Month: March 2021

  • Həkim COVID-19-un dəhşətli nəticələrindən danışdı

    Koronavirus damarlara güclü təsir göstərir. Vəziyyət damarların genişmiqyaslı iltihabına və qan laxtalanması pozğunluğuna qədər gəlib çıxa bilər.

    Median.Az xəbər verir ki, bu sözləri terapevt Georgi Sapeqo deyib.

    “Təzyiq dərmanlarını düzgün qəbul edin və ya idman ilə məşğul olmamaq məsləhətdir. Əks təqdirdə bəzi damarlar zədələnə bilər”, – həkim bildirib.

    Mütəxəssis qeyd edib ki, COVID-19-dan sonra qan laxtalanmasının əmələ gəlməməsi üçün dərmanları ehtiyatla qəbul etmək lazımdır. (publika.az)

  • Misirdə qatarların toqquşması zamanı yaralananların sayı 100 nəfəri ötüb, ölənlər var

    Misirin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində xəsarət alanların sayı 108 nəfərə çatıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

    Məlumata görə, hadisə zamanı 32 nəfər həlak olub. Nazirliyin sözçüsü Xalid Muqahed qeyd edib ki, hadisə yerinə 74 təcili yardım maşını cəlb edilib.

    Misirin Baş Prokurorluğu hadisənin araşdırılması barədə göstəriş verib. Qeyd olunub ki, qəza ilə bağlı xüsusi komissiya yaradılıb və baş nazir Mustafa Madbuli hadisənin araşdırılmasına nəzət edir.

    Hər iki qatarın maşinistləri saxlanılıb.

  • Qarabağın bərpasının tamamlanma tarixi açıqlandı – VİDEO

    “Qarabağın bərpası üçün ən az 5-10 il vaxt lazımdır”.

    Bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında ABŞ-ın “Beynəlxalq Münaqişələrin Həlli Mərkəzi”nin nümayəndəsi Kristofer Çambers deyib. O bildirib ki, bəzi yerlər tam dağıdıldığı üçün yenidən infrastruktur qurulmalıdır:

    “Qeyri-neft sektoru inkişaf etdirilməlidir. Bu, çətin proses olsa da, dövlət lazım olan addımları atır. Düşünürəm ki, plan yaxşı qurulub, prioritet olaraq yalnız tərəqqi götürülüb”.

    Məsələyə münasibət bildirən Austin Kleyton isə bildirib ki, Qarabağın bərpası üçün külli miqdarda vəsait və vaxt lazımdır:

    “Qarabağa dəyən ziyanın həcmi çox böyükdür. Həmçinin bu ərazilərə insanların köçürülməsi prosesinə də diqqət etmək lazımdır. Ermənistan hər zaman azərbaycanlıları təcavüzkar tərəf kimi göstərməyə çalışıb və insanları azərbaycanlılarla yaşamağın mümkünsüzlüyünə inandırıb. Buna görə insanları vəziyyətlə barışdırmaq lazımdır. Onlar sabitlik və sülh şəraitində yaşamalıdır”.

  • Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi cərimələndi

    Dövlət Gömrük Komitəsi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyini cərimələyib.

    “Report”un əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsi Bakı Baş Gömrük İdarəsinin tərtib etdiyi protokola əsasən, Aqrar Xidmətlər Agentliyini 1 500 manat cərimə edib.

    Qurum İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə təqsirli bilinib.

    Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyi qərardan apellyasiya şikayəti verib.

    Bakı Apellyasiya Məhkəməsində hakim Əli Seyfəliyevin sədrlik etdiyi prosesdə şikayətin təmin edilməməsi barədə qərar çıxarılıb.

  • Qətərin baş məşqçisi: “Azərbaycan yığmasında istedadlı oyunçular var”

    “Qrupda keçirəcəyimiz hər oyun bizim üçün əhəmiyyətlidir. Azərbaycan millisi Portuqaliya ilə matçda yaxşı oyun nümayiş etdirdi. Gənc və istedadlı futbolçulara malik olduqlarını bilirik”.

    “Report” xəbər verir ki, bu fikirləri Qətər millisinin baş məşqçisi Feliks Sançes Azərbaycan yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

    46 yaşlı mütəxəssisin sözlərinə görə, Azərbaycan seçməsi fiziki cəhətdən daha yaxşı təsir bağışlayır: “Ancaq hər oyunun ssenarisi eyni olmur. Bizi çətin qarşılaşma gözləyir. Futbolçularımızı inkişaf etdirmək, yüksək səviyyəyə çatdırmaq üçün qrupda keçirəcəyimiz hər oyun bizə əlavə təcrübə qazandıracaq. Düşünürəm ki, ilk oyunda – Lüksemburq yığması ilə görüşdə futbolçularım çox yaxşı oynadılar. Yenə müdafiədə diqqətli olmalı, daha çox hücum futbolu nümayiş etdirməliyik. Sabah keçirəcəyimiz görüşə tam hazırıq. Bu cür matçlar heyətdə eksperiment aparmaq baxımından məşqçilər üçün də fürsətdir”.

    Qətər yığmasının qapıçısı Saad Əl-Şib isə bunları söyləyib: “Lüksemburq yığması ilə oyunda mənə şans verdiyi üçün baş məşqçimizə təşəkkür edirəm. Hər zaman milli komanda üçün ən yaxşısını etməyə çalışmışam. İlk oyunda uğurlu çıxış etməyimdə komanda yoldaşlarımın da köməkliyi oldu”.

    Martın 27-də Macarıstanın Debretsen şəhərindəki “Nadyerdeyi” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

    Qeyd edək ki, UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq.

  • Göygöldə tapılan meyitin şəxsiyyəti məlum olub – YENİLƏNİB

    Göygöldə meyti tapılanın şəxsiyyəti məlum olub.

    Meyiti aşkarlanan, Gəncə şəhər sakini, 1936-cı il təvəllüdlü Qurbanov Sabir Cəlil oğludur. O, martın 19-dan itkin düşüb.

    Faktla bağlı araşdırma aparılır.

    * * * *

    Göygöl rayonunda kimliyi məlum olmayan meyit aşkarlanıb.

    Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, meyit rayonun Quşqara kəndi ərazisində aşkarlanıb. Meyitin kişi olduğu ehtimal olunur, araşdırma aparılır.

  • Ermənilər növbəti “dil” təxribatı ilə uzağa gedə bilməyəcəklər – VİDEO

    Ermənilərin Qarabağdakı qalıqları rus dilini guya ikinci rəsmi dil kimi qəbul etmələri təxribatdır.

    Ekspertlər Rusiyanı məsələyə biganə qalmamağa çağırırlar.

    Bəli, ikinci rəsmi dil məsələsi qondarma “Dağlıq Qarabağ Respublikası”nın “parlamenti”ndə müzakirəyə çıxarıldı. Layihə 27 başıboş deputatın səsverməsi ilə qəbul edildi.

    Ekspertlər separatçı rejimin bu gerçəkləşməyən xəyalının yenə də alt-üst olacağını deyirlər. Çünki regionda Azərbaycan, Türkiyə və Rusiyanın müştərək inkişaf perspektivləri formalaşıb. Türkiyə və Rusiyanın regionda məsuliyyətini və illərdir formalaşan Azərbaycan ordusunun gücünü hiss edən ermənilər növbəti “dil” təxribatı ilə də uzağa gedə bilməyəcəklər.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Azərbaycan maskadan istifadəyə görə Cənubi Qafqazda liderdir – ARAŞDIRMA

    Azərbaycan Cənubi Qafqaz ölkələri arasında qoruyucu maskadan istifadə fəallığına görə birinci yerdədir.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Sağlamlıq Göstəriciləri və Qiymətləndirilməsi İnstitutunun (Institute for Health Metrics and Evaluation) hesabatında bildirilib.

    Sənədə əsasən, Azərbaycanda əhali arasında maskadan istifadə göstəricisi 78 faiz təşkil edir. Gürcüstanda bu göstərici 43 faiz, Ermənistanda isə 38 faizə bərabərdir.

    Araşdırmada dünyada maska rejiminə riayət etmək fəallığı üzrə orta göstəricinin 62 faiz olduğu qeyd olunub.

    Göstəricilər xüsusi aerofotoçəkiliş texnologiyası vasitəsilə əldə olunub.

  • В Азербайджане выявлено еще 1759 случаев заражения коронавирусом – ФОТО

    В Азербайджане выявлено еще 1759 случаев заражения коронавирусом, 511 человек вылечились, 24 скончались.

    Об этом говорится в сообщении Оперативного штаба при Кабинете Министров.

    До сегодняшнего дня в Азербайджане выявлено 252 680 фактов заражения коронавирусной инфекцией, 234 893 человека вылечились, 3 445 скончались, число активных больных – 14 342.

    До сегодняшнего дня в Азербайджане проведено 2 816 784 теста на выявление новых случаев заражения коронавирусом, за последние сутки проведено 8 923 теста.

  • Azərbaycanda son sutkada koronavirusa 1759 yeni yoluxma qeydə alınıb, 24 nəfər vəfat edib – FOTO

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 759 yeni yoluxma faktı qeydə alınıb, 511 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.