Month: March 2021

  • Kürdə suyun səviyyəsi yenidən azalıb – VİDEO

    Son günlər havaların qeyri-sabit, qarlı-yağışlı keçməsinə baxmayaraq, Kür çayında suyun səviyyəsi azalır. Bu daha çox çayın aşağı axınında, Salyan rayonundan keçən hissəsində müşahidə olunur.

    Kürün su mənbəyinin 36 faizini əriyən qar, 30 faizini yeraltı qrunt suları, 20 faizini yağış, 14 faizini isə buzlaqlardan əriyib axan sular təşkil edir. Demək olar ki, hər gün çayda suyun səviyyəsi 10-15 santimetr, bəzi hallarda isə 20 santimetrdən də çox aşağı düşür. Bu da sakinləri ciddi narahat edir.

    Təkcə son 20 gündə çayda suyun səviyyəsi iki metrdən çox aşağı düşüb. Çayın səviyyəsinin azalması isə su nasos stansiyalarının işinə də təsirsiz ötüşməyib. Nasoslar tam gücü ilə işləyə bilmir. Belə olduqda əkin sahələrinin suvarılmasında bir sıra çətinliklər yaranır.

    Mütəxəssislərin fikrincə, Kür çayında bundan sonra da azalmalar müşahidə olunarsa, yaz-yay aylarında kənd təsərrüfatı bitkilərinin suvarılmasında su qıtlığı yarana bilər.

    Ətraflı Baku TV-nin süjetində:

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 26 марта, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 126 068 653.

    За весь период пандемии скончались 2 767 376 человек, выздоровели – 101 724 169.

    Больше всего инфицированных в США – 30 774 033. На 2-м месте – Бразилия (12 324 765), 3-м – Индия (11 846 652). В первую пятерку также входят Россия (4 492 692) и Франция (4 424 087).

    В Турции коронавирусом заразились 3 120 013 человек, Иране – 1 830 823, Грузии – 279 027, Армении – 187 441.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в России (96 612 летальных исходов), Иране (62 142) и Турции (30 619).

    На сегодня в Азербайджане подтвержден 250 921 случай инфицирования коронавирусом, 234 382 человека вылечились, 3 421 – скончался.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 126 068 653 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 2 767 376 xəstə ölüb, 101 724 169 nəfər sağalıb.

    Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (30 774 033 nəfər), Braziliya (12 324 765 nəfər), Hindistan (11 846 652 nəfər), Rusiya (4 492 692 nəfər) və Fransadır (4 424 087 nəfər).

    Türkiyədə 3 120 013, İranda 1 830 823, Gürcüstanda 279 027, Ermənistanda isə 187 441 nəfərdə koronavirus müəyyən edilib.

    Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (96 612 nəfər), İranda (62 142 nəfər) və Türkiyədədir (30 619 nəfər).

    Azərbaycanda koronavirusa yoluxan 250 921 nəfərin 3 421-i ölüb, 234 382 xəstə sağalıb.

  • Məhkəmə Mustafa Sandalla bağlı qərarını açıqladı

    “Məni ağlatma” adlı kitabında Dəfnə Samyeli adlı qadınla əlaqəsi olduğunu iddia edən tanınmış müğənni Mustafa Sandal adıçəkilən xanım tərəfindən məhkəməyə verilib.

    “Haber Global”ın məlumatına görə, həqiqətə uyğun olmayan informasiya yaymaqda ittiham olunan pop ulduz hakim qarşısına çıxıb.

    İki ilə qədər həbsi tələb olunan M.Sandal bəyan edib ki, o, kitabda “əlaqə” yazdığı zaman yaxın münasibətləri nəzərdə tutmayıb.

    Məhkəmə populyar ifaçını bu məsələdə günahsız hesab edib və bəraət alması barədə qərar qəbul edib.

  • ABŞ-da kotecə daxil olan ayı cakuzidə vanna qəbul edib – VİDEO

    ABŞ sakini Todd Treboni həyat yoldaşı ilə birlikdə Tennesiyə istirahətə yollanıb.

    Yerli istirahət mərkəzlərinin birində, kotecdə məskunlaşan cütlük səhər yuxudan ayılarkən qəribə qonaqla rastlaşıblar.

    Qara ayı onların kotecinin qarşısında gəzişərək, həyətdəki cakuzidə vanna qəbul edib.

    Vəhşi heyvanın məzəli görüntülərini mobil telefonla qeydə alan Todd videonu “Instagram” hesabında paylaşıb.

  • İsrailin gizli hərbi bazaları ehtiyatsızlıqdan üzə çıxdı

    İsraildə koronavirus testi götürülən ərazilərin göstərildiyi xəritədə yanlışlığa yol verilib və gizli hərbi bazaların yerləri üzə çıxıb.

    Bu barədə “Hürriyet” yazıb.

    Xəritədə koronavirus testlərinin götürüldüyü ərazilərlə yanaşı hərbi bazalara da yer verilib.

    Yerli mətbuat orqanları isə bu hərbi hissələr arasında məxfi saxlanılan bazaların da olduğunu iddia edib.

    Xəritədə sadəcə bazaların yerləri deyil, həmçinin sərhədləri və adları da qeyd olunub.

  • “The New York Times” öz məqaləsini 558 milyon dollara satıb

    “The New York Times” nəşri öz məqaləsini 558 milyon dollara satıb.

    “RİA Novosti” xəbər verir ki, yazı NFT tokeni şəklində satılıb.

    Məlumata görə, vəsait nəşrin xeyriyyə fonduna yönəldilib.

    Qeyd edək ki, hazırda dünyada rəqəmsal NFT tokeni şəklində rəqəmsal əsərlərin satışı sürətlə populyarlaşır. Blokçeyn texnologiyasına əsaslanan NFT rəsm əsərlərinin rəqəmsal surətlərinin, həmçinin tvitlərin satılmasına imkan verir.

    Xatırladaq ki, bir neçə gün öncə “Twitter”in təsisçisi Cek Dorsi ilk tvitini məhz bu texnologiya sayəsində satışa çıxarıb və 2.9 milyon dollar əldə edib.

  • Britaniyanın keçmiş baş nazirinə qarşı istintaq başladılıb

    Britaniyanın keçmiş baş naziri Devid Kemerona qarşı istintaq başladılıb.

    Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

    Məlumata görə, eks-baş nazir qanunsuz lobbiçilik fəaliyyətində günahlandırılır. O, öz əlaqələrindən istifadə edərək maliyyə nazirliyi və İngiltərə bankına təzyiqlər göstərib.

    Qeyd olunur ki, əgər D.Kemeronun günahı təsdiqlənərsə, işin təfərrüatlarından asılı olaraq, siyasətçini 7.5 min funt cərimədən başlayaraq cinayət məsuliyyətinədək cəza gözləyir.

  • Мировые цены на нефть растут

    Dünya bazarında neft qiymətlərində artım qeydə alınıb.

    RT xəbər verir ki, WTI markalı neftin may fyuçersləri 1,13 faiz artaraq bir bareli 59,22 dollar olub.

    “Brent” markalı neftin may fyuçersləri 0,94 faiz artaraq bir barreli 62,53 dollar təşkil edib.

  • Dünya bazarında neft bahalaşır

    Dünya bazarında neft qiymətlərində artım qeydə alınıb.

    RT xəbər verir ki, WTI markalı neftin may fyuçersləri 1,13 faiz artaraq bir bareli 59,22 dollar olub.

    “Brent” markalı neftin may fyuçersləri 0,94 faiz artaraq bir barreli 62,53 dollar təşkil edib.