Month: April 2021

  • Bakıda qadın əri tərəfindən bıçaqlandı

    Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

    APA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

    1984-cü il təvəllüdlü Əhmədova Vüsalə Aslan qızı əri tərəfindən boğazından bıçaqlanıb.

    Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

  • Dünyada ilk: Donordan koronavirus xəstəsinə ağciyər köçürüldü

    Yaponiyalı həkimlər koronavirus səbəbindən ağır sətəlcəmdən əziyyət çəkən xəstəyə canlı donordan ağciyər nəqli əməliyyatını uğurla həyata keçiriblər.

    Bu barədə TASS Kyoto Universiteti Xəstəxanasının açıqlamasına istinadən xəbər yayır.

    “Dünyada ilk yaşayan donordan ağciyər nəqli əməliyyatının ağır ağciyər zədəsi olan xəstələr üçün ümidverici bir müalicə olacağı gözlənilir”, – deyə yaponiyalı mütəxəssislər bildirib.

    Əməliyyatla əri və oğlunun ağciyərindən hissələr qadına köçürülüb. O, keçən ilin sonunda koronavirusa yoluxub, vəziyyəti tədricən pisləşib, hər iki ağciyəri də sıradan çıxmağa başlayıb.

    Əməliyyat təxminən 11 saat davam edib. Hazırda xəstə və hər iki donorun vəziyyəti yaxşıdır.

    Qeyd edilir ki, bu, dünyada ilk belə əməliyyatdır.

    Bundan əvvəl koronavirus xəstələrinə ağciyərlər yalnız beyin komasında olan donorlardan köçürülüb.

  • В Бразилии нашли новый опасный штамм коронавируса

    В Бразилии нашли новый опасный штамм коронавируса, который сочетает в себе 18 разных мутаций. Об этом сообщает портал Globo, пишет lenta.ru.

    Новый вид инфекции, обнаруженный в городе Белу-Оризонти, столице штата Минас-Жерайс, имеет комбинацию особенностей, присущую ранее выявленным опасным типам COVID-19. Отмечается, что отдельные мутации свойственны “британскому”, “южноафриканскому” и двум другим “бразильским” штаммам.

    24 марта стало известно о том, что в Индии был обнаружен новый штамм коронавируса с двойной мутацией. Пока у властей недостаточно информации для того, чтобы установить прямую связь между появлением мутаций и быстрым ростом количества случаев заболевания в некоторых индийских штатах.

  • 18 fərqli mutasiyanı birləşdirən koronavirus ştammı müəyyən edilib

    Braziliyada 18 fərqli mutasiyanı birləşdirən yeni təhlükəli bir koronavirus ştammı aşkarlanıb.

    Bu barədə “Globo” xəbər yayıb.

    Mina-Jerays ştatının paytaxtı Belo-Horizont şəhərində tapılan yeni infeksiya COVID-19-un əvvəllər müəyyən edilmiş təhlükəli tiplərinə xas xüsusiyyətləri özündə birləşdirir.

    Fərdi mutasiyaların Britaniya, Cənubi Afrika və digər iki Braziliya ştammı üçün xarakterik olduğu qeyd edilib.

    Qeyd edək ki, əhalisi 210 milyondan artıq olan Braziliya ABŞ-dan sonra pandemiyadan ən çox zərər görən ölkədir.

  • Həbsxanaya ayaqqabıda narkotik keçirmək istəyən qadın saxlanılıb – FOTO

    Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki Penitensiar Müəssisəsinə narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

    Xidmətdən verilən xəbərə görə, Cinayət Məcəlləsinin 126.2.4 və 93.1.2-ci maddələrinə əsasən təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrun edilmiş məhkum Abışov Amil Ərzuman oğluna Mingəçevir şəhər sakini Zeynalova Vüsalə Namiq qızı tərəfindən göndərilən sovqata baxış keçirilən zaman orada olan ayaqqabının daban hissələrində xüsusi üsulla gizlədilən 7 ədəd sellofan bükülüdə ümumi çəkisi 1,253 qram olan narkotik vasitə – heroin, ümumi çəkisi 4,322 qram olan narkotik maddə tiryək və ümumi çəkisi 4,6 qram olan narkotik vasitə – marixuana aşkar edilib.

  • Cəlilabadda yük və minik avtomobilləri toqquşub

    Cəlilabad rayonunda yol qəzası baş verib.

    “Report” xəbər verir ki, hadisə Cəlilabad şəhərinin Ş.İ.Xətai və ilə A.Azərtürk küçəsinin kəsişməsində baş verib.

    Belə ki, hərəkətdə olan “Hunday Sonata” markalı minik avtomobili ilə yük avtomobili toqquşub.

    Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

    Faktla bağlı araşdırma aparılır.

  • Президент Ильхам Алиев принял председателя 75-й сессии Генеральной Ассамблеи ООН

    9 апреля Президент Азербайджана Ильхам Алиев принял председателя 75-й сессии Генеральной Ассамблеи ООН Волкана Бозкыра.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidentini qəbul etdi – YENİLƏNİB

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırı qəbul edib.

    AZƏRTAC xəbər verir ki, Volkan Bozkırı salamlayan Prezident İlham Əliyev deyib:

    “Xoş gəlmisiniz. Sizinlə dəfələrlə görüşmüşdük, Bakıda siz dəfələrlə olmusunuz. Amma bu dəfə BMT Baş Assambleyasının prezidenti kimi səfər edirsiniz. Çox gözəl hadisədir. Şadam ki, Azərbaycana səfər edirsiniz. Bildirməliyəm, biz fəxr edirik ki, qardaş ölkənin nümayəndəsi BMT Baş Məclisinin prezidentidir. Bilirəm ki, COVID-ə baxmayaraq, 75-ci sessiya uğurla davam edir və burada sizin böyük səyləriniz vardır.

    Eyni zamanda, bizə göstərdiyiniz dəstəyə görə təşəkkürümü bildirirəm. Bilirsiniz ki, biz COVID-lə bağlı bir neçə təşəbbüslə çıxış etdik. Türk Şurasının Zirvə görüşünü, Qoşulmama Hərəkatının Zirvə görüşünü keçirdik və COVID-lə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə də nail olduq və sizin də böyük dəstəyiniz oldu. Hesab edirəm, ondan sonrakı hadisələr göstərdi ki, doğrudan da bu, indi gündəlikdə duran önəmli məsələlərdən biridir. Çünki vaksin millətçiliyi, vaksinlərin ədalətsiz bölüşdürülməsi bu gün artıq dünya gündəmini zəbt edən bir məsələdir. Azərbaycan ilk ölkələrdən idi ki, bu məsələni açıb qaldırdı. Bu gün biz çalışırıq ki, bu ədalətsizliyi aradan qaldıraq. Eyni zamanda, COVID dönəmində biz 30-dan çox ölkəyə maddi və humanitar yardım göstərmişik və bu fəaliyyəti davam etdirmək əzmindəyik.

    BMT qurumları ilə bizim ənənəvi sıx əlaqələrimiz olubdur və bu əlaqələr davam edir. Müharibədən sonrakı dövr ərzində təmaslar daha fəal olub və bu təmaslar davam etdiriləcək və əlbəttə ki, bundan sonra BMT dünyanın aparıcı qurumu kimi postmünaqişə dövründə də fəal olmalıdır. Mən dəfələrlə bildirmişdim ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bunu həll edib və 30 ilə yaxın kağız üzərində olan qətnamələri yerinə yetirib və artıq münaqişə tarixdə qalıbdır. İndi isə yeni dövr başlayıb – quruculuq dövrü, bərpa dövrü. Artıq buna da start verilmişdir və BMT-nin bütün qurumları ilə, o cümlədən biz artıq UNESCO ilə sıx təmasdayıq. UNESCO ilə gedən müzakirələr əsnasında missiyanın göndərilməsi nəzərdə tutulur. Əslində biz münaqişə dövründə dəfələrlə UNESCO-ya müraciət etmişdik ki, faktaraşdırıcı missiyanı işğal edilmiş bölgələrə göndərsin. Çünki bizdə olan məlumata görə, orada bizim tarixi, dini, mədəni abidələrimiz ermənilər tərəfindən dağıdılmışdır və biz istəyirdik ki, beynəlxalq təşkilatlar, o cümlədən bu məsələ ilə bilavasitə məşğul olan UNESCO gəlsin və bunu təsdiq etsin. Əfsuslar olsun münaqişə dövründə bu təklifimiz cavabsız qalmışdır, ancaq münaqişədən sonra indi missiyanın göndərilməsi gözlənilir. Biz bunu alqışlayırıq. Çünki azad edilmiş torpaqlarda erməni vəhşiliyi, vandallığı göz qabağındadır. Nə qədər çox beynəlxalq təşkilatlar bunu öz gözləri ilə görsələr, münaqişə ilə bağlı, Ermənistanın işğalı ilə bağlı dünya birliyində təsəvvür o qədər də daha geniş olar.

    Bir sözlə, hörmətli Volkan bəy, biz bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Bir daha Azərbaycana gəldiyiniz üçün sizə təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, siz bu yaxınlarda Türkiyəyə, Vətəninizə səfər etmisiniz və Azərbaycana, yenə də Vətəninizə səfər edirsiniz”.

    BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır deyib:

    “Hörmətli cənab Prezident.

    Həqiqətən də Azərbaycana BMT Baş Assambleyasının sədri olaraq ilk səfərimi etməkdən böyük məmnunluq və qürur duyuram. Azərbaycan BMT üçün çox önəmli bir ölkədir. Zati-alinizin pandemiya dövründə rəhbərlik etdiyi BMT-nin xüsusi sessiyası həqiqətən tam zamanında və son dərəcə önəmli nəticələr ortaya qoyan bir toplantı oldu. Sizin aylarla sürən səyləriniz, əslində, mənə sədrlik etmək qürurunu bəxş etdi və bu baxımdan Sizə təşəkkür borcluyam.

    Həmçinin Qoşulmama Hərəkatına sədrliyi son dərəcə müvəffəqiyyətlə həyata keçirirsiniz. Bu, BMT üçün çox önəmli bir təşkilatdır və onun sədri olmaq da xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan fəaliyyətinizə görə Sizə təşəkkür etmək məqsədilə gəldim.

    BMT Baş Assambleyasının bir türk sədri olaraq da Azərbaycana gəlmək mənim üçün xüsusi bir xoşbəxtlik və qürur mənbəyidir. Bəhs etdiyiniz bütün məsələləri həqiqətən Nyu-Yorkdan diqqətlə izləyirik”.

    * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırı qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • İmişlidə karantin rejimini pozan hamam aşkarlanıb

    İmişli rayonunda karantin rejimini pozan hamam müəyyən edilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinə rayon ərazisindəki hamamın karantin qaydalarına zidd olaraq fəaliyyət göstərməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar adıçəkilən ünvana baxış keçirilən zaman orada “bəy hamamı”nın keçirildiyi, sanitar-gigiyena və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən obyekt işçiləri və müştərilər daxil olmaqla səkkiz nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

  • SOCAR-ın 2022-ci illə bağlı planı

    Aprelin 6-da SOCAR-la Dünya Bankının “Səmt Qazının Məşəldə Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR) təşkilatı arasında əməkdaşlıq çərçivəsində SOCAR-da səmt qazı emissiyaları üzrə əldə olunan nailiyyətlərlə bağlı onlayn görüş keçirilib.

    Dövlət Neft Şirkətindən (SOCAR) oxu.az-a verilən məlumatda bildirilir ki, görüş zamanı şirkətdə səmt qazı atqılarının azaldılması üzrə görülən işlər, əldə olunan müvəffəqiyyətlər və bunların səbəbləri istiqamətində ətraflı müzakirə aparılıb.

    SOCAR-da atmosferə qaz emissiyalarının atılmasının intensivliyinin azaldılması məqsədi ilə ən qabaqcıl ekoloji tədbirlərin həyata keçirildiyi təqdir edilib. SOCAR-ın artıq səmt qazı atqılarını 2 faizə endirdiyi və 2022-ci ildə bu növ emissiyaları sıfra endirməyi qarşısına məqsəd qoyduğu xüsusi vurğulanıb və yüksək qiymətləndirilib. Bildirilib ki, bu işlərin reallaşdırılması SOCAR-ı dünyanın nəhəng neft-qaz şirkətləri arasında ön sıraya çıxaracaq.

    GGFR nümayəndələri qlobal istiləşmə prosesinin sürətləndiyi bir dövrdə SOCAR-ın həyata keçirdiyi effektiv tədbirlərin digər aparıcı neft-qaz şirkətləri üçün örnək olduğunu qeyd ediblər.

    Əlavə edilib ki, SOCAR davamlı inkişaf məqsədlərinə uyğun olaraq dünyada neft-qaz şirkətləri arasında “sıfır karbon emissiyası” hədəflərinə çatan ilk şirkətlərdən biri olacaq və müsbət mənada fərqlənəcək. GGFR təşkilatının nümayəndələri gələcəkdə SOCAR-ın təcrübəsinin öyrənilməsi və tətbiq olunmasının vacibliyini vurğulanıb.

    Görüşdə SOCAR-ın əldə etdiyi ekoloji naliyyətlər barədə Dünya Bankının rəsmi veb saytında elan verilməsi qərara alınıb.

    Qeyd edək ki, SOCAR Xəzər regionuna və ümumiyyətlə, beynəlxalq ekoloji dayanıqlığa təhlükə yaradan iqlim dəyişikliyi ilə mübarizə aparmaq, həmçinin metan qazının atmosferə atılmasının qarşısını almaq üçün proaktiv addımlar atır.