Month: March 2021

  • Litvada koronavirusa görə sərt məhdudiyyətlər istisna edilmir

    Ümid edirəm ki, bu yaxınlarda açdığımız biznes test müayinəsi imkanlarından yararlanaraq təhlükəsiz şəkildə fəaliyyət göstərə biləcəyik. Məhdudiyyətlərə gəlincə, bəzi şəhərlərdə Britaniya ştammı üstünlük təşkil edir, digər şəhərlərdə isə vəziyyət nisbətən daha yaxşıdır. Buna görə də görünür, hərəkət məhdudiyyətinə dair danışıqlar aparılmalı olacağıq.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Litvanın iqtisadiyyat və innovasiya naziri Auşrine Armonayte söyləyib.

    “Məlum epidemik vəziyyətin hamını yorduğunu, yaxınlarını görə bilmək imkanının olmamasının bütün sakinlərin psixikasına təsir etdiyini anlayıram, biz bunu dəyərləndirəcəyik. Buna baxmayaraq, sərt hərəkət məhdudiyyətlərinin yenidən tətbiqi qaçılmaz olacaq,” – deyə A. Armonayte sözlərinə əlavə edib.

  • Bakıda 25 yaşlı gənc intihar edib – VİDEO

    Paytaxtın Xətai rayonunda intihar hadisəsi baş verib.

    Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

    Həzi Aslanov metrostansiyasının yaxınlığındakı çoxmərtəbəli binaların birinin 10-cu mərtəbəsindən özünü atan gənc hadisə yerində həyatını itirib.

    Gənc oğlanın yaşının 20-25 arası olduğu təxmin edilir.

  • Putin və Paşinyan arasında telefon danışığı oldu

    Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Tərəflər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib. Söhbətdə əsnasında bölgədəki vəziyyətin sabitləşdiyi bildirilib.

    APA-nın məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətinin açıqlamasında deyilir.

    “Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə edilərkən qeyd olunub ki, bölgədə vəziyyət sabitləşib və ümumiyyətlə sakit olaraq qalır”, – açıqlamada deyilir.

    Həmçinin bildirilir ki, tərəflər arasında enerji sektoruna və koronavirus infeksiyasına qarşı mübarizəyə toxunaraq ikitərəfli əməkdaşlığın aktual məsələləri barədə fikir mübadiləsi aparılıb, gələcək əlaqələr razılaşdırılıb.

  • “Borussiya” Holandın transfer qiymətini açıqladı

    Dortmund “Borussiya”sı Holandın transfer qiymətini açıqlayıb.

    ESPN xəbər verir ki, Almaniya klubu öz hücumçusuna görə 180 milyon avro tələb edir.

    “Borussiya” rəhbərliyi bu qiymətin yay transfer pəncərəsində Holandı heyətinə qatmağa çalışan klubları qorxudacağına və hücumçunun öz komandasında qalacağına ümid edir.

    Qeyd edək ki, futbolçu bu mövsüm çıxış etdiyi 49 oyunda 49 qol vurub.

  • Оторвавшийся от скалы большой камень перекрыл дорогу Губа-Хыналыг

    Сегодня на 53-м км трассы Губа-Хыналыг от скалы оторвался большой камень и перекрыл проезжую часть дороги.

    Об этом говорится в сообщении Государственного агентства автомобильных дорог Азербайджана (ГААДА).

    Отмечается, что в результате инцидента возникли трудности для безопасного и беспрепятственного передвижения автотранспорта.

    На место происшествия была немедленно привлечена техника и живая сила ГААДА. В кратчайшие сроки кусок скалы с помощью специальной техники был удален с дороги, в результате чего было обеспечено комфортное и безопасное движение транспортных средств.

  • Dağdan qopan qaya Quba-Xınalıq yolunu bağladı

    Bu gün Quba-Xınalıq avtomobil yolunun 53-cü km-də iri qaya parçası dağdan qoparaq yolun hərəkət hissəsinə düşüb.

    Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, nəticədə yolda avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətində problem yaranıb.

    Dərhal hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları və canlı qüvvəsi cəlb edilib. İri qaya parçası qısa müddət ərzində xüsüsi texnika ilə yolun hərəkət hissəsindən kənarlaşdırılıb və sözügedən yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunub.

  • Makrondan “yeni növ dünya müharibəsi” açıqlaması

    Avropa peyvəndlə əlaqəli “yeni növ dünya müharibəsi” ilə qarşılaşır.

    “Le Figaro” xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.

    Onun sözlərinə görə, bu, digər baş verənlərlə yanaşı “Rusiya və Çinin peyvəndlərin köməyi ilə təsir etmək istəyi” üzündən baş verib.

    Fransa lideri vurğulayıb ki, Avropanın mövcud vəziyyətdə bu cür dərmanların istehsalında müstəqil olması lazımdır.

    Makron önümüzdəki aylarda Avropanın koronavirus peyvəndi istehsalını artıracağını və ən böyük peyvənd istehsalçısı olacağını vəd edib. Eyni zamanda o təklif edib ki, istehsalçı Avropa İttifaqına tədarük etmə öhdəliklərini yerinə yetirməzsə, dərmanların ixracının qarşısı alınsın.

    Fransa lideri qeyd edib ki, “Pfizer” və “Moderna” “AstraZeneca”dan fərqli olaraq, öz öhdəliklərinə sadiq qalırlar. /Oxu.az

  • Bakıda qadınlara qarşı cinayət törədən şəxs tutulub

    Bakıda qadınlara qarşı cinayət törədən şəxs tutulub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 14-də Bakı şəhər sakinləri olan A.Xudayevaya məxsus, içərisində 2400 manat, bankomat kartları və sənədlər olan pul kisəsini, fevralın 28-də isə E.Şərifovaya məxsus içərisində 1000 manat, 200 ABŞ dolları və sənədlər olan çantanı oğurlamaqda şübhəli bilinən N.Seyidov saxlanılıb.

    Araşdırma aparılır.

  • Onların ikinci dəfə koronavirusa yoluxma riski yüksəkdir

    65 yaşdan yuxarı şəxslərin koronavirusa yenidən yoluxma riski yüksəkdir.

    Bu barədə danimarkalı alimlər məlumat yayıb. Alimlərin araşdırmalarının nəticələri “Lancet” jurnalında yayımlanıb.

    Tədqiqatçılar qeyd ediblər ki, ümumi cəmiyyətdə COVID-19-a qarşı qorunma 80%-dir. 65 yaşdan yuxarı insanlarla bağlı vəziyyətə gəldikdə, bu rəqəm təxminən 47 faizə düşür. Bu da o deməkdir ki, yaşlı insanlarda koronavirusa yoluxma riski daha yüksəkdir.

    Alimlər onu da qeyd edib ki, bədənin təkrar infeksiyadan qorunması üçün ən etibarlı tədbir əhalinin bütün qruplarının peyvənd edilməsidir.

    Yaşlılara vurulan peyvəndlər daxil olmaqla, dərmanların təsirli və təhlükəsiz olduğu göstərilib. (publika.az)

  • Bakıda bu yolun bir hissəsində hərəkət məhdudlaşdırılacaq – XƏBƏRDARLIQ

    27 mart tarixində hava limanı yolu üzərində yerləşən Sabunçu yol qovşağının Zabrat qəsəbəsi istiqamətində düşən hissəsində təmir işləri aparılacaq.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bu üzdən sözügedən yol ötürücüsü üzərində hərəkət təmir aparılan zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

    Sürücülərdən aparılan işlərə anlayışla yanaşaraq qeyd edilən ərazidə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və müvəqqəti quraşdırılmış yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunub.