Month: March 2021

  • Ombudsman azərbaycanlı əsirlərə işgəncə faktları ilə “Human Rights Watch”a cavab verdi

    “Human Rights Watch” (HRW) təşkilatının bu yaxınlarda Azərbaycanda saxlanılan erməni müharibə əsirlərinə qarşı pis rəftarın olduğunun iddia edildiyi hesabatı qərəzli yanaşmanı əks etdirir və beynəlxalq ictimaiyyəti çaşdırır.

    Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) bəyanatında bildirilib.

    Qeyd olunub ki, münaqişələr, onların nəticələri, müharibə əsirləri, iddia edilən beynəlxalq humanitar hüququn pozulması və s. kimi həssas mövzulara dair hər hansı bir hesabatda obyektivlik prinsipinə riayət olunmalıdır.

    “Birtərəfli mövqedən yayınmaq üçün yalnız yoxlanılmış faktlardan və əsaslandırılmış arqumentlərdən çıxış edilməlidir. Müstəqil beynəlxalq və yerli insan hüquqları qurumları kimi etibarlı mənbələr tərəfindən təqdim olunan materiallara və faktlara da istinad edilməlidir. Təəssüf ki, HRW hesabatında bu prinsipləri görmürük. Əksinə, yenə də bu baxımdan ikili standartlara, həqiqətin və danılmaz faktların təhrif olunmasına şahid oluruq”,-deyə bəyanatda bildirilib.

    Bəyanatda daha sonra qeyd edib:

    “HRW təşkilatından onlara qarşı birbaşa şahidi olduqları pis rəftarla bağlı ətraflı məlumat verə biləcək keçmiş azərbaycanlı müharibə əsirlərini, o cümlədən birgə tutulduqları və ya eyni kameralarda saxlanıldıqları digər müharibə əsirləri barədə də araşdırma etməsini və onlardan müsahibə almasını gözləyirik.

    Ən azından öz hesabatlarını yaymazdan öncə, HRW Ermənistan əsirliyində saxlanılan Azərbaycanın müharibə əsirləri və girovlarına qarşı rəftar barədə Azərbaycan Ombudsmanının hesabatı ilə tanış ola bilərdi. Məsələn, Ombudsmanın şəxsən apardığı söhbət zamanı müharibə əsirlərindən biri iti metal çubuqla vurulduğunu, digəri isə elektrik cərəyanı verilməsinə məruz qaldığını, digər biri isə dəfələrlə siqaret alışqanı ilə yandırıldığını söyləyib.

    Əsirlikdə olan zaman onlara ailə üzvləri və yaxınları ilə ünsiyyət qurmaq üçün heç bir fürsət yaradılmayıb.

    Yuxarıda qeyd olunanlar HRW təşkilatının nəzərinə çatdırmaq istədiyimiz hallardan sadəcə bir neçəsidir. Daha ətraflı məlumatı Azərbaycan Ombudsmanının Ermənistan əsirliyində olan Azərbaycan əsirlərinə qarşı pis rəftara dair son hesabatında tapmaq mümkündür. Erməni əsgərləri tərəfindən Azərbaycan əsirlərinə qarşı işgəncə və pis rəftarın danılmaz faktlarını göstərən videoların keçidləri də hesabatda öz əksini tapıb”, – deyə qeyd olunub.

    Ombudsman çağırış edib ki, HRW təşkilatı qərəzsiz mövqe tutmalı və obyektiv bir araşdırma aparmalıdır.

    “HRW və digər əlaqədar təşkilatları nifrətə və insan hüquqlarının daha da pozulmasına səbəb ola biləcək hər hansı bir qərəzli hesabat və ya bəyanat yaymaqdan çəkinməyə çağırırıq”, – deyə bəyanatda bildirilir.

  • На двух проспектах Баку ограничивается движение – ПРЕДУПРЕЖДЕНИЕ

    В связи с ремонтными и уборочными работами на второстепенных полосах проспекта Гейдара Алиева в районе Багировского моста, а также на участке проспекта Бабека в направлении поселка Гюнешли частично ограничивается движение транспортных средств, сообщили в Госагентстве автомобильных дорог Азербайджана.

    Водителям рекомендуется пользоваться альтернативными дорогами во избежание заторов на указанных участках.

  • Sürücülərə XƏBƏRDARLIQ: Bir neçə əsas yolda hərəkət məhdudlaşdırılır

    Aparılan cari təmir və təmizlik işləri ilə əlaqədar olaraq Heydər Əliyev prospektində Bağırov körpüsünün yan yollarında, həmçinin Babək prospektinin Günəşli qəsəbəsi istiqamətinə düşən hissəsində hərəkət qismən məhdudlaşdırılır.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Məlumata görə, sürücülərə sözügedən ərazilərdə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

  • Dünən baş verən yol-nəqliyyat hadisələrində iki nəfər ölüb – RƏSMİ

    Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələri haqqında statistik məlumatlar açıqlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, martın 23-də törədilən 30 cinayətin üstü “isti izlər”lə açılıb.

    Əvvəlki dövrlərdən bağlı qalan səkkiz cinayətin açılması təmin olunub.

    Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan altı nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Avtomobil yollarında iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

    Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

  • Operativ Qərargah peyvənd olunanlarla bağlı məlumat yaydı

    23.03.2021-ci il tarixində Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 22,966 nəfər vaksinasiya olunub.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

    Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 494,403 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

  • Azərbaycanın bu bölgəsində toylara icazə verildi

    Bir neçə gündür ki, Naxçıvan Muxtar Respublikasında toyların keçirilməsinə icazə verilib.

    Median.Az Baku TV-yə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Bildirilir ki, Naxçıvanda fəaliyyət göstərən restoranlara qonaqların sayı 40 nəfər olmaqla toy məclislərini təşkil etmək icazəsi verilib.

  • Məhkəmə 20 ildir işlədiyi evdən 30 min oğurlayan qulluqçu haqqında qərar verdi

    Bakı Apellyasiya Məhkəməsində mənzildən oğurluq etməkdə təqsirləndirilən Cəmalə Əliyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

    Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

    Qeyd edək ki, hadisə ötən ilin aprel ayında paytaxtın Nərimanov rayonu ”Montin” qəsəbəsində qeydə alınıb. Məmməd Arif küçəsində yaşayan Natella Rzayeva Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək evindən 30 min manatlıq qızıl-zinət əşyasının oğurlandığını bildirib.

    Daha sonra polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Cəmalə Əliyevanı saxlayıb. O, ilkin ifadəsində törətdiyi əməli etiraf edib. Qadının sözlərinə görə, həmin evdə 20 ildir qulluqçu kimi işləyirmiş.

    O, yataq otağında təmizlik işi apararkən qızılları götürərək çantasına qoyduğunu deyib. Nərimanov Rayon Məhkəməsinin hökmünə əsasən, C.Əliyeva azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Həmçinin məhkəmə ona elektron qolbaq taxılması barədə hökm çıxarıb. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib.

    Report

  • Sevgilisinin boğaraq öldürdüyü Pərvinin sosial şəbəkələrdəki paylaşımları – VİDEO

    Sosial şəbəkələrdə sevgilisinin boğaraq öldürdüyü Pərvinin görüntüləri yayılıb.

    TikTok-da yayılan videolarda Pərvinin şən və pozitiv anları əks olunub. Video qısa zamanda minlərlə dəfə izlənilib, paylaşım rekordu qırıb.

    Xatırladaq ki, 2001-ci il təvəllüdlü Cəfərov Sərdar Saləddin oğlunun 19 fevral 2021-ci il tarixdə özünə məxsus avtomobildə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Pərvin Musayevanı boğaraq öldürməsi və meyitini Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı əraziyə atmasına əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Sərdar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

    Milli.az

  • “Azəriqaz”: “Fərdi qazlaşma ilə bağlı vətəndaşdan ödəniş tələb etmirik” – RƏSMİ AÇIQLAMA

    Dövlət Proqramı çərçivəsində dövlət sifarişi ilə mərhələli şəkildə ilk növbədə təbii qazdan istifadə etməyən yaşayış məntəqələri və yeni yaşayış massivləri qazlaşdırılır.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən (İB) məlumat verilib.

    Bildirilir ki, bununla yanaşı, fərdi qaydada vətəndaşların öz sifarişləri ilə də qazlaşdırma işləri aparılır. Küçə xətti mövcud olduqda ilk növbədə vətəndaş ərizə və mülkiyyəti təsdiq edən sənədlə bu sahəyə xüsusi icazəsi, lisenziyası olan podratçı təşkilata müraciət etməlidir.

    Müraciət etdikdən sonra həmin təşkilatın sorğusu əsasında “Azəriqaz” İB-nin mütəxəssisləri fərdi yaşayış evinə baxış keçirirlər. Qaz təchizatı mənbəyi müəyyən olunur, qazlaşma sxemi və sorğu blankı tərtib olunur. Həmin sənədlər əsasında vətəndaşın sifarişi ilə lisenziyası olan podratçı təşkilat tərəfindən fərdi yaşayış evinin qazlaşdırılması layihəsi hazırlanır.

    Vətəndaşla podratçı təşkilat arasında bağlanmış müqavilə əsasında fərdi yaşayış evinin qaz xətlərinin çəkilməsi işləri aparılır və müvafiq qaydada istismara qəbul olunur. Bu işlər tamamlandıqdan sonra podratçının müraciəti əsasında “Azəriqaz” İB tərəfindən ödənişsiz olaraq qaz sayğacının quraşdırılması həyata keçirilir, abonent kodu açılır, vətəndaş ilə müvafiq qaydada qazın alqı-satqısı müqaviləsi bağlanır və təbii qazın verilməsi təmin olunur. Küçə xətti mövcud olmadıqda isə vətəndaş ilk növbədə küçə xəttinin çəkilməsi üçün texniki şərtin alınması məqsədi ilə “ASAN Kommunal” və ya “ASAN xidmət” mərkəzlərinə müraciət etməlidir. Həmin mərkəzlər vasitəsi ilə “Azəriqaz” İB tərəfindən tam ödənişsiz olaraq küçə xəttinin çəkilməsi texniki şərti vətəndaşa təqdim olunur. Texniki şərtləri əldə etdikdən sonra vətəndaş yenə də müraciət edir bu sahədə xüsusi icazəsi olan podratçı təşkilata. Podratçı təşkilat tərəfindən küçə xəttinin layihəsi hazırlanır, vətəndaşların öz sifarişləri və öz vəsaitləri hesabına küçə xətləri çəkilir, müvafiq qaydada istismara qəbul olunur. Həmin küçə xəttinə “Azəriqaz” İB tərəfindən təbii qazın verilməsi təmin olunur, sonra isə yenə də vətəndaşlar fərdi qaydada podratçı təşkilata müraciət etməklə fərdi qazlaşma işlərini həyata keçirir.

    Xüsusi ilə qeyd etmək lazımdır ki, fərdi qazlaşma ilə bağlı hər hansı bir dövlət rüsumu yoxdur. “Azəriqaz” İB tərəfindən hər hansı bir ödəniş tələb olunmur və vətəndaşlara da müraciət edirik ki, bu hallarda diqqətli olsunlar, kimsə “Azəriqaz” İB-nin adından hansısa formada sui-istifadə edə bilər. Yenə də qeyd edirik ki, hansısa bir vəsait tələb olunmur. İşlərin görülməsi və onların qiyməti yalnız müstəqil sahibkarlıq subyekti olan podratçı təşkilat arasında olan müqavilə ilə tənzimlənir. Bu qayda ilə ötən illərdə – 2020 və ondan qabaqkı illərdə orta hesabla ölkə ərazisində 30-35 minə yaxın fərdi yaşayış evi qazlaşdırılıb.

    Vətəndaşlar “ASAN Xidmət” və ya “ASAN Kommunal” mərkəzlərində podratçı təşkilatların əlaqə nömrələri, ünvanları ilə tanış ola bilərlər. Həmin podratçı təşkilatlarla danışıqlar apararaq görüləcək işlərin qiymətini təyin edirlər. “ASAN Kommunal” və ya “ASAN xidmət” mərkəzlərində hansısa ödənişin olması nəzərdə tutulmur. Yalnız podratçı təşkilatla müqavilə şərtlərinə uyğun olaraq qiymətlər müəyyən olunur və həmin o ödənişlər podratçı təşkilatın bank hesabına ödənilir.

  • Мировые цены на нефть снижаются

    Котировки нефти утром в среду колеблются между ростом и снижением после обвала более чем на 10% по сравнению с недавним максимумом, пишет “Интерфакс”.

    Майские фьючерсы на Brent дешевели на лондонской бирже ICE Futures на 0,02 доллара (0,03%) к уровням закрытия сессии вторника и торговались у 60,77 доллара за баррель. За предыдущие торги контракт подешевел на 3,83 доллара (5,9%), до 60,79 доллара за баррель.

    Майские фьючерсы на WTI дешевели на электронных торгах Нью-йоркской товарной биржи (NYMEX) на 0,01 доллара (0,02%), до 57,75 доллара за баррель.