Month: March 2021

  • Neftin qiyməti dəyişməyib

    Dünya bazarında neftin bu günə olan qiyməti məlum olub.

    “İnterfax” agentliyi xəbər verir ki, “Brent” markalı neftin dəyəri 0,02 faiz ucuzlaşaraq bir barelə görə 60,77 dollar təşkil edib.

    WTI markalı neftin bir barelinin qiyməti 0,01 faiz ucuzlaşaraq 57,75 dollar təşkil edib.

  • Кадры из села Юхары Моллу Губадлинского района – ВИДЕО

    Министерство обороны Азербайджана распространило видеокадры из села Юхары Моллу Губадлинского района.

  • İşğaldan azad edilmiş Yuxarı Mollu kəndi – VİDEO

    Müdafiə Nazirliyi Qubadlı rayonunun Yuxarı Mollu kəndinin videogörüntülərini yayıb.

    Həmin kadrları təqdim edirik:

  • ABŞ hökumətindən dələduzluqla 7,4 milyon dollar almaqda ittiham olunan azərbaycanlılar kimdir? – FOTO/VİDEO

    ABŞ-ın Ohaio ştatında yaşayan azərbaycanlı ailə fırıldaqçılıqda ittiham olunur.

    Baku TV-nin məlumatına görə, Kələntərovlar ailəsi pandemiya dövründə dəstək kreditləri vasitəsi ilə onlarla saxta əkinçilik müəssisəsi yaratmaqda və bununla bağlı dövlətdən 7,4 milyon dollar kredit almaqda təqsirli bilinir. Ailənin iki üzvü – Aydın Kələntərov və Günay Kələntərli yanvarın 25-də Kaliforniyada həbs olunub.

    ABŞ prokurorluğu ailənin digər üzvlərinin – Zaur, Nigar və Əli Kələntərlilərin də bu işdə əli olduğunu güman edir.

    Fırıldaqçılıqda ittiham olunan ailə üzvləri haqqında ətraflı məlumatı Qafqazinfo təqdim edib.

    Bəs birdən-birə gündəmə gələn Kələntərovlar kimlərdir?

    Kələntərovlar ailədə üç qardaşdırlar: Aydın, Zaur və Əli Kələntərlilər.

    Aydın Kələntərov ABŞ-a tələbə olaraq 2010-cu ildə yollanıb. Zaur və Əlinin Amerika macərası isə “Green card”la bağlıdır. Ailə üç dəfə çoxlarının xəyalı olan “Green card”ı udub. 2012, 2013 və 2014-cü illərdə. Birinci il nəticələr ləğv olunub, ikinci il sıxlıq səbəbindən onların xəyalları gerçəkləşməyib, üçüncü il isə nəhayət, onların Amerika hekayəsi başlayıb.

    Aydın Kələntərov

    Qardaşların ABŞ-a getmək həvəsi birdən-birə yaranmayıb.

    Onların atası Bakıdakı ilk özəl nəşriyyat şirkətlərindən birinin sahibi olub.

    Ancaq ailə biznesinin yerləşdiyi ərazi 2011-2012-ci illərdə Bakıdakı genişmiqyaslı tikinti işləri çərçivəsində plana düşüb və onların ABŞ-a yollanmaq həvəsi də bundan sonra meydana çıxıb. Onlar getdikləri bölgədə Bakıdakı ailə ənənələrini davam etdirmək qərarına gəliblər, ancaq bir qədər fərqli aspektdə.

    Zaur Kələntərli
    Belə ki, qardaşlar müxtəlif geyim növləri üzərində çap işləri xidmətləri təklif ediblər və bunun üçün əməli fəaliyyətə başlayıblar.

    “Kalantarlı Brothers”in böyüyən biznes hekayələri Los-Ancelesdən start götürüb.

    Qardaşların uğur qazanmasının köklərinə ensək, görərik ki, onları bir-birini tamamlayan fərqlilikləri uğura aparıb.

    Aydın Kələntərov qrafik dizayner, internet, proqramlaşdırma üzrə peşəkarlaşıb. Zaur maliyyənin və biznesin qurulması, idarəsindən məsul olub. Kiçik qardaş Əli isə cihazlarla, xüsusən elektronika ilə işləməyi yaxşı bacarıb. Onlar güclərini və qabiliyyətlərini birləşdirməklə rəqibləri qarşısında üstünlük əldə etməyə nail olublar.

    Əli Kələntərli

    Qardaşlar çap sahəsində özlərini təsdiqləyəndən sonra bizneslərini fərqli sahələrə daşımaq qərarına gəliblər. Bunun üçün Ohayo ştatını daha əlverişli hesab edən Kələntərovlar burada daşınmaz əmlak işinə başlayıblar. Onlar evləri nisbətən ucuz qiymətə alıb, təmir-tikinti işlərini gördükdən sonra satışa çıxarıblar.

    Ailənin fırıldaqçılıqda ittiham olunması məsələsinə gəldikdə, bunun kökləri hələlik qeyri-müəyyən olsa da, məhz daşınmaz əmlak bazarına daxil olmaları ilə bağlamaq mümkündür. Çünki ailə məhz saxta fermalar yaratmaqda ittiham edilir.

    ABŞ Prokurorluğu ailənin digər dörd üzvünə – Zaur Kələntərli, Nigar Kələntərli, Əli Kələntərli, Kandi Rodrigezə qarşı da ittiham irəli sürüləcəyi istisna etmir.

    Xatırladaq ki, ailənin hökumətdən ümumi məbləği 7 milyon 447 min 400 dollar olan 53 yardım krediti aldığı bildirilir.

    Belə ki, dövlətin pandemiya dövründə verdiyi kreditlər ötən ilin fevralın 1-dək yaradılmış şirkətlərə şamil olunur. Sözügedən şirkətlər isə apreldə yaradılıb.

  • Авария в Баку: затоплена улица – ВИДЕО

    Сегодня утром в поселке Расулзаде Бинагадинского района столицы прорвало водопроводную трубу, в результате чего затопило улицу на указанной территории.

    В ответ на запрос Oxu.Az руководитель пресс-службы ОАО “Азерсу” Анар Джебраиллы сообщил, что ремонтные работы уже начались.

    “На место происшествия уже направлены сотрудники аварийной службы Бинагадинского районного управления водоканала”, – сказал он.

  • Bakıda qəza: Küçələri su basdı – VİDEO

    Binəqədidə su borusu partladı.

    Hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verib.

    Səhər saatlarında ərazidən keçən su xətti partlayıb. Qəza nəticəsində ərazini su basıb.

    Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, artıq təmir işlərinə başlanılıb:

    “Hadisə barədə məlumatlıyıq. Artıq Binəqədi Su Kanal İdarəsinin qəza xidmətinin əməkdaşları hadisə yerinə göndərilib. Qəzanın aradan qaldırılması üçün tədbirlər görülür”.

    Həmin görüntüləri təqdim edirik:

  • Замминистра внутренних дел выступит в Милли Меджлисе

    В Милли Меджлисе (парламенте) ожидается обсуждение ряда важных документов.

    В ближайшие дни в Милли Меджлисе будет заслушан доклад уполномоченного по правам человека (омбудсмена) по 2020 году. Документ был вынесен на обсуждение в парламентском Комитете по правам человека 10 марта, но еще не был представлен на пленарном заседании.

    Председатель Счетной палаты Вугар Гюльмамедов также выступит в парламенте с отчетом за 2020 год. Отметим, что Счетная палата выступает с отчетом в парламенте дважды – в ходе весенней сессии (не позднее 15 апреля) и осенней сессии (не позднее 15 октября).

    В мае парламенту будет представлена ежегодная информация Национального координатора по борьбе с торговлей людьми в Азербайджане.

    Ожидается, что отчет представит национальный координатор по борьбе с торговлей людьми, первый заместитель министра внутренних дел Азербайджана, генерал-лейтенант полиции Сейфулла Азимов.

    Затем будет вынесен на обсуждение законопроект “Об исполнении бюджета на 2020 год”. Члены правительства также примут участие в обсуждениях.

  • Daxili işlər nazirinin birinci müavini hesabat verəcək, hökumət parlamentdə toplanacaq

    Milli Məclisdə bir neçə mühüm sənədin müzakirəsi gözlənilir.

    Novruz tətilindən sonra İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2020-ci il üzrə məruzəsi dinləniləcək. Sənəd martın 10-da Milli Məclisin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılsa da, hələlik parlamentin plenar iclasında təqdim edilməyib.

    Bundan bir müddət sonra isə Hesablama Palatası öz işi barədə Milli Məclisə hesabat verəcək.

    Qeyd edək ki, Hesablama Palatası ildə iki dəfə – yaz sessiyasında, aprelin 15-dən gec olmayaraq və payız sessiyasında, oktyabrın 15-dən gec olmayaraq, hesabat verir.

    Palatanın sədri Vüqar Gülməmmədov 2020-ci ildə keçirdiyi yoxlamalar barədə məlumatları deputatların diqqətinə çatdıracaq.

    İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumatı da parlamentə təqdim olunacaq.

    Bu, bir qayda olaraq may ayına təsadüf edir. Hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovun təqdim etməsi gözlənilir.

    Daha sonra isə “2020-ci ilin büdcəsinin icrası” haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq. Müzakirələrdə hökumət üzvləri də iştirak edir.

  • Известная азербайджанская ведущая заразилась коронавирусом – ВИДЕО

    Ведущая Айтен Сафарова заразилась коронавирусом.

    “Результат моего теста оказался положительным. Состояние постепенно ухудшается, уже появился кашель. Надеюсь, что все будет хорошо. Желаю скорейшего выздоровления всем, кто болеет. Берегите себя, своих детей”, – сказала ведущая в видео, которым поделилась в социальной сети.

    А.Сафарова продолжает лечение в домашних условиях.

  • Tanınmış aparıcı koronavirusa yoluxdu – VİDEO

    Azərbaycanın tanınmış aparıcılarından biri koronavirusa yoluxub.

    Söhbət aparıcı Aytən Səfərovadan gedir. O, bu barədə sosial şəbəkədə video paylaşıb.

    Koronavirusa yoluxduğunu bildirən aparıcı COVID-19 infeksiyasına qarşı laqeyd yanaşanlara səslənərək sağlamlıqlarını qorumağa çağırıb:

    “Test verdim və COVID-19 testinin nəticəsi müsbət çıxdı. Artıq öskürək başlayıb. Öskürən zaman elə bilirəm ki, nəfəsim gedəcək və gəlməyəcək. Bax belə ifadəsi çətin bir hiss var. Getdikcə vəziyyətim ağırlaşır. Amma ümid edirəm ki, yaxşı olacaq. Kim indi xəstədirsə, yastığınız yüngül olsun. Özünüzü, övladlarınızı qoruyun”.

    Qeyd edək ki, A.Səfərova müalicəsini evdə izolyasiya şəraitində davam etdirir.

    //oxu.az