Month: March 2021

  • Məhkəmə müğənniyə bəraət verdi

    Xuliqanlıqda təqsirləndirilən müğənni Elnar Xəlilov və dostu Müşfiq Ələkbərovun cinayət işi üzrə Xəzər Rayon Məhkəməsində keçirilən məhkəmə prosesi başa çatıb.

    “Report”un xəbərinə görə, sonuncu iclasda ittiham olunan şəxslərə hökm oxunub.

    Hökmə əsasən, E.Xəlilova bəraət verilib, M.Ələkbərov isə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Bundan narazı qalan iş üzrə zərərçəkmiş Anar Qurbanov apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib.

    Hazırda şikayət və protestə Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə baxılır. İlk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmə prosesi aprelin 1-də davam etdiriləcək.

    Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, 2019-cu il oktyabrın 22-də gecə saat 02:30-da Elnar Xəlilovla dostu Müşfiq Ələkbərov Heydər Əliyev adına Beynəlxalq Hava Limanının qarşısındakı dayanacaqda avtomobillərini park edərkən digər sürücü Anar Qurbanovla aralarında yaranmış mübahisə nəticəsində əlbəyaxa dava ediblər. Bu zaman Elnar Xəlilov və Müşfiq Ələkbərov Anar Qurbanovun baş və sifət nahiyəsinə əl və ayaq zərbələri ilə xəsarətlər yetirərək şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq ediblər.

    Faktla bağlı Hava Nəqliyyatında Polis İdarəsində araşdırma aparılıb və Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

    E.Xəlilova və M.Ələkbərova qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan olunub və barələrində başqa yerə getməmək haqqında intizam qətimkan tədbiri seçilib.

  • Кадры из села Ишиглы Физулинского района – ВИДЕО

    Министерство обороны Азербайджана распространило видеокадры из села Ишиглы Физулинского района.

  • İşğaldan azad edilmiş İşıqlı kəndindən görüntülər – VİDEO

    Müdafiə Nazirliyi Füzuli rayonunun İşıqlı kəndindən videogörüntülər paylaşıb.

    Həmin kadrları təqdim edirik:

  • Rusiya qanunvericiliyinə düzəliş: Putin yenidən prezident ola bilər

    Rusiya Dövlət Dumasının bu gün keçirilən plenar iclasında Rusiya Federasiyası seçkilər və referendumlar haqqında qanunvericiliyinə düzəlişlər edilib.

    “RİA Novosti” agentliyi xəbər verir ki, bu qanun Rusiya Federasiyasının Konstitusiyasına edilən yeni düzəlişlərə uyğun hazırlanıb.

    Düzəlişlərlə indiki dövrədək prezident olmuş şəxs daha iki dəfə dövlət başçısı seçilə bilər.

  • Qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

    Tovuz rayonunda qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

    Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, martın 6-dan 16-dək olan müddətdə rayon ərazisindəki qəbiristanlıqdakı 3 məzarın kənarına çəkilmiş məhəccərin alüminiumdan olan hissələrini sökərək oğurlamaqda şübhəli bilinən Qovlar şəhər sakini E.Fətəliyev saxlanılıb.

  • Azərbaycana mina xəritələrinin verilməməsi cinayət aktıdır – Sergey Markov

    Bu gün Azərbaycana minalanmış ərazilərin xəritələrinin verilməməsi üçtərəfli bəyanatların həyata keçirilməsində əsas problemdir.

    Median.Az
    bildirir ki, bunu Trend-ə Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

    Politoloqun fikrincə, bu, yalnız razılaşmaların kobud şəkildə pozulması deyil, həm də çox cinayətkar bir hərəkətdir, çünki bu xəritələrin verilməməsi indi evlərinə qayıtmağa can atan çox sayda mülki şəxsin, eləcə də hərbçilərin ölümünə səbəb olur.

    S.Markov qeyd edib ki, demək olar ki, bütün erməni zabitləri Sovet nizamnaməsinə uyğun təhsil alıblar və həmin qaydalarda minalanmış ərazilərin xəritələrinin iki surətdə tərtib edilməsi ciddi şəkildə tapşırılır:

    “Həmin xəritələrdən biri bölmədə qalır, digəri isə Baş qərargahın xüsusi şöbəsində saxlanılır. Buna görə, şübhəsiz ki, bütün bu xəritələr onlarda var”.

    Politoloq vurğulayıb ki, xəritələrin Azərbaycana verilməsi məsələsi Ermənistanın qarşısında sərt şəkildə qoyulmalı və bunda beynəlxalq təşkilatlar da iştirak etməlidir.

    Onun sözlərinə görə, nəzərə alsaq ki, rus hərbçiləri də minalardan xəsarət ala bilər, Rusiya da minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsini açıq şəkildə dəstəkləyir.

  • Berluskoni xəstəxanaya yerləşdirildi

    İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni xəstəxanalıq olub.

    Median.Az lenta-ru-ya istinadən xəbər verir ki, qalmaqallı sabiq siyasətçinin səhhəti barədə ətraflı məlumat yoxdur.

    Xatırladaq ki, yanvar ayında ürəyində problem yarandığından Berluskoni xəstəxanaya yerləşdirilmişdi. O zaman 84 yaşlı eks-baş nazir Fransada yaşayan qızına qonaq gedərkən ürəyində problem yaşamışdı.

  • Прогноз погоды на завтра

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов объявила прогноз погоды в Азербайджане на 25 марта.

    В Баку и на Абшеронском полуострове ожидается переменная облачность, в основном без осадков. Ближе к ночи и утром местами на полуострове возможны кратковременные дожди.

    Подует порывистый северо-западный ветер, который днем сменится северо-восточным.

    Температура воздуха на Абшероне составит ночью 6-8 градусов, днем – 11-13, в Баку ночью 6-8, днем -11-13 градусов тепла.

    Атмосферное давление повысится с 751 мм до 758 мм ртутного столба, относительная влажность воздуха составит ночью 70-80%, днем – 50-55%.

    25 марта в районах Азербайджана временами ожидаются дожди, местами интенсивные, в горах – снег, туман. Подует восточный ветер, который местами усилится.

    Температура воздуха составит ночью 4-9, днем – 12-17 градусов тепла, в горах ночью 0-5, днем 5-10 градусов тепла.

    С вечера 26 марта по 28 марта в районах Азербайджана ожидается неустойчивая погода, временами дождь, местами интенсивный, в горных районах – снег. Западный ветер усилится до 15-20 м/с, местами до 23-28 м/с.

    25 марта на Абшеронском полуострове ожидается умеренное колебание метеорологических факторов, что в основном благоприятно для метеочувствительных людей.

  • Sabahın hava proqnozu AÇIQLANDI

    Azərbaycanda sabaha olan hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8 dərəcə isti, gündüz 11-13 dərəcə isti, Bakıda gecə 6-8 dərəcə isti, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

    Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacaq.

    Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlığa görə, martın 26-sı axşamdan 28-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

    Tibbi-meteoroloji proqnoza gəlincə, martın 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

  • 69 yaşlı kişi itkin düşüb – FOTO

    Yevlax sakini itkin düşüb.

    Yevlax şəhər sakini 1952-ci il təvəllüdlü Məmmədov Ağamusa Məhəmmədəli oğlu martın 3-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Evdən çıxarkən onun üzərində boz rəngdə gödəkcə, jaket, şalvar və qara rəngli ayaqqabı olub.

    Ağamusa Məmmədovu görənlərdən Yevlax Rayon Polis Şöbəsinin 022 336 45 02, 051 468 11 11 və ya itkin düşən şəxsin ailəsinə məxsus 055 858 01 48 nömrələri ilə əlaqə saxlamaq xahiş olunur.