldovadan olan Dorin Qotonoaqaya uduzaraq mübarizəni dayandırıb.

    Qeyd edək ki, dünən 60 kq çəki dərəcəsində Kəramət Hüseynov Azərbaycana bürünc medal qazandırıb.

    //oxu.az

  • Azərbaycanın Xalq artisti bu sövdələşmədən 25 milyon dollar qazanacaq

    Rusiyalı iş adamı, Azərbaycanın Xalq artisti Emin Ağalarov “Zhara Music” leyblını satıb.

    Sövdələşmənin qiyməti 25 milyon dollar təşkil edib.

    Leyblın alıcısı Warner Music Group olacaq. Bundan sonra “Zhara Music”-in bazasında ABŞ-ın əfsanəvi şirkəti Atlantic Records-un şöbəsi yaradılacaq.

    Zhara Music leyblının sahibləri sırasında Emin Ağalarovla yanaşı, Bahh Tee imzası ilə tanınan Azərbaycan əsilli rusiyalı müğənni Bəxtiyar Əliyev də var.

    //Modern.az

  • Azərbaycanda vaksinasiya olunanların sayı açıqlandı

    Martın 26-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 24,446 nəfər vaksinasiya olunub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 518,879 nəfər peyvəndlənmə prosesində iştirak edib.

    Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

  • Diqqət! Bakıda bunu edənlər kamera ilə aşkar edilərək 40 AZN cərimə ediləcək (VİDEO)

    Avtomobildən küçəyə zibil atan sürücülər kameralarla aşkar ediləcək və 40 manat məbləğində cərimə olunacaqlar.

    Bu barədə məlumatı ”Xəzər Xəbər’ ə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli deyib.

    Onun sözlərinə görə, xüsusi texniki vasitələrlə, eləcə də yol polisinin müşahidələrinə əsasən bir sıra sürücülər idarə etdikləri avtomobillərdən ətrafa müxtəlif növ tullantılar atırlar. Belə hallar paytaxtın ümumi görüntüsünə təsir etməklə yanaşı, ekologiyanın çirklənməsinə, xüsusən pandemiya dövründə müxtəlif növ infeksiyaların yayılmasına səbəb olur.

    Araz Əsgərli deyib ki, belə hallar həm ərazidə xidmət aparan yol polisləri, həm də təhlükəsiz şəhər kameraları ilə nəzarətətdə saxlanılır.

  • “Facebook” koronavirusla bağlı səhv məlumatlara görə Maduronun hesabını dondurdu

    “Facebook” şirkəti koronavirusla bağlı yanlış məlumatları yayması səbəbindən Venesuela Prezidenti Nikolas Maduronun hesabını dondurub.

    “Reuters” xəbər verir ki, Maduro sosial media səhifəsində COVID-19-un necə müalicə ediləcəyinə dair dəlili olmadan məlumat yayıb.

    Belə ki, o yanvar ayında “COVID-19-dan yan təsirləri olmadan sağalmağa imkan verən təsirli dərman”la bağlı video yayımlayıb.

    Eyni zamanda, bu vasitənin koronavirusla mübarizədə effektivliyinə dair heç bir elmi sübut təqdim edilməyib. “Facebook” həmin videonu silib.

    “Siyasətimizi dəfələrlə pozduğu üçün səhifəni 30 gün ərzində bloklayırıq və bu müddət ərzində yalnız başqalarının yazdıqlarını oxumaq mümkün olacaq”, – deyə şirkətdən bildirilib.

    Bu qadağa Maduronun “Instagram” hesabına aid deyil.

  • Türkiyədə dünyasını dəyişən Nihad Əliyevin ailəsindən AÇIQLAMA

    Türkiyədə silahını təmizləyərkən ehtiyatsızlıq nəticəsində başından yaralanan Nihad Əliyevin ailəsi mətbuatda onun haqqında yanlış gedən məlumatlardan narahatdır.

    N.Əliyevin yaxınları bununla bağlı açıqlama verib.

    Açıqlamada bildirilir:

    “Nihadla bağlı kədərimizi bölüşən hər bir kəsə təşəkkür edirik. Bildirmək istəyirik ki, sosial şəbəkələrdə və bəzi mətbu qurumlarda yayılmış, guya mərhuma aid olduğu iddia olunan videolarda yer alan şəxslərin Nihad Əliyevə heç bir aidiyyatı yoxdur. Bu yanlışlığın aradan qaldırılması üçün Nihad Əliyevin fotosunu mətbuata təqdim edirik. Bəzi düzgün olmayan məlumat və görüntülərin yayılmasında hər hansı qərəzin olmadığına inanır, bunun sadəcə yanlışlıqla tirajlandığını düşünürük. Bununla belə, kədərimizi nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və mətbuat nümayəndələrini həssas olmağa, bu məsələ ilə bağlı dəqiqləşdrilməmiş məlumatları yaymamağa çağırırıq”.

  • Bakıda məktəbin həyətindən 7 min manatlıq büst oğurlandı

    Bakıda məktəbin həyətindən 7 min manatlıq büst oğurlayan 5 nəfər saxlanılıb.

    DİN Mətbuat xidmətindən verilən məlumata görə, martın 26-da Buzovna qəsəbəsindəki orta məktəblərdən birinin qarşısında quraşdırılmış 7000 manat dəyərində latun və bürüncdən olan büst oğurlanıb.

    Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Mirzəyev, V.Quliyev, əvvəllər məhkum olunmuşlar E.Mirzəyev, E.İsgəndərov, R.Səmədov saxlanılıb.

  • Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirilib – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə fondun Rusiya nümayəndəliyinin əməkdaşları Moskvadakı “Bizim evimiz” Ailə Tərbiyəsinə Dəstək Mərkəzində (ATDM) olublar.

    Uşaq evinin direktoru Vadim Menşov çoxillik dostluq və dəstəyə görə Heydər Əliyev Fonduna və şəxsən fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edib.

    O deyib: “Biz Azərbaycanı çox sevirik, uşaqlarımıza göstərdiyi qayğıya görə Leyla Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Leyla Əliyeva tez-tez bizim uşaq evini ziyarət edir, onun gəlişi uşaqlar üçün həmişə bayrama çevrilir”.

    Təşkilatın rəhbəri qeyd edib ki, “Bizim evimiz” mərkəzinin kollektivi və yetirmələri dəfələrlə Azərbaycanda olublar. “Bizim 1 saylı Bakı uşaq evindən olan həmkarlarımız və uşaqlar ilə çox gözəl münasibətlərimiz var. Artıq bir ailə olmuşuq, hər gün əlaqə saxlayırıq və yenidən görüşəcəyimizi arzu edirik. İnanırıq ki, sərhədlər tezliklə açılacaq və biz yenidən Azərbaycana səfər etmək imkanı əldə edəcəyik”, – deyə o bildirib.

    Heydər Əliyev Fondunun nümayəndələri Moskva və Bakı uşaq evlərindən olan uşaqların pandemiyaya qədər qarşılıqlı səfərlərindən danışıb, tezliklə görüşəcəklərinə ümidvar olduqlarını bildiriblər.

    Xeyriyyə aksiyasının təşkilatçıları valideyn himayəsindən məhrum uşaqlara kitablar, oyuncaqlar və şirniyyatlar təqdim edib, onları hədiyyələrlə sevindiriblər.