Month: March 2021

  • Türkiyədə koronavirusla bağlı son vəziyyət

    Türkiyədə son 24 saat ərzində COVID-19 səbəbilə 146 ölüm faktı qeydə alınıb.

    “Haber Global”ın məlumatına görə, sutka ərzində ölkədə 221 738 nəfərin koronavirus testi yoxlanılıb.

    Onlardan 29.762 nəfərin cavabı pozitiv çıxıb. 17 761 nəfər isə sağalaraq, gündəlik həyata qayıdıb.

  • Azərbaycan şirkəti Avropadan Cənubi Qafqaza gələn internet trafikini nəzarətə götürür

    Azərbaycanlı iş adamı Nəsib Həsənov Avropa ilə Cənubi Qafqazı birləşdirən magistral internet kabelinə nəzarət edən “Caucasus Online” provayderinin 100%-lik sahibi olub.

    Bu barədə Gürgüstanın agenda.ge informasiya portalı məlumat yayıb.

    Məlumatda bildirilir ki, N.Həsənovun başçılıq etdiyi “Neqsol Holding” hələ 2019-cu ildə magistral xəttin sahibi olan “Caucasus Online” şirkətinin səhmlərinin 49%-ni əldə edib. Bugünlərdə isə sonuncunun rəhbəri Xviça Makatsariya səhmlərin yerdə qalan hissəsini də holdinqə satmağı qərara alıb.

    Beləliklə də, Azərbaycan şirkəti Avropadan Cənubi Qafqaza gələn internet kabelini nəzarətə götürüb.

  • Suriyada 10 dinc sakin silahlılar tərəfindən öldürülüb

    Suriyanın Rami yaşayış məntəqəsində 10 nəfər humanitar yardımı müsadirə etmək istəyən silahlılarla silahlı toqquşmanın qurbanı olub.

    Median.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Suriyada duşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzi rəhbərinin müavini kontr-admiral Aleksandr Karpov bildirib.

    Onun sözlərinə görə, Əd-Dan, Sarmada və Erix yaşayış məntəqələrində 200-dən çox insanın iştirakı ilə etiraz aksiyaları keçrilib. Aksiyanın dağıdılması zamanı təxminən 20 sakin xəsarət alıb.

    Karpov qeyd edib ki, İdlib deeskalasiya zonasına humanitar böhranın yaranması əlamətləri müşahidə olunur.

  • Ağ Ev hazırki ABŞ hökumətinin adının dəyişdirilməsini tələb edib

    Ağ Ev ABŞ hökumətini rəsmi olaraq “Bayden-Harris administrasiyası” adlandırmağı tələb edib.

    “İzvestiya” nəşrinin məlumatına görə, bu barədə “Fox News” telekanalının efirində aparıcı Taker Karlson məlumat verib. O, qeyd edib ki, ölkə tarixində analoji qərar heç vaxt olmayıb və bu, prezidentin hakimiyyəti vitse-prezidentlə bölmək niyyətini nümayiş etdirir.

    “Belə olan halda sual yaranır. Dövləti həqiqətən kimi edir? Sükanın arxasından kimdir?”, – deyə teleaparıcı bildirib.

    Xatırladaq ki, bir qədər əvvəl Co Bayden səhvən Kamalla Harrisi prezident adlandırıb. Bəzi analitiklər bunu ölkədəki mümkün hakimiyyət dəyişikliyinə işarə kimi qiymətləndiriblər.

  • Sibirdə kasıblara meyvə paylayan azərbaycanlı necə məşhurlaşdı? – FOTO

    Rusiyanın “Komsomolskaya pravda” qəzeti pandemiya zamanı yerli sakinlərə, imkansız ailələrə yardım göstərən, öz xeyirxah əməlləri ilə Burlatiya Respublikasında məşhurlaşan azərbaycanlı sahibkar 29 yaşlı Xalid Heydərovdan yazıb.

    Median.Az “Virtualaz”a istinadən xəbər verir ki, azərbaycanlı biznesmen uzun illərdir ki, Burlatiya Respubliksında yaşayır, meyvə-tərəvəz alveri ilə məşğul olur.

    İçərisində alma, armud, banan, mandarin olan bağlamanı qəbul edən yaşlı qadın göz yaşlarını saxlaya bilmir və “sənə sonsuz təşəkkür edirəm, xeyirxah adam, heç özüm evimə bu qədər meyvə almıram” deyə dua edir.
    Pandemiya zamanı mütləq təzə meyvələr qəbul etmək lazımdır. Lakin yaşlı adamların pula qənaət etməsi və karantin zamanı mağazaya gedib-gəlməsi çətinlik yaradır. Məhz belə insanlara pandemiyadan əvvəl şəxsi mağazası olan iş adamı Xalid Heydərov kömək əlini uzadırdı. Artıq pandemiya bitib. Bəs görəsən pandemiya dövrü sosial şəbəkələrin qəhərəmanına çevrilən azərbaycanlı biznesmen hazırda necə yaşayır?

    Azərbaycanlı biznesmen deyir ki, xeyirxah iş görən, kiməsə yaxşlıq edən, onu sevindirən insan mütləq bunun qarşılığını alır: “Çox xoşbəxtəm. Məni medalla təltif ediblər. Dostlar, heç zaman kənarda qalmayın, bədbəxtlik hamının qapısını döyə bilər”.
    X.Heydarov Burlatiya hökuməti tərəfindən medalla təltif olunduğunu, buna görə fəxr etdiyini, qürur duyduğunu deyir.

    O, insanlara necə kömək etməsi barədə bunları danışıb: “Pandemiya zamanı həkimlərin iş rejimi ilə bağlı xəbərləri izləyirdim. Onlar gecə-gündüz işləyirdilər, rəsmən xəstəxanada yaşayırdılar. Bu, məni çox təsirləndirdi. Onlara dəstək olmaq qərarına gəldim. Mağazadakı meyvələrdən paketlərə yığıb, öz maşınıma yüklədim, birbaş yoluxucu xəstəxananın qarşısına gəldim. Həkimlər məni minnətdarlıqla, gülərüzlə qarşıladılar”.

    Pensionerlərə, karantində olan yaşlı insanlara yardım göstərən X.Heydərova getdikcə çoxuşaqlı və aztəminatlı ailələr də müraciət edib. Gənc sahibkar kimsəni əliboş qaytarmayıb və getdikcə xeyirxahlığı ilə daha da məşhurlaşıb. Onun həyatında çox şey yaxşılığa doğru dəyişib.

    “Mayda Rusiya vətəndaş pasportu aldım. Bura on ildir ki, Azərbaycandan gəlmişəm. Bu şəhərin sakinləri məni yaxşı qarşıladılar, onlara köməkilik etməyə bilməzdim. Budur, artıq bu ölkənin vətəndaşı sayılıram”- gənc biznesmen deyib.

    X.Heydərovun dediklərindən belə məlum olub ki, sərt karantin dövründə meyvə-tərəvəzlə təmin etdiyi sakinlərin hamısı artıq onun daimi müştərilərinə çevriliblər. Xalid özü isə pandemiyadan öncəki xəyallarını gerçəkləşdirib – şəhərin mərkəzində kiçik restoran açıb. Artıq daimi ziyarətçiləri də var.

  • Milli Məclis: Avropa Parlamentinin Azərbaycandakı erməni əsirlərlə pis rəftar barədə sənədi qərəzlidir

    Bu il martın 23-də Avropa Parlamentinin (AP) üzvləri, Avropa İttifaqı-Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin AP tərəfdən həmsədri Marina Kalyurand, AP-nin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko və AP-nin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev tərəfindən Birgə Bəyanat verilib.

    Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu sənədlə əlaqədar Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev Bəyanatla çıxış edib.

    Cavanşir Feyziyev verdiyi Bəyanatda bildirir ki, Azərbaycanda erməni əsirləri ilə pis rəftar edilməsi ilə bağlı “Human Rights Watch” (HRW) təşkilatının əsassız iddialarını özündə əks etdirən birgə sənəd AP (Avropa Parlamenti) üzvlərinin real vəziyyətlə tanış olmaq əvəzinə bəzi təsisatların qərəzli mövqeyini səsləndirməyə üstünlük verdiklərini nümayiş etdirir. Bu kimi əsassız bəyanatla çıxış etmədən öncə AP məruzəçilərinin mövcud əməkdaşlıq platformalarından istifadə etməklə sözügedən iddialarla bağlı Azərbaycanlı həmkarlarından məlumat əldə etmələri daha məntiqli olardı:

    “Birgə Bəyanatı imzalamış AP üzvlərinin diqqətinə çatdırırıq ki, Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun rəftar edilib. Onlara lazımi tibbi yardım göstərilib və saxlanıldıqları müddətdə tibbi müayinədən keçiriliblər. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri 2020-ci ilin oktyabrından etibarən bütün erməni əsirlərə müntəzəm olaraq baş çəkib və nəhayət, bütün hərbi əsirlər 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müvafiq müddəasına uyğun olaraq Ermənistana qaytarılıblar.

    Üçtərəfli Bəyanatın imzalanmasından sonra Ermənistan tərəfindən təxribat və terror fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə Azərbaycan ərazisinə göndərilən və Azərbaycan tərəfindən saxlanılan erməni sabotaj qrupunun üzvləri isə hərbi əsirlər hesab oluna bilməz və onlar Azərbaycan Respublikasının Cinayət məcəlləsinə görə məsuliyyət daşıyırlar. Saxlanılan bu şəxslərlə də beynəlxalq insan haqları və Azərbaycan qanunvericiliyinə uyğun şəkildə davranılır.

    Birgə Bəyanatda Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin aralıq tədbirləri üzrə öhdəlikləri çərçivəsində müvafiq addımlar atmaması barədə yer alan iddianı da əsassız hesab edirik”.

    Cavanşir Feyziyev təəssüflə qeyd edib ki, Bəyanat müəllifləri məsələnin təfərrüatlarını tam araşdırmadan belə bir iddia səsləndiriblər. Belə ki, Azərbaycan öz öhdəliklərinə sadiq olaraq, vətəndaşlarımıza qarşı güc istifadə etməkdə və terror əməlləri həyata keçirməkdə ittiham olunan şəxslərin saxlanma vəziyyəti və sağlamlığı haqqında müvafiq məlumatları aralıq tədbirlər mexanizmi çərçivəsində AİHM-nə təqdim edib.

    Beynəlxalq humanitar hüquqa riayət olunması mövqeyindən çıxış etdiklərini iddia edən və HRW təşkilatının qərəzli və əsassız arqumentlərə əsaslanan “hesabatı”na istinad edərək Azərbaycana qarşı əsassız ittihamlarla çıxış edən AP üzvlərinin diqqətinə çatdırmaq istərdik ki, hələ birinci Qarabağ müharibəsi zamanı 4 000-dək azərbaycanlı döyüş bölgələrində itkin düşüb. Lakin bu günədək nə Avropa Parlamenti, nə də digər Avropa qurumları erməni əsirliyində saxlanan Azərbaycanlıların taleyi ilə maraqlanıblar:

    “Təəssüf edirik ki, 30 ilə yaxın erməni işğalı altında qalmış Azərbaycan ərazilərinin geniş miqyasda minalanması və torpaqların işğaldan azad edilməsindən sonra Ermənistanın hələ də mina xəritələrini Azərbaycana verməkdən imtina etməsi də AP məruzəçilərini narahat etmir. AP məruzəçilərinin diqqətinə çatdırmaq istərdik ki, Üçtərəfli Bəyanata əsasən hərbi əməliyyatlara son verildiyi vaxtdan bu günədək azad olunmuş ərazilərdə mina partlayışları 20 insanın həyatına son qoyub, 80 nəfər isə ciddi xəsarət alıb”.

    Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Bəyanatında bildirib ki, müharibədən sonrakı təmaslarımız zamanı AP-də təmsil olunan həmkarlarımız real vəziyyətlə yerində tanış olmaq üçün dəfələrlə Azərbaycana dəvət olunublar. Buna baxmayaraq AP üzvlərinin regiona səfər etmədən, həqiqətləri öyrənmədən və erməni mənbələrindən qidalanan saxta məlumatlara əsaslanaraq qərəzli mövqe sərgiləməsi təəssüf doğurur və Azərbaycan cəmiyyətində Avropa Parlamentinə olan etimadı sarsıdır.

  • Türkmənistan prezidenti yeni mahnı yazıb

    Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov nəvəsiylə birlikdə yeni mahnı yazıb.

    “Turkmenportal” resursunun məlumatına görə, musiqi parçası “Mənim ağ şəhərim – Aşxabad” adlanır.

    Mahnının sözlərinin müəllifi dövlət başçısı özüdür. Onun musiqisini isə nəvəsi Kərim Berdımuhəmmədov bəstələyib. Mahnı prezidentin Aşxabad adlı atının dünyaya gəlməsi münasibətilə yazılıb.

    Musiqi nümunəsinin təqdimatı Axaltəkə atçılıq kompleksinin baş təlimatçısının mükafatlandırılma mərasimində baş tutub.

    Qeyd edək ki, Türkmənistan prezidenti bir sıra mahnıların müəllifidir. Hələ 2018-ci ildə o, “Arzu” adlı musiqi parçasını müxtəlif dillərdə ifa edib.

  • Boğaz ağrısına və iltihabına qarşı 3 təbii çarə

    Havaların soyuması ilə birlikdə xəstəliklər də artıb. İsti havadan sərt soyuğa keçid insanlarda boğaz ağrısının yaranmasına yol açıb.

    Median.Az boğaz ağrısına faydalı təsir edəcək üsulları araşdırıb.

    Duzlu su ilə qarqara – duz boğazı qıcıqlandıran mikrobları məhv edərək təmizlənməsinə kömək edir. Bunun üçün yarım çay qaşığı duzu, bir stəkan suda əridin. Bu qarışımla gündə 3-4 dəfə qarqara edin vu suyu boşaldın.

    Darçın çayı – yaxşı antioksidandır. Boğazınızda sünusləri açmağa yardım edir və rahat nəfəs almağınızı təmin edir. Bunun üçün 1 stəkan suyu qaynadın və 2 çubuq darçın atın. 3 dəqiqə dəmləyin. Daha sonra isə çubuqları çıxararaq çayı içə bilərsiniz.

    Zəncəfil suyu – bəlğəmgətirici bir bitkidir. Bakteriyaları məhv edir. Boğaz ağrının sağalmasına kömək edir. Zəncəfil çayını hazırlamaq üçün suyu qaynadın, zəncəfili isə xırda-xırda doğrayın. 5 dəqiqə ərzində dəmləyin. Hazır olan çayın içərisinə bal da qata bilərsiniz. /medicina.az

  • Ким Чен Ын начинает «большое строительство»

    Глава КНДР Ким Чен Ын объявил о большом строительстве в Пхеньяне и потребовал от строителей завершить в этом году 10 тысяч современных квартир. Об этом сообщает государственное корейское центральное информационное агентство KCNA.

    Ким Чен Ын заявил, что проект на юго-востоке Пхеньяна решит жилищную проблему в столице страны.

    План строительства 10 тысяч квартир был озвучен на восьмом съезде партии в январе, на котором был обнародован новый пятилетний план страны. Через месяц Ким Чен Ын повторил план строительства на партийном пленуме, несмотря на попытки строительного сектора сократить целевое количество новых домов, ссылаясь на нехватку материалов и рабочей силы.

    Правящая партия считает строительство новых домов в Пхеньяне “самой важной задачей” и выделила на проект “значительную долю государственного бюджета”.

  • Türkiyədə koronavirusla bağlı son vəziyyət

    Türkiyədə son 24 saat ərzində COVID-19 səbəbilə 146 ölüm faktı qeydə alınıb.

    “Haber Global”ın məlumatına görə, sutka ərzində ölkədə 221 738 nəfərin koronavirus testi yoxlanılıb.

    Onlardan 29.762 nəfərin cavabı pozitiv çıxıb. 17 761 nəfər isə sağalaraq, gündəlik həyata qayıdıb.

    Hazırda ölkədə koronavirusa yoluxmuş 1720 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.