Month: April 2021

  • Sabahın hava proqnozu AÇIQLANDI

    Azərbaycanda aprelin 13-nə gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə aprelin 13-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, mülayim şimal küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 15-19, Bakıda gecə 9-11, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.

    Aprelin 13-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Лукашенко посетит Азербайджан

    Президент Беларуси Александр Лукашенко 13 апреля направится с визитом в Азербайджан, сообщили БЕЛТА в пресс-службе белорусского лидера.

    Двухдневная программа предполагает насыщенную переговорную повестку. В частности, глава белорусского государства Александр Лукашенко и Президент Азербайджана Ильхам Алиев проведут две встречи. Одна из них состоится сразу по прибытии белорусского лидера в Баку. В неформальной обстановке главы государств обсудят основные направления белорусско-азербайджанских отношений и стратегические вопросы двустороннего сотрудничества.

    Официальная часть переговоров запланирована на среду, 14 апреля. Встреча президентов пройдет в узком и расширенном составах с участием членов делегаций. Основное внимание будет уделено расширению торгово-экономического взаимодействия и наполнению сотрудничества новым содержанием. Стороны рассмотрят вопросы промышленной кооперации, реализацию текущих и перспективных проектов в области производства и поставок продовольствия, переработки сельскохозяйственной продукции. Затронут и не менее актуальные темы: сотрудничество в здравоохранении, научно-технической, образовательной и туристической сферах.

    Главы государств также обменяются мнениями по актуальным вопросам международной повестки дня.

    По итогам переговоров ожидается подписание двусторонних документов.

  • Aleksandr Lukaşenko Azərbaycana səfər edəcək

    Belarus Prezidenti Aleksandr Lukaşenko aprelin 13-də Azərbaycana səfər edəcək.

    Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

    İki günlük səfər müddətində Belarus Prezidenti Aleksandr Lukaşenko və Azərbaycan Prezidenti İlham Əliyevin iki görüşü olacaq. Görüşlərin birincisi Belarus liderinin Bakıya gəlişindən dərhal sonra baş tutacaq, dövlət başçıları qeyri-rəsmi şəraitdə Belarus-Azərbaycan münasibətlərinin əsas istiqamətlərini və ikitərəfli əməkdaşlığın strateji məsələlərini müzakirə edəcəklər.

    Danışıqların rəsmi hissəsi isə növbəti gün baş tutacaq. Prezidentlərin görüşü nümayəndə heyəti üzvlərinin iştirakı ilə dar və geniş tərkibdə keçiriləcək. Əsas diqqət ticarət-iqtisadi qarşılıqlı əlaqələrin genişləndirilməsinə və əməkdaşlığın yeni məzmunla tamamlanmasına yönəldiləcək. Tərəflər sənaye kooperasiyası, qida istehsalı və tədarükü, kənd təsərrüfatı məhsullarının emalı sahəsində cari və gələcək layihələrin həyata keçirilməsi məsələlərini nəzərdən keçirəcəklər. Görüşlər çərçivəsində səhiyyə, elmi-texniki, təhsil və turizm sahələrində əməkdaşlıq məsələləri də müzakirə ediləcək.

    Dövlət başçıları həmçinin beynəlxalq gündəmdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

    Danışıqlar nəticəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir.

  • Hansı uşaqlar üçün COVID-19 daha təhlükəlidir? – Baş pediatr AÇIQLADI

    Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev uşaqlar arasında koronavirusa (COVID-19) yoluxma halları ilə bağlı müsahibə verib:

    – Uşaqlar COVID-19 virusunu necə keçirirlər?

    – 1 il 4 aydan artıq müddətdə davam edən COVID-19 infeksiyası zamanı aparılan müşahidələr göstərir ki, böyüklərlə müqayisədə uşaqlar bu xəstəliyi daha yüngül keçirirlər. Müqayisə üçün qeyd etmək olar ki, uşaqlarda bu infeksiyadan baş verən fəsadlar və ölüm hadisələri böyüklərdən yüz dəfəyə qədər az rast gəlinir.

    Lakin onu da qeyd etmək lazımdır ki, bu vəziyyət uşaqlara göstərilən diqqət və qayğının azalmasına heç bir əsas vermir. Nadir hallarda da olsa, uşaqlarda çox ağır fəsadlar və ölüm hadisələri müşahidə edilir.

    – Uşaqlarda adətən rast gəlinən əlamətlər hansılardır?

    – Uşaqlarda bu xəstəliyin əlamətləri bir qayda olaraq hərarətin yüksəlməsi, baş ağrısı, boğaz ağrısı, qusma və ishalla müşayiət olunur. Uşaqlarda böyüklərdə göründüyü kimi atipik pnevmoniyanın inkişafı nadir hallarda baş verir.

    – Böyüklərlə müqayisədə bəzən uşaqlarda yaranmış simptomları təyin etmək daha çətin olur. Valideynlər nəyə diqqət etməlidir?

    – Bu deyilənləri tibb işçiləri ilə bərabər valideynlər də nəzərdə saxlamalıdırlar. Belə hallar müşahidə olunan uşaqlar vaxt itirmədən uşaq həkiminə və ya uşaq infeksionistinə göstərilməlidir.

    Onu da yadda saxlamaq lazımdır ki, yüngül əlamətlərin görülməsinə baxmayaraq, uşaqlar ətrafdakılar üçün həmişə yoluxma təhlükəsi yaradırlar. Ona görə də uşaqlara qarşı daha da diqqətli olmaq lazımdır.

    – Hansı uşaqlar üçün COVID-19 daha təhlükəlidir?

    – COVID-19 xəstəliyi immun çatışmazlığı, xronik xəstəliyi, şiş xəstəliyi olan, inkişafdan geri qalmış uşaqlar üçün daha təklükəlidir. Valideynlər və uşaq həkimləri uşaqların düzgün və keyfiyyətli qidalandırılması (vitaminlərlə zəngin meyvə-tərəvəzlər daxil olmaqla), mövsümə uyğun geyindirilməsi, mümkün olan bütün hallarda açıq havada gəzdirilməsi və xəstəlik şübhəsi olanlarla təmasdan uzaq olmasına diqqət yetirməlidir.

  • Mərdəkanda atışma olub: Yaralanan var

    Bakıda dünən gecə saatlarında daha bir atışma baş verib.

    “Qafqazinfo”nun məlumatına görə, hadisə aprelin 11-i gecə saat 02:00 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 22 yaşlı Nurməmməd Səfərov yanında doqquz nəfər tanışı ilə birgə həmyerlisi 64 yaşlı Əli Məmmədovun evinin qarşısına gəlib.

    N.Səfərov Ə.Məmmədovu təhqir edərək evindən çıxıb küçəyə gəlməsini istəyib. Ə.Məmmədov isə tüfənglə havaya üç dəfə atəş açıb və bu zaman qırmalardan bir neçəsi N.Səfərova dəyib.

    Nurməmməd Səfərov xəsarətlə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

    Atəş açan Əli Məmmədov və onun evinin qarşısına gələn qəsəbə sakinləri – 47 yaşlı Sərvər Mirzəzadə, Vüqar Quliyev, 42 yaşlı Ceyhun Abbasov, 35 yaşlı Nəsib Quluzadə, 29 yaşlı Əziz Sadıqov, 24 yaşlı İsmayıl Məmmədov, 23 yaşlı Xeyrulla Səfərov, Fikrət Tağıyev və 21 yaşlı İzzət Məmmədli saxlanılıb.

    X.Səfərov N.Səfərovun qardaşıdır.

    Əli Məmmədovdan “Churchill” markalı ov tüfəngi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

    Xatırladaq ki, ötən axşam Yasamalda da binaya atəş açılıb.

  • Yararsız pullarını dəyişmək istəyənlərin NƏZƏRİNƏ

    Mərkəzi Bankda və onun ərazi idarələrində əhalidə olan yararsız pul nişanlarının qəbul edilməsi, ekspertizası və dəyişdirilməsi, eləcə də nağd pulla bağlı sorğuların və müraciətlərin cavablandırılması məqsədilə əhaliyə xidmət ofisləri təşkil edilib.

    Bankdan verilən məlumatda qeyd edilib ki, bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında əhaliyə xidmət üzrə yeni “Nağd pul ofisi” yaradılıb.

    Bildirilir ki, vətəndaşlar 13 aprel 2021-ci il tarixindən etibarən həftənin 2-ci və 4-cü günləri saat 10:00-dan 13:00-dək qeyd edilən ünvanda yerləşən əhaliyə xidmət üzrə “Nağd pul ofisi”nə yaxınlaşaraq milli pul nişanlarını ekspertizaya təqdim edə və zədələnmiş pulları dəyişdirə bilər.

    Əlavə suallarla bağlı Mərkəzi Bankın “Qaynar xətt”inə (966) müraciət oluna bilər.

  • Daha bir şəhidimizin övladı dünyaya gəlib – FOTO

    Vətən müharibəsinin şəhidi Məmmədli Sübhanın övladı dünyaya gəlib.

    Qəhrəmanımızın övladı bu gün xəstəxanadan evinə yola salınıb.

    Sübhanə adı verilən körpəni xəstəxanada “YAŞAT” Fondunun əməkdaşları, şəhid kapitanın döyüş və iş yoldaşları, ailəsi və yaxınları qarşılayıb.

    Qeyd edək ki, Vətən müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda döyüşlərdə iştirak edən S.Məmmədli qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

    O, ölümündən sonra “Vətən uğrunda” və “Füzuli rayonunun azadlığı uğrunda” medalları ilə təltif edilib.

  • Türkiyə millisinin futbolçuları Bakıya peyvəndlənib gələcək

    UEFA-nın Səhiyyə Komissiyası AVRO-2020 üçün yeni sağlamlıq protokolu üzərində çalışır.

    Bu barədə İtaliya mətbuatı yazıb.

    Protokola əsasən turnirdə iştirak edəcək bütün futbolçular üçün koronavirusa qarşı vaksinasiya tələbi qoyulacaq. UEFA-nın planına əsasən, 24 ölkənin hər birindən 25 futbolçu, ümumilikdə 600 idmançı vaksinasiya olunacaq.

    Xatırladaq ki, turnir iyunun 11-də start götürəcək. Qeyd edək ki, Türkiyə millisi A qrupunun iki oyununu Bakıda keçirəcək.

  • Президент Ильхам Алиев наградил Фазаила Ибрагимли орденом “Шохрат”

    12 апреля Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о награждении Фазаила Ибрагимли орденом “Шохрат” за активное участие в социально-политической жизни республики.

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • İlham Əliyevdən Fəzail İbrahimli ilə bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev Fəzail Feyruz oğlu İbrahimlinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı prezident.az məlumat yayıb.

    Sərəncama əsasən, F.İbrahimli Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə təltif edilib.