Month: April 2021

  • II Yelizavetanın əri vəfat etdi: Britaniyada səkkiz günlük matəm elan olundu – YENİLƏNİB

    Böyük Britaniyada Edinburq hersoqu, şahzadə Filipin ölümü ilə bağlı matəm elan olunub.

    Bu gündən başlayaraq 8 gün ərzində ölkə ərazisində dövlət bayraqları endirilir, parlament üzvləri isə qollarına qara sarğı bağlayacaqlar.

    Matəm günlərində kraliça II Elizabet rəsmi səlahiyyətlərini icra etməyəcək. Həyat yoldaşının dəfninə hazırlıqla bağlı baş nazir Boris Conson ilə keçiriləcək görüş istisna təşkil edəcək.

    * * * * *

    Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı, Edinburq hersoqu Filip 99 yaşında həyatını itirib.

    “Haber Global” bu barədə Bukingem Sarayının açıqlamasına istinadən xəbər yayıb.

  • Армяне штурмуют здание министерства обороны – ВИДЕО

    Напряженная ситуация у здания министерства обороны Армении не ослабевает.

    Родственники пропавших без вести военнослужащих со вчерашнего дня находятся здесь. Сегодня к ним присоединились также родные “военнопленных”, которые вчера надеялись, что их близкие будут возвращены, однако выяснилось, что ни один “пленный” из Азербайджана не вернулся.

    В какой-то момент ситуация накалилась, собравшиеся начали штурмовать здание.

  • Ermənistanda qəzəbli kütlə Müdafiə Nazirliyini “titrətdi” – VİDEO

    Müharibə zamanı itkin düşmüş erməni hərbçilərin valideynləri Müdafiə Nazirliyi binasına hücuma keçiblər.

    Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

    Qəzəbli kütlə nazirlik binasına hücum edərək dəmir qapını yerindən çıxarmağa cəhd göstəriblər. Etirazçılar polis arasında da qarşıdurma baş verib.

    Qeyd edək ki, artıq 24 saatdan çoxdur, erməni hərbçilərin valideynləri və yaxınları Müdafiə Nazirliyi binasını mühasirəyə alıb.

  • Putin azərbaycanlı rəqqası təltif etdi

    Rusiya Federasiyası Prezidenti Vladimir Putinin 6 aprel 2021-ci il tarixli fərmanı ilə Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrının Primorsk səhnəsinin baş xoreoqrafı, dünya şöhrətli rəqqas Eldar Əliyev Rusiyanın “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

    Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

    Qeyd edək ki, Eldar Əliyev 1957-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. 1979-1992-ci illərdə Mariinsk Teatrının aparıcı solisti olub. O, dünyanın 40-dan çox teatr səhnəsində çıxış edib.

    Eldar Əliyev bu günədək məsləhətçi, xoreoqraf, baletmeyster kimi Buenos-Ayres, Sidney, Seul, Şanxay, Pekin, Banqkok, Madrid, Berlin, Ottava, Roma teatrlarında dünya klassikasının bir sıra nümunələrinin tamaşaya qoyulmasında iştirak edib.

    40-dan çox ölkədə qastrol səfərlərində olan sənətkar Vaşinqtondakı Kennedi Mərkəzi, Nyu-Yorkdakı Metropolitan Opera, Paris Opera, Roma Opera, Milandakı La Skala, Kovent Qarden, Kolizey, Sidney Opera teatrları daxil olmaqla ən nüfuzlu səhnələrdə çıxış edib, geniş tamaşaçı kütlələrinin rəğbətini qazanıb.

    Eldar Əliyev 2016-cı ildə Mariinsk Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin olunub. O, ötən il Mariinski Teatrının Primorsk və Sankt-Peterburq səhnələrində dahi bəstəkar Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə” baletinin yeni quruluşunun müəllifi və quruluşçu baletmeysteri olub. Tamaşalarda Mariinski Teatrının simfonik orkestri və xoruna Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Azərbaycanın Əməkdar artisti Əyyub Quliyev rəhbərlik edib.

  • Azərbaycan məhbusların sayına görə Avropada dördüncü yerdədir, məhbuslara xərclənən pula görə isə sonuncudur

    Avropa Şurası 2020-ci il üçün cəza statistikalarını yayıb. Statistik məlumatlarda ölkələr üzrə həbsdə olan adamların sayı, əhalinin say nisbətinə görə məhbusların sayı, hər məhbusa xərclənən pul və s. açıqlanıb.

    Statistikaya görə Avropa həbsxanalarında əhalinin say nisbətinə görə ən çox məhbus Türkiyədədir. Belə ki, 2020-ci ildə Türkiyədə hər 100 min nəfərdən 357,2 nəfəri həbs həyatı yaşayır. Türkiyədən sonra siyahıda hər 100 min nəfərdən 356,1 nəfər məhbusla Rusiya gəlir. Əhalinin sayına görə ən çox məhkumun olduğu ölkələr Litva, Azərbaycan, Çexiya, Polşa, Slovakiya, Estoniya, Latviya, Çürnoqoriya, Albaniya, Macarıstan, Moldova, Serbiya, Malta və Böyük Britaniyadır.

    Statistik məlumatlara görə, Azərbaycanda 2020-ci ildə ümumilikdə 21012 məhbus olub. Onların 2,7 faizi qadınlardır. Hər 100 min nəfərə 208.7 məhbus düşür.

    Məhbus sayında azalma müşahidə olunur. Hər 100 min nəfərə düşən məhbus sayı 2018-ci ildə 235, 2019-cu ildə 218, 2020-ci ildə 208 nəfər olub. 2010-cu illlə müqayisədə azalma 14 faiz təşkil edib. Son 10 ildə Ermənistan və Gürcüstanda isə azalma 50 faiz olub.

    Hər 100 min nəfər əhaliyə düşən məhbus sayına görə, Azərbaycan AŞ məkanında 5-cidir. 1-ci Türkiyədir – orda 100 minə 357 məhbus düşür. Bu göstərici Rusiyada 356, Gürcüstanda 263, Litvada 219-dur. Hər 100 min nəfərə Ukraynada 126, Ermənistanda 75, İslandiyada 45, Finlandiyada 48 məhbus düşür.

    Məhbuslar arasında narkotik cinayətlərinə görə cəza çəkənlərin ümumi çəkisi daha artıqdır – belə məhbuslar ümumi məhbusların 29 faizini təşkil edir.

    Azərbaycan həbsxanalarında boş yerlər var – hesabata görə, mövcud olan hər 100 həbs yerinə 82.4 məhbus düşür. Məsələn, Türkiyədə hər 100 həbs yerinə 127, İtaliyada 120 məhbus düşür.

    Azərbaycan Avropa Şurası ölkələri arasında məhbuslara ən az pul xərcləyən ölkələrdəndir. Saxlanılan şəxs üçün günlük çəkilən xərc 6,7 avro, məhkum edilmiş hər bir nəfər üçün günlük xərc 5,9 avro təşkil edir. Azərbaycandan az xərcləyən cəmi 2 ölkə var: Rusiya hər bir məhbusa günlük 2,8, Bolqarıstan isə 5,7 avro xərcləyir. Gürcüstanın məhbuslara xərclədiyi günlük xərc 12,6 avro, Ermənistanınkı isə 18,8 avrodur.

  • “Fəryad – 2” filminin çəkilməsi planlaşdırılır

    “30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi, artıq kinostudiyanın texniki bazası yenidən qurulub”.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu “Mədəniyyət” qəzetinə müsahibəsində C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Fariz Əhmədov deyib.

    “Eyni vaxtda iki bədii, iki sənədli filmi çəkməyə imkan verən ən müasir avadanlıqlarımız var”, deyə o bildirib.

    Yeni layihələrdən bəhs edən direktor Mirsadıq Ağazadənin “Eviniz abad” adlı bədii filminin çəkiliş materiallarından “Köşk” adlı 5 seriyadan ibarət mini-serial hazırlandığını deyib:

    “Film noyabr ayına qədər yekunlaşacaq. Artıq serial səsləndirmə mərhələsindədir. Daha bir layihəmiz Bakı Media Mərkəzi ilə birgə hazırladığımız “Biz” adlı sənədli filmdir. Bu filmin layihəsi 44 günlük Vətən müharibəsi dönəmində öz telefonlarında videoçəkilişləri ilə trendə düşmüş insanlardır. Layihənin çəkilişləri sona çatıb.

    Rejissoru Orman Əliyev olan sənədli film montaj prosesindədir və noyabr ayınadək təhvil verməyi düşünürük. Elçin Musaoğlunun “Məryəm” filmi də istehsaldadır. İlin sonuna qədər bu film də təhvil veriləcək. Bundan əlavə, rejissor Vaqif Mustafayevə “Fəryad – 2” filminin ssenarisini sifariş etmişik və həmin filmin də istehsalı ilə bağlı Mədəniyyət Nazirliyi ilə danışıqlar gedir”.

  • AVRO-2020: Bakıdakı oyunlara bilet satışının bərpa vaxtı məlum oldu

    AVRO-2020-nin Bakıda oyunları üçün bilet satışının bərpa ediləcəyi tarix bəlli olub.

    Median.Az “report”a istinadən xəbər verir ki, biletlər mayın ortalarından satışda olacaq. Biletləri UEFA-nın rəsmi saytı vasitəsi ilə yalnız onlayn almaq mümkündür.

    Qitə futbol qurumu daha əvvəl Azərbaycan paytaxtındakı matçlar üçün qiymətləri 30 avro, 75 avro və 125 avro məbləğində müəyyənləşdirib.

    Ötən ilin fevralında açıqlanmış son məlumata əsasən, Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmalara 118 840 bilet satılmışdı.

    Onların hansı qarşılaşmalar üçün satıldığı, hansı ölkələrdən alındığı, neçəsinin geri qaytarıldığı, bilet qiymətlərində dəyişiklik olub-olmayacağı hələ dəqiqləşməyib.

    Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

    Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

  • В Азербайджане за минувшие сутки выявлено 2 206 новых случаев инфицирования коронавирусом – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 2 206 новых случаев инфицирования коронавирусом, 1 578 человек вылечились и были выписаны домой.

    Об этом 9 апреля сообщает оперативный штаб при Кабинете министров.

    За истекшие 24 часа от COVID-19 скончались еще 35 пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразился 281 387 человек, 3 846 – скончались, 247 459 – вылечились, 30 082 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике проведены 2 990 285 тестов на COVID-19 (за последние 24 часа – 12 692).

  • Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı: Onlarla ölən var – FOTO

    Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 206 yeni yoluxma faktı qeydə alınıb, 1 578 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 281 387 nəfər koronavirus infeksiyasına yoluxub.

    Onlardan 247 459 nəfər müalicə olunaraq sağalıb, 3 846 nəfər vəfat edib, aktiv xəstə sayı 30 082 nəfərdir.

    Ölkədə son sutka ərzində 12 692 test aparılıb.

  • Танковые подразделения выполнили боевые стрельбы – ВИДЕО

    Согласно плану подготовки на 2021-й год, в рамках интенсивных занятий по боевой подготовке танковых подразделений азербайджанской армии были выполнены стрельбы.

    Об этом сообщили в Минобороны Азербайджана.

    В ходе боевых стрельб точным огнем были уничтожены мишени, установленные на разных дистанциях.