Month: April 2021

  • Hava limanına itlər cəlb edildi: FHN təlim keçir – FOTO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) tərəfindən Zabrat Hava Limanı ərazisində təlim keçirilib.

    FHN-dən verilən məlumata görə, təlimin keçirilməsində məqsəd şəxsi heyətin qanunsuz müdaxilə aktlarının qarşısının alınması üzrə vərdişlərinin təkmilləşdirilməsi olub.

    Təlimə XRXX-nin Kinoloji taborunun 10 nəfərdən ibarət şəxsi heyəti və 10 xüsusi təlim keçmiş xidməti iti cəlb olunub.

    Təlim zamanı kinoloji taborun əməkdaşları sərnişinlərin və xidməti personalın təxliyəsi, şərti partlayıcı qurğunun aşkar edilməsi, zərərsizləşdirilməsi və digər operativ tədbirlər üzrə bilik və bacarıqlarını təkmilləşdiriblər.



  • Toy iştirakçıları cərimə edilməmək üçün hasarın üzərindən qaçdı – VİDEO

    Paytaxtın Xəzər rayonunun Türkan qəsəbəsində xüsusi karantin rejim qaydalarını pozaraq evlərin birində toy mərasiminin keçirilməsi aşkalanıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

    Onlarla profilaktik söhbətlər aparılıb, karantin qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

    Ümumilikdə 28 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib olunmaqla, inzibati tənbeh tədbirləri tətbiq edilib.

  • İlham Əliyev Erkan Özoralın fəaliyyətini yüksək dəyərləndirdi

    “Fəaliyyət müddətində siz Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafı üçün çox böyük işlər görmüsünüz, səylər göstərmisiniz və bu gün bu əlaqələr ən yüksək zirvədədir”.

    Bunu Prezident İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edərkən deyib.

    “Bütün sahələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi özünü təsdiq etdi və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstək, əlbəttə, həmişə bizim xatirimizdə olacaqdır, bizim qəlbimizdə yaşayacaqdır. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından bizə verdiyi dəstək bizi ruhlandırdı və bəzi xarici qüvvələrin bu müharibədən kənarda durmasını təmin etdi”, – deyə İ.Əliyev bildirib.

    Dövlət başçısı qeyd edib ki, Azərbaycan-Türkiyə əlaqələri çoxşaxəlidir.

    “Siz burada fəaliyyət göstərən səfir kimi əlbəttə ki, bu əlaqələrin nə qədər dərin olmasını yaxşı bilirsiniz. Elə bir sahə yoxdur ki, o sahədə biz əməkdaşlıq etməyək. Son illərdə bütün sahələrdə böyük inkişaf var. Artıq bizim vətəndaşlarımızın qardaş ölkələrə pasportsuz, yəni, daxili sənədlə səfər etməsi, əlbəttə ki, əlaqələrimizin nə qədər dərin olmasından xəbər verir”.

    İlham Əliyev söyləyib ki, E.Özoralın Azərbaycandakı fəaliyyəti həm bir səfir, həm də bir türk vətəndaşı kimi böyük təqdirlə qarşılanır.

    “Siz burada özünüzü vətəninizdəki kimi hiss etmisiniz, bu da təbiidir. İndi demək istəyirdim ki, vətənə qayıdırsınız, əslində, siz vətəndəsiniz və hər zaman burada sizin yeriniz var, bizim ürəyimizdə yeriniz var. Bilirəm ki, Azərbaycan ictimaiyyəti, Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar, media nümayəndələri, rəsmi şəxslər sizin fəaliyyətinizə çox böyük qiymət verirlər, o cümlədən mən. Çünki bu illərdə, əlbəttə ki, həm burada, həm Türkiyədə çoxsaylı səfərlərim əsnasında sizin fəaliyyətinizin şahidi olmuşam və görmüşəm. Bilirəm ki, siz bütün səylərinizi iki qardaş xalqın bir-birinə daha yaxın olmasına istiqamətləndirmisiniz.

    Bütün bunları nəzərə alaraq, siz Azərbaycan dövlətinin yüksək ordeni – “Dostluq” ordeni ilə təltif edilmisiniz və istərdim ki, bu yüksək mükafatı sizə təqdim edim”.

  • Горящее в Баку судно потушено – ОБНОВЛЕНО

    Пожар, вспыхнувший на судне в поселке Бибиэйбат Сабаильского района Баку, потушен подразделениями Государственной противопожарной службы МЧС.

    * * * * *

    В Центр управления в кризисных ситуациях МЧС поступила информация о пожаре на судне, пришвартованном с целью утилизации к причалу в поселке Бибиэйбат Сабаильского района Баку.

    К месту происшествия привлечены силы Государственной противопожарной службы МЧС.

    В настоящее время принимаются меры по тушению пожара.

  • Bakıda yanan gəmi söndürülüb – YENİLƏNİB + VİDEO

    Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Əlavə məlumat veriləcək.

    * * * * *

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə yanğın olması barədə məlumat daxil olub.

    FHN-dən bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

    Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

  • “Bandotdel”in əməliyyatından VİDEO / FOTO

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı dövriyyədən 64 kiloqram narkotik vasitə çıxarılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

    Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı yüksək təsiredici xassəyə malik ümumi çəkisi 64 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddənin qeyri-müəyyən yollarla ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.

    Belə ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti uğurlu tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri Müşfiq Mirzəyev və Nadir Babayev saxlanılıblar. Nadir Babayevin Novxanı qəsəbəsindəki bağ evinə baxış zamanı oradan ümumi çəkisi 64 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə – 38 kiloqram 867 qram heroin, 19 kiloqram 960 qram metamfetamin, 1 kiloqram 200 qram tiryək, 3 kiloqram 500 qram marixuana və 448 ədəd narkotik tərkibli satışı qadağan edilən “Metadon” həbləri götürülüb.

    Araşdırma zamanı müəyyən olunub ki, Müşfiq Mirzəyev şəxsiyyəti istintaqa hələlik məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə gətirilməsini təşkil edib. Daha sonra o, şəxsi avtomobili ilə narkotik vasitələri Bakı-Astara magistralının Masallı rayonu ərazisindən keçən hissəsində gizlədilən yerdən götürüb tanışı Nadir Babayevin bağ evinə gətirib. Müşfiq Mirzəyev həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakı, eləcə də, digər şəhər və rayonlarda müxtəlif yerlərə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təmin etməli idi.

    Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, əməliyyat və istintaq tədbirləri davam etdirilir.




  • Cəlilabadda 20 yaşlı gənci elektrik cərəyanı vurub

    Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

    “Report”un məlumatına görə, hadisə rayonun Alar kəndində qeydə alınıb.

    Məlumata görə, yüksək gərginlikli elektrik xətti qırılaraq yaxınlıqda olan kənd sakini, 2001-ci il təvəllüdlü Mirzəyev Əli Rza oğlunun üzərinə düşüb. Kənd sakini ağır dərəcəli yanıq xəsarətləri alıb. Yaralı ağır vəziyyətdə paytaxt xəstəxanalarından birinə köçürülüb. Hadisənin təfərrüatı dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Дорожная полиция обратилась к участникам движения

    Главное управление Государственной дорожной полиции (ГДП) МВД Азербайджана обратилось к водителям и пешеходам.

    “В целях предотвращения правонарушений, а также просвещения о необходимости соблюдения правил дорожного движения, органы внутренних дел планируют организовать контрольно-профилактические рейды.

    Они будут проводиться на территории страны с апреля до конца года с целью выявления и предотвращения нарушений водителями правил остановки и парковки, использования ремней безопасности, а также световых и звуковых сигналов, создания водителями помех движению пешеходов, несоблюдения правил дорожного движения пешеходами, водителями мотоциклов, мопедов и велосипедов, управления транспортным средством без прав или в нетрезвом виде. Кроме того, в центре внимания будут меры по предотвращению загрязнения окружающей среды выхлопными газами и детского травматизма, нарушений противоэпидемического, санитарно-гигиенического и карантинного режимов, а также требований по использованию средств индивидуальной защиты.

    Главное управление дорожной полиции МВД еще раз обращается с призывом соблюдать правила дорожного движения, не допускать правонарушений в этой сфере, а также активно участвовать в профилактических мероприятиях при содействии СМИ, которые будут способствовать пропаганде культуры дорожного движения и просвещению”, – говорится в информации дорожной полиции.

    Отмечается, что проводимые меры сыграют важную роль в снижении количества ДТП.

  • DYP sürücülərə müraciət etdi

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.

    Müraciətdə deyilir:

    “Daxili işlər orqanları tərəfindən cəmiyyətdə geniş yayılan və insanlarda narazılıq doğuran hüquqpozmaların qarşısının alınması, eləcə də hərəkət iştirakçılarının yol hərəkəti qaydalarına riayət etmələri barədə maarifləndirilməsi məqsədilə nəzarət-profilaktiki reydlərin təşkili nəzərdə tutulub.

    Bu ilin aprel ayından başlayaraq ilin sonunadək ölkə ərazisində mütəmadi olaraq həyata keçirilməsi planlaşdırılan reydlər əsasən sürücülər tərəfindən dayanma-durma və parklanma, təhlükəsizlik kəmərlərindən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması, sürücülər tərəfindən piyadalara yol verilməməsi, habelə piyadalar, motosiklet, moped və velosiped sürücüləri tərəfindən qaydalara əməl edilməməsi, nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan və yaxud sərxoş vəziyyətdə idarə olunması, ətraf mühitin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsi hallarının və uşaq travmatizminin qarşısının alınması tədbirlərini, həmçinin də xüsusi karantin rejimi müddətinin sonunadək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin, o cümlədən fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına qarşı tədbirləri əhatə edəcək.

    DİN-in Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarına müraciət edərək onları yol hərəkəti qaydalarına əməl etməyə, bu sahədə hüquqpozmaların qarşısının alınması ilə yanaşı vətəndaş məmnunluğunun, ictimai maraqların təmin edilməsi, eləcə də kütləvi informasiya vasitələrinin iştirakı ilə yol hərəkəti mədəniyyətinin təbliği və maarifləndirmə işinə töhfə verəcək preventiv tədbirlərdə aktiv iştirakçılığa dəvət edir.

    Zənn edirik ki, keçirilən bu tədbirlər yol qəzalarının sayının azaldılmasında əhəmiyyətli rol oynayacaq”.

  • В Огузе пресекли проведение свадебной церемонии

    Сотрудники Огузского РОП выявили, что житель села Моллалы Ибрагим Мамедов организовал в своем доме свадебное торжество.

    В ходе осмотра места проведения мероприятия полицейские зафиксировали нарушения санитарно-гигиенических норм и правил карантинного режима.

    С участниками церемонии провели разъяснительную беседу, в отношении организаторов приняты меры административного характера.