Month: March 2021

  • İsrail gəmisi İran tərəfindən raket atəşinə tutulub

    İsrailin “XT Management” şirkətinə məxsus yük gəmisinə İran tərəfindən atılan raket nəticəsində zərər dəyib.

    Bu barədə İsrail televiziyasının 12-ci kanalı xəbər yayıb.

    Qeyd olunub ki, hadisə Ərəbistan dənizində baş verib və gəminin ekipaj üzvü xəsarət almayıb.

    Gəmi Tanzaniyadan Hindistana gedirmiş və hücumdan sonra hərəkətinə davam edə bilib. Artıq gəmi sahibi və İsrail təhlükəsizlik qüvvələri hadisə barədə məlumatlandırılıb.

    Gəmiyə dəyən ziyan limana gəldikdən sonra məlum olacaq.

  • Nar yeyək və arıqlayaq

    Narın tərkibində çoxlu mineral və vitaminlərin, karbohidratıarın və az miqdar yağın olmasına görə faydalı sayılır. Bundan başqa narın tərkibində az miqdar zülal və kalori vardır. Bu meyvənin tərkibində bol vitamin və az kalori olduğuna görə bəzi dietoloqlar nar vasitəsilə arıqlamaq metodundan istifadə edirlər.
    Nar dietası saxlayan zaman tək narın özündən və ya narla başqa meyvələrin qarışığından istifadə etmək mümkündür. Bu dieta zamanı çay, kofe, su və digər şirələrdən istifadə etmək mümkündür. Amma çox qida qəbulu yol verilməzdir. Bəzi dietoloqlar bu dietanı sərt bir dieta adlandırırlar. Ancaq nəzərə alsaq ki, narın tərkibində insanın gündəlik qidasındaki karbohidrat, vitamin, mineral balansını ödəyəcək maddələr var, bu dietaya sərt dieta adı vermək olmaz.
    Nar dietası zamanı qida qəbulu azaldığına görə orqanizmin zəiflədiyi və immunitetin aşağı düşməsi barədə düşünmək çox yalnışdır. Çünki nar şirəsi vitamin balansını ödəməklə yanaşı, antioksidant xüsusiyyətinə görə orqanizmi müxtəlif infeksiya və xəstəliklərdən qoruyur. Bəs nar dietası zamanı nə yeməli?
    Səhər yeməyi – yağsız pendir, soyutma yumurta, çay.
    Günorta yeməyi – dərisi soyulmuş və suda bişmiş yağsız toyuq.
    Axşam yeməyi – müxtəlif meyvələr, yatmazdan əvvəl kəsmik.
    Nar şirəsi gün ərzində 7-8 dəfə hər dəfə 150-200ml qəbul edilir. Bu bir həftəlik qida rasionudur.

  • Aİ Sammitində Türkiyə ilə bağlı qərar verilib

    Brüsseldə keçirilən Avropa İttifaqı Sammitində iştirak edən birlik ölkələri liderləri Türkiyə ilə yüksək səviyyəli dialoqu aktivləşədirməyə hazır olduqlarını bəyan ediblər.

    Bu barədə “Haber Global” məlumat yayıb.

    Məlumata əsasən, Avropa Komissiyasına tərəflər arasındakı əlaqələrin perspektivlərini araşdırmaq barədə göstəriş verilib.

    Hazırda qarşılıqlı münasibətlərin mərhələli şəkildə genişləndirilməsi imkanları da nəzərdən keçirilir.

  • SMS-icazə tətbiq olunacaq? – AÇIQLAMA

    “Artıq koronavirusa yoluxma faizi bir neçə dəfə sağalanların sayından üstündür. Bu artıq ciddi siqnaldir. Və belə olan vəziyyətdə sərt karantin tədbirlərinin keçirilməsi labüd görünür”.

    Median.Az MediaBaku.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

    “Son günlər ölkəmizdə koronavirus pandemiyasına yoluxma faizi artmaqdadır. Və xüsusilə də, artıq bu günləri Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumat doğrudan da, bir daha təsdiqləyir ki, artıq müəyyən sərtləşdirmə tədbirlərin keçirilməsi qaçılmaz olacaq. 1429 nəfərin yoluxması, 548 nəfərin sağalması, 17 nəfərin isə ölüm faktı qeydə alınması, onu göstərdi ki, artıq koronavirusa yoluxma faizi bir neçə dəfə sağalanların sayından üstündür. Bu artıq ciddi siqnaldir.

    Belə olan vəziyyətdə sərt karantin tədbirlərinin keçirilməsi labüd görünür. Xüsusilə də oxşar vəziyyətlərdə sərtləşdirmə tədbirləri bir müddət sonra effekt verir. Əlbətdə ki, bu sərt karantin rejimi müəyyən məhdudiyyətlər yaradır və insanların psixologiyasına da təsirsiz qalmır. Təbii ki, bu müəyyən sosial problemlərin artmasına səbəb olur. Lakin insan həyatı hər şeydən dəyərli və qiymətlidir. Və məsələyə bu məntiqlə yanaşdıqda, görünür ki, bu sahədə müəyyən boşluq yaranıb.

    Mən hesab edirəm ki, metropolitenin uzun müddət işləməməsi nəticə etibarilə yerüstü nəqliyyat vasitələrindən xüsusilə də sərnişinlərin avtobuslardan istifadə faizini dəfələrlə artırılıb, biraz da açıq desək, milyonlarla insanların daşınmasını metropoliten həyata keçirirdi. İndi isə həmin funksiya avtobusların üzərinə düşüb. Belə olan vəziyyətdə avtobuslarda maska taxılır, dizinfeksiya vasitələrinden istifadə edilir. Amma üçüncü çox mühüm bir şərt yəni sosial məsafənin saxlaması 1.5 m və 2 metrlik sosial məsafənin saxlaması artıq qeyri-mümkün olur və insanlar bir çox hallarda avtobusda çox sıx şəkildə dayanmalı olurlar. Sosial məsafə gözlənilmədən bu faktiki əmr mümkün deyil. Bu isə nəticə etibarilə yoluxma faizinin artmasına gətirib çıxarır.

    Mənə elə gəlir ki, artıq maskalardan istifadə ilə bağlı heç bir problem yoxdur. Yəni insanların mütləq əksəriyyəti maskalardan istifadə edir. Deməli sosial məsafə məsələsi əsas problemlərdən birinə çevrilib. Ona görə də, hesab edirəm ki, Operativ Qərargah qərarlar qəbul edərkən bu faktırı mütləq nəzərə almalıdır. Və görünür ki, artıq gün ərzində 1500-ə yaxın yoluxma faktı qeydə alınıbsa bu o deməkdir ki, müəyyən sərtləşdirmə tədbirlərinin həyata keçirilməsi, sms icazə verilməsi, labüd olacaq. Yəni bunu indidən proqnozlaşdırmaq mümkündür. Analoji vəziyyətlərdə Operativ Qərargah məhz belə addımlar atıb”, – deyə millət vəkili bildirib.

  • Qırmızı Bazar-Şuşa yolu ermənilərin nəzarətindən alındı

    Qarabağda ən vacib yollardan biri sayılan Qırmızı Bazar-Şuşa yolu qanunsuz erməni birləşmələrin nəzarətindən alınaraq, Rusiya sülhməramlı missiyasının nəzarəti altına keçəcək. Beləliklə, yolda hərəkət qrafikini yalnız rusiyalı hərbçilər tənzimləyəcək, bu barədə erməni KİV məlumat yayıb. .

    Azərbaycan Ordusunun Xocavənd rayonunun Qırmızı Bazar kəndi ilə Şuşa şəhəri arasındakı yoldan daha intensiv istifadə etməsinə şərait yaradılacaq.

  • Xankəndidə gərginlik: Əsas yollar bağlandı

    Azərbaycanın Xankəndi şəhərində gərginlik yaşanır.

    Median.Az modern.az-a istinadən bildirir ki, şəhərin mərkəzi küçələrində 5 saatdan çoxdur ki, etiraz aksiyaları keçirilir. Etirazçılar yerli separatçı rəhbərlərin və sülhməramlı kontingentin yüksək rütbəli şəxsləri ilə görüş tələb edir.

    Ərazidə əsas yolların bağlandığı, eturazçıların sayının get-gedə artdığı xəbər verilir.

  • Ağdamda yaralanan hərbi qulluqçu vəfat etdi – Müdafiə Nazirliyi

    Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində fevralın 27-də təhlükəsizlik qaydalarının pozulması nəticəsində xəsarət alan və bir aya yaxındır Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan hərbi qulluqçumuz İsmayılov Əli Vaqif oğlu martın 25-də vəfat edib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

    Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!

  • Orqanizm üçün suyun faydaları

    1. Susuz həyat yoxdur.
    2. Su olmazsa öncə müəyyən çatışmamazlıqlar yaranar, sonra isə orqanizmin həyati vacib funksiyaları məhv olar.
    3. Su ən əsas enerji mənbəyidir.
    4. Su bədəndəki bütün hüceyrələrin daxilində elektrik və maqnit enerjisi yaradır-yaşamaq üçün güc verir.
    5. Su DNT-ni zədələnmələrdən qoruyur, onun effektliyini artırır.Tərkibindıki anomaliyanın sayını azaldır.
    6. Su bütün növ qida, vitamin və mineralların həlledicisidir. O, qidanı kiçik hissələrə ayırır, maddələr mübadiləsini dəstəkləyir.
    7. Su qidanı enerji ilə təmin edir, hansıki sonra həmin qida həzm prosesi zamanı o enerjini orqanizmə ötürə bilir.
    8. Su orqanizmin qidada həyat üçün önəmli olan maddələri qəbul etməsi qabiliyyətini artırır.
    9. Su bədən daxilində maddələrin daşınmasını təmin edir.
    10. Su olmadan nəfəs də olmaz.
    11. Su bədənin müxtəlif hissələrindən toksinləri çıxarır.
    12. Su beyin və ürəyin arteriyalarını tixanmalardan qoruyur.
    13. Su ürək tutmalarının və insultun qarşısını alır.
    14. Su beyin tərəfindən bütün hormonların, eləcə də, melatoninin yaranması üçün vacibdir.
    15. Su beyinin funksiyalari, ilk növbədə düşüncə üçün bizə elektrik verir.
    16. Su yuxunu bərpa edir.
    17. Su yorğunluğu aradan qaldırır və cavanlıq enerjisi bəxş edir.
    18. Su qocalığın qarşısını alaraq dəriyə hamarlıq verir.
    19. Su həyəcan, stres və depressiyanı götürməyə kömək edir.
    20. Su gözlərdə parıltı əmələ gətirir.
    21. Su çəki azaltmaq üçün yaxşı vasitədir. Vaxtla su içərək dieta saxlamadan çəki atmaq olar.

  • Bakıda teatr tamaşanı onlayn göstərəcək

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Qarabağnamə” tamaşasını sosial hesabları vasitəsilə onlayn nümayiş etdirəcək.

    Median.Az “Azərtac”a istinadən xəbər verir ki, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

    Martın 31-də saat 19:00-da göstəriləcək tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

    Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

    O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

  • İran İsrail gəmisini vurdu

    İran Ərəbistan dənizində İsrailin konteyner daşıyan yük gəmisinə raket zərbəsi endirib.

    Modern.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə İsrailin “Z12” xəbər portalı xəbər yayıb.

    Televiziya kanalı bildirib ki, raket “XT Management” şirkətinə məxsus gəmiyə ziyan vursada, o, Hindistana yolunu davam etdirib.

    İsrail təhlükəsizlik qüvvələri hadisəni araşdırır.