Month: April 2021

  • В парламенте Грузии обсудят карабахский вопрос

    Сегодня в комитете парламента Грузии по обороне и безопасности будет обсуждаться карабахский вопрос.

    Как передает Report, обсуждения будут вестись на тему “Влияние мирного соглашения по Нагорному Карабаху на обстановку безопасности на Южном Кавказе”.

    На заседании комитета перед депутатами в качестве докладчика выступит и.о. главы Службы внешней разведки Грузии Шалва Ломидзе.

    Заседание должно пройти в закрытом формате.

  • Qarabağ məsələsi Gürcüstan parlamentində müzakirə olunacaq

    Bu gün Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsində Qarabağ məsələsi müzakirəyə çıxarılacaq.

    “Report” xəbər verir ki, müzakirələr “Dağlıq Qarabağ üzrə sülh sazişinin Cənubi Qafqazda təhlükəsizlik mühitinə təsiri” mövzusu ətrafında aparılacaq.

    Komitənin iclasında deputatlar qarşısında məruzəçi qismində Gürcüstanın Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsini icra edən Şalva Lomidze çıxış edəcək.

    Toplantının qapalı formatda keçiriləcəyi gözlənilir.

  • “Clubhouse”un 1.3 milyon istifadəçisinin şəxsi məlumatları yayılıb

    “Facebook” və “LinkedIn” şəbəkələrinin ardından, bu dəfə də “Clubhouse” hakerlərin qurbanı olub.

    “Cybernews” xəbər verir ki, şəbəkənin 1.3 milyon istifadəçisinin şəxsi məlumatları pulsuz olaraq haker forumlarının birində yerləşdirilib.

    Paylaşılan məlumatlar arasında ad və soyad, şəxsi fotoşəkillər, eləcə də istifadəçinin digər sosial şəbəkələrdəki hesabları barədə məlumatlar var.

    Xatırladaq ki, bir neçə gün öncə “Facebook” və “LinkedIn” şəbəkələrinin hər birinin yarım milyard istifadəçisinin şəxsi məlumatları oğurlanaraq satışa çıxarılıb.

  • Президент Ильхам Алиев принял участие в открытии Парка военных трофеев в Баку

    12 апреля Президент Азербайджана Ильхам Алиев принял участие в открытии Парка военных трофеев в Баку, сообщает АЗЕРТАДЖ.

    Глава государства был проинформирован о демонстрируемой в парке военной технике.

    После ознакомления с созданными здесь условиями Президент Ильхам Алиев встретился с награжденными военнослужащими.

    На встрече глава государства выступил с речью.

  • İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etdi

    İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına parkda nümayiş etdirilən hərbi texnikalar barədə məlumat verilib.

    Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev təltif olunan hərbi qulluqçularla görüşüb.

    Dövlətimizin başçısı görüşdə çıxış edib.

  • MTRŞ-nın keçmiş üzvü koronavirusdan öldü

    10 ildən artıq müddətdə Azərbaycan Milli Teleradio Şurasının üzvü olan Məmməd Cəfərov koronavirusdan vəfat edib.

    Bu haqda yaxınları sosial şəbəkədə məlumat yayıblar.

  • Dövlət xidmətindən təşviq: Tenderlərdə fəal iştirak edin

    Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarları dövlət satınalmalarında fəal iştiraka dəvət edib.

    Dövlət xidmətindən verilən məlumatda bildirilib ki, sahibkarlar elan olunan tenderlər barədə “e-tender.gov.az” portalı və KİV-dən məlumat əldə etməklə öz fəaliyyət istiqamətləri üzrə qeydiyyatdan keçib tenderlərdə iştirak edə bilərlər.

    Qeyd olunub ki, xidmət dövlət satınalmalarının şəffaflaşdırılması, satınalmaların sahibkarlıq subyektləri üçün əlçatanlığının daha da artırılması, sağlam rəqabət mühitinin yaradılması, həmçinin təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti üzrə tədbirlərini davam etdirir və bu istiqamətlərdə aidiyyəti qurumlarla əməkdaşlığını genişləndirir.

  • II Filipin heykəli Bukingem sarayı yaxınlığında ucaldılacaq

    Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı, Edinburq hersoqu II Filipin heykəli Bakingem sarayı yaxınlığında ucaldılacaq.

    Bu barədə “Telegraf” nəşri məlumat yayıb.

    Abidənin sarayla Trafalqar meydanını birləşdirən Mell küçəsində qoyulacağı iddia olunur. Belə ki, məhz bu küçədə kraliçanın valideynləri VI Georq və Yelizaveta Bouz Layonun heykəlləri dayanır.

    Qeyd edək ki, II Filipin abidəsinin ucaldılması ideyası ölkənin Baş naziri Boris Conson tərəfindən də dəstəklənib.

  • Мировые цены на нефть незначительно снижаются

    Мировые цены на нефть снижаются в ходе торгов в понедельник, 12 апреля, передает RT.

    Майские фьючерсы на нефть WTI уменьшились на 0,08%, составив 59,27 доллара за баррель.

    Фьючерсы на нефть марки Brent с поставкой в июне снизились на 0,05% – до 62,92 доллара за баррель.

  • Neft ucuzlaşıb

    Dünya bazarında neft ucuzlaşıb.

    Bu barədə RT məlumat yayıb.

    WTI markalı neftin may fyuçersləri 0,08 faiz ucuzlaşıb və bir barelinin qiyməti 59,27 ABŞ dolları təşkil edib.

    “Brent” markalı neftin iyun fyuçersləri isə 0,05 faiz ucuzlaşaraq, bir bareli 62,92 dollara satılıb.