Month: March 2021

  • 7,4 milyonluq qalmaqalla gündəmə gələn Kələntərovlardan CAVAB

    Xəbər verildiyi kimi, ABŞ-ın Ohayo ştatında yaşayan Kələntərovlar ailəsi pandemiya dövründə dəstək kreditləri vasitəsilə onlarla saxta əkinçilik müəssisələri yaratmaqda və bunun üçün dövlətdən 7,4 milyon dollar kredit almaqda ittiham olunur.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yayılan xəbərlərdən sonra ailə üzvlərindən biri – Zaur Kələntərli ittihamlara cavab verib.
    Z.Kələntərli feysbuk hesabında yazıb ki, vəkillərlə bağladığı sövdələşməyə əsasən bu haqda heç bir məlumat verə bilməz, iş bitdikdən sonra rəsmi və detallı açıqlama verəcək:

    “Allaha şükür, həm Kaliforniya, həm də Ohayo ştatlarındakı bütün şirkətlərimiz fəaliyyət göstərir, təsərrüfat layihələri və ev alqı-satqısı davam edir.

    Mən sağ-salamatam, azadlıqdayam və qulluğunuzdayam”.

    Qeyd edək ki, sözügedən ittiham çərçivəsində ailənin iki üzvü – Aydın Kələntərov və Günay Kələntərli yanvarın 25-də Kaliforniyada həbs olunub. Onlar bank və teleqraf xidməti ilə əlbir olaraq fırıldaqçılıq etməkdə günahlandırılırlar.

  • Qoruğun icarədarı, ərəblərin ovçuluğuna ”hə” deyən iş adamı kimdir? – FAKT

    Xəbər verdiyimiz kimi, bu gün Dövlət EkolojiTəhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə mətbuata verdiyi açıqlmada bildirib ki, Acınohur yasaqlığı ərazisində 372 hektar ərazi 2017-ci ildə yerli vətəndaşa icarəyə verilib, həmin vətəndaş da müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər.

    Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin 2018-ci ildə açıqladığı məlumatda Acınohur düzənliyinin bəzi ərazilərinin əkin məqsədləri üçün istifadə edilməsi üçün “Aqroinkişaf-2017” MMC-yə ayrıldığı qeyd olunub.

    Açıqlanan məlumatda “Aqroinkişaf-2017” MMC-nin icarəyə götürdüyü 7500 hektar ərazidə ceyranların həyatı üçün təhlükə yarandığı və bu səbəbdən şirkətə xəbərdarlıq olunduğu bildirilib.

    Məlumat üçün bildirək ki, “Aqroinkişaf-2017” MMC 07.02.2017-ci ildə dövlət qeydiyyatına alınıb.

    Nizamnamı kapitalı 10 000 manat olan MMC-nin hüquqi ünvanı Xətai rayonu, Nobel pr. Ev 36-da yerləşir. MMC-nin qanuni təmsilçisi Sadıxov Ruslan Oqtay oğludur.

    Onu da qeyd edək ki, Sadıxov Ruslan Oqtay oğlu eyni zamanda 2007-ci ildə təsis olunan ADEC MMC-nin (Azərbaycan İnkişaf Şirkəti) qanuni təmsilçisidir.

    Nizamnamı kapitalı 1 000 000 manat olan ADEC MMC Bakıda inşa olunan “Ağ şəhər” layihəsinin icracısıdır. (Yaniavaz.com)

  • Bakıda həyat yoldaşını döyən kişiyə cinayət işi açılıb

    Bakının Xəzər rayonunda qadının həyat yoldaşı tərəfindən mütamadi olaraq döyülərək fiziki zorakılığa məruz qalması faktı ilə əlaqədar cinayət işi başlanıb.

    Xəzər RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 133.1-ci (Əzab vermə – Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə başlayan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

    Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.

  • Bakıda daha bir tədris müəssisəsi koronavirusa görə bağlanıb

    Bakıda daha bir tədris müəssisəsi koronavirus səbəbindən distant təhsilə keçib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, COVİD-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzi Bakıdakı Məktəb Lisey Kompleksində (200 və 43 saylı orta məktəblər) əyani tədris prosesinin aprelin 9-na qədər dayandırılmasına qərar verib.

    Martın 29-dan dərslər distant şəkildə təşkil ediləcək.

  • Misirdə iki sərnişin qatarı toqquşub, 32 nəfər ölüb, 66-sı yaralanıb

    Misirin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində 32 nəfər ölüb, azı 66 nəfər yaralanıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

    Məlumata görə, qəza martın 26-da ölkə paytaxtı Qahirədən cənubda Sohaq əyalətində baş verib. Hadisə yerinə 36 maşın təcili yardım briqadası cəlb edilib.

    Misirin Baş prokurorluğu hadisənin araşdırılması barədə göstəriş verib. Qeyd olunub ki, hadisə ilə bağlı xüsusi komissiya yaradılıb və baş nazir Mustafa Madbuli hadisənin araşdırılmasına nəzət edir.

    Hər iki qatarın maşinistləri saxlanılıb.

  • Azərbaycan maskadan istifadə fəallığına görə bölgədə liderdir

    Azərbaycan Cənubi Qafqaz ölkələri arasında qoruyucu maskadan istifadə fəallığına görə I yerdədir.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Sağlamlıq Göstəriciləri və Qiymətləndirilməsi İnstitutunun (Institute for Health Metrics and Evaluation) hesabatında bildirilib.

    Sənədə əsasən, Azərbaycanda əhali arasında maskadan istifadə göstəricisi 78 % təşkil edir. Gürcüstanda bu göstərici 43 %, Ermənistanda isə 38 %-ə bərabərdir.

    Araşdırmada dünyada maska rejiminə riayət etmək fəallığı üzrə orta göstəricinin 62 % olduğu qeyd olunub.

    Göstəricilər xüsusi aerofotoçəkiliş texnologiyası vasitəsilə əldə olunub.

  • Hindistan prezidenti xəstəxanaya yerləşdirildi: Bu ay peyvənd olunub

    Hindistan Prezidenti Ram Nat Kovind xəstəxanaya yerləşdirilib.

    PTI xəbər verir ki, sinə nahiyəsində narahatlıq hiss edən Hindistan başçısı Yeni Dehlidə hospitala aparılıb.

    Onun vəziyyətinin stabil olduğu bildirilir.

    Qeyd edək ki, Kovində bu ay koronavirusa qarşı peyvəndin ilk dozası vurulub.

  • ФСБ задержала гражданина Азербайджана за контрабанду сигарет

    ФСБ задержала в Алтайском крае гражданина Азербайджана, подозреваемого в контрабанде сигарет.

    «В автомобильном пункте пропуска «Михайловка» при осмотре автомобиля, следующего из Казахстана в Россию под управлением гражданина Азербайджана, сотрудники пограничного контроля выявили тайник, в котором находилось около 5 тыс. пачек сигарет известных мировых брендов, не имеющих акцизных маркировок», – говорится в сообщении ФСБ.

    Согласно информации, через несколько часов в этом же пункте пропуска в кузове грузового автомобиля был выявлен еще один тайник в виде пластиковых контейнеров, имеющих двойное дно, в которых водитель пытался незаконно ввезти около 4 тыс. пачек сигарет.

  • Tovuzda avtomobil aşıb, beş nəfər xəsarət alıb – SİYAHI

    Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, “Hyundai” markalı avtomobilin aşması nəticəsində Gəncə şəhər sakinləri olan 5 nəfər müxtəlif bədən xəsarətləri alıblar. Onlar hadisə yerinə çağırılmış təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.

    Xəsarət alan şəxslər aşağıdakılardır:

    2000-ci il təvəllüdlü Məmmədova Aytac Elzar qızı;

    1950-ci il təvəllüdlü Hüseynova Şöhlə Əmirasla qızı;

    2001-ci il təvəllüdlü Məmmədov Qorxmaz Ağa oğlu;

    1973-cü il təvəllüdlü Məmmədova Lalə Qorxmaz qızı;

    1969-cu il təvəllüdlü Qənbərova Qahirə Qorxmaz qızı.

    Yaralıların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Эрдоган: «Вакцинация в Турции завершится в июне»

    Президент Турции Тайип Эрдоган заявил, что страна планирует завершить вакцинацию населения от коронавируса в июне. Об этом пишет РИА «Новости».

    «Надеемся, что процесс вакцинации закончится в мае-июне и к лету мы наконец сможем вернуться к нормальной жизни», — сказал Эрдоган.

    По его словам, страна договорилась закупить 100 миллионов доз китайской вакцины, половина которых еще не поставлена.

    «Но мы ведем переговоры по вакцинам также с другими странами, в частности с Россией. Эта российская вакцина облегчит положение», — сказал Эрдоган.