Month: March 2021

  • Son günlər tez-tez gündəmə gələn smartfonlardakı proqramların dayanmasının səbəbi haqqında AÇIQLAMA

    Bütün dünyada “Android” sistemi ilə işləyən smartfon sahibləri əməliyyat zamanı tətbiqlərin çökməsindən şikayətlənirlər. Problem sistem komponentlərindən birini yenilədikdən sonra aşkar edilib.

    Ən çox internet oyunlarını istifadə edən tətbiqlər, internetdən məzmun yükləyən, həmçinin “Gmail” və digərləri iş zamanı dayanır.

    “Google” artıq qəza barədə məlumat yayıb və dayanmanın səbəbinin “Android WebView” tətbiqetməsinin səhv işləməsindən qaynaqlandığını, bunun da mobil proqramların qəfil olaraq bağlanmasına səbəb olduğunu bildirdi.

    Problemi həll etmək üçün “Android WebView”in ən son versiyalarını “Google Play” mağazasından və “Google Chrome” brauzerindən yükləməlisiniz. Bəzi cihazlarda bu iki tətbiqetmənin parametrlərinə girib bütün yeniləmələri silmək və sonra rəsmi mağaza vasitəsilə yeniləmək lazım ola bilər.

    Alternativ olaraq, “Google Chrome”u silmək və sonra yenidən qurmaq olar.

  • Rusiyada tanınmış idmançı qətlə yetirilib

    Rusiyanın Mozdok şəhərində tanınmış idmançı, FCF-MMA versiyası üzrə ikiqat çempion Alan Hadziyev öldürülüb.

    “Vesti” agentliyi xəbər verir ki, hadisə barədə Mozdok şəhər administrasiyasının rəhbəri Oleq Habalov məlumat yayıb.

    A.Hadziyev Mozdok şəhərin restoranlarından birində yaşanan davada iştirak zamanı ölümcül yaralanıb.

    Onunla yanaşı davanın daha bir iştirakçısı hadisə yerində ölüb.

    İnsidentin təfərrüatı barədə hələlik məlumat verilmir.

  • В Нигерии создали две вакцины от коронавируса

    В Нигерии создали две вакцины от коронавирусной инфекции. Об этом сообщает газета Vanguard со ссылкой на главу президентской целевой группы по борьбе с COVID-19, секретаря федерального правительства Нигерии Босса Мустафу, пишет gazeta.ru.

    По его словам, препараты направлены на клинические испытания и получение сертификата. Другой информации о вакцинах он не предоставил, в том числе о том, помогали ли иностранные компании нигерийским специалистам создавать вакцину.

    К настоящему времени в Нигерию уже доставили 3,92 млн доз вакцины от коронавируса британско-шведской компании AstraZeneca. Поставки производились в рамках международного механизма COVAX под эгидой Всемирной организации здравоохранения (ВОЗ). Вакцинация населения в Нигерии стартовала 5 марта. Глава государства Мухаммад Бухари также привился от коронавируса.

    Согласно последним данным, в Нигерии выявлено 161 409 случаев коронавируса, из них 2 027 случаев с летальным исходом. Среди государств Африки южнее Сахары нигерийское государство по данным показателям находится на третьем месте (после ЮАР и Эфиопии).

  • Nigeriya koronavirusa qarşı öz vaksinini yaradıb

    Nigeriyada koronavirus pandemiyasına qarşı iki peyvənd dərmanı hazırlanıb.

    Bu barədə yerli “Vanguard” nəşri Nigeriya prezidentinin COVID-19 ilə bağlı yaratdığı İşçi Qrupun rəhbəri Boss Mustafa Abucadaya istinadən məlumat verib.

    Onun sözlərinə görə, vaksin klinik sınaq mərhələsindədir.

    Nigeriya rəsmisi vaksinin hazırlanmasında xarici mütəxəssislərin köməyindən istifadə olunub-olunmamasına aydınlıq gətirməyib.

    Qeyd edək ki, Nigeriyada əhalinin peyvəndlənməsi martın beşindən başlayıb.

    Prezidenti Məhəmmədu Buhari COVID-19 əleyhinə vaksin vurduran ilk şəxslərin sırasında olub.

  • Dağıstanda qar uçqunu: Avtomobil uçurumdan aşağı yuvarlandı – VİDEO

    Dağıstanın Rutulski bölgəsində qar uçqunu baş verib.

    Bununla bağlı görüntülər Rusiya mediasında yayılıb.

    Qeyd edilib ki, uçqun nəticəsində Saxur kəndinin bir hissəsi qar kütləsinin altında qalıb.

    Əvvəlcədən əhaliyə xəbərdarlıq edildiyi üçün insan tələfatı olmasa da, küçədə qalan bir avtomobil qar kütləsinə qapılaraq uçurumdan aşağı düşüb.

  • Bakıda maşını aşıran sürücü xəsarət aldı

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

    Qala qəsəbəsində sürücü, 1992-ci il təvəllüdlü Dadaşov Əlihüseyn Eldar oğlu idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə o, xəsarət alıb.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona baş nahiyəsinin yumşaq toxumalarının əziyi diaqnozu qoyulub.

  • Парламент Армении отменил военное положение

    Парламент Армении в среду в ходе заседания проголосовал за отмену военного положения, введенного в стране в конце сентября 2020 года из-за военных действий в Карабахе, пишет ТАСС.

    За его отмену проголосовали 118 депутатов, сообщил спикер законодательного органа РА Арарат Мирзоян.

  • Ermənistanda hərbi vəziyyət ləğv edildi

    Ermənistan parlamenti 2020-ci il sentyabr ayının sonundan ölkədə tətbiq olunan hərbi vəziyyətin ləğv edilməsinə dair qərar verib.

    TASS agentliyi xəbər verir ki, parlamentin iclası yerli telekanallar tərəfindən canlı yayımlanıb.

    “118 deputat hərbi vəziyyət rejiminin aradan qaldırılması ilə bağlı layihəni dəstəkləyib”, – deyə Ermənistan parlamentinin sədri Ararat Mirzoyan bildirib.

  • Android 12-nin tərtibatçılar üçün ikinci beta versiyası təqdim olunub

    Google şirkəti Android 12-nin tərtibatçılar üçün nəzərdə tutulmuş ikinci beta versiyasını təqdim edib. Təqdim edilmiş Android 12 Developer Preview 2 versiyasında yeni funksiyalar aşkar edilib. İkinci beta test əməliyyat sisteminə bir əl ilə smartfondan idarə, yenilənmiş sistem interfeysi, redizayn edilmiş vidjetlər kimi bir sıra yeni imkanlar əlavə edib. Əməliyyat sisteminin yeni beta versiyasında picture-in-picture rejiminin imkanları genişləndirilib.

        Bundan bu sonra bu rejimdə aktiv olan pəncərəni kənara sürüşdürmək, bir toxunuşla videonun idarəedilməsi panelini işə salmaq və pəncərəyə iki dəfə klikləyərək pəncərənin ölçüsünü kiçiltmək və ya böyütmək olar. Mediaplayerin istifadəçi interfeysində də dəyişiklik edilib. Belə ki, istifadəçi mediaplayerin arxa fon rəngini dəyişə biləcək. Həmçinin bloklanmış ekran görüntüsündə bir sıra dəyişikliklər reallaşdırılıb.

        Təqdim edilmiş fotolarda bir əl ilə smartfondan idarə rejimi və vidjetlər siyahısının yeni dizaynı əks olunub. Android 12 Developer Preview 2-də tərtibatçılar smartfon ekranının kənar hissələrinin nə dərəcədə əyilmiş olduqlarını öyrənə bilərlər. Bunun sayəsində onlar tam ekranda əks olunacaq foto formatını seçə bilərlər. Bundan əlavə olaraq əsas ekranda əks olunan tətbiqlərin adlarındakı şriftlərin ölçüləri kiçilib.

        Həmçinin qovluqlarda daha çox shortcut saxlamaq olar. Dark Mode rejimi isə bir qədər daha açıq rəngdə reallaşdırılıb. Daha bir maraqlı yenilik əsas ekranda yerləşdirilmiş People Space adlı vidjetdir. Bu vidjet istifadəçinin konkret şəxs və ya qrup ilə sonuncu dəfə nə zaman ünsiyyətdə olduğunu göstərir. Qeyd etmək lazımdır ki, Android 12-nin test müddəti hələ 6 ay davam edəcək. Adi istifadəçilər üçün ilk beta test versiyası may ayında təqdim olunacaq.

  • Brent markalı neftin qiyməti 61 dollardan aşağı düşüb

    “Brent” markalı neftin may fyuçerslərinin qiyməti Londonun “ICE” birjasında saat 21:49 (GMT+4) üçün 6 faiz ucuzlaşaraq 60,72 dollar/barel təşkil edib.

    Median.Az Trend-ə istinadən bildirir ki, son dəfə Brent markalı neftin qiyməti fevralın 12-si 61 dollardan aşağı olub.

    “WTI” markalı neftin may fyuçerslərinin qiyməti isə 5 faiz ucuzlaşaraq 58,1 dollar/barel təşkil edib.