Month: March 2021

  • Normal çəkidə qalmaq üçün bəzi pəhrizlər

    Təravətləndirici pəhriz:
    Bu pəhrizi tərəvəz mövsümündə, ay ərzində həftədə 2 dəfə saxlamaq məsləhət görülür.
    Səhər yeməyi: 1 stəkan qatıq və ya 1 çay qaşığı bal qatılmış 1 stəkan ilıq su.
    İkinci səhər yeməyi (saat 10.00):1 stəkan meyvə şirəsi və ya çiy meyvə və ya tərəvəzlər

    Nahar: təzə tərəvəzlərdən yaşıl salat ( göy soğan, sarımsaq, qırmızı turp, xiyar, cəfəri, şüyüd, ispanaq, kələm və s.) və 1 stəkan meyvə şirəsi.
    Şam yeməyi: 1 xörək qaşığı yulaf yarması (qerkules) sıyığı. Süfrəyə verməzdən əvvəl 1 xörək qaşığı bal, yarım stəkan şirə və ya 1 limonun suyu əlavə edilir, yaxşıca qarışdırılır, 200 qrama yaxın alma və ya başqa meyvələr sürtgıcdən keçirilir, yulaf sıyığının üzərinə qoyulur.Üzərinə 1 xörək qaşığı xırdalanmış qoz, badam və ya yerfındığı səpilir.

    Qarın nahiyəsindəki piylərin əridilməsi üçün pəhriz.
    Məqsəd-qarnın hamar, qarın əzələlərinin möhkəm olmasıdır.
    1. Rasiondan duz çıxarılır və qarnı kökəldən məhsulların qəbulu məhdudlaşdırılır: ağ çörək, biskvit və pirojnalar.
    2. Müntəzəm və az-az qidalanmağa çalışmaq lazımdır. Qida rasionunda kifayət qədər portağal, limon şirəsi, salat olmalıdır. Qəhvə azaldılır və daha çox su içilir.
    Səhər yeməyi (təklif olunan variantlardan biri seçilir)
    a) 1 stəkan diyetik yoqurt, 1portağal
    b) 1 ədəd ilıq bişirilmiş yumurta, 2 dilim qurudulmuş çörək
    Nahar: 250 qr dərisiz toyuq və ya balıq əti, iri porsiya qarışıq tərəvəz salatı
    Şam yeməyi: 1 bifşteks, 75 qr qaynadılmış lobya, 1 potağal
    Nahar və şam yeməklərinin yerini dəyişmək olar.
    Qəlyanaltı (gündə 2 dəfə): bir şokoladlı baton, 1 boşqab yağsız şorba.
    Məşğələ: Stulda əyləşərək, kürək düz saxlanılır, dizlər aralanır, pəncələr döşəməyə sıxılır. Əllər önə doğru uzadılır, çənə aşağı əyilir, nəfəsi verərək, qarın əzələləri sıxılır və döşəməyə doğru əyilir. Nəfəsi alıb-verərək ilkin vəziyyətə qayıtmaq lazımdır. Hərəkət 5 dəfə təkrar edilir və tədricən artırılır.

  • Ermənistan Azərbaycan xalqından üzr istəməlidir – Hikmət Hacıyev

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində paylaşım edib.

    Paylaşımda deyilir:

    “Ermənistanın Azərbaycan xalqınının əmlakına qarşı ələ keçirilmiş torpaqlarda ağlasığmaz vandalizm törətdikdən sonra Azərbaycana qarşı hər hansı bir iddia irəli sürmək üçün mənəvi haqqı yoxdur. Ermənistan II Dünya müharibəsindəki işğalçı dövlətlər kimi Azərbaycan xalqından üzr istəməli və məsuliyyəti öz üzərinə götürməlidir.”

  • Naxçıvanda peyvənd olunanların sayı açıqlandı

    Naxçıvanda koronavirus əleyhinə vaksinasiya uğurla həyata keçirilir.

    Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində xüsusi komissiya fəaliyyət göstərir. Komissiyanın təşkilatçılığı ilə muxtar respublikada COVID-19-a qarşı vaksinasiya aparılır.

    İlkin mərhələdə risk qrupuna daxil olan səhiyyə işçilərinə təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovak” vaksini vurulub. Vaksinasiyaya 3500 tibb işçisi cəlb olunub. Yaxın günlərdə əhalinin revaksinasiyası aparılacaq.

    Risk qrupuna daxil olan peşə sahibləri ilə yanaşı 50 yaşdan yuxarı əhali qrupuna da peyvəndlərin vurulması həyata keçirilir. Bu günədək bu yaş kateqoriyasına daxil olan 902 nəfər vaksinasiyaya cəlb olunub.

  • Gəncədə iki qardaş bıçaqlanıb

    Gəncədə iki qardaşın bıçaqlanması faktı qeydə alınıb.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində baş verib.

    Bıçaqlanan şəxslər 1991-ci il təvəllüdlü Dadaşov Salman Aydın oğlu və onun qardaşı 1992-ci il təvəllüdlü Dadaşov Osman Aydın oğludur. Hər ikisi xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat olunublar.

    Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Fakt araşdırılır.

  • Avropa İttifaqı Türkiyə ilə bağlı qərar verdi

    Avropa İttifaqı Sammitində iştirak edən birlik ölkələrin liderləri Türkiyə ilə siyasi və iqtisadi dialoqu gücləndirməklə bağlı qərar qəbul edib.

    Bu barədə “Report” Anadolu agentliyinə istinadən xəbər verir.

    Qeyd olunub ki, liderlər Avropa Şurasına Türkiyə ilə Gömrük İttifaqı arasında əlaqələrin yenilənməsi yollarını araşdırmaq və tətbiqetmədə çətinliklərlə əlaqədar rəsmi Ankara ilə müzakirələrin intensivləşdirilməsini istəyiblər.

    Bundan başqa rəhbərlər Türkiyə ilə qarşılıqlı maraq doğuran sahələrdə yüksək səviyyəli dialoqa hazır olduqlarını bildiriblər. Avropa Komissiyasından Türkiyə ilə iqtisadi əməkdaşlığın inkişafı, xalqlar arasında əlaqə quraraq səyahət mövzularında araşdırma aparılması istənilib.

    Brüssel terrorizmə qarşı mübarizə, sağlamlıq və iqlim kimi qarşılıqlı maraq doğuran məsələlərdə Türkiyə ilə yüksək səviyyəli dialoqa başlamağa hazırdır.

    Quruma üzv dövlətlərin liderləri miqrasiya idarəçiliyi mövzusunda Türkiyə ilə əlaqələrin gücləndirilməsinin lazım olduğunu da bildiriblər.

  • Ağcabədidə qəza: Bir ailənin iki üzvü xəstəxanalıq oldu

    Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, 1972-ci təvəllüdlü Əliyev Əfqan Musa oğlunun idarə etdiyi nəqliyyat vasitəsi qarşı tərəfdən gələn digər avtomobillə toqquşub.

    Yol qəzası nəticəsində Əliyev Əfqan və həyat yoldaşı Əliyevə Rüxsarə Qasım qızı ciddi bədən xəsarətləri alıblar. Hər iki yaralı təcili tibbi yardım avtomobil ilə Bakıya gətiriliblər.

    Müayinədən sonra yaralılara sağ budun sınıqları diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

  • Balıq pəhrizi

    ​Balıq təkcə ləzzətli qida deyil, həm də gözəl pəhriz məhsuludur. Onun tərkibi mikroelement, vitamin və asan həzm olunan zülallarla zəngindir. Balıq pəhrizi arıqlamaq üçün istifadə olunur və müsbət səmərə verir.
    Bunun üçün bəzi məsləhətlərə əməl etmək lazımdır:
    -Həftənin bir günü yalnız balıqla qiqalanmaq üçün ayrılır.
    -Gün ərzində yeyilən balığın miqdarı 500-700 qramdan artıq olmamalı, qida zamanı mütləq tərəvəz və yaşıl salatlardan çox istifadə edilməlidir.
    -Səhər balığı xaşlayıb 5 hissəyə ayırmaq, gün ərzində 2,5-3 saatdan bir yemək lazımdır.
    -Balıq əti mütləq tərəvəz və göyərtilərlə birgə qıbul edilməlidir.
    -Balıq pəhrizi günü ya qazsız mineral su və ya qaynanmış su içilməlidir.
    -Həftənin bir günü tutulan balıq pəhrizi zamanı 1 ay ərzində 3-5 kiloqram arıqlamaq olar.

  • Poliklinikada vaksinasiya qaydaları kobud şəkildə pozulur

    Bakıda koronavirus əleyhinə vaksinasiya zamanı qayda pozuntuları ilə bağlı vətəndaşlardan şikayətlər daxil olmaqda davam edir. Jurnalist Nailə Balayevanın Turan-a verdiyi məlumata görə, o, martın 24-də həyat yoldaşı, tarixçi Aydın Balayevlə birlikdə Çində istehsal edilən Sinovak (Koronavak) vaksininin birinci dozasını vurdurmaq üçün Bakıdakı 16 saylı poliklinikaya gəlib. Onlar Operativ Qərargahın koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı təlimatına əsasən, əvvəlcədən randevu.its.gov.az saytında elektron növbədə qeydiyyatdan keçiblər, saat 10.00-11.00 radələrində poliklinikada olmalı olduqları barədə mesaj alıblar.

    Amma tibbi müəssisəsində onlar izdihamla qarşılaşıblar. Qapının ağzında dayanan əməkdaş Balayevlərə üzərində 48 və 49 rəqəmləri yazılmış əzilmiş, dəfələrlə istifadə edilmiş kartonlar verib. Elektron növbə haqqında suala cavabda deyib ki, o, boş şeydir, real növbə buradadır, elektron sənəd isə nəzərə alınmır. Vaksinasiyaya gələnlərin yaşı yerində yoxlanılmırdı.

    Bir saat gözlədikdən sonra Balayevlərin növbəsi çatıb. Onlar kişi üçün vaksini digər otaqda şprisə dolduran tibb bacısı Lyudmila Qaralovanın iş metodunu gördükdə qəzəbləniblər. Vətəndaşlar sudan deyil, vaksindən istifadə edildiyindən, məhlulun əvvəlki xəstələr üçün açılmış ampuladan yığılmadığından əmin ola bilməyiblər.

    Jurnalist 16 saylı poliklinikanın baş həkimi Sara Cabbarlıya şikayət edib, o isə cavabında deyib: Siz peyvənd olundunuz, tabeliyimdəki insanla necə rəftar edəcəyimə isə mən özüm qərar verəcəyəm.

    Balayeva Turan-la söhbətində poliklinikadakı izdihamın səbəbini izah edib: Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin elektron sistemində vaksinin 18.00-a qədər vurulması mümkünlüyü bildirilsə də, 16 saylı poliklinikada vaksinasiya saat 10.00-dan 14.00-a qədər həyata keçirilir. Saat 17.00-da gələn vətəndaşlar növbəti gün vaksinasiya üçün qayıtmaq məcburiyyətində qalırlar.

    Turan ilk dəfə martın 5-də Xırdalanda 5 nömrəli məktəb binasında vaksinasiya ilə bağlı belə qarışıqlıq haqqında yazmışdı. Elektron növbədə qeydiyyatdan keçən iqtisadçı Samir Əliyev həyat yoldaşı ilə birlikdə qapalı məktəb binasında, gözləyənlərin heç də hamısının maska taxmadığı izdiham içərisində canlı növbə tutmaq məcburiyyətində qalıb. Bu şəraitdə vətəndaşlar koronavirusa yoluxa bilərlər, axı növbədə dayananlara peyvənd vurulmayıb və onlar riskli yaş qrupuna daxildirlər.

    Turan-da olan məlumata görə, Bakıdakı 7 nömrəli poliklinikada əhalinin vaksinasiyası prosesi qaydalara uyğun, elektron növbə əsasında həyata keçirilir. Bu barədə məlumat verən şəxs növbədə gözləmə, səthi həkim müayinəsi və bilavasitə vaksinasiyadan sonra xəstənin vəziyyətinin 30 dəqiqəlik müşahidəsi də daxil olmaqla, proseduru 40 dəqiqə ərzində keçib.

    Tibbi Ərazi Bölmələrini İdarətmə Birliyindən vəziyyəti Turan-a şərh edərkən bildiriblər ki, vaksinasiya yerlərində izdihamı onlayn növbə götürməyən, həmçinin müəyyən edilmiş vaxtdan tez və ya gec gələn vətəndaşlar yaradır.

    Əməkdaşlar müəyyən edilmiş vaxta riayət etmədən gələn yaşlı şəxslərə peyvənd vurmaqdan imtina etmirlər. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən əlavə ediblər ki, vətəndaşların elektron növbədən istifadə etməsində israr edirlər, özləri onlayn qeydiyyatdan keçə bilməyənlər isə kömək üçün yaşadıqları yer üzrə poliklinikaya müraciət edə bilərlər.

  • Hindistan “AstraZeneca” peyvəndinin ixracını dayandırdı

    Hindistan ölkə ərazisində istehsal olunan “AstraZeneca” şirkətinin hazırladığı peyvəndin ixracını dayandırıb.

    Bu barədə NDTV məlumat yayıb.

    Hindistan Serum İnstitutu (HSİ) tərəfindən istehsal olunan peyvəndin ixracının dayandırılması preparatın Ümumdünya Səhiyyə Təşkilatının COVAX proqramı vasitəsilə digər ölkələrə tədarükünə də təsir göstərə bilər.

    Ölkədə koronavirusla bağlı vəziyyət stabilləşənə qədər preparatın ixracının olmayacağı qeyd olunur.

  • Soyuducunun üzərinə yapışdırılan maqnitlər – ciddi təhlükə yaradır

    Soyuducunun qapısına müxtəlif maqnitlərin yapışdırılması bir çox ailələrdə maraqlı hobbiyə çevrilib, hətta bəzi qeydləri də soyuducuda maqnitlə yapışdırırlar.

    Son zamanlar bu maqnitlərin həmin evdə yaşayan insanların beyninə, səhhətinə, biosahəsinə mənfi təsir göstərdiyi barədə məlumatlar verilir.

    Median.Az medicina.az-a istinadən bildirir ki, bir qrup mütəxəssis ürəyində stend, kardiostimulyator olan insanların maqnitli soyuducuya yaxın getməməsini qəti tövsiyə edir.
    Soyuducu ilə maqnitlərin təmasından həmin sahədə güclü, mənfi maqnit sahəsi yaranır və bu dağıdıcı enerjidir.

    Körpə və azyaşlı uşaqlar olan evlərdə soyuducuya maqnit yapışdırmayın.

    Bir maqnitin soyuducu qapısında uzun müddət bir yerdə qalması da zərərlidir, heç olmasa onların yerini tez-tez dəyişin.

    Soyuducuya maksimum 2-3 ədəd kicik maqnit yapışdırmaq olar.

    Qapını bütünlüklə, xüsusən iri maqnitlərlə bəzəmək həm soyuducunun işinə, həm ərzaqlara, həm də yaxınlıqda olan insanlara, xüsusən yaşlı, xəstələrə, ürək xəstələrinə mənfi təsir edir.