Month: March 2021

  • Azərbaycanda koronavirusa yoluxanların son STATİSTİKASI – FOTO

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 185 yeni yoluxma faktı qeydə alınıb, 478 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 249 492 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 233 834 nəfər müalicə olunaraq sağalıb, 3 404 nəfər vəfat edib, aktiv xəstə sayı 12 254 nəfərdir.

    Ölkədə son sutka ərzində 8 121, hazırkı dövrədək isə 2 799 101 test aparılıb.

  • Ереван и Баку обсуждают разблокировку всех коммуникаций

    Армения и Азербайджан при посредничестве РФ обсуждают разблокировку коммуникаций. Об этом в среду в ходе правительственного часа в парламенте заявил вице-премьер РА Мгер Григорян, пишет ТАСС.

    “По сути, мы обсуждаем возможность разблокировки всех коммуникаций, действующих в советские времена”, – заявил он.

  • Azərbaycan və Ermənistan kommunikasiyaların blokdan çıxarılmasını müzakirə edib

    Ermənistan və Azərbaycan Rusiya Federasiyasının vasitəçiliyi ilə Sovet İttifaqı dövründə fəaliyyət göstərən bütün kommunikasiyaların açılmasının müzakirə edir.

    TASS agentliyi xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan parlamentdə çıxışı zamanı deyib.

    “Nəticə etibarı ilə biz Sovet dövründə fəaliyyət göstərmiş bütün kommunikasiyaların açılmasının imkanlarını müzakirə edirik”, – deyə N.Paşinyanın müavini bildirib.

  • Rumıniyanın müdafiə naziri səhvən gizli məlumatları paylaşıb

    Rumıniyanın müdafiə naziri Nikolae Çuke “Facebook”dakı hesabında gizli məlumatları dərc edib.

    Yerli “Digi24” telekanalının məlumatına görə, nazir bunu səhvən edib.

    N.Çuke Sibiudakı hərbi akademiyaya səfəri zamanı orada çəkilmiş şəkilləri sosial şəbəkədə paylaşıb. Fotolardan birində naziriliyin videokonfranslarına qatılmaq üçün hesablar, eləcə də zəng mərkəzinə çıxış üçün lazımi nömrələr əks olunub.

    Şəkil tezliklə müdafiə nazirinin hesabından silinib.

    Nazirlikdən verilən məlumata görə, artıq dərc olunmuş bütün hesablar və kodlar dəyişdirilib.

  • “Qalatasaray” “Lids”in futbolçusunu almaq istəyir

    “Qalatasaray” heyətini gücləndirməyi planlaşdırır.

    Median.Az qol.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Lids”in müdafiəçisi Yezqan Alioskiyi transfer etmək istəyir. Şimali Makdeoniya millisinin üzvü klubu ilə müqaviləsini yeniləmək üçün razılığa gələ bilməyib. Buna görə də Alioskiy İngiltərə klubundan ayrılmağa qərar verib.

    Mövsümün sonunda azad agent statusu daşıyacaq sol cinah müdafiəçisi ilə ən ciddi şəkildə maraqlanan “Qalatasaray”dır.

    Qeyd edək ki, Alioskiy bu mövsüm keçirdiyi 29 oyunda 3 qol vurub.

  • Ərdoğandan növbəti Qarabağ açıqlaması

    “30 il öncə Dağlıq Qarabağın və Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə yaşanan qətliamlar azərbaycanlı qardaşlarımızla bərabər bizim də ürəyimizi dağlamışdı”.

    APA-nın məlumatına görə, bunu bu gün hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 7-ci qurultayında Türkiyə Prezidenti, partiyanın sədri Rəcəb Tayyib Ərdoğan bildirib.

    Minsk Qrupunun ötən dövr ərzində fəaliyyətinin səmərəsiz olduğunu qeyd edən Türkiyə Prezidenti Ermənistanın dövrü olaraq atəşkəsi pozduğunu xatırladıb: “Azərbaycan bu müddət ərzində münaqişənin sülh yolu ilə həlinə çalışıb. Ermənistan keçən il sentyabrın 27-də növbəti dəfə təxribata yol verərək hücum etdikdə isə Azərbaycan hərəkətə keçdi və biz qardaş ölkənin yanında yer aldıq. Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 30 il davam edən işğala son qoyuldu”.

    Ərdoğan Türkiyənin Azərbaycanla birgə keçən il noyabrın 10-da imzalanmış bəyanatın şərtlərinin yerinə yetirilməsinin təmin edilməsi üçün səylərini əsirgəməyəcəyini də vurğulayıb: “Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirən bu prosesin əldə olunan anlaşmaya uyğun şəkildə nəticələnməsini təqib edəcəyik”.

  • Qanunsuz işləyən idman zalı aşkarlandı, 18 nəfər cərimələndi

    Sumqayıtda 3-cü məhəllənin ərazisində yerləşən idman-trenajor zalının qadağan olunmasına baxmayaraq, fəaliyyət göstərdiyi müəyyən edilib.

    Bu barədə DİN məlumat yayıb.

    Polis əməkdaşları baxış zamanı həmin zalda olan ümumilikdə 18 nəfəri aşkar ediblər.

    İdman zalının sahibi, şəhər sakini R.Rəcəbov və zalda olan 17 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

  • Şamaxıda zəlzələ oldu

    Şamaxı rayonunda zəlzələ olub.

    Bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

    Təkanlar yerli vaxtla saat 15:27-də Qobustan stansiyasından 22 km qərbdə Şamaxı rayonunda qeydə alınıb.

    Maqnitudası 3,3 və dərinliyi 8 km olan zəlzələ hiss olunmayıb.

  • Şahlar Əsgərovun həyat yoldaşı vəfat etdi

    Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərovun həyat yoldaşı Almaz xanım dünyasını dəyişib.

    Bu barədə jurnalist Elşad Eyvazlı məlumat verib.

    Allah rəhmət eləsin.

  • Mövlud Çavuşoğlu: “S-400” məsələsi artıq bitib”

    Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO-nun Brüsseldəki qərargahında ABŞ-ın dövlət katibi Entoni Blinkinlə görüşüb.

    “Anadolu” agentliyi diplomatik mənbələrdən əldə etdiyi məlumata əsasən yazır ki, görüş zamanı Suriya, Liviya və Şərqi Aralıq dənizi ilə bağlı hərtərəfli fikir mübadiləsi aparılıb. Mövlud Çavuşoğlu ABŞ rəsmisinə növbəti dəfə Türkiyənin PKK və FETO ilə bağlı mövqeyini xatırladıb.

    M.Çavuşoğlu və Entoni Blinkin həmçinin “S-400” zenit-raket kompleksləri barədə də fikir mübadiləsi aparıblar.

    M.Çavuşoğlu bildirib ki, Türkiyə “S-400” komplekslərini artıq əldə edib və bu məsələ Türkiyə üçün bitmiş hesab olunur.

    “Bundan sonra başda ABŞ olmaqla müttəfiqlərimizlə ehtiyaclarımızı qarşılamaq üçün əməkdaşlıq edəcəyik”, – deyə M.Çavuşoğlu vurğulayıb.