Month: March 2021

  • Bakıda daha iki aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

    Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət–profilaktik tədbirləri davam etdirirlər.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, paytaxt ərazisində iki nəfər aktiv koronavirus xəstəsi Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

    Bakı şəhər sakinləri 26 yaşlı E.Talıbov və 57 yaşlı E.Quluzadə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, onların yaşayış yerlərini tərk etdiyi müəyyənləşdirilib.

    Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıblar. Həmin şəxslər tibbi prosedurlar gözlənilməklə yaşadıqları evlərə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

  • Uşaqlar da vaksinasiya olunacaq

    ABŞ-ın Pfizer şirkəti 11 yaşa qədər uşaqlar və körpələr üçün vaksin hazırlayacaq.

    Xarici KİV-in xəbərinə görə, vaksinin sınaqları artıq başlayıb.

    Amerikalı ekspertlər və məmurlar uşaqların vakinasiyası keçirilmədən ölkədə COVID-19-a qarşı kollektiv immunitetin formalaşa bilməyəcəyini açıqlayıb.

    144 uşaq üzərində aparılacaq vaksinasiya təcrübəsi zamanı 6 aydan 2 yaşa, 2 yaşdan 5 yaşa və 5-11 yaş arasında 3 yaş qrupu formalaşacaq.

    ///Modern.az

  • “Mado” da cərimələndi – TAM SİYAHI

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

    AQTA-dan veriulən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 25 mart 2021-ci il tarixində ölkə üzrə 425 ictimai iaşə obyektində 697 monitorinq keçirilib. Monitorinqlər zamanı 19 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

    Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.

    1. Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi ev 14 ünvanında yerləşən, fiziki şəxs Rəhimov Mehti Kamaloviçə məxsus “Firuzə” restoranı;

    2. Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev 1054 ünvanında yerləşən, fiziki şəxs Həmzəyev Məmməd Həmzə oğluna məxsus “IST FOOD” restoranı

    3. Bakı şəhəri, Xətai rayonu, X. Məmmədov 3 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Hüseyn Mirsuca oğluna məxsus “Ağ şəhər” kafesi;

    4. Bakı şəhəri, Səbail Rayonu, N. Rəfibəyli küçəsi 37 ünvanında yerləşən, hüquqi şəxs “Madoer” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Mado” kafesi;

    5. Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 27 ünvanında yerləşən, fiziki şəxs Qələmov Şamxal Musa oğluna məxsus kafe;

    6. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 2, 1-ci mərtəbə, qeyri-yaşayış sahəsində yerləşən, fiziki şəxs Orucov Rafiq Məmməd oğluna məxsus “Əncir” restoranı;

    7. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 37 ünvanında yerləşən, hüquqi şəxs “TB PROJECT” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;

    8. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 38 ünvanında yerləşən, fiziki şəxs Natiq Əhməd Cavanşir oğluna məxsus kafe;

    9. Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 8A ünvanında yerləşən, fiziki şəxs Mikayılov Dövlət Məmməd oğluna məxsus “Elit” restoranı;

    10. Bakı şəhəri, Suraxanı rayonu, 14 iyul küçəsində yerləşən, fiziki şəxs Feyzullayev Vüsal Mübariz oğluna məxsus dönər evi;

    11. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ, İlqar Əhlimanov küçəsi (Hövsan qəs.), ev 13B ünvanda yerləşən, fiziki şəxs Məmməd Əsədov Əli oğluna məxsus “Tumurcuq” kafesi;

    12. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Mürvətli Şəhriyar Paşa oğluna məxsus “Ülkər Lahmacun” kafesi;

    13. Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül S/Zonası, 507-ci küçə, ev 9 ünvanında yerləşən, fiziki şəxs Quliyev İlham Firudin Oğluna məxsus mehmanxananın tərkibində fəaliyyət göstərən restoran;

    14. Salyan rayonu, Salyan şəhəri, A. Ağabəyov küçəsi, ev 7 ünvanında yerləşən, fiziki şəxs Ağayev Samir Əlifağa oğluna məxsus yeməkxana;

    15. Şəmkir rayonu, Elşən Allahverdiyev küçəsində yerləşən, fiziki şəxs Vəliyev Azad İsa oğluna məxsus kafe;

    16. Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində yerləşən, fiziki şəxs Abdurəhmanov Polad Xudaverdi oğluna məxsus “Görüş” kafesi;

    17. Gəncə şəhəri, N. Nərimanov küçəsində yerləşən, fiziki şəxs Əsədi Vüqar Rafiq oğluna məxsus “Ləzzət” çayxanası;

    18. Samux rayonu, İnstitut qəsəbəsində yerləşən, fiziki şəxs Atayev Əli Hümbət oğluna məxsus kafe;

    19. İsmayıllı rayonu, Qalınçaq kəndində yerləşən, fiziki şəxs Mirzəliyev Ceyhun Məmmədəli oğluna məxsus kafe.

    Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

  • Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər tutuldu

    Daxili İşlər Nazirliyi 2021-ci il mart ayının 25-də daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

    Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılıb, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

    Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyən edilib.

  • Nazirlikdən ərəblərin Acınohurdakı macəraları ilə bağlı açıqlama “4000 manat cərimə olunublar”

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Acınohurda ərəb turistlərin ov macəralarına aid açıqlama verib.

    ETSN-in Departament direktoru Hikmət Əlizadənin verdiyi məlumata görə, ölkəyə turistlərin gəlməsi, onların hərəkəti və icazələrin verilməsi Nazirliyin səlahiyyətləri xaricindədir.

    “Acınohur yasaqlığının ərazindəki 372 hektar torpaq sahəsi 2017-ci ildə yerli bir vətəndaşa icarəyə verilib. Həmin vətəndaş müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər. Bir neçə gün əvvəl onların heyvanlarla rəhmsiz rəftar etmə barədə məlumat daxil olub və onlar bununla bağlı cərimə ediliblər. Dünən mətbuatda yayılan məlumatlara əsasən həmin ərazidə ov aparılması məlumatları daxil oldu. Dərhal araşdırılmala başlanıldı və fakt qismən təsdiqini tapdı”, – deyə Hikmət Əlizadə bildirib.

    O həmçinin qeyd edib ki, sosial şəbəkələrdə əvvəlki illərə məxsus olan, hətta ərazisinin müəyyən etmək mümkün olmayan bır sıra foto və videolar paylaşılmışdı. İddia olunur ki, bunlar hamısı həmin ərazidə baş verib. Hazırda quşların miqrasiya dövrü bitib. Buna görə ölkədə quşların sayı da azdır. Amma bəzi faktlar təsdiqini tapdı. Bununla bağlı tərəfimizdən iki ərəb turist ovçuluq haqqında qanunvericiliyin pozulmasına görə təqribən 4000 manat civarında cərimələndi. Ümumiyyətlə, yasaqlıq ərazisində onların hərəkətini məhdudlaşdırmaq üçün müvafiq tədbilər görülüb. Ərazidə müxtəlif yerlərdə postlar qurulub. Araşdırmalar davam etdiriləcək. Əlavə məlumat olarsa, ictimaiyyət məlumat veriləcək”.

  • Tatu etdirənlərin nəzərinə: Bəzi qurumlar döyməsi olan şəxslə çalışmaq istəmir – VİDEO

    Son illər döymə, gənclərin dili ilə desək tatu etdirmək dəb halını alıb.

    İlahiyyatçılar bildirir ki, İslam dinində tatu etdirmək günah hesab olunur, lakin döymə namazı batil edir kimi fikirlər tamamilə yanlışdır.

    Döyməsi olan şəxslərin qarşılaşdığı problemlərdən biri də işlə bağlıdır. Bəzi dövlət qurumları var ki, orda döyməsi olan insanın çalışması qəti qadağandır.

    Qeyd edək ki, tatunun tarixi də qədimdir. Deyilənə görə, tatu 8 min il öncə Afrikanın cənubunda yaşayan bir qəbilədə meydana gəlib. O vaxtdan bu günə qədər müxtəlif mərhələləri keçən tatu bu gün cəmiyyətdə incəsənət növü kimi qiymətləndirilir. Kişilərlə yanaşı xanımlar arasında da tatuya üstünlük verənlər az deyil.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

  • Azərbaycanda peyvənd olunanların sayı 500 mini keçdi

    Martın 25-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 19,427 nəfər vaksinasiya olunub.

    Bu barədə “Report”a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 510,420 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

  • Sergey Lavrov Ceyhun Bayramovla görüşəcək

    Rusiya Xarici İşlər naziri (XİN) Sergey Lavrov aprelin 2-də Azərbaycan və Ermənistan XİN başçıları ilə görüş keçirəcək.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə məlumat verib:

    “MDB Xarici İşlər Nazirləri Şurası çərçivəsində baş verə biləcək görüşlər arasında Rusiya XİN rəhbərinin Azərbaycan və Ermənistandan olan həmkarları ilə danışıqlar aparılması planlaşdırılır”.

  • “Kurdlar vadisi”nin aktyoru COVID-19-dan vəfat edib

    Şimali Makedoniyanın tanınmış kino və teatr aktyoru Luran Əhmədi 46 yaşında koronavirusdan vəfat edib.

    “Report” xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

    Ölkə paytaxtı Skopeydəki alban teatrının aktyorlarından olan L.Əhmədi Türkiyədə çəkilə “Kurdlar vadisi”, “Əlvida Rumeli”, “Möhtəşəm yüz il kösəm”, “Acı gilas”, “Xoşbəxt ol, yetər”, “Limonat” kimi bir sıra seriallarda rol alıb.

  • Azərbaycanda karantin yenidən sərtləşə bilər – Müddət açıqlandı

    Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı artıq 1500 nəfərə yaxınlaşır. Həmçinin, ölənlərin sayı da artmaqdadır. Bəs bayramdan sonra karantin rejimi yenidən sərtləşdirilə bilərmi?

    Median.Az sonxeber.az-a istinadən xəbər verir ki, tibbi ekspert, professor Adil Qeybulla hazırda dünyada epidemioloji vəziyyətin pisləşdiyini deyib. Onun sözlərinə görə, xəstəliyin çox sürətli yayılma dinamikası var:

    “Bu, Britaniya ştammı və daha çox yoluxucu mutasionlarla bağlıdır. Azərbaycanda da yoluxanların və ölənlərin sayında kəskin artım müşahidə olunur. Xəstəxanalardakı xəstələrin vəziyyəti ağırdır. Bütün bunlar narahatlığa səbəb olur. Ölüm sayı artıq 20-yə yaxınlaşır. Uşaqlarda da kliniki əlamətlər müşahidə olunmaqdadır. Böyüklərdə xəstəlik kifayət qədər ağır keçir. Yüngül keçirənlər də ağırlaşmaya meyillidir. İnsanlarımızdan əsas tələb odur ki, karantin qaydalarına əməl etsinlər. Yəqin ki, yoluxma sayı artmaqda davam edərsə, yenidən müəyyən sərtləşmələrə gedilə bilər. Bayramdan sonra bəzi sərtləşmələrə hazır olmalıyıq. Epidemioloji vəziyyətin pisləşməsi və gərginləşməsi karantin rejiminin sərtləşməsinə səbəb ola bilər”.