Month: March 2021

  • Baş infeksionist: “Gürcüstandan Azərbaycana peyvənd vurdurmaq üçün gedənlər var”

    “Mən çox nüfuzlu və imkanlı insanları tanıyıram ki, onlar “AstraZeneca” və “Pfizer” vaksini ilə peyvəndlənmək istəməyiblər və Çin peyvəndi vurdurmaq üçün Azərbaycana və Türkiyəyə yollanıblar”.

    “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze deyib.

    O, Çin vaksininin Gürcüstanda hələ tətbiq olunmayacağını bildirib: “Çin peyvəndini bir çox ölkələr gözləyir, belə ki, o, ənənəvi üsullarla hazırlanıb”.

    T.Tsertsvadze qeyd edib ki, Çin vaksininin alınması üçün müqavilə artıq hazırlanıb və müəyyən prosedurlardan sonra preparatın Gürcüstana idxalı nəzərdə tutulub.

  • Miqrantları daşıyan gəmidə yanğın: 60 nəfər həlak oldu

    Miqrantları Aralıq dənizi vasitəsilə Liviyadan Avropaya daşıyan gəmidə güclü yanğın baş verib.

    “Al-Arabiya” telekanalı xəbər verir ki, yanğın nəticəsində gəminin göyərtəsində olan 100-ə yaxın miqrantdan 60-ı həlak olub.

    Qeyd olunur ki, yanğın gəminin mühərrikində başlayıb və qısa müddət ərzində bütün gəmini öz cənginə alıb.

    Miqrantlar suya tullanmaq məcburiyyətində qalıb, lakin onların əksəriyyəti üzə bilməyib və boğularaq həlak olublar.

  • Özünü avtomobillərin altına atan qadının şəxsiyyəti müəyyənləşdi (VİDEO)

    Abşeron rayonunda avtomobil yoluna çıxaraq, qəza görüntüsü yaradan naməlum qadının şəxsiyyəti müəyyən olunub.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunub ki, rayonun “Gənclər şəhərciyi”də yaşayan 30 yaşlı qadın martın 23-də sağlamlığında yaranan psixi pozğunluqla əlaqədar evdən qaçarkən avtomobil yolunda müvazinətini itirərək yerə yıxılıb.

    Qeyd edilib ki, görüntüdə onu təqib edən şəxslər isə onun ailə üzvləri olub. Qadın dərhal xəstəxanaya çatdırılaraq, ilkin tibbi yardım göstərilib.

    “O da məlum olub ki, qadının əməlində hər hansı qəsd yoxdur, əvvəllər onunla bağlı bu və ya digər formada polis orqanlarına hər hansı şikayət xarakterli müraciət daxil olmayıb. Qadın ailəlidir.

    Hazırda Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsində faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir”, – Mətbuat xidmətindən bildirilib.

  • Tanınmış idmançının qətlə yetirilməsi anı – VİDEO

    Ötən gün Rusiyanın Mozdok şəhərində tanınmış idmançı, FCF-MMA versiyası üzrə ikiqat çempion Alan Hadziyev öldürülüb.

    “Mash” “Telegram” kanalı baş vermiş qanlı olayın videosunu yayımlayıb.

    Görüntülərdə əlində bıçaq olan şəxsin Alan Hadziyevə zərbələr endirdiyi əks olunub.

    Hadisə vaxtı orada olan qaydasız döyüşçünün qardaşı qatilə hücum edərək ona ağır xəsarət yetirib.

    Xəstəxanaya yerləşdirilən yaralı orada ölüb.

    Dava iştirak edənlərdən daha bir nəfər – 29 yaşlı gənc isə ağır yaralanıb.

    Hazırda hüquq mühafizə orqanları insidentin təfərrüatlarını araşdırır.

  • Dünyanın ən yaxşı gənc futbolçuları açıqlanıb

    Dünyanın ən yaxşı gənc futbolçularının adları açıqlanıb.

    Median.Az apasport.az saytına istinadən xəbər verir ki, sıralama “Goal”ın 44 ölkədə fəaliyyət göstərən jurnalistləri arasında aparılan səsvermə nəticəsində müəyyənləşib.

    Ən çox səs toplayan “Barselona”nın hücumçusu Ansu Fati növbəti dəfə ən yaxşı gənc oyunçu mükafatına layiq görülüb. İspaniya millisinin üzvünü “Renn”in yarımmüdafiəçisi Eduardo Kamavinqa izləyib. İlk “üçlüy”ü Dortmund “Borussiya”sında çıxış edən Covanni Reyna qapayıb.

    Qeyd edək ki, siyahıda 2002-ci il yanvarın 1-dən sonra anadan olan futbolçular yer alıb.

  • Paşinyana güldüyünə görə vəzifəsindən uzaqlaşdırılan general müdafiə nazirini məhkəməyə verdi

    Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin keçmiş birinci müavini baş nazir Nikol Paşinyanın sözünə güldükdən sonra vəzifəsindən azad edilən general-leytenant Tiran Xaçatryan müdafiə nazirinə və baş qərargahın rəhbərliyinə qarşı məhkəmə iddiası qaldırıb.

    Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

    T.Xaçatryan müdafiə nazirinin onu ehtiyata göndərməsi barədə əmrini qanunsuz hesab edir.

    General öz vəzifəsinə bərpa olunması üçün məhkəməyə müraciət edib.

  • Bakıda ailə faciəsi – Tonqala düşən kişi öldü

    Bakıda 59 yaşlı kişi tonqalda yanaraq ölüb.

    Median.Az APA-ya istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Rayon sakini, 1962-ci il təvəllüdlü Çələbiyev Aqil Nuru oğlu martın 21-də bayram tonqalında yanıb. Ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən kişi orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Sabirabadda xuliqanlıq edən kişi saxlanıldı

    Sabirabad rayonunun Sarxanbəyli kəndi ərazisində kənd sakini V.Qurbanov xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açıb.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən V.Qurbanov saxlanılıb və ondan 1 ədəd ov tüfəngi götürülüb.

  • Binəli Yıldırım AKP-nin vitse-prezidenti seçildi

    Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım AKP-nin vitse-prezidenti seçilib.

    Bu barədə bu gün partiyanın VII Qurultayında qərar verilib.

    Həmçinin, Numan Kurtulmuş da partiyanın vitse-prezidenti olub.

  • Tanınmış restoranlar cərimələndi – SİYAHI

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

    Nəzarət tədbirləri çərçivəsində martın 23-də ölkə üzrə 425 ictimai iaşə obyektində 731 monitorinq keçirilib.

    Monitorinqlər zamanı 25 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

    Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır.

    1. Bakı şəhəri, Səbail ‎rayonu, Y. Məmmədəliyev küçəsi, ev 19 ünvanında yerləşən, fiziki şəxs Qasımova Sevinc Mayıl qızına məxsus kafe;

    2. Bakı şəhəri, Səbail ‎rayonu, R. Rza küçəsi, ev 15 ünvanında yerləşən, fiziki şəxs Cabbarlı Ramiz Fikrət oğluna məxsus kafe;

    3. Bakı şəhəri, Nəsimi rayonu, Cavad xan küçəsi, ev 37D ünvanında yerləşən, fiziki şəxs Ələsgərzadə Vasif Fəxrəddin oğluna məxsus çay evi;

    4. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ruhulla Axundov küçəsi, ev 2 ünvanında yerləşən, fiziki şəxs Qəhrəmanova Samirə Bəxtiyar qızına məxsus “Kabak” restoranı;

    5. Bakı şəhəri, Nizami rayonu, İlham Məmmədov küçəsində yerləşən, fiziki şəxs İbrahimov İlyas Şahlar oğluna məxsus “Halal manqal” kafesi;

    6. Bakı şəhəri, Səbail ‎rayonu, Z. Əliyeva küçəsi, ev 3 ünvanında yerləşən, hüquqi şəxs “Novgüv” Məhdud Məsuliyyətli Cəmiyyətina məxsus “The Bagel Bar” restoranı;

    7. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 1 ünvanında yerləşən fiziki şəxs Nüsrətov Samit Tofiq oğluna məxsus kafe;

    8. Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 1 ünvanında yerləşən, fiziki şəxs Soltanzadə Anara məxsus kafe;

    9. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2221-ci məhəllədə yerləşən, fiziki şəxs Qasımov Seymur Eldar oğluna məxsus restoran;

    10. Bakı şəhəri, Xətai rayonu, A. Novruzov küçəsi, ev 27 ünvanında yerləşən, fiziki şəxs Seyidov Miryaqub Mirvəli oğluna məxsus “Dostluq” kafesi;

    11. Bakı şəhəri, Suraxanı rayonu, General Mehmandarov küçəsində yerləşən, fiziki şəxs Əbdülhəlimli Rəşxan Zakir oğluna məxsus kafe;

    12. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən, fiziki şəxs Hüseynzadə Emin Faiq oğluna məxsus “Dönərçi” kafesi;

    13. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ ünvanında yerləşən, fiziki şəxs Teymurov Elsevər İsmayıl oğluna məxsus kafe;

    14. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ ünvanında yerləşən, fiziki şəxs Şükürov Bəhmən Asif oğluna məxsus “Ovqat” restoranı;

    15. Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən, fiziki şəxs Osmanov Fəqan Telman oğluna məxsus kafe;

    16. Bakı şəhəri, Nizami rayonu, 28 May küçəsi, ev 29 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Əli Hüseyn oğluna məxsus kafe;

    17. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Əliyev küçəsi, ev 5 ünvanında yerləşən, fiziki şəxs Mirturabov Müşviq Rafael oğluna məxsus “Sərin” restoranı;

    18. Bakı şəhəri Nəsimi rayonu, Puşkin küçəsi 30 ünvanında yerləşən, hüquqi şəxs “Asnaf” sənaye şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Staybridge” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran.

    19. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən, fiziki şəxs Hümbətova Mehbarə Paşa qızına məxsus “Laçın yekləri” kafesi;

    20. Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 9/20 ünvanında yerləşən, fiziki şəxs Həsənova Kifayət Təvəkkül qızına məxsus “Kinder Ville” kafesi;

    21. Gədəbəy rayonu, Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Sadıqov Sərxan Gündüz oğluna məxsus kafe;

    22. Şamaxı rayonu, Bakı-Qazax yolunun 141-ci kilometrliyində yerləşən, fiziki şəxs Abdullayev Sahib Hüseynbala oğluna məxsus “Sərin Meşə” restoranı;

    23. Ağsu rayonu, Ağsu dolayları ünvanında yerləşən, fiziki şəxs Tamerlan Yengibar oğluna məxsus restoran;

    24. Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən, fiziki şəxs Rəhimov Azad Oktay oğluna məxsus kafe;

    25. Qəbələ rayonu, H. Aslanov küçəsində yerləşən, fiziki şəxs Abdurahmanzadə Tural Hamlet oğluna məxsus çay evi;

    Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.