Month: March 2021

  • “Forbes”: “Azərbaycanın Qarabağ müharibəsindəki taktikası dahiyanə idi”

    “2020-ci il Dağlıq Qarabağda müharibənin başlanğıcında erməni əsgərlərin çoxu, görünür, 1994-cü ildə apardıqları müharibəyə bənzər müharibə aparacaqlarını gözləyirdi”.

    “Report” xəbər verir ki, bu fikir “Forbes”da dərc olunan və Azərbaycanın İkinci Qarabağ müharibəsindəki parlaq qələbəsindən bəhs edən məqalədə yer alıb.

    Nəşr qeyd edir ki, erməni qüvvələri “dünənin” müharibəsini təkrarlamağa yox, “gələcəyin” müharibəsinə kifayət qədər hazır olan azərbaycanlılar tərəfindən tamamilə məhv edilib.

    Məqalədə Azərbaycana düşmən qüvvələri üzərində üstünlük qazandıran müasir pilotsuz uçan aparatların mühüm rolundan da bəhs edilir.

    “Azərbaycan Ermənistanın hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün “Harop”dan istifadə etdi. Bu taktika və onun icrası sadəliyinə görə dahiyanə idi. Bakı köhnə Sovet “An-2” biplanlarını məsafədən idarə olunan aldadıcı nişanlara çevirdi, onları havaya qaldıraraq Ermənistanın “S-300”lərini aktivləşdirməyə məcbur etdi. Bu isə “Harop”lara bu vacib hədəfləri yüksək dəqiqlik və effektvliklə aşkar edib məhv etməsinə imkan verdi”, – “Forbes” qeyd edir.

    Nəşr həmçinin münaqişə zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə istehsalı olan “Bayraktar TB2” PUA-nın Ermənistanın 1 milyard dollarlıq hərbi texnikasını məhv etdiyini vurğuladığını xatırladıb.

    “Azərbaycan XXI-ci əsrdə bu cür inkişaf etmiş silah sistemlərindən istifadə edən bəlkə də ilk ölkə oldu və bunun tam təhlili üçün bir neçə illik retrospektiv analiz tələb oluna bilər… Necə olursa-olsun, yekunda keçən il Azərbaycan müasir müharibələrdə kiçik ölkələri qiymətləndirməməyin düzgün olmadığını açıq şəkildə nümayiş etdirdi”, – məqalədə bildirilib.

  • İqor Nikulin: “Bu, Ermənistan tərəfindən şantajdır” – MÜSAHİBƏ

    4 aprel tarixi dünyada Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi qeyd ediləcək. Azərbaycan üçün bu mövzu daha çox aktualdır, çünki son dörd ayda azad edilmiş ərazilərdə minaların partlayışları nəticəsində onlarla mülki şəxs ölüb və ya yaralanıb.

    Erməni tərəfi minalanmış ərazilərin xəritələrini verməkdən imtinaya davam edir. Niyə? Hansı beynəlxalq təzyiq metodları mövcuddur?

    Caliber.Az hərbi ekspert, kimyəvi və bioloji silahlar üzrə mütəxəssis, BMT-nin bioloji silahlar üzrə Komissiyasının keçmiş üzvü İqor Nikulinlə bu barədə söhbətləşib:

    – Şahzadə Diana (1981-ci ildən 1996-cı ilədək, Britaniya taxtının varisi, Uels Şahzadəsi Çarlzın ilk həyat yoldaşı – red.) piyada əleyhinə minaların tamamilə qadağan olunmasının tərəfdarı kimi çıxış edib, bu mövzuda konvensiya hazırlanırdı. Ancaq ölümündən sonra mövzu bağlandı.

    Qarabağdakı vəziyyətə qayıtsaq – sülh bağlandığı üçün minalanmış ərazilərin xəritələri açıqlanmalıdır. Ancaq göründüyü kimi bunun qarşısını alan bəzi amillər var.

    – Hansı amilləri misal çəkmək olar?

    – Bəlkə də qüvvələr var ki, (Ermənistanda – red.) bu müharibənin yenidən oynanılmalı, hər şeyin geri qaytarılmalı olduğuna inanırlar, niyə bütün sirləri açsınlar?

    Qarşılıqlı inamsızlıq faktoru da var ki, bu da açıq, ağlabatan, düzgün qərar verilməsinə və minalanmış ərazilərin xəritələrinin mübadiləsinə mane olur. Ancaq bir həll yolunun, bir uzlaşmanın tapılması vacibdir.

    – Axı Azərbaycanın mübadilə edəcəyi bir şey yoxdur. Azərbaycan tərəfi Ermənistan ərazilərini minalamayıb. Belə çıxır ki, bu, Ermənistan tərəfindən hansısa şantaj elementidir?

    – Əlbəttə. Bu, bəlkə də bəzi zəmanət almaq istəyən erməni tərəfindən şantajdır, bazarlıqdır. Ancaq təəssüf ki, mülki insanlar doğma yurdlarına dönərkən bu səbəbdən ölürlər.

    – BMT mina məsələlərində yaxından iştirak edir. Minalanmış ərazi xəritələri ilə bağlı Birləşmiş Millətlər Təşkilatına müraciət işə yarıyar?

    – BMT-nin reaksiyasına güvənə bilərsiniz, amma bu uzun prosesdir, məsələ komissiyalarda müzakirə ediləcək və s. BMT çox bürokratik quruluşdur. Ancaq problemin humanitar tərəfinə diqqət yetirərək mübarizə aparmaq və BMT-yə müraciət etmək lazımdır, çünki münaqişədə iştirak etməyən insanlar əziyyət çəkirlər və üstəlik, artıq sülh bağlanıb.

    – Azərbaycan dünyanın 120 dövlətini özündə birləşdirən Qoşulmama Hərəkatının (NAM) sədr ölkəsidir…

    – Bu çox vacibdir. NAM-da iş görülürsə, bu, şübhəsiz ki, BMT-dəki səsverməyə təsir edəcək.

  • Sabahın hava proqnozu: Güclü külək, yağış, dolu, qar – XƏBƏRDARLIQ

    Azərbaycanda sabaha olan hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə martın 27-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Bakıda gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz olacaq.

    Bildirilir ki, martın 27-də gündüz Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

    Martın 27-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qərb rayonlarında dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, martın 27-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

  • “Atletiko”nun hücumçusu: “Azərbaycanla matçda hədəfimizə çatdıq”

    “Bu qarşılaşma Azərbaycanla matçdan tamam fərqli olacaq. Amma qalib gələcəyimizə ümid edirik”.

    “Report”un məlumatına görə, bu fikirləri Portuqaliya yığmasının futbolçusu Joau Feliş Serbiyaya qarşı keçirəcəkləri DÇ-2022-nin seçmə oyunu barədə danışarkən deyib.

    İspaniyanın “Atletiko” (Madrid) klubunda çıxış edən 22 yaşlı hücumçu Serbiya seçməsinin yaxşı kollektiv olduğunu bildirib: “Onlar açıq oyuna üstünlük verir. Bu isə bizim üçün sərfəli ola bilər”.

    Forvard Azərbaycan millisinə qalib gəldikləri görüşdə hədəfə çatdıqlarını söyləyib: “Həmin oyunda saysız-hesabsız qol imkanlarımız oldu. Qələbə qazanmaq əsas hədəfimiz idi və bu hədəfə çatdıq”.

    Qeyd edək ki, Portuqaliya Azərbaycan millisini 36-cı dəqiqədə Maksim Medvedevin vurduğu avtoqolla məğlubiyyətə uğradıb. Komanda martın 27-də Serbiyanın, martın 30-da isə Lüksemburqun qonağı olacaq. Azərbaycan yığması isə növbəti oyunlarını müvafiq olaraq Qətər və Serbiyaya qarşı keçirəcək.

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light подешевела.

    Ее стоимость на мировом рынке снизилась на 2,37 доллара (3,72%) за баррель – до 61,31 доллара.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti kəskin ucuzlaşdı

    Azərbaycan neftinin qiyməti 4 faizə qədər düşüb.

    “Azeri Light” markalı neftin bir bareli 2,37 ABŞ dolları və ya 3,72 faiz ucuzlaşıb.

    Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 61,31 dollar təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb.

  • Azərbaycanda 13 yaşlı qıza qarşı əxlaqsızlıq edən vəzifəli şəxs həbs edilib

    Ucar rayonunda mədəniyyət evinin müdiri həbs edilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, rayonda fəaliyyət göstərən mədəniyyət evlərindən birinin müdiri, 1969-cu il təvəllüdlü Rəfail Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Onun barəsində Ucar rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. R Hüseynov Azərbaycan Respublikasının cinayət məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə həbs edilib.

    Qeyd edək ki, R. Hüseynov 2008-ci il təvəllüdlü qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilir.

    Faktla bağlı araşdırma davam etdirilir.

  • Azərbaycanda adam öldürən şəxsə 1 il 6 ay həbs cəzası verilib

    Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Aftandil Sultanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Mdeian.Az “Report”a istinadən xəbər verir ki, hakim Nural Əliyevin sədrlik etdiyi iclasda hökm oxunub.

    Hökmə əsasən, A.Sultanova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə irəli sürülmüş ittiham dəyişdirilərək, Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

    A.Sultanova 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

    Qeyd edək ki, hadisə ötən ilin aprel ayında baş verib.

    İttihama görə, Tovuz rayonun Bozalqanlı kənd sakini, 1992-ci il təvəllüdlü Elnur Mehdiyev həmyerlisi, 1984-cü il təvəllüdlü Aftandil Sultanov tərəfindən bıçaqlanaraq öldürüb.

    Belə ki, Elnur Mehdiyev Aftandil Sultanovun yaşadığı Abulbəyli kəndindəki evinin həyətində olan mağazaya oğurluğa girib. Kamera vasitəsilə onu görən Avtandil mağazaya gələrkən giriş qapısında Elnur Mehdiyevlə rastlaşıb, əlbəyaxa dava düşüb. Dava zamanı Aftandil Sultanov əlindəki bıçaqla Elnur Mehdiyevə bir zərbə vurub. Elnur Mehdiyev onun əlindən çıxıb qaçsa da, aldığı xəsarətdən hadisə yerindən bir qədər aralıda, Tovuz şəhərinin Əhməd Cavad küçəsindən keçən istifadəsiz su arxının içində ölüb.

    Aftandil Sultanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilmişdi.

  • Sürücüləri çaşdıran qərarsız protokol cəriməsi nədir? – VİDEO

    Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə bəzən sürücülər cərimələrini ödəyə bilmirlər. Belə bir fikir var ki, həmin cərimə qərarsızdır. Bəs belə faktla qarşılaşan sürücülər nə etməlidir?

    Törətdikləri xətaya görə bir çox sürücüyə cərimə yazılıb və ya elektron qaydada protokol tərtib edilsə də, onların qərarı olmadığından nəqliyyat vasitəsinin sahibləri ödəniş edə bilmirlər. Söhbət son vaxtlar tez-tez rast gəlinən qərarsız protokollardan gedir.

    Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da belə faktların olduğunu deyir.

    Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə cəlbetmə müddəti 1 ilə qədərdir.

    Ərşad Hüseynov sürücülərə təklif edir ki, qərarsız protokolla bağlı gözləmək lazımdır. Əgər 1 il müddətində qərar sürücüyə çatdırılmazsa, onda həmin qərar İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə görə ləğv edilməlidir.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Cəlilabad polisi avtomobildən 14 kiloqramdan artıq narkotik aşkarladı

    Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində 14 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Saatlı rayon sakinləri, əvvəllər bir neçə dəfə məhkum olunmuş M.Məmmədov, X.Nuriyev və İ.Zeynalov sonuncunun idarə etdiyi “BMW” markalı avtomobildə Cəlilabad rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

    Onların olduğu avtomobildən ayrı-ayrı bağlamalarda ümumi çəkisi 12 kiloqram 390 qram heroin, 1 kiloqram 150 qram tiryək, 1 kiloqram 100 qram psixotrop maddə metamfetamin, 1 ədəd balta, 2 ədəd bıçaq və 2 ədəd taxta dəyənək aşkarlanaraq götürülüb.

    Faktla bağlı araşdırma aparılır.