Month: April 2021

  • Ali İqtisad Məktəbi: Dünya iqtisadiyyatı bu il böhrandan çıxmayacaq

    Koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhranın 2021-ci ildə dəf ediləcəyinə dair proqnozlar özünü doğrultmur.

    Median.Az “TASS”-a istinadən xəbər verir ki, belə bir qənaət Rusiyanın “Ali İqtisad Məktəbi Milli Tədqiqat Universiteti” və Rusiya Sənayeçi və İş Adamları Birliyi tərəfindən hazırlanmış hesabatda yer alır.

    Hesabat müəlliflərinə görə, 2020-ci ildə dünya iqtisadiyyatına mənfi təsir göstərmiş amillər hələ də aradan qaldırılmayıb.

    “Karantin tədbirlərinin müxtəlif gücü, ayrı-ayrı ölkələrdə peyvəndləmənin müxtəlif sürəti, habelə virusun yeni, daha təhlükəli ştamların üzə çıxması bundan sonra da ölkə iqtisadiyyatlarına, dünya boyu tədarük zəncirlərinə mənfi təsir edəcək”, – deyə sənəddə qeyd olunur. Beləliklə, hökumətlər iqtisadi siyasətini uzunmüddətli tənəzzülə uyğunlaşdırmalıdır.

    Pandemiya dövründə dövlət biznes sektorunu və əhalini səmərəli dəstəkləsə də, dövlətin qiymətlərə müdaxiləsi, dövlətin payı olduğu şirkətlərin güclənməsi gələcəkdə müəyyən fəsadlar doğura bilər.

  • Kürdə batan qızın meyiti tapıldı, qardaşı axtarılır – YENİLƏNİB

    Aparılan axtarış işləri nəticəsində dalğıc-axtarış qrupu tərəfindən 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının meyiti bu gün günorta saatlarında Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Batdığı ehtimal olunan 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.

    * * * * *

    Kür çayında batmış 2 nəfərin axtarışları dalğıc-axtarış qrupu tərəfindən davam etdirilir.

    Bu barədə qafqazinfoya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

    Qeyd edək ki, ötən gün FHN-in “112” qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

  • Bakıda körpənin üzərinə qapı düşdü, azyaşlı hadisə yerindəcə keçindi

    Bakıda iki yaşlı körpə faciəvi şəkildə ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb.

    Belə ki, 2019-cu il təvəllüdlü Rinat İskəndərlinin üzərinə evin giriş qapısı düşüb və o, yerindəcə dünyasını dəyişib.

    Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Kim Çen In təhsil nazirini edam etdi

    Şimali Koreyanın lideri Kim Çen In təhsil naziri barəsində edam qərarı verib.

    Bu barədə “Daily NK” Şimali Koreya rejiminin Təşkilat və Rəhbərlik Departamentindən (ODG) sızdırılan bir sənədə istinadla xəbər yayıb.

    Bildirilir ki, təhsil komissiyasının uğursuzluğu araşdırılıb, bəzi təhsil işçilərinin hökumətin siyasətini tənqid etdiyi məlum olub.

    Şimali Koreya rejiminin prinsiplərini həyata keçirə bilməyən təhsil naziri kifayət qədər video zəng etmədiyi və nazirliyin iş yükündən şikayətləndiyi üçün edam olunub.

    Adı xəbərlərdə yalnız “Park” kimi qeyd edilən nazirin 50 yaşlarında olduğu bildirilir.

  • “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edə bilmədi

    Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start verilib.

    Günün ilk oyununda “Neftçi” “Qəbələ”nin qonağı olub.

    Qəbələ şəhər stadionundakı matç 2:2 hesabı ilə yekunlaşıb. İlk hissədə qapılara qol vurulmayıb. Görüşdə əsas hadisələr ikinci yarıda baş verib. 54-cü dəqiqədə meydan sahiblərinin heyətində Ceyms Adeniyi baxımlı qolla hesabı açıb.

    62-ci dəqiqədə paytaxt təmsilçisinin hücumçusu Mirabdulla Abbasov hesabı bərabərləşdirib. Bundan 5 dəqiqə sonra “qırmızı-qaralar” yenidən önə keçib. Yurqen Qoxa topu qapıdan keçirib. Flaqmanın kapitanı Emin Mahmudov 71-ci dəqiqədə penaltidən fərqlənməklə hesaba yenidən tarazlıq gətirib.

    İkinci pillədə qərarlaşan “Neftçi” 43-cü, 5-ci sıradakı “Qəbələ” isə 24-cü xalını qazanıb.

    Qeyd edək ki, günün digər oyununda “Sabah” “Səbail”i qəbul edəcək. Tura aprelin 11-də oynanılacaq “Zirə” – “Keşlə” və “Qarabağ” – “Sumqayıt” matçları ilə yekun vurulacaq.

  • ABŞ-da Azərbaycan Amerika Cəmiyyətinin evi olan tarixi bina niyə satılıb? – VİDEO

    ABŞ-da 1957-ci ildən Azərbaycan Amerika Cəmiyyətinin evi olan tarixi bina satılıb. Azərbaycan Xalq Cümhuriyyəti dönəmindən sonra Amerikaya mühacirət edənlərin toplaşdığı tarixi evdə Azərbaycan mədəniyyəti də qorunub- saxlanıb. Bəs bina niyə satılıb və ordan əldə edilən pul nəyə xərclənəcək?

    “Xəzər Xəbər”in Amerikadakı müxbiri Vüsalə Abbasova bu suala cavab axtarıb…

    Milli.Az xezerxeber-ə istinadən bildirir ki, ABŞ-da fəaliyyət göstərən ilk diaspor təşkilatı olan Azərbaycan Amerika Cəmiyyəti 1957-cı ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik naziri işləmiş Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı tərəfində təsis edilib. ABŞ-a ilk dəfə olaraq Azərbaycan bayrağını gətirən Saleh bəyin ən böyük arzusu ABŞ-da yaşayan Azərbaycan icmasını bir yerə toplamaq idi. Elə bu səbəbdən də, o, Azərbaycan icmasından topladığı pullarla 1972-ci ildə Nyu-Cersi ştatının Nevark adlanan bölgəsində geniş otaqlardan ibarət tarixi bir köşkü satın alır. Saleh Şeyxzamanlı evin həyətində böyük məscid də inşa etdirir.

    Köhnə görkəmindən əsər-əlamət qalmayan ev bir vaxtlar ABŞ-a Azərbaycandan qonaq gələn bütün mötəbər şəxslərin ilk ziyarət yeri idi. Bu evdə Polad Bülbüloğlu, Zeynəb Xanlarova və bir çox böyük sənətkarımız həmvətənlərimizlə görüşlər keçirib, Amerikada mühacir həyatı yaşayan soylaşlarımız burada adət-ənənələrimizi və irsimizi qoruyub- saxlayırdılar.

    Azərbaycan evinin önündə yazılan löhvədə göstərilir ki, ev 2019-cu ildə Azərbaycan Amerika Cəmiyyəti deyil, başqa bir təşkilatın adı altında satışa çıxarılıb və sözügedən ərazidə nəhəng bir bina tikiləcək.

    Hazırda bu cəmiyyətə rəhbərlik edən Tomris Azəri il əlaqə saxladıq. Bu mövzuda müsahibə vermək istəmədiyini deyən təşkilat rəhbəri evin satıldığını və əldə olunan vəsaitin dərnəyə aid bir bank hesabında saxlanıldığını bildirdi.

  • Sprey formasında koronavirus vaksini hazırlanır

    Finlandiyalı alimlər bu ilin sonunadək koronavirusa qarşı yeni vaksinin hazrılanmasını başa çatdıra bilər.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu vaksin digərlərindən fərqli olaraq burun spreyi formasında olacaq.

    Helsinki Universitetinin professoru, layihənin müəlliflərindən biri Kalle Saksela bildirib ki, preparatın hazırlanmasına ötən ilin yazında başlanılıb.

    Bu vaksinin sprey formasında olması onunla əlaqədardır ki, virus insan orqanizminə əsasən nəfəs yolları ilə daxil olur. Vaksin selikli qişanın müdafiəsini təmin etməklə yanaşı, həm də orqanizmin ümumi immunitetini gücləndirəcək.

    Hazırda vaksinin heyvanlar üzərində sınaqları bitmək üzrədir. Preparatın könüllülər üzərində sınaqlarının birinci mərhələsinin yayda başlaması planlaşdırılır.

  • Gəncədə restoran yanıb

    Gəncədə restoranda yanğın baş verib.

    Median.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Natəvan qəsəbəsində qeydə alınıb.

    Qəsəbədə yerləşən “Yaşıl park” ailəvi istirahət mərkəzində qəfil yanğın baş verib.

    Dərhal əraziyə FHN-in yanğınsöndürən briqadası və texnikası cəlb olunub. Sahəsi 144 kv. metr olan restoranın 30 kv. metri yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

    Hadisənin baş vermə səbəbləri araşdırılır.

  • 6200 manat oğurlayanlar saxlanıldı

    Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 2 evdən ümumilikdə 6200 manat və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ələt qəsəbə sakinləri M. Babayev və F. Vahidov saxlanılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Səudiyyə Ərəbistanında 3 hərbçi edam olundu

    Səudiyyə Ərəbistanın hərbi tribunalı 3 hərbçini vətənə xəyanətdə təqsirli bilərək edam hökmü verib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət informasiya agentliyi bildirib.

    Qeyd olunur ki, hərbçilərin günahı təsdiq olunub və onlara ölüm hökmü verilib.

    Edam cəzasının icra olunduğu deyilir.