Month: April 2021

  • Bakıda ağır yol qəzası olub, xəsarət alanlar var

    Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

    Dədə Qorqud qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1967-ci il təvəllüdlü Qasımov Şükür Həbib oğlu, 1979-cu il təvəllüdlü İsayev Məcid Zakir oğlu, 1988-ci il təvəllüdlü Məmmədov Vüsal İltifat oğlu, 1989-cu il təvəllüdlü Əliyev Qəşəm Araz oğlu xəsarət alıblar.

    Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Ş.Qasımova sol ayaq barmaqlarının sınığı, M.İsayevə döş qəfəsinin əziyi, V.Məmmədova sağ biləyin sınığı, Q.Əliyevə döş qəfəsinin əziyi diaqnozları qoyulub.

  • Kompüteri beynindəki çiplə idarə edən meymun nümayiş olunub – VİDEO

    İlon Maskın “Neuralink” şirkəti yeni nəsil neyron interfeysinin praktiki fəaliyyətini nümayiş etdirib.

    Müvafiq video şirkətin youtube səhifəsində yerləşdirilib.

    Videoda beyninə xüsusi çip yerləşdirilmiş meymun əks olunub. O, əvvəlcə coystik, sonra isə beynindəki çip vasitəsilə kompüterdə oyun oynayır. Bu zaman meymun kompüteri heç bir əlaqələndirici vasitə olmadan, öz fikirlərilə idarə edir.

    Şirkətdən verilən məlumata görə, sözügedən çi

  • Bakıda yeniyetmə itkin düşüb – FOTO

    Bakıda 2008-ci il təvəllüdlü Mövludov Əli Camal oğlu itkin düşüb.

    Bu barədə “Report”a onun atası Camal Mövludov məlumat verib.

    O, bildirib ki, hadisə dünən axşam saat 17:30 radələrində olub. Ə.Mövludov “Qara Qarayev” metrostansiyasının yaxınlığında anası ilə birlikdə gəzmək üçün yaşadığı binanın həyətinə düşüb. Lakin naməlum istiqamətə gedib. Yeniyetmə bu günə kimi evə qayıtmayıb. Ə.Mövludovun valideynləri hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə məlumat veriblər.

    Qeyd edək ki, yeniyetmə psixi xəstəlikdən əziyyət çəkir.

    Ə.Mövludovu görənlərdən və ya onun barəsində məlumatı olanlardan Nizami Rayon Polis İdarəsinə və ya 055 213 53 38 nömrəli telefona məlumat vermələri xahiş olunur.

  • Bakıda 44 yaşlı kişiyə tanışı tərəfindən kəsici alətlə xəsarət yetirilib

    Bakıda iki nəfər arasında mübahisə xəsarətlə nəticələnib.

    “Report” xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

    Suraxanı parkında mübahisə zəminində 1977-ci il təvəllüdlü Nuşirəvanlı Nuşirəvan Arif oğluna tanıdığı şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilib.

    Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona təpə nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

  • Новые кадры въезда в Шушу – ФОТО

    Установлена еще одна надпись “Шуша” на въезде в освобожденный город.

    Соответствующие кадры распространились в социальных сетях.

    Недавно размещенная надпись с названием на въезде в город со стороны Ханкенди теперь освещается.

    Отметим, что 8 ноября 2020 года азербайджанская армия освободила от армянской оккупации город Шушу.

  • Şuşanın girişindən yeni görüntülər – FOTO

    Şuşa şəhərinin girişinə daha bir “Şuşa” yazısı quraşdırılıb.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Şuşanın Xankəndi istiqamətindən girişində yeni quraşdırılan tablo işıqla təchiz olunub.

    Qeyd edək ki, 2020-ci il noyabrın 8-də Azərbaycan ordusu Şuşa şəhərini işğaldan azad edib.

    Ərazidən lentə alınan görüntüləri təqdim edirik:

  • В МВД произведено назначение

    Приказом министра внутренних дел Азербайджана генерал-полковника Вилаята Эйвазова полковник-лейтенант полиции Анар Мамедов назначен заместителем по оперативной работе Сабирабадского РОП.

    Ранее он занимал аналогичную должность в Балакенском РОП.

  • DİN-də yeni TƏYİNAT

    Daxili işlər orqanlarında növbəti kadr islahatı aparılıb.

    Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, polis polkovnik-leytenantı Anar Məmmədov Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməliyyat üzrə rəis müavini təyin edilib.

    O, bundan əvvəl Balakən RPŞ-nin əməliyyat üzrə rəis müavini vəzifəsində çalışıb.

  • Qazaxda karantin rejimini pozan hamam aşkarlanıb: Həbs edilən var

    Qazax rayonunda karantin rejimi qaydalarına əməl etməyən hamam aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə Qazax Rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisindəki “İsrafil Ağa” adlı hamamın sanitar-karantin qaydalırına zidd olaraq, gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub.

    Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək obyekt işçiləri və müştərilərdən ibarət altı şəxsi polis şöbəsinə gətiriblər.

    Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Müştərilərdən üç nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

    Hamamın sahibi Eldəniz Əzimov barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəminin qərarı ilə obyekt sahibi 10 sutka müddətinə inzibati qaydada həbs edilib.

  • Türkiyənin koronavirus peyvəndi barədə AÇIQLAMA

    Türkiyənin Erciyes Universitetinin rektoru, professor Mustafa Çalış yerli koronavirus peyvəndi ilə bağlı açıqlama verib.

    DHA xəbər verir ki, o bu gündən peyvənd sınaqarının ikinci mərhələsinin bitdiyini deyib.

    Çalış qeyd edib ki, ikinci dozanın effektivlik nəticələri aprel ayının sonundan etibarən ortaya çıxacaq və üçüncü mərhələyə başlanacaq.