Month: April 2021

  • Tank bölmələri döyüş atışları icra edib – VİDEO

    2021-ci il üçün hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri çərçivəsində atışlar icra edilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Döyüş atışları zamanı müxtəlif məsafələrdə quraşdırılmış hədəflər dəqiq atəşlə məhv edilib.

  • Azərbaycanda saxta COVID-19 pasportu verən 12 tibb işçisi işdən qovuldu – RƏSMİ

    Son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlar yayılıb.

    Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı birgə məlumatda qeyd olunub.

    Bildirilib ki, yayılan məlumatların yerindəcə araşdırılması və yoxlanılması aidiyyəti qurumlar tərəfindən təmin edilib.

    Araşdırmanın nəticəsi olaraq Bakı şəhəri üzrə 7 və 12 nömrəli şəhər poliklinikalarında, Şəki Rayon Mərkəzi Xəstəxanasında, Sumqayıt şəhəri üzrə 2, 3 və 5 nömrəli uşaq poliklinikalarında, 3 saylı Şəhər Xəstəxanasında, Gəncə şəhəri üzrə 2 nömrəli Şəhər Poliklinikasında çalışan ümumilikdə 12 nəfər işdən kənarlaşdırılmış və onların əmək müqavilələrinə xitam verilib.

    Qeyd olunmalıdır ki, göstərilmiş halların qarşısını almaq məqsədi ilə araşdırmalar davam edir və hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək.

  • “LinkedIn” istifadəçilərinin məlumatları oğurlanıb

    500 milyon “LinkedIn” istifadəçilərinin məlumatlarına hücum olub.

    Bu barədə məlumatı “Business Insider” də istifadəcilərə əsasən təsdiqləyib.

    Məlumata görə, bütün məlumatlar internet forumlarında satışa qoyulub.

  • “İphone” smartfonları “Android” sistemində də işləyə biləcək – YENİLİK

    “Samsung” şirkəti “İphone” istifadəçilərinin “Android” sistemindən yararlana bilməsi və bu sistemi daha yaxından tanıması üçün yeni “iTest” adlı tətbiqini istifadəyə verib.

    Median.Az Webtekno.com-a istinadən xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

    Bu tətbiqin istifadəsi ilə “iphone” istifadəçiləri “Android” sisteminin bütün özəlliklərinndən yararlana bilməsələr də, ümumilikdə onun iş prinsipi ilə yaxından tanış ola biləcəklər.

    Mütəxəssislər şirkət tərəfindən bu addımın atılmasının “iOS” istifadəçilərinin “Android” sistemə keçməyə təhrik etməklə bağlı olduğunu deyib.

  • Son 5 ildə Azərbaycanda ən çox nələr bahalaşıb? – STATİSTİKA

    Azərbaycanda 2015-ci ildə baş verən 2 devalvasiyadan sonra qiymət səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəlməsi müşahidə edilir. 2015-ci ildəki qiymətlərlə müqayisədə 2020-ci ilin sonunda ümumi bahalaşma 37 faizə çatıb. Bahalaşmada 2016 və 2017-ci ildəki ikirəqəmli inflyasiya əsas rol oynayıb. Həmin illərdə müvafiq olaraq 12,4 və 12,9 faiz qiymət artımı qeydə alınmışdı.

    Bu dövrdə ərzaq məhsulları 48 faiz, qeyri-ərzaq məhsulları 37 faiz, pullu xidmətlər 22,4 faiz bahalaşıb.

    Ərzaq məhsulları arasında ən yüksək bahalaşma tərəvəzlərdə qeydə alınıb. Son 5 ildə tərəvəzlərin qiyməti 62,3 faiz yüksəlib.

    Bu dövrdə kərə və bitki yağları 58,93 faiz, çay, qəhvə və kakao 56,8 faiz, meyvələr 45,5 faiz bahalaşıb. Mühüm ərzaq məhsullarından olan çörək və çörək məhsullarının qiyməti 32,5 faiz, ət və ət məhsullarının dəyəri 38,8 faiz yüksəlib.

    Müqayisə olunan dövrdə araq və konyaklar 35,8 faiz, çaxırlar 26,5 faiz, pivələr 39,75 faiz, siqaretlər 85,7 faiz dəyər qazanıb.

    Qeyri-ərzaq malları arasında bahalaşma səviyyəsi yüksək olmasa da, bəzi məhsulların dəyərində ciddi artım müşahidə edilir. Qiymətləri daha çox artan məhsullar arasında parçaların (59,65 faiz), xalçaların (61,3 faiz), şüşədən hazırlanan məmulatların (52,7 faiz), evə qulluq etmək üçün lazım olan məhsulların (53,7 faiz), minik avtomobilləri üçün ehtiyat hissələrinin (50 faiz), dəftərxana ləvazimatlarının (56,7 faiz), zərgərlik məmulatlarının (50,6 faiz) adını çəkmək olar.

    Pullu xidmətlər arasında da kəskin bahalaşan xidmətlər var. Son 5 ildə kanalizasiya xidmətinin dəyəri 144,7 faiz, dəniz nəqliyyatı ilə sərnişindaşıma xidməti 59 faiz, dəmiryol nəqliyyatı ilə sərnişindaşıma qiyməti 51,45, işığın qiyməti 40 faiz artıb.

    Son 5 ildə telefon rabitəsi xidməti 1,8 faiz ucuzlaşıb, mərkəzi isitmə, poçt, zibilin daşınması xidmətlərinin dəyəri sabit qalıb. //Sfera.az

  • Məhkəmə “İdeal”ın keçmiş sahibi ilə bağlı qərar verdi

    “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb.

    Bu barədə”Report”a onun vəkili İlhamə Həsənova məlumat verib.

    Vəkilin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakimRamin Qurbanovun sədrlik etdiyi iclasda qərar elan olunub.

    Qərara əsasən, İ.İsmayılovun şikayəti təmin edilməyib.

    Qeyd edək ki, İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir.

    Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

  • İftar süfrəsinin bu qayda ilə açılması TÖVSİYƏ EDİLİR

    “Yoluxmaların artma təhlükəsi olduğundan, xüsusi karantin rejimi dövründə adət-ənənələrimizə söykənən kütləvi dini mərasimlərin müvəqqəti olaraq keçirilməməsini tövsiyə edir, İftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırırıq”.

    Bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayının başlanması ilə əlaqədar verdiyi Fətvada qeyd olunub.

    Fətvada bütün bu tövsiyələrin hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıdığı bildirilib.

    Eyni zamanda builki Ramazan ayına bütün dünyada hələ də səngiməyən virus təhlükəsi şəraitində daxil olunduğu xatırlanıb: “İnsan sağlamlığına ciddi təhlükə, ölümcül təhdid olan bu bəlanın aradan qaldırılması yönündə dövlətimiz böyük səylə çalışdığı bir zamanda biz, din xadimləri dövlətimizin insan həyatının qorunması məqsədilə həyata keçirilən vaksinləşmə tədbirlərini dəstəkləyirik. Vaksinləşmə özümüzün və ətrafımızdakıların səhhəti baxımından həyati zərurət daşıyan vacib addım, şəriət baxımından məqbul əməldir. Bu caiz məqamın reallaşmasında fəal iştirak edən biz, din xadimləri öz nümunəmizlə bütün dindarları bu mühüm kampaniyada iştiraka dəvət edirik. Ramazan ayı boyunca bu mühüm proses davam etməlidir. Yüksək din alimlərinin rəyinə görə, Ramazan ayı boyunca oruclu şəxsin vaksin vurdurması orucu batil etmir”.

  • В Баку проведут очередную масштабную дезинфекцию

    10 апреля на основных улицах и проспектах Баку и пригородов в очередной раз будут проведены дезинфекционные работы, сообщают столичные коммунальные службы.

    В связи с этим и ввиду токсичности дезинфицирующих средств граждан просят без необходимости не покидать место жительства.

  • Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ

    Sabah səhər saatlarından etibarən paytaxt üzrə iməclik və şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

    Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

    Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

  • Yanvarda tibb işçilərinə 29.5 milyon manat əlavə və mükafat ödənilib – RƏSMİ

    İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 13136 nəfər tibb və 2905 nəfər qeyri-tibb işçisinə yanvar ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 18.3 milyon manat müddətli əlavə ödənilib.

    Agentlikdən Valyuta.az-a daxil olan məlumata görə, müddətli əlavələr Bakı şəhəri üzrə 33 və respublikanın digər şəhər və rayonları üzrə 78 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçisinə ödənilib.

    Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada hesablanıb:

    1.Tibbi profilaktik tədbirləri həyata keçirən 2537 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 2.1 milyon manat ödənilib.

    Ay ərzində iş günlərinə/saatlarına mütənasib hesablama düsturu: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli

    2.Təcili tibbi yardım xidməti göstərən 3383 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 461 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 4.1 milyon manat ödənilib.

    3.Pasiyentlərə stasionar tibbi xidmət göstərən 6755 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 10.2 milyon manat ödənilib.

    Onu da qeyd edək ki, 2905 nəfər qeyri-tibb işçisinə 3-5 misli məbləğində 1.9 milyon manat müddətli əlavə verilmişdir. Məlumat üçün bildirək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına və 1 aprel 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Agentlik tərəfindən yanvar ayı üzrə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən 45 nəfər könüllüyə adambaşına aylıq 250 manat olmaq şərtilə, yanvar ayı üzrə ümumilikdə 11.2 min manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

    Qeyd olunmalıdır ki, dövlət tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən fevral ayı üzrə müddətli əlavələrin ödənilməsi davam edir.