Month: March 2021

  • Ermənistan müharibə əlillərinin sayını açıqladı

    İkinci Qarabağ müharibəsində Ermənistanın 1 000 hərbi qulluqçusu müxtəlif əlillik dərəcəsi alıb.

    “Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin əmək və sosial müdafiə naziri Mesrop Arakelyan parlamentdəki çıxışında bildirib.

    Nazirin sözlərinə görə, müharibənin gedişatında yaralanan hərbi qulluqçular hazırda tibbi-sosial ekspertizanın sonuncu mərhələsini keçirlər. O, qeyd edib ki, ağır yaralanan təxminən 500 hərbçiyə 1 və 2-ci əlillik dərəcəsi verilib. Onlardan təxminən 150-si 1-ci dərəcəli əlildir.

    Müharibə zamanı daha 500 nəfər yüngül xəsarətlər alıb və onlar 3-cü dərəcəli əlil sayılırlar.

    “Ümumilikdə 1 000 vətəndaşa müxtəlif əlillik dərəcəsi verilib”, – Mesrop Arakelyan deyib.

    Qeyd edək ki, ölkə mətbuatı müharibə əlillərinin bəzilərinin hələ də əlil arabaları ilə təmin olunmadığını vurğulayıb. Qeyri-hökumət təşkilatlarının rəhbərləri bunun ölkədə əlil arabası qıtlığı əlaqədar olduğunu bildiriblər.

  • Dubayda on günlük matəm elan olunub – FOTO

    Dubay əmirinin qardaşı Həmdan bin Rəşid əl-Məktum vəfat edib.

    “Reuters” xəbər verir ki, o, əmir Məhəmməd bin Rəşid əl-Məktumun müavini və dünya atçılıq yarışlarının nüfuzlu simalarından biri olub.

    75 yaşlı şeyx Həmdanın xeyli müddət idi ki, xəstə olduğu və oktyabr ayında xarici ölkələrin birində əməliyyat keçirdiyi bildirilib.

    Mərhum ötən əsrin 80-ci illərində Britaniyada ilk yarış atçılıq mərkəzi “Shadwell Racing”in əsasını qoyub. Bu sahədə ixtisaslaşan şeyx əsl “atçılıq imperiyası” yaradıb.

    Onun ölümü ilə əlaqədar martın 25-dən etibarən Dubayda on günlük matəm elan edilib.

  • Rusiyanın daha bir aviaşirkəti Azərbaycana uçuşlara başlayacaq

    Rusiyanın “Red Wings” aviaşirkəti Azərbaycana birbaşa uçuşlar həyata keçirəcək.

    Bu barədə “Red Wings” şirkətinin baş direktoru Yevgeni Klyuçaryov bildirib. Onun sözlərinə görə, aviaşirkət Yekaterinburq “Koltsovo” hava limanından Azərbaycana reyskər təşkil edəcək.

    “Aviareyslərin təşkili koronavirus pandemiyası ilə bağlı vəziyyət stabilləşən kimi reallaşdırılacaq”.

    E. Klyuçarev əlavə edib ki, Yekaterinburq “Koltsovo” hava limanından Azərbaycanla yanaşı Qazaxıstana və Özbəkistana da aviareyslər təşkil ediləcək.

  • Avropanın “AstraZeneca“ qalmaqalı: İtaliyada 29 milyon doz peyvənd aşkarlandı

    İtaliyada “AstraZeneca“ əczaçılıq konserninə məxsus 29 milyonadək koronavirus əleyhinə peyvənd dozunun saxlandığı anbar aşkarlanıb.

    Median.Az “Azərtac”a istinadla xəbər verir ki, anbardakı peyvənd dozlarının Böyük Britaniyaya ixrac üçün nəzərdə tutulduğu bildirilir. Avropa İttifaqının sifariş etdiyi peyvənd kontingentinin çatdırılmasında gecikmələr yaşayan konsernin bu miqdarda peyvəndin anbarlarda saxlaması böyük əks-səda doğurub. Konsern ilkin razılaşmada nəzərdə tutulan 220 milyon doz əvəzinə bu ilin ilk yarısı Aİ-yə 100 milyon doz çatdıra biləcəyini elan edib.

    Böyük Britaniya üçün nəzərdə tutulan peyvəndlərin İtaliyaya gəlib çıxmasına da aydınlıq gətirilib. Məlum olub ki, Niderland Krallığının “Halix“ fabrikində istehsal edilən peyvənd kütləsi İtaliyanın “Catelent“ şirkətində flakonlara doldurulmaq üçün Latium regionuna göndərilib və hazırda Böyük Britaniyaya yola salınmaq ərəfəsindədir.

    Avropa İttifaqı “AstraZeneca“ şirkətini istehsal olunmuş bu kontingenti müvafiq Avropa qurumlarından gizlətməkdə və gizlin şəkildə Böyük Britaniyaya ixraca hazırlaşmaqda ittiham edir.

  • Ermənistanın Baş Prokurorluğu Paşinyanın cinayəti haqqında məlumat aldı

    Ermənistanın Baş Prokurorluğu Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Onik Qasparyan tərəfindən cinayət faktı barədə məlumat alıb.

    “Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğunun İctimaiyyətlə əlaqələr üzrə şöbəsinin rəisi Arevik Xaçatryan bildirib.

    “Armlur.am” baş nazir Nikol Paşinyanın və müdafiə naziri Vaqarşak Arutyunyanın Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə qadağan edilmiş hərəkətlərini sübut edən sənədi dərc edib. Onik Qasparyan sənəddə Paşinyanın və Xaçatryanın cinayətlərini qeyd edib.

  • Rusiyada pişiklərlə yaşayan mauqli-qız tapılıb – VİDEO

    Moskva kənarındakı Taldom qəsəbəsində 19 pişiklə bir evdə yaşayan 6 yaşlı qız tapılıb.

    NTV telekanalı xəbər verir ki, uşaq iki ayağı üstə gəzə və danışa bilmir, yalnız heyvanlar kimi “dördayaqlı” şəkildə hərəkət edir. O, pişik yeməyi yeyir və “kis-kis” çağırışına hay verir.

    Azyaşlı qızın 12 yaşlı bacısı və anası da var. Qonşular ananın içki düşkünü olduğunu, evdə isə tez-tez tüfeyli həyat tərzi keçirən şəxslərin yığışdığını bildiriblər.

    Polis dəhşətli şəraitdə yaşayan bacıları xəstəxanaya yerləşdirib. Ana isə saxlanılaraq ifadəsi alınıb və ona qarşı cinayət işi açılıb.

  • Bakıda koronavirus xəstələri saxlanıldı

    Bakıda iki nəfər aktiv koronavirus xəstəsi Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

    DİN-dən verilən məlumata görə, Bakı şəhər sakinləri 36 yaşlı A.Ağayevə və 27 yaşlı H.Səmədova ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, onların yaşayış yerlərini tərk etdiyi müəyyənləşdirilib.

    Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıblar. Həmin şəxslər tibbi prosedurlar gözlənilməklə yaşadıqları evlərə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

  • Mərdəkanda 3 kiloqramdan çox heroin aşkarlanaraq götürülüb

    Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 22-də Xəzər rayonu ərazisində Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş O.Mürsəlovdan 10,230 qram heroin götürülüb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, O.Mürsəlovun evinə baxış zamanı orada 2 kiloqram 160 qram heroin, 358,097 qram metamfetamin, 215 qram marixuana, 61,613 qram tiryək, 120 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkarlanıb.

  • Bu əlamətlər sizdə varsa,Britaniya ştampına yoluxmusunuz – DİQQƏT!

    Britaniya ştammı ildırımvari sürətlə özünü göstərə bilər.

    Median.Az xəbər verir ki, bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında həkim Fərəh Vahabova deyib. O bildirib ki, bu ştamm virusun bədəndə olan təsirlərini gücləndirib:

    “Bu ştamm virusun yoluxuculuq məsafəsini də qısaldıb. Britaniya ştammına yoluxan şəxslərin daha az müddətdə qızdırması qalxa və öskürməyə başlaya bilər.

    Bundan başqa onun əlavə təsirləri də var. Məsələn, bədəndə səpkilər, selikli qişalarda, ümumi bədəndə daha qabarıq olan dəyişikliklər baş verə bilər.

    Lakin bu, o demək deyil ki, koronavirus mutasiyaya uğrayaraq daha güclənir. Bir çox hallarda mutasiyadan sonra o, güclü olsa da, bəzi vaxtlarda daha yumşaq olur. İllər keçdikcə bu virus bizə adi qrip kimi gələcək”.

  • В Азербайджане за минувшие сутки от коронавируса скончались 20 человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 1 185 новых случаев инфицирования коронавирусом, 478 человек вылечились и были выписаны домой.

    Об этом 24 марта сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончались еще 20 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 249 492 человека, 3 404 из них скончались, 233 834 – вылечились, 12 254 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведен 2 799 101 тест на COVID-19 (за последние 24 часа – 8 121).