Month: April 2021

  • Ramazan ayı ilə bağlı fətva verildi

    Aprelin 9-da Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının növbəti iclası keçirilib.

    İdarənin mətbuat xidmətindən verilən məlumata görə, QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə onlayn formatda keçirilən iclasda Ramazan ayının başlanması ilə əlaqədar Fətva müzakirə olunub.

    QMİ-nin Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar Fətva qəbul edib.

    Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna cavab olaraq daxil olan məktubuna əsasən bildirilib ki, bu il Hilalın (təzə Ayın) aprelin 13-ü Şam namazı ərəfəsində görünəcəyinə görə Ramazan ayının 1-i miladi təqvimlə 14 aprel 2021-ci il tarixinə təsadüf edəcək.

    Bundan əlavə vurğulanıb ki, Ramazan ayı boyunca oruclu şəxsin vaksin vurdurması orucu batil etmir.

    Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Təqvim www.qafqazislam.com yerləşdirilib.

  • ADPU-ya yeni prorektor təyin olundu

    Təhsil nazirinin müvafiq əmri ilə professor Mahirə Hüseynova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub.

    Bu barədə Qaynarinfo-ya universitetdən məlumat verilib.

    Qeyd edək ki, professor Mahirə Hüseynova 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinifinə daxil olmuş, orta təhsilini Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbində davam etdirib. 1980-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU-nun) Filologiya fakültəsinə daxil olub. Təhsil aldığı illərdə xüsusi fəallığı ilə seçilib və 1984-cü ildə fərqlənmə diplomu ilə məzun olub. Məzun olduqdan sonra bir müddət orta məktəbdə müəllim işləyib, fəaliyyəti dövründə Təhsil Nazirliyi tərəfindən “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülüb.

    2003-cü ildə “İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olub, I dərəcəli diplom alıb. 2012-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək “filologiya üzrə fəlsəfə doktoru” elmi adını alıb. 2015-ci ilin mayında ADPU-nun Müasir Azərbaycan dili kafedrasının dosenti, dekabrında isə müdiri olub. Mahirə Hüseynova 2017-ci ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini alıb. 1 il sonra isə ADPU-nun Müasir Azərbaycan dili kafedrasının professoru seçilib. 2018-ci ildən indiyə qədər ADPU-nun “Filologiya” fakültəsinin dekanı vəzifəsində çalışıb. Mahirə Hüseynova həmçinin Prezident təqaüdçüsü, “Qızıl qələm” və “İlin alimi” Media Mükafatı laureatıdır. Mahirə Hüseynova 30-dan çox elmi, 15 bədii kitabın və 1000-ə yaxın şeirin müəllifidir. 100-dən çox şeirinə musiqi bəstələnib. 2020-ci ildə Türkiyədə keçirilən musiqi festivalında M.Hüseynovanın müəllifi olduğu “Vətəndir” şeirinə məşhur türk bəstəkar Ərdoğan Tozoğlu musiqi bəstələyib.

    Xatırladaq ki, bundan əvvəl həmin vəzifədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qızı Nigar Abbaszadə olub. O, keçən il qəfil ürəktutmasından dünyasını dəyişmişdi.

  • Prezident Ailə Məcəlləsində dəyişiklikləri təsdiqlədi – Yeni qaydalar

    Prezident İlham Əliyev Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.

    Sənədə əsasən, uşağı övladlığa götürmək istəyən qohumlara aşağıdakı prosedurlar tətbiq olunmayacaq:

    –  övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;

    – övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;

    – övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;

    – övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.

    Qohumlara münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən çox olmayan müddətdə övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması proseduru isə qüvvədə qalır.

    Ailə Məcəlləsinə dəyişiklik Milli Məclisin martın 9-da keçirilən iclasında qəbul edilmişdi.

  • İşəgötürənlər əlilliyi olan şəxslərin ödənişsiz məzuniyyətinə icazə verməyə bilər? – AÇIQLAMA

    Əlilliyi olan işçilər ödənişli məzuniyyətdən sonra ödənişsiz məzuniyyətini tələb edirsə, işəgötürən bunu təmin etməyə borcludur.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Növbətçi Müfəttiş”də çıxışı zamanı “Əlillik dərəcəsi olan işçilər ödənişli məzuniyyətdən sonra ödənişsiz məzuniyyətə çıxa bilərmi?” sualını cavablandırarkən deyib.

    O bildirib ki, Əmək Məcəlləsinin 130-cu maddəsinin C bəndinə əsasən, əlillik dərəcəsindən və səbəbindən asılı olmayaraq, əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud işçilərin bir təqvim ayınadək ödənişli məzuniyyətdən istifadə hüququ vardır:

    “Ödənişsiz məzuniyyət isə iki formada – işçilərin müraciəti əsasında və qarşılıqlı razılaşma əsasında müddəti 6 aydan çox olmayaraq həyata keçirilir. Əmək Məcəlləsinin 130-cu maddəsində isə qarşılıqlı razılaşmadan söhbət getmir, işçinin müraciəti əsasında verilir. Qeyd etdiyim kimi, əlilliyi olan şəxslərin il ərzində bir aya qədər ödənişli məzuniyyətdən istifadə etmək hüququ var.

    Əgər əlilliyi olan işçi ödənişli məzuniyyətə çıxıb və sonra ödənişsiz məzuniyyətini götürmək istəyirsə, işəgötürən bunu təmin etməyə borcludur. Əgər bu təmin olunmazsa, məzuniyyət hüququnun pozulması deməkdir”.

    O qeyd edib ki, bu məzuniyyət əlilliyin dərəcəsindən asılı olmayaraq eyni formada 42 gün təyin olunur.

  • Рустам Мурадов обвинил руководство Армении в провокации по вопросу c пленными – ВИДЕО

    Это ложь и провокация, сказал командующий российским миротворческим контингентом в Карабахе генерал-лейтенант Рустам Мурадов в ответ на вопрос журналиста, почему руководство Армении вчера заявило о возвращении пленных, пишут армянские Telegram-каналы.

    “Это ложь и провокация. Спросите у них. Руководство Армении вводит в заблуждение население страны. Не было запланировано (возвращение пленных – прим. ред). Это был простой рабочий визит (в Баку – ред.)”, – заявил Мурадов.

  • Rüstəm Muradov Ermənistan rəhbərliyini təxribatda ittiham etdi

    Rusiya sülhməramlılarının komandiri, general-leytenant Rüstəm Muradov Ermənistan rəhbərliyini əsirlərlə bağlı təxribatda ittiham edib.

    Erməni “Telegram” kanallarında qeyd edilir ki, Muradov jurnalistin Ermənistan rəhbərliyinin dünən əsirlərin qayıtmasını niyə elan etməsi ilə bağlı sualı cavablandırıb.

    “Bu, təxribatdır. Özlərindən (Ermənistan rəhbərliyindən) soruşun. Onlar əhalini çaşdırırlar”.

    Muradov bildirilib ki, əsirlərin qayrtarılması planlaşdırılmamışdı, bu, Bakıya sadə işgüzar səfər olub.

  • Saatlıda gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlandı

    Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Saatlı RPŞ-nin əməkdaşları şəhər ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlayıblar.

    Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, kafenin işçiləri olan 4 nəfər barəsində inzibati qaydada protokol tərtib edilib.

  • Tibb Universitetinin əməkdaşlarına fəxri adlar verildi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan Tibb Universitetinin 90 illiyi münasibətilə Azərbaycanda tibb elminin və təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Tibb Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilir:

    “Əməkdar elm xadimi”

    Allahverdiyeva Lalə İsmayıl qızı

    Bağırova Hicran Firudin qızı

    Məmmədov Arif Məmməd oğlu

    “Əməkdar müəllim”

    Həsənov Faiq Paşa oğlu

    Məmmədov Fəxrəddin Nərman oğlu

    Məmmədova Zemfira Şahnəzər qızı

    Ocaqverdi Zadə Elmira Əli qızı

    “Əməkdar həkim”

    Bəylərov Rauf Oruc oğlu

    Pənahov Nazim Adil oğlu

    Poluxov Ramiz Şamil oğlu

    Şükürov Malik Əvəz oğlu.

  • Köçkünlərin evləri kimə qalacaq? – Komitə sədri

    “Tam əminliklə deyə bilərəm ki, məcburi köçkünlərin böyük əksəriyyəti vaxtilə özlərinin və ya valideyinlərinin yaşadıqları şəhərlərə və kəndlərə qayıtmağa hazırdır”.

    Bu barədə Qaçqın və Köçkünlərin işi üzrə Dövlət Komitəsinin rəhbəri Rövşən Rzayev haqqin.az-a müsahibəsində bildirib.

    O bildirib ki, prezidentin sərəncamına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə infrastruturun və mənzil fondunun bərpası üçün işlər tam gücü ilə davam edir. Bu işə böyük həcmdə vəsaitlər ayrılıb, xüsusi qərargah yaradılıb və həmin qərargah bütün bu irimiqyaslı işləri nizamlayır.

    “Həmin kateqoriyadan olan vətəndaşlar arasında o cümlədən bizim komitə tərəfindən aparılan sosioloji rəy sorğuları isə göstərir ki, onların əksəriyyəti əcdadlarının yaşadıqları torpaqlara geri qayıdacaqlarına ümidlərini heç vaxt üzməyiblər. Və mən inanıram ki, onların arzuları yerinə yetiriləcək və hər birinə o torpaqlarda layiqli həyat şəraiti yaradılacaq”,-Rövşən Rzayev belə deyib.

    Bəlli olduğu kimi işğaldan azad edilmiş şəhər və kəndlərin böyük əksəriyyəti viranəlikdən ibarətdir, düşmən bu yaşayış məntəqələrini yer üzündən silib. Bununla belə bəzi şəhər və kəndlər var ki, orada evlər salamatdır. Bəs onillər keçəndən sonra azad edilmiş ərazilərdəki bu və ya digər evin sahibləri öz mülkiyyət hüquqlarını necə təmin edəcəklər? Bunun üçün sənədləri hara təqdim etmək lazımdır?

    “Qaçqınkom” rəhbəri bildirib ki, komitənin elektron məlumat bazasında məcburi köçkünlər və onların ailə üzvləri barədə bütün informasiyalar var. Həmin informasiyalar müvafiq rayonların icra hakimiyyətlərində də toplanıb.

    “Biz müntəzəm olaraq əlimizdə olan informasiyaları yoxlayırıq. Ona görə də dövlət bilir ki, azad olunmuş torpaqlarda kimin hansı mülkiyyəti olub. Yəni məcburi köçkünlərin qoyub gəldikləri mülkiyyətlə bağlı problem yaranmalı deyil. Amma məcburi köçkünlərin mülkiyyət hüquqlarının bərpası bu günün, ola bilsin sabahın məsələsi deyil. Böyük qayıdış proqramının həyata keçirilməsi üçün vaxt lazımdır. Amma bu hökmən baş verəcək”,-R.Rzayev qeyd edib.

    O, azərbaycanlıların Xankəndinə, Xocalıya və hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər ərazilərə qayıtmasının “zaman məsələsi” olduğunu bildirib. Deyib ki, bu istiqamətdə böyük və ciddi iş aparılır.

    R.Rzayev onu da deyib ki, hazırda “Qaçqınkom”un balansında ölkə rəhbərliyinin sərəncamları ilə inşa edilmiş 115 qəsəbə var. Məcburi köçkünlər həmin qəsəbələrdə müvafiq müqavilələr əsasında yaşayırlar, müqavilələrdə bütün şərtlər gösərilib. Qeyd olunub ki, bunlar dövlət tərəfindən verilmiş müvəqqəti yaşayış sahələridir və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasından sonra həmin müqavilələr qüvvəsini itirəcək. Mənzillər isə digər dövlət strukturlarının balansına veriləcək. “Hesab edirəm ki, həmin mənzil fondunun taleyini dövlət özü həll edəcək”,-o bildirib.

  • Azərbaycanda oğul qorxudan atasını polisə verdi

    Saatlı rayon sakinindən odlu silah götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, aprelin 8-də Saatlı Rayon Polis Şöbəsinə müraciət edən Mircəlal kənd sakini F.İsmayılov həmin gün sərxoş olan atası İ.İsmayılovun onu ov tüfəngi ilə öldürəcəyi ilə hədələdiyini bildirib.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.İsmayılovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi götürülüb.