Month: April 2021

  • Проходит совместная пресс-конференция президентов Турции и Украины – ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

    Завершилась встреча между президентами Турции и Украины Реджепом Тайипом Эрдоганом и Владимиром Зеленским.

    После встречи глав государств один на один представительские делегации двух стран провели обсуждения в расширенном составе.

    В настоящее время лидеры Турции и Украины проводят совместную пресс-конференцию.

  • Ərdoğan və Zelenskinin birgə mətbuat konfransı – CANLI

    Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında Huber Köşkündəki görüş başa çatıb.

    Prezidentlərin təkbətək görüşündən sonra iki ölkənin nümayəndə heyətləri arasında geniş tərkibli müzakirələr aparılıb.

    Hazırda iki ölkə lideri birlikdə mətbuat konfransı keçirir:

  • Франция и Литва едут 24 апреля в Ереван, Бельгия и Люксембург раздумывают

    В преддверие 24 апреля армяне по всему миру вновь пытаются привлечь внимание международной общественности к так называемому “геноциду армян”.

    Как передает Report со ссылкой на Caliber.Az, несмотря на активную деятельность армянских и антитурецких лоббистов, интерес к столь “памятной дате” в мире снижается. Ведь речь идет о событиях более чем 100-летней давности, и сегодня, в период пандемии COVID-19, у государств есть куда более насущные и неотложные задачи, чем участие в поминках с сомнительным историческим бэкграундом. На этом фоне все меньше чиновников и политиков высшего ранга соглашаются на просьбы Армении посетить публичные мероприятия, связанные с “геноцидом”.

    Сайту из собственных эксклюзивных источников стало известно, что ранее свое участие в мероприятиях 24 апреля в Ереване подтвердил министр иностранных дел Нидерландов Стеф Блок. Однако, затем, сославшись на ухудшение ситуации, связанной с COVID-19, он отказался от этой затеи. Пока еще рассматривают возможность посещения Еревана по данному поводу представители Люксембурга и Бельгии.

    Напомним, что в результате недавнего коррупционного скандала с позором в отставку ушел главный лоббист Армении Франк Энгель, теперь уже экс-лидер Христианско-социальной народной партии Люксембурга. По нашей информации, предварительное согласие посетить Ереван дали председатель Сената Франции и замминистра ИД Литвы. Таким образом, Париж, командируя в Ереван фактически второе (по конституционной иерархии лицо) государства, продолжает успешно дискредитировать свое сопредседательство в рамках МГ ОБСЕ.

    А вот чего добивается Вильнюс, чей президент занял явно проармянскую позицию в вопросе «геноцида», остается загадкой. Однако, примечательно, что Литва посылает в Ереван замминистра – а это уже свидетельствует о том, что армянский вопрос для литовцев также не в приоритете.

    Нельзя исключать и того, что возросшая роль Турции, Азербайджана и всего тюркского мира, с которым желают выстраивать эффективное сотрудничество все большее число стран, вносит свои коррективы в политические реалии, и тема “геноцида” теряет былую востребованность на международной арене. С другой стороны, наблюдаемый сегодня хаос в системе госуправления Армении также не способствует успешному лоббизму зарубежом.

  • Qondarma “erməni soyqırımı”nın anım tədbirlərində iştiraka maraq niyə azalır?

    İyirmi dörd aprel ərəfəsində dünya erməniləri yenidən beynəlxalq ictimaiyyətin diqqətini qondarma “erməni soyqırımı”na yönəltməyə çalışırlar.

    “Report” Caliber.aza istinadən xəbər verir ki, erməni və antitürk lobbiçilərin aktiv fəaliyyətinə baxmayaraq, dünyada belə bir “anım tarix”inə maraq azalır.

    Axı söhbət 100 ildən də əvvəlki hadisələrdən gedir və bu gün COVID-19 pandemiyası dövründə dövlətlərin şübhəli bir tarixi keçmişə sahib olan anım mərasimlərinə qatılmaqdan daha çox aktual və təcili vəzifələri var. Bu fonda getdikcə daha az yüksək vəzifəli məmur və siyasətçi Ermənistanın qondarma “soyqırımı” ilə əlaqəli ictimai tədbirlərdə iştirak etmək istəklərini qəbul edir.

    Sayta eksklüziv mənbələrdən məlum olub ki, daha əvvəl Niderlandın xarici işlər naziri Stef Blok 24 aprel tədbirlərində iştirakını təsdiqləyib. Ancaq sonra, COVID-19-la bağlı vəziyyətin pisləşməsinə əsaslanaraq fikrindən daşınıb. Hələlik Lüksemburq və Belçika nümayəndələri bu səbəb üzrə Yerevana səfər imkanını nəzərdən keçirirlər.

    Xatırladaq ki, bu yaxınlarda baş vermiş rüsvayçı korrupsiya qalmaqalı nəticəsində Ermənistanın əsas lobbiçisi Frank Engel istefaya gedib, o, indi artıq Lüksemburqun Xristian-Sosial Xalq Partiyasının sabiq lideridir. Məlumata görə, Fransa Senatının sədri və Litvanın Xarici işlər nazirinin müavini də Yerevana səfərə ilkin razılıq veriblər. Beləliklə, Paris dövlətin ikinci şəxsini (konstitusiya iyerarxiyasına görə) Yerevana göndərərək, ATƏT-in Minsk qrupu kimi həmsədrliyini uğurla gözdən salmağa davam edir.

    Ancaq prezidentinin qondarma “soyqırımı” məsələsində açıq şəkildə ermənipərəst mövqe tutduğu Vilnüsün nəyə can atdığı sirr olaraq qalır. Lakin Litvanın İrəvana nazir müavinini göndərməsi diqqət çəkir və bu, artıq erməni məsələsinin litvalılar üçün də prioritet olmadığını sübut edir.

    Getdikcə daha çox ölkənin səmərəli əməkdaşlıq qurmaq istədiyi Türkiyə, Azərbaycan və bütün Türk dünyasının artan rolunun siyasi həqiqətlərə öz düzəlişlərini etdiyini və “soyqırımı” mövzusunun beynəlxalq aləmdə əvvəlki aktuallığını itirdiyini istisna etmək olmaz. Digər tərəfdən, bu gün Ermənistanda dövlət idarəetmə sistemində müşahidə olunan xaos da xaricdəki lobbiçilik fəaliyyətinə kömək etmir.

  • Myanmada xaos bitmir: 19 nəfərə edam cəzası verildi, insanlar evlərini tərk edir

    Myanma ordusunun hərbi çevrilişə və seçilmiş hökumət üzvlərinin tutulmasına qarşı Baqoda təşkil edilən etiraz aksiyalarına silahlı müdaxiləsi nəticəsində azı 20 mülki vətəndaş ölüb.

    “Anadolu” agentliyinə müsahibə verən fəal Keren Kin azı 60 nəfərin öldüyünü iddia edib:

    “Döyüşlərin gecə yarısına qədər davam etdiyini və cəsədlərin olduğunu eşitdik. Öldürülən mülki şəxslərin hərbi maşınlarda gizlədildiyi deyilir”.

    Onun sözlərinə görə, bölgədə minlərlə vətəndaş evlərini tərk edib.

    Eyni zamanda, ölkədə seçilmiş hökuməti çevrilişlə devirən hərbi məhkəmə 19 nəfəri bir əsgərin ölümünə səbəb olduqları üçün edam cəzasına məhkum edib.

  • Голевая дуэль в Габале: “Нефтчи” возвращается из поездки с потерей очков – ВИДЕО

    Стартовал XXII тур Премьер-лиги Азербайджана по футболу.

    Как сообщает oxu.az, первый матч дня прошел в Габале. Претендующий на чемпионство “Нефтчи” стал гостем “Габалы”.

    Хотя в первой половине игры счет так и не открылся, во второй состоялась настоящая голевая дуэль.

    Таким образом, на 54-й минуте Джеймс Аденийи в составе хозяев поля открыл счет.
    Спустя восемь минут нападающий столичной команды Мирабдулла Аббасов сравнял счет.

    На 67-й минуте “красно-черные” снова вышли вперед. Юрген Гоха порадовал свою команду.

    Капитан бакинского клуба Эмин Махмудов на 72-й минуте забил последний гол, поставив точку в игре – 2:2.

    После этого результата “Нефтчи”, набрав 43 очка, вырвался в лидеры минимум на сутки. “Габала” занимает 5-е место с 24 очками.

  • Qəbələdə qol dueli: “Neftçi” səfərdən xal itkisi ilə dönür – VİDEO

    Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib.

    Oxu.az xəbər verir ki, günün ilk oyunu Qəbələdə keçirilib. Çempionluğa iddia edən “Neftçi” “Qəbələ”nin qonağı olub.

    Oyunun ilk hissəsində hesab açılmasa da, ikinci hissədə əsl qol dueli yaşanıb.

    Belə ki, 54-cü dəqiqədə meydan sahiblərinin heyətində Ceyms Adeniyi baxımlı qolla hesabı açıb.

    Bundan 8 dəqiqə sonra paytaxt təmsilçisinin hücumçusu Mirabdulla Abbasov matçda tarazlıq yaradıb.

    67-ci dəqiqədə “qırmızı-qaralar” yenidən önə keçib. Yurqen Qoxa komandasını sevindirib.

    Bakılıların kapitanı Emin Mahmudov 72-ci dəqiqədə penaltidən fərqlənməklə oyunda son nöqtəni qoyub -2:2.

    Bu nəticədən sonra xalını 43-ə çatdıran “Neftçi” ən azı bir günlük liderliyə yüksəlib. “Qəbələ” isə 24 xalla 5-cidir.

  • “Göl” restoranı bağlandı – FOTO

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

    AQTA-dan oxu.az-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Ağdaş rayonu, Ağdaş-Qəbələ yolunda fəaliyyət göstərən, fiziki şəxs İsmayılov Valeh Məhəmməd oğluna məxsus “Göl” restoranında yoxlama keçirilib.

    Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyenik qaydalara əməl olunmadığı aşkar olunub. Eyni zamanda müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyətin xüsusi geyimdən istifadə etmədiyi, ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla əlaqədar ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.

    AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

  • Aftandil Hacıyev: “Hər oyun bizim üçün imtahandır”

    “Həqiqətən də bu gün “Sabah”ın oyununda böyük dəyişiklik gördük. Əvvəlki komandadan çox fərqlilik hiss etdik. Ramin müəllimin işi görünür. Biz də 1-2 epizod var idi ki, qol vura bilərdik”.

    “Report” xəbər verir ki, bu fikirləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XXII turunda “Sabah”la qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

    40 yaşlı mütəxəssis bildiri ki, hər iki hissədə eyni oyunu sərgiləyiblər: “Rəqib ikinci yarıda daha çox təzyiq etdi və bir neçə qol imkanı yaxaladı. Meydanı 1 xalla tərk etdik. Bu, yaxşı oldu. Rəqiblərlə müqayisədə bizdə heyət baxımından kasadlıq var. Futbolçular sona qədər mübarizə apardılar. Hər oyun bizim üçün bir imtahandır. Bugünkü nəticəni qənaətbəxş hesab etmək olar”.

    Hacıyev 90+2-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulan Məqsəd İsayevin yaxşı çıxış etdiyini söyləyib: “İlk hissədə aldığı sarı vərəqə də ucuz idi. Fasilədə bunula bağlı iradımı bildirdim. Görünür ki, onunla daha ciddi söhbət etməyə ehtiyac var. Bəlkə də psixoloji planda hansısa problemi var”.

  • Hacıqabulda nişan mərasimi keçirən qudalar məsuliyyətə cəlb edilib

    Hacıqabul Rayon Polis Şöbəsinə (RPŞ) rayonun İkinci Udulu kəndi ərazisindəki fərdi yaşayış evlərinin birində nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub.

    “Report”un əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

    Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, nişan mərasiminin təşkilatçıları (qudalar) da daxil olmaqla, ümumilikdə 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidməti “Report”a faktı təsdiqləyib.