Month: March 2021

  • Yumurtanın faydaları və zərəri

    Yumurta ana südündən sonra insanın ehtiyacı olan bütün qida elementlərini saxlayan tək qida qaynağıdır. Son dərəcə bəsləyici və sağlam bir qidadır.

    Yumurtanın zülal dəyəri
    Digər qidalarla müqayisədə ən keyfiyyətli zülal yumurtada var. Mütəxəssislər xüsusilə böyüməyə olan müsbət qatqısı səbəbi ilə heyvani zülalın xüsusilə uşaqlar tərəfindən qəbul edilməsini təklif edir. Bu səbəbdən də uşaqlar üçün yumurta çox əhəmiyyətlidir.

    Yumurtanın vitamin dəyərləri
    Yumurta A, D, E və B qrupu vitaminlər başda olmaqla digər vitaminlərlə də zəngin tərkibə malikdir. Yumurtanın sarısında olan A vitamini hüceyrələrin inkişafına kömək edir, sümük inkişafında iştirak edir, gözə faydası çoxdur daha yaxşı görməyi təmin edir və sağlam dişlər də üçün də çox faydalıdır. Ayrıca tənəffüs və həzm sisteminin sağlam olmasını və infeksiyalardan qorunmasını təmin edir.
    D vitamini isə insan bədənində kalsiumun istifadə edilməsini təmin edir.
    E vitamini bədəni xarici və zərərli maddələrə qarşı sanki bir qalxan kimi qoruyur.
    B qrupu vitaminləri bəzi qida maddələrinin bədəndə enerjiyə çevrilməsinə köməkçi olur. Ayrıca yumurtada olan kolin beyin funksiyalarının yerinə yetirilməsində əhəmiyyətli rol oynayır.

    Yumurtanın Mineral Dəyərləri

    Yumurta dəmir və sink kimi bədən üçün çox lazımlı olan minerallarla da zəngindir

    Yumurtanın yağ tərkibi
    Yumurtanın yağlılıq tərkibi olduqca zəifdir. Böyük bir yumurtada 4.5 qram yağ mövcuddur.

    Yumurta xolesterolu artırırmı?
    Yumurtanın ağından yağ və xolesterol yoxdur. Sarısında isə 213 mg xolesterol var. Yumurtanı daha çox qaynadılmış halda yemək məsləhət görülür.Yağda hazırlanan yumurtanın B vitamini dəyəri ölə bileceyi üçün qaynadılması faydalıdır.

    Yumurtanın Zərərləri

    Bu cür faydası olan yumurtanı əgər səhv şəkildə istifadə etsəniz zərərləri ilə qarşı-qarşıya qala bilərsiniz. Ancaq bəzi kiçik tədbirlərlə bunun önünə keçə mümkündür. Yumurta əsla otaq istiliyində saxlanmamalıdır. Soyuq yerlərdə hətta soyuducuda saxlanılması vacibdir. Çiy halda istifadə etməmək məsləhətlidir. Yumurtanın bişirilmə müddəti yaxşı müəyyən edilməlidir. Yumurta əgər çox qaynadılarsa ya da boyatsa içindəki dəmir yumurtanın xaricinə axar və yumurtanın bir çox vitamin dəyəri də ölər. Bunu gözlə görmək də mümkündür. Çox qaynadılan bir yumurtanın ağında dəyişik rənglər görürsünüz, həmin o yumurtanın çox qaynadıldıqda axıb gedən dəmir və minerallarıdır. Çox bişirilən bir yumurtanın həzmi son dərəcə çətindir.

  • Qan qrupuna görə pəhriz

    Ehtimal olunur ki, qan qrupları müxtəlif olan insanlar müxtəlif pəhrizlərə riayət etməlidirlər. Bəzi alimlər belə hesab edirlər ki, bizim qan qrupumuza uyuşmayan qida səhhətimizi pozur. Oksford Universitetinin bir qrup alimləri insanın qan qrupu, qidalanma tərzi və müxtəlif xəstəliklərə tutulma ehtimalı arasında bir əlaqənin olmasını söyləyirlər. Beləliklə ingilis alimləri aşağıdakı nəticələri əldə etmişlər:

    I Qan qrupu
    Siz mütləq qidada karbohidratı az, zülalı çox qəbul etməlisiniz. Qidanızda tortları, pirajkiləri, pirojnaları, makaron və çörəyi azaldın, daha çox ət yeyin. Əks halda siz mədə xorası və ya artrit xəstəliyinə tutula bilərsiniz.
    II Qan qrupu

    Bu qrup insanlar ürək-damar və xərçəng xəstəliyinə meyllidir. Veqetarian pəhrizinə riayət etmək məsləhətdir: meyvə-tərəvəz, dənli bitkilər, düyü,
    qarabaşaq, makaron, çörək və şirniyyat yeyin.

    III Qan qrupu
    Sizin əsəb sisteminiz zəifdir. Siz hər hansı bir pəhrizi tuta bilərsiniz, lakin çalışın çoxlu ət, süd məhsullarından istifadə edəsiniz.

    IV Qan qrupu
    Bu nadir qan qrupuna malik olan insanlar hər nə gəldisə yeyə bilərlər, lakin çalışın hamıya aid sağlam qidalanma qaydalarına riayət edin: heyvan piylərini azaltmaq, qızardılmış, ədviyyatlı və duzlu – istiotlu qidanın həddini aşmayın, əti bitki məhsulları ilə birlikdə yeyin.

  • İspaniyada 4 milyon avroluq telefon və planşet oğurlandı

    İspaniya polisi içərisində 4 milyon avro məbləğində mal olan yük avtomobilinin oğirlanmasında şübhəli bilinən şəxsləri saxlayıb.

    “Report” xəbər verir ki, bu barədə “Europa Press” agentliyi məlumat yayıb.

    Məlum olub ki, saxlanılan şəxslər sürücü ilə əlbir olub. Araşdırma mart ayının əvvəllərində bir nəfərin müxtəlif mobil telefonlar və planşetlər daşıyan yük avtomobilinin oğurlanması barədə polisə məlumat verməsi ilə başlanılıb.

    Sürücünün dediyinə görə, Qetafe bələdiyyəsi ərazisində bir neçə nəfər tapança ilə yük avtomobilinin qarşısını kəsib və onu nəqliyyat vasitəsini tərk etməyə məcbur ediblər.

    Qısa müddət ərzində hüquq-mühafizə orqanlarının əməkdaşları Alkorkon qəsəbəsi ərazisində qaçırılmış boş yük avtomobilini tapıblar, oğurlanan malların hamısı demək olar ki tapılıb. Faktla bağlı üç nəfər saxlanılıb.

  • Sambo üzrə dünya çempionatının keçirilmə yeri dəyişdirildi

    Sambo üzrə dünya çempionatı 2021-ci ilin payızında Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək.

    “Report”un məlumatına görə, bu barədə Ümumdünya Antidopinq Agentliyi (WADA) məlumat yayıb.

    Qeyd olunub ki, çempionatın öncə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilməsi planlaşdırılırdı. Lakin Ümumrusiya Sambo Federasiyası Beynəlxalq Sambo Federasiyasına (FIAS) və Moskva meriyasına turnirin 2025-ci ilə qədər təxirə salınması xahişi ilə müraciət edib.

    “WADA, Beynəlxalq Sambo Federasiyasının 2021-ci ildə Moskvada keçiriləcək Sambo üzrə dünya çempionatının təxirə salınması barədə qərarını təsdiqləyib”-deyə, məlumatda qeyd olunub.

    Daşkəndə keçiriləcək dünya çempionatı 11-15 noyabr tarixlərində keçiriləcək.

  • Rusiya XİN: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Qarabağd həll yollarına çatmaq üçün şərait yaradıb”

    Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət etmək üçün ortaq Rusiya-Türkiyə Mərkəzinin yaradılması qarşılıqlı məqbul həll yollarının əldə edilməsi üçün lazımi şərait yaradıb.

    Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci il üçün xarici siyasət İcmalında deyilir.

    Qeyd edildiyi kimi, Rusiya sülhün bərpasında və Dağlıq Qarabağda humanitar vəziyyətin normallaşması üçün şərait yaradılmasında əsas rol oynayıb.

    “Rusiya və şəxsən Vladimir Putin sentyabr-noyabr aylarında Dağlıq Qarabağda kəskin qan tökülməsinin (qan tökülmə ocağının) aradan qaldırılmasında əsas rol oynayıb. 9 noyabrda Rusiya, Azərbaycan və Ermənistan liderləri atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması barədə Bəyanat qəbul ediblər. Dağlıq Qarabağ münaqişə zonasında tərəflərin təmas xətti b və Laçın dəhlizi boyunca Rusiya sülhməramlı kontingenti yerləşdirili, Beynəlxalq humanitar yardım mərkəzi yaradılıb”, – məlumatda deyilir.

    Qeyd olunduğu kimi, Dağlıq Qarabağda və ona bitişik bölgələrdə vəziyyət sabitləşib və bu da bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin yaradılmasının qarşısını alan maneələri aradan qaldırmaq üçün işə başlamağa imkan verib.

    “ATƏT-in Minsk Qrupu çərçivəsində siyasi həll prosesinin irəliləməsində iştirak etdik”, – icmalda deyilir.

    Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda Türkiyə ilə qarşılıqlı əlaqəni də vurğulayıb.

    “Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət etmək üçün Ankara ilə ortaq Rusiya-Türk Mərkəzi yaradılması barədə razılaşma zorakılığa son qoymaq, Cənubi Qafqazda sülhü və təhlükəsizliyi gücləndirib qorumaq istiqamətində qarşılıqlı məqbul həll yollarına çatmaq üçün lazımi şərait yaradıb”, – icmalda deyilir.

  • Uruqvayda vaksin daşıyan helikopter yandı

    Uruqvay Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəza enişi zamanı alışaraq yanıb.

    Bu barədə yerli “El Observador” qəzeti məlumat yayıb.

    Məlumatda bildirilib ki, helikopterdə 180 doz “Pfizer” pevvəndi olub.

    Qəza nəticəsində vaksinlərin hamısının yanaraq məhv olduğu qeyd edilib.

    Vaksinləri Roça şəhərinə çatdırmalı olan helikopter texniki nasazlıq səbəbindən ondan 30 km aralıda təcili enməyə məcbur olub. Heyət üzvləri yüngül xəsarətlərlə xilas ola biliblər.

  • МО: Сегодня скончался военнослужащий, раненый месяц назад

    Военнослужащий Исмаилов Али Вагиф оглу, который был ранен 27 февраля в результате нарушения правил безопасности в одной из воинских частей в Агдамском районе и около месяца лечившийся в Главном клиническом госпитале Вооруженных Сил, скончался 25 марта.

    Об этом Report сообщили в пресс-службе Министерства обороны Азербайджана.

    Отмечается, что несмотря на все усилия врачей, спасти его жизнь не удалось.

    «Руководство министерства обороны выражает глубокие соболезнования родным и близким военнослужащего. Аллах рехмет элесин!», – говорится в сообщении.

  • Müdafiə Nazirliyi əsgərin şəhid olması ilə bağlı məlumat yaydı

    Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində fevralın 27-də təhlükəsizlik qaydalarının pozulması nəticəsində xəsarət alan və bir aya yaxındır Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan hərbi qulluqçumuz İsmayılov Əli Vaqif oğlu martın 25-də vəfat edib.

    Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

    Qeyd olunub ki, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

    “Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!”-deyə, məlumatda qeyd olunub.

  • Россия с апреля увеличит число рейсов в Азербайджан

    С 1 апреля Россия увеличит число регулярных рейсов с Азербайджаном.

    Как сообщает российское бюро Report, об этом заявили журналистам в оперативном штабе по борьбе с распространением коронавируса в РФ

    Согласно сообщению, вице-премьер РФ Татьяна Голикова провела заседание оперативного штаба. Также было принято решение с 1 апреля возобновить авиасообщения России с Германией, Венесуэлой, Сирией, Таджикистаном, Узбекистаном и Шри-Ланкой.

  • Rusiya Azərbaycana aviareyslərin sayını artırır

    Rusiya cari ilin aprel ayının 1-dən etibarən Azərbaycana müntəzəm uçuşların sayını artıracaq.

    “Report”un Rusiya bürosunun xəbər verir ki, bu barədə Rusiyada koronavirusun yayılmasına qarşı mübarizə üzrə yaradılan Operativ Qərargahda jurnalistlərə bildirilib.

    Məlumata görə, Rusiya Baş nazirinin müavini Tatyana Qolikova Operativ Qərargahın iclasını keçirib.

    İclasda həmçinin, Rusiyanın Almaniya, Venesuela, Suriya, Tacikistan, Özbəkistan və Şri-Lanka arasında aviareyslərin 1 aprel tarixindən etibarən bərpa edilməsinə dair qərar verilib.