Month: April 2021

  • Azərbaycanda 90 minə yaxın pensiya işi ləğv edilib – RƏSMİ

    “Son üç il ərzində əlillik müddətinin uzadılması ilə bağlı saxtakarlıqlar aşkarlanıb. Nəticədə həmin şəxslərin əlilliyi ləğv edilib”.

    Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.

    O bildirib ki, ötən üç il aparılan araşdırmalar zamanı 17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib:

    “Bu saxta işlər ləğv edilməsəydi, təkcə cari il üçün maliyyə yükü 560 milyon manatdan çox idi”.

    //Oxu.az

  • Vilayət Eyvazovdan yeni TƏYİNAT

    Daxili İşlər orqanlarında yeni təyinat olub.

    Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, mayor Elnur Quliyev Gəncə Şəhər Dövlət Yol Polis İdarəsinə rəis müavini təyin edilib.

  • İlham Əliyevdən Elxan İbrahimovla bağlı SƏRƏNCAM

    Prezident İlham Əliyev tibb xidməti polkovniki Elxan Paşa oğlu İbrahimova “tibb xidməti general-mayoru” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı prezident.az məlumat yayıb.

  • Расширяется территория Сумгайытского химико-промышленного парка – РАСПОРЯЖЕНИЕ

    Президент Азербайджана Ильхам Алиев 9 апреля подписал распоряжение о дополнительных мерах по расширению территории Сумгайытского химико-промышленного парка и обеспечению деятельности АО “Азербайджанский алюминий” (“Aзералюминиум”).

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir – SƏRƏNCAM

    Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

    Sərəncama əsasən, Nazirlər Kabineti iki ay müddətində “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin Sumqayıt istehsalat sahəsinin istifadəsində olan Sumqayıt şəhəri, Metallurgiya küçəsi, 1 ünvanındakı 67,35 hektar və Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkının qərb sərhədi boyunca yerləşən 8,05 hektar olmaqla, ümumilikdə 75,4 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin daimi istifadəsinə verilməsini təmin etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

  • Neftçalada qohumlar arasında silahlı insident olub

    Neftçala rayonunda xuliqanlıq hadisəsi olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, aprelin 8-də rayonun Həsənabad qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Ağayev xuliqanlıq zəminində qohumu Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Abasov istiqamətində ov tüfəngindən havaya atəş açıb. Xəsarət alan olmayıb.

    Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Ağayev saxlanılıb və ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “TOZ” markalı ov tüfəngi götürülüb.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

  • İlham Əliyev Rusiya Federasiyasının baş prokurorunu qəbul etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovu qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • В Армении родные без вести пропавших продолжают держать в блокаде здание Минобороны

    В Армении родные без вести пропавших в ходе карабахской войны продолжают держать в блокаде здание оборонного ведомства страны. Уже 24 часа находящиеся в здании люди не могут покинуть его, пишет Sputnik Армения.

    Перекрыты все пути как для пешеходов, так и для автомобильного транспорта.

    Утром в пятницу участники акции видели над зданием министерства вертолет. Некоторые из них полагают, что на нем мог улететь или же, напротив, прибыть в МО министр Вагаршак Арутюнян.

    Отметим, родные пропавших без вести военных со дня конца войны проводят различные акции протеста перед зданиями правительства и Минобороны РА.

  • İtkin düşən erməni əsgərlərin yaxınları müdafiə nazirliyinin binasını mühasirədə saxlayır

    İkinci Qarabağ müharibəsi zamanı itkin düşən Ermənistan hərbçilərinin yaxınları ölkənin müdafiə nazirliyinin binasını mühasirədə saxlamaqda davam edirlər.

    Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

    Qeyd olunur ki, nazirliyin əməkdaşları artıq 24 saatdır oranı tərk edə bilmirlər.

    Hüquq mühafizə orqanlarının əməkdaşları itkin düşən hərbçilərin doğmaları ilə danışıqlar aparıb, vətəndaşlardan nazirliyin binasına gedən yolu açmağı xahiş ediblər.

    Etirazçılar müdafiə nazirliyinin rəhbərliyindən yaxınlarının taleyinə aydınlıq gətirilməsini tələb edirlər.

    Digər məlumata əsasən, bu gün səhər saatlarında aksiya iştirakçıları nazirliyin binasının üzərində helikopterin dövrə vurduğunu müşahidə ediblər.

  • Полиция Лачина обнаружила оружие и боеприпасы на освобожденных территориях

    На освобожденных от армянской оккупации территориях сотрудники полиции проводят профилактические мероприятия с целью обнаружения оружия и боеприпасов.

    Об этом говорится в сообщении бардинской региональной группы пресс-службы МВД Азербайджана.

    Сотрудники лачинского РОП на территории села Учтепе Ходжавендского района на оставленных противником военных позициях обнаружили пять пулеметов, два гранатомета, минометную установку, ружье, три ручные гранаты, 29 магазинов для автоматов, семь снарядов различного калибра, 4 500 патронов и другие боеприпасы.