Month: March 2021

  • В Стамбуле гражданин Азербайджана погиб из-за неосторожного обращения с оружием

    Гражданин Азербайджана Нихад Алиев, получивший травму головы при чистке оружия в Турции, скончался в больнице, сообщает Report.

    Инцидент произошел в одном из отелей Бешикташа в Стамбуле около 23:00 по местному времени.

    По первоначальным показаниям свидетелей, в результате неосторожного обращения с оружием пуля попала Нихад Алиеву в голову.

    В результате он был тяжело ранен и доставлен в больницу.

    Несмотря на усилия врачей, спасти жизнь Нихада не удалось.

    По факту ведется расследование.

  • Azərbaycanda boşananların sayı bilindi

    Cari ilin ilk ayında Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2717 nikah və 1179 boşanma halı qeydə alınıb.

    Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,2, boşanmaların sayı isə 1,4 təşkil edib.

    Yanvarda Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları Azərbaycana daimi yaşamaq üçün gələn 197 nəfəri və ölkəmizdən gedən isə 22 nəfəri qeydə alıblar. Ölkə üzrə miqrasiya saldosu müsbət 175 nəfər təşkil edib.

  • Azərbaycan vətəndaşı İstanbulda silahını təmizləyərkən ehtiyatsızlıqdan dünyasını dəyişdi

    Türkiyədə silahını təmizləyərkən ehtiyatsızlıq nəticəsində başından yaralanan Azərbaycan vətəndaşı Nihad Əliyev xəstəxanada vəfat edib.

    “Report”un xəbərinə görə, hadisə İstanbul şəhərində Beşiktaşdakı otellərdən birində, yerli vaxtla saat 23:00 radələrində baş verib.

    Şahidlərin ilkin ifadəsinə görə N.Əliyev silah ilə ehtiyatsız davranması nəticəsində silah açılıb və güllə onun baş nayihəsinə girib. Nəticədə N.Əliyev ağır yaralanaraq xəstəxanaya aparılıb.

    Həkimlərin səylərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı yerli hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

  • ÜST jurnalistlər üçün COVID-19-a dair informativ bələdçi dərc edib

    Avropa İttifaqının maliyyələşdirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində ÜST-ün Azərbaycan Nümayəndəliyi jurnalistlər üçün COVID-19-a dair informativ bələdçini tərcümə edərək dərc edib.

    Nümayəndəlikdən verilən məlumata əsasən, bələdçidə ÜST-ün COVID-19 pandemiyası və peyvəndləri ilə bağlı professional xəbər hazırlanması, həmçinin bu zaman jurnalistlərin özlərini necə qoruya biləcəyinə dair tövsiyələrinə yer verilib.

    Bələdçinin PDF versiyasını keçid vasitəsilə əldə edə bilərsiniz. 

  • Bakıda qadınları soyan şəxs tutuldu

    Bakıda qadınlara qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyatı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları keçiriblər.

    Əməliyyat tədbirləri nəticəsində fevralın 14-də Bakı şəhər sakinləri olan A.Xudayevaya məxsus içərisində 2400 manat, bankomat kartları və sənədlər olan pul kisəsini və fevralın 28-də E.Şərifovaya məxsus içərisində 1000 manat, 200 ABŞ dolları və sənədlər olan çantanı oğurlamaqda şübhəli bilinən N.Seyidov saxlanılıb.

  • İllər sonra Qarabağda öz həyətlərində yenə tonqal qaladılar… – VİDEO

    Azərbaycan Televiziyasında bayram günlərində daha bir premyera olacaq.

    Martın 26-sı saat 21:00-da TV-də ilk dəfə yayımlanacaq qısametrajlı bədii film “Ocaq yeri” adlanır.

    “Sabah” Yaradıcılıq Studiyasının ərsəyə gətirdiyi televiziya filmi erməni tapdağından azad olunmuş torpaqlarımıza “Böyük qayıdış”ın bir epizodunu özündə əks etdirir.

    Filmdə həm işğal dövrü, həm də müasir dövr göstərilir.

    Belə ki, filmdə 1992-ci ilin Novruz bayramı günlərində 41 yaşlı Rüstəmin əlinə silah götürüb doğma kəndini erməni quldurlarından qoruması nümayiş olunur. Lakin elə həmin gecə Novruz tonqalı ətrafında olan ailənin həyətinə mərmi düşür, Rüstəmin qızı həlak olur. Səhərə yaxın isə ermənilər yenə kəndə hücum edirlər. Rüstəm və həmkəndliləri öz yurdlarını tərk etmək məcburiyyətində qalırlar.

    Daha sonra isə bu hadisələrin üzərindən 29 il sonrakı – yəni müasir dövr göstərilir. Azərbaycan Ordusu Qarabağı düşməndən azad edib, Rüstəmin ailəsi Novruzu öz kəndində qarşılayır. Ailəni isə xaraba qalmış kəndlərinə Rüstəmin zabit oğlu aparır. Onlar həyətlərini tapıb yenə tonqal qalayırlar.

    Bədii televiziya filmində əsas rolları aktyorlar Zilli Namazov, İlqar Musayev, Rauf Ağakişiyev, Günel İmanova, Aygün Fətullayeva, Mübariz Nağıyev oynayırlar.

  • Böyük Dəbilqə: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq

    Azərbaycan cüdoçusu Kəramət Hüseynov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə təsəlliverici görüşə çıxıb.

    “Report”un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı Monqolustan təmsilçisi Ariunbold Enkhtayvanla üz-üzə gəlib.

    Rəqibinə qalib gələn Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. 1/16 finalda Rodriqo Lopesi (Portuqaliya), 1/8 finalda Ramazan Abdullayevi (Rusiya) mübarizədən kənarlaşdıran cüdoçu 1/4 finalda Tornine Tsjakadoea ilə dueldən məğlub ayrılıb.

    Bu gü mübarizəyə qoşulan digər 6 idmançıdan 5-i ilk görüşdəcə uduzub.

    60 kq-da mübarizə aparan Oruc Vəlizadə Oleq Veredıbaya (Ukrayna), 66 kq-dakı Yaşar Nəcəfov Orlando Polankoya (Kuba) məğlub olub.

    Qadınların yarışında isə 4 cüdoçu qüvvəsini sınayıb. 48 kq-da Aişə Qurbanlı Marusa Stanqarla (Sloveniya) bacarmayıb. Eyni çəkidəki Leyla Əliyava Gülkader Şentürkü (Türkiyə) mübarizədən kənarlaşdırsa da, Katarina Kostanın (Portuqaliya) müqavimətini qıra bilməyib.

    52 kq-da Gültac Məmmədəliyeva Anjelika Delqadoya (ABŞ), Şəfəq Məmmədova isə Yasmin Cavadyana (Böyük Britaniya) uduzub.

    Qeyd edək ki, Böyük Dəbilqəyə martın 27-də yekun vurulacaq. Azərbaycan turnirdə 11 cüdoçu ilə təmsil olunur.

  • “Milliön”dən daha bir oğurluq cəhdinin üstü açıldı

    Bakıda “Milliön” ödəmə terminalından oğurluq edən şəxslər saxlandı.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyatı DİN Baş Cinayət Axtarış İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları keçirib.

    Əməliyyat tədbirləri ilə onun Abşeron rayon sakini H.Əsgərzadə ilə birgə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki “Milliön” ödəmə terminalının kassasından 1877 manat pul oğurlaması müəyyən edilib.

    Görülmüş tədbirlərlə H.Əsgərzadə saxlanılıb.

  • Azərbaycanda kafedra müdiri qəfil vəfat etdi – FOTO

    Azərbaycanda kafedra müdiri vəfat edib.

    Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Ekologiya və meşəçilik kafedrasının müdiri Zakir İbrahimov qəfildən dünyasını dəyişib.

    1954-cü il təvəllüdlü Zakir İbrahimov əsasən meşəçilik sahəsi üzrə mütəxəssis uzun illər idi ki, ADAU-da çalışırdı.

    Allah rəhmət eləsin!

  • İranda “qisasa qisas”: Qız anasını edam etdi

    İranda qadın onu zorakılığa məruz qoyan ərini qətlə yetirib.

    “Haber Global” məlumat verir ki, ərini öldürən Məryəm Karami edam edilib.

    Qadının edam cəzasını qızı həyata keçirib.

    Bildirilir ki, Məryəm Karami ərindən boşanmaq istəyib, əri isə bunu qəbul etməyərək ona qarşı zorakılıq tətbiq edib.

    Qeyd edilir ki, İranda “qisasa qisas” tətbiqi geniş şəkildə həyata keçirilir.

    Yaxını öldürülən şəxs cinayəti törədəndən qan pulu tələb edə, və ya edam cəzasını öz əlləri ilə həyata keçirə bilər.