Month: April 2021

  • Qadın niyə incəliyini itirir? – ƏSAS FAKTORLAR – VİDEO

    Bir çox müvəffəqiyyətli qadın şəxsi həyatda uğur qazana bilmir. Deyirlər ki, kişilər onlara əhəmiyyət vermir. Evli qadınlar münasibətlərində soyuqluqdan, xüsusilə kişilərin daha əvvəlki kimi onların qayğısına qalmamasından gileylənir.

    Təəssüf ki, bütün qadınlar buna nəyin səbəb olduğunu başa düşmür. Çox güman ki, qadın incəliyini itirdiklərini etiraf etməyə cəsarət etmirlər. Odur ki, bu məsələni genişləndirməyə dəyər.

    Median.Az oxucuları qadın incəliyinin itməsinə səbəb olan əsas amillərlə tanış edir.

    1. Tələskənlik, vurnuxma

    Əgər qadın bir çox məsuliyyəti öz üzərinə götürürsə, o zaman öz görünüşünə ayırmağa vaxt tapmır. Məsələn, qadının kiçik uşaqları varsa, o zaman əksər vaxtını onlara həsr edir. Qadınların çoxu ana olduqdan sonra baxımsız görünür. Axı qadının planlaşdırdığı bütün işləri yerinə yetirməsi üçün vaxt qazanması vacibdir. Odur ki, vurnuxma qadın incəliyinin itməsinə gətirib çıxarır.

    2. Həddindən artıq ictimai fəaliyyət

    İctimai fəallar adətən tənha olur. Ailədə özlərini realizə edə bilmirlər. Bu baxımdan qüvvələrini ictimai fəaliyyətə yönəldirlər. Nəticədə onların qadınlığı tamamilə itir.

    3. Sevmədiyi işləri yerinə yetirməsi

    Qadın sevdiyi işi edərkən ən yaxşı keyfiyyətlərini ortaya qoyur. Xoşlamadığı işlə məşğul olduğu zaman isə xarakterində kişilik xüsusiyyətləri yaranmağa başlayacaq. Beləliklə, qadın cəlbedici və incə olmağı dayandıracaq.

    4. Kişi geyimlərinə üstünlük verilməsi

    Cins geyimlər və şalvarlar qadın bədən quruluşunu vurğulaya bilər. Bundan əlavə, onlar çox əlverişlidir. Ancaq onları daim geyinmək qadınlığı unutdurur. Psixoloqlar hesab edirlər ki, hər qadının qarderobunda ətək və don çox olmalıdır. Onu da qeyd etmək lazımdır ki, qadın qarderobunun parlaq geyimlərdən ibarət olması tövsiyə edilir.

    5. Uğursuz saç düzümü

    Buna sadəcə qısa saç düzümünü daxil etmək lazım deyil. Qadını cəlbedici göstərməyən saç düzümü rahat, lakin ona yaraşmayan və gözəl olmayan kəsimlərdir. Belə bir saç düzümündə qadın cəlbedici ola bilməz.

    6. Heç bir aksesuardan istifadə etməyən qadın

    Xanım görünüşünə cazibə əlavə etmək üçün bəzək və zərgərlik əşyaları istifadə etməlidir. Heç bir bəzək əşyalarından istifadə etməyən qadının imici darıxdırıcı görünür. Ətrafda belə təəssürat yaranacaq ki, qadınlıqdan məhrumsunuz.

    7. Baxımsız qadın

    Əgər qadın xarici görünüşünün qayğısına qalmır və baxımsızdırsa, kişi üçün maraqlı olmayacaq. Odur ki, istənilən qadın kosmetikadan minimum da olsa istifadə etməli və saçlarını təmiz saxlamalıdır.

    8. Heç bir maraqları olmayan qadın

    Şəxsi maraqları və məşğuliyyəti olmayan qadın kişilər üçün maraqlı olmayacaq. İstənilən qadının yaradıcı təbiəti olmalıdır.

    9. İdarə etməyi sevən qadın

    Belə qadınlar kişi xarakterinə malikdir. Qadın idarəçiliyə meylli olmamalıdır, onun başlıca missiyası kişini ilhamlandırmaqdır.

    10. Qalmaqal

    Əgər qadın daim mübahisə edirsə, o, kişinin gözündə maraqlı olmayacaq. Hələ ki, qalmaqal heç bir qadını gözəlləşdirməyib. Artıq qadın incəliyinin itməsinə səbəb olan ən ümumi səbəbləri bilirsiniz. Odur ki, özünüzü yaxşıya doğru dəyişə bilərsiniz. (publika.az)

  • Amerikalı məşhur reper vəfat edib

    Amerikalı reper və aktyor DMX (əsl adı Erl Simmons) 50 yaşında vəfat edib.

    Median.Az trend-ə istinadən xəbər verir ki, bu barədə “Rolling Stone” jurnalı onun ailəsinə istinadən bildirib.

    Bildirilib ki, E.Simmons “White Plains” adlı hospitalda ürək tutmasından dünyasını dəyişib.

    Qeyd edək ki, aprelin 3-də “TMZ” jurnalı mənbələrə istinadən xəbər verib ki, repçinin narkotik dozasını aşdığı üçün ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

  • Şəmkirdə orta yaşlı kişini elektrik cərəyanı vurub

    Şəmkir şəhərində Emin adlı yerli sakin (soyadı dəqiqləşdirilir – red) iş görən zaman ehtiyatsızlıq etdiyindən onu elektrik cərəyanı vurub.

    “Report”un Qərb mərkəzinin məlumatına görə, hadisə yerinə təcili tibbi yardım briqadası cağırılıb və o, xəstəxanaya aparılıb.

    Zərərçəkənin həyatı üçün təhlükənin olmadığı bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Uşaqlarda boyu uzadan QİDALAR VƏ VİTAMİNLƏR – VİDEO

    Boy artımı uşaqlarda yaşa uyğun normal fizioloji prosesdir, hansı ki, bu ərəfədə bədəni qida ilə lazımi vitaminlərlə təmin etmək vacibdir.

    Median.Az boy artımına səbəb olan qida məhsullarının adlarını təqdim edir:

    Yulaf

    A, B, E, K vitaminləri, maqniy, kaliy, ftor, yod, sinklə zəngindir. Əzələ və skeleti təmin edir, həzmi yaxşılaşdırır. Süddə sıyığı hər gün verilə bilər.

    Yumurta

    D vitamini ilə zəngindir, təmiz zülaldır. Uşağa suda bişmiş yumurta verin.

    Paxlalılar – noxud, mərci, lobya

    Bitki zülalıdır, B qrup vitaminləri ilə zəngindir, boyu uzadır, enerji verir

    Kəsmik

    D vitamini, kalsiy, maqniylə zəngindir. Sümükləri bərkidir

    Tərkibində boyu uzadan maddələr var.

    Alma

    Orqanizmi dəmirlə zənginləşdirir

    B qrup vitamin, kalsium, maqniy, beta karotin ilə zəngindir.

    Qoz

    Beyin, yaddaş, ürək üçün vacibdir. Amin turşuları boya təsir edir

    Dəniz məhsulları

    Zülal və B 12 ilə zəngindir.

    Yağlı balıq

    Ürək, damar, sümük sistemini möhkəmləndirir, D vitamini mənbəyidir, boy hormonunu aktivləşdirir

    Əgər uşaqda ciddi vitamin, mineral, D vitamin əskikliyi varsa, boyda geriləyir, bu zaman qida az təsir edəcək, əlavə BAD və vitaminlər seçilib verilməlidir. (publika.az)

  • Neftçalada 14 yaşlı qıza bir neçə kişi təcavüz etdi – VİDEO

    Neftçala rayonunda 14 yaşlı qız təcavüzə məruz qalıb.

    Median.Az-ın məlumatına görə, hadisə rayonun Mirqurbanlı kəndində baş verib.

    Kənd sakinlərinin dediyinə görə, anası tərəfindən atılan yetkinlik yaşına çatmayan qız qardaşları ilə birlikdə nənə və babasının himayəsində olub.

    İddialara görə, Mirqurbanlı kənd orta məktəbində oxuyan 9-cu sinif şagirdi uzun müddət öz qohumu və kənddəki bir neçə kişi tərəfindən təcavüzə məruz qalıb.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu “Xəzər Xəbər”ə bildirib ki, baş vermiş hadisə nəzarətə götürülüb.

    Sığnacağın direktoru Mehriban Zeynalova isə bildirib ki, qız hazırda adaptasiya prosesi keçir. Onun sözlərinə görə, məktəbli qız əvvəlkinə nisbətən özünü yaxşı hiss edir.

    Daxili İşlər Nazirliyindən bildirilib ki, həmin faktla bağlı başlanmış cinayət işi üzrə istintaq prosesində iddialar və hadisə ilə bağlı faktın təfərrüatları tam və hərtəfli araşdırılır.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Ramiz Mehdiyevlə bağlı daha bir şok fakt üzə çıxdı

    AMEA-nın prezidenti Ramiz Mehdiyevlə bağlı daha bir şok fakt üzə çıxıb.

    Baxar.az-ın araşdırmasına görə, AMEA-da qohumbazlıq hökm sürür.

    Ramiz Mehdiyevin köməkçisi Həcər Hacıməmməd qızı Vəliyevanın bacısı AMEA-da çalışır. H.Vəliyevanın bacısı Lamiyə Hacıməmməd qızı Sultanova 2017-ci ildə AMEA-da dissertanturaya qəbul olunub və həmin ildən akademiyada işləyir.

  • Deputat: “Mina xəritələrini vermədiyinə görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir”

    Beynəlxalq qanunlara əsasən, Ermənistan işğal altında saxladığı müddətdə minaladığı Azərbaycan ərazilərinin xəritələrini təqdim etməlidir.

    Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib. C.Osmanov bildirib ki, bu məsələ beynəlxalq hüquq və normalarda öz əksini tapıb: “Amma çox təəssüf ki, 10 noyabrda imzalanan üçtərəfli bəyanatdan artıq 5 ay keçir, amma bu günə qədər Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təqdim etməyib.

    Əlbəttə, Ermənistan həm müharibəyə qədər, həm müharibə boyunca da hərbi cinayət törətdi. Baxmayaraq ki, 10 noyabrda ermənilər kapitulyasiya aktına imza atdırlar, bu günə qədər minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə təqdim etməməklə yenə də hərbi cinayətlərin törədilməsini davam etdirirlər. Və çox təəssüf ki, bu məsələdə dünya hələ də susur, dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar bu məsələyə münasibət bildirmirlər. Amma bu məsələ ilə bağlı beynəlxalq təşkilatlar, xüsusən hüquq müdafiəsi sahəsində ixtisaslaşan təşkilatlar Ermənistan tərəfinə ciddi təzyiq göstərməlidirlər. Əgər ciddi təzyiqlərdən nəticə çıxarmasa, Ermənistana sanksiyalar tətbiq edilməlidir.

    Çox təəssüf ki, dünyada ikili standartlar mövcuddur və bu gün də biz o ikili standartları Ermənistana təzyiq göstərməməkdə görürük. Ermənistanın xəritələri təqdim etməməsi bir hərbi cinayətdir və bu hərbi cinayəti törədənlər gec-tez beynlxalq hüquq müstəvisində cavab verməli olacaqlar, beynəlxalq təşkilatların da məhz əsas işi ondan ibartdir ki, belə hallarda belə ölkələrə ciddi təzyiq göstərsinlər”.

  • Goranboyda ad günü keçirilməsinin qarşısı alınıb

    Goranboy rayon Polis Şöbəsinə (RPŞ) rayonun Qaradağlı kəndində ad günü mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb.

    Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub. Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.//milli.az

  • Həbsxanaya balığın içində narkotik keçirmək istəyən qadın tutulub – FOTO

    Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

    APA xəbər verir ki, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Məhərrəmov Ramil Məhərrəm oğluna qohumu Sumqayıt şəhər sakini Həmzəyeva Xanım Şakir qızı tərəfindən gətirilən sovqata baxış keçirilən zamanı orada balıqların içərisində xüsusi üsulla gizlədilən 11 ədəd şəffaf sellofan bükülüdə ümumi çəkisi 1,336 qram olan psixotrop maddə- metamfetamin, ümumi çəkisi 0,320 qram olan narkotik vasitə-metadon və ümumi çəkisi 2,250 qram olan psixotrop maddə preqabalin aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Dünyada son 3 ayda koronavirusa ən yüksək gündəlik yoluxma qeydə alındı

    Pandemiya ərzində dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 133,53 milyonu ötüb.

    “Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

    Qeyd edilir ki, son 24 saat ərzində dünyada koronavirusa 718 mindən çox yeni yoluxma qeydə alınıb. Bu, yanvarın 10-dan birgünlük yoluxma statistikasında ən yüksək göstəricidir. Təşkilatın məlumatına görə, son sutkada koronavirusdan 12,6 mindən çox ölüm qeydə alınıb. Beləliklə, dünyada pandemiya qurbanlarının sayı 2,89 milyon nəfəri ötüb.

    Pandemiya ərzində dünyada koronavirusa ümumilikdə 132 730 691 yoluxma, 2 880 726 ölüm qeydə alınıb.

    Yoluxma hallarının sayına görə birinci yerdə Avropa qitəsi (257 789), ikinci yerdə Şimali və Cənubi Amerika (247 444), üçüncü yerdə – cənub-şərqi Asiya (145 724) regionu qərarlaşıb.

    Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusu pandemiya elan edib.