Month: April 2021

  • 20 yaşlı azərbaycanlı qız böyüklər arasında Avropa çempionatının mükafatçısı oldu

    Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan taekvondo üzrə böyüklər arasında Avropa çempionatının ilk günü millimiz üçün uğurlu başa çatıb.

    Median.Az xəbər verir ki, bu gün yarışa qatılan dörd taekvondoçudan biri – 46 kq çəki dərəcəsində mübarizəyə qatılan Minayə Əkbərova yarımfinala vəsiqə qazansa da, rəqibi rusiyalı Larisa Medvedevanı məğlub edə bilməyib. 20 yaşlı Minayə yarışın bürünc medalına layiq görülüb. Bu onun böyüklər arasında qazandığı ilk ciddi uğurdur.

    Kişilər arasında yarışda Bəhruz Quluzadə (-54 kq) və Pərviz İsgəndərov (-58 kq) ilk döyüşdə məğlub olub. Digər qadın taekvondoçumuz Patimat Abakarova (-49 kq) isə İtaliya təmsilçisi Martina Qorelliyə qalib gəlsə də, yarımfinala vəsiqə uğrunda döyüşdə rumıniyalı Liana Mustyataya məğlub olub.//oxu.az

  • “WhatsApp” messencerlər arasında öz mövqeyini itirməyə davam edir

    İlin əvvəlində “WhatsApp” messencerinin rəsmisi istifadəçi razılaşması qaydalarının “Facebook” ilə daha geniş inteqrasiya edilməsi istiqamətində dəyişdiriləcəyini elan etmişdi. Bu səbəbdən istifadəçilər alternativ messencerlər axtarmağa başlayıblar. Bu yaxınlarda dərc edilmiş hesabata görə, “WhatsApp” messenceri hələ də öz mövqeyini itirir.

    Median.Az ictnews.az-a istinadən bildirir ki, istifadəçilər “Signal” messencerini əvvəlkindən daha çox quraşdırmağa başlayıblar. İndi “Signal” messenceri dünyada yükləmələrə və aylıq aktiv istifadəçilərinin sayına görə ən sürətlə inkişaf edən proqramdır.

    “Telegram” messenceri isə aylıq aktiv istifadəçilərinin sayına görə dünyada ikinci yerdədir. “Signal” və “Telegram” mobil tətbiqlərinin yükləmələri günbəgün artır.

    “WhatsApp”ın yeni qaydaları mayın 15-dən qüvvəyə minir. Həmin qaydaları qəbul etmədikdə messencerdən tam istifadə mümkün olmayacaq.

  • В Гяндже 54-летний мужчина выбросился с крыши здания

    В Гяндже произошло самоубийство.

    Как сообщает Oxu.Az, инцидент зафиксирован на улице Фикрета Амирова. Житель города 54-летний Разим Гурбанов выбросился с крыши одного из пятиэтажных зданий.

    От полученных травм мужчина скончался на месте происшествия.

    По данному факту в Гянджинской городской прокуратуре проводится расследование.

  • Президент Латвии попал в аварию

    Автомобиль президента Латвии Эгилса Левитса попал в ДТП в Риге, глава государства не пострадал.

    Как передает Report со ссылкой на РИА Новости, об этом говорится в сообщении Канцелярии президента Латвии для СМИ.

    ДТП произошло на перекрестке улиц Маза Нометню и Лиепаяс в Риге. В Lexus LS президента Латвии врезался автомобиль его охраны.

    “В результате резкого торможения произошло небольшое столкновения Lexus и Volkswagen Touareg, в котором находилась охрана президента. Авария незначительная, президент не пострадал”, – сказано в сообщении.

    Информация о ДТП передана Госполиции, на рабочем графике президента инцидент не отразился.

  • Latviya prezidenti yol qəzasına düşdü

    Latviya prezidenti Eqils Levits Riqaa yol qəzasına düşüb.

    “Report” xəbər verir ki, bu barədə prezidentin dəftərxanası məlumat yayıb.

    Qəza, Riqanın Maza Nometnyu və Liepayas küçələrinin kəsişməsində baş verib.

    Mühafizəçilərin idarə etdiyi avtomobil içərisində prezidentin olduğu “Lexus LS” markalı nəqliyyat vasitəsinə çırpılıb.

    Qəza nəticəsində dövlət başçısı xəsarət almayıb, prezidentin iş cədvəlində təsir etməyib.

  • Vilayət Eyvazovdan yeni təyinat

    Daxili İşlər Nazirliyinin Zərdab Rayon Polis Şöbəsinə rəis müavini təyin edilib.

    “Qafqazinfo”nun verdiyi xəbərə görə, nazir, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Kürdəmir RPŞ-nin təhqiqat bölməsinin rəisi, polis mayoru İkram Əhmədov vəzifəsindən çıxarılıb.

    Nazirin digər əmri ilə mayor İ.Əhmədov Zərdab RPŞ-nin əməliyyat işi üzrə rəis müavini təyin olunub.

  • Laçına yeni yol çəkilir – VİDEO

    Zəngəzur dəhlizindən başlayan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun əsası qoyulub.

    Uzunluğu 66 kilometr olacaq yolun Xudafərin su anbarı ilə Xanlıq yaşayış məntəqəsi arasında olan hissəsində tikinti işlərinə başlanılıb.

    Yol boyu su ötürülməsi üçün borular, düzbucaqlı su keçidləri qoyulacaq. Həmçinin zəruri yerdə beş yeni avtomobil körpüsü inşa ediləcək.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Şirvanda avtomobil dəmir betona çırpılıb, sürücü xəsarət alıb

    Şirvanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin 1 may küçəsində qeydə alınıb.

    Belə ki, Sabirabad rayonunun Şıxsalahlı kənd sakini, 1997-ci il təvəllüdlü Hüseynzadə Abbas İmran oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobili ilə hərəkətdə olarkən anidən idarəetməni itirib və nəqliyyat vasitəsini yolun kənarındakı dəmir betona çırpıb.

    Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Prezident: “44 günlük müharibə bir milyondan çox azərbaycanlının iztirabına son qoydu”

    “44 günlük müharibə Azərbaycan torpaqlarının 30 il davam edən və bir milyondan çox azərbaycanlının iztirabına, şəhər və kəndlərimizin tamamilə dağıdılmasına gətirib çıxaran işğalına son qoydu. İndi əcnəbi jurnalistlər və diplomatlar işğaldan azad olunmuş ərazilərə səfər edəndə onlar görürlər ki, ermənilər hər şeyi dağıdıblar”.

    “Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 8-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edərkən bildirib.

    Dövlətimizin başçısı deyib: “Bütün şəhərlər, bütün kəndlər, tarixi və dini məkanlar, məscidlər, qəbiristanlıqlar dağıdılıb. Bu, islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür. Çünki dəfələrlə dediyim kimi, bizim şəhərlərimiz Birinci Qarabağ müharibəsi ərzində deyil, sonradan işğal dövründə dağıdılıb.

    Bu, bütün Azərbaycan və İslam irsini Azərbaycanın bu tarixi torpaqlarından silmək və həmin torpaqların mənşəyini dəyişdirmək üçün qəsdən yürüdülən siyasət idi. Mən bilirəm ki, səfirlər, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə kontakt qrupun üzvləri bu yaxınlarda işğaldan azad edilmiş ərazilərə səfər ediblər və bunu öz gözləri ilə görüblər.

    Onlar açıq bəyanatlar veriblər və biz buna görə çox minnətdarıq. İndi biz bütün dünyanın bunu görməyini, başa düşməyini istəyirik ki, bizim atdığımız addımlar haqq işi idi, beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, özünümüdafiə hüququmuza və ədalətə əsaslanırdı”.

  • Alimdən xəbərdarlıq: “Koronavirusdan sağalan uşaqların orqanlarında çatışmazlıq başlayır” – VİDEO

    Almaniyada uşaqlar koronavirusdan tam sağaldıqdan sonra tək ağciyərlərdə deyil, bütün orqanlarda çatışmazlıqla başlayan yeni sindrom tapılıb.

    Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

    “İlkin mərhələdə Britaniya ştammının uşaqlar üçün daha təhlükəli və öldürücü olması bildirilirdi. Lakin hazırda virusun məhz uşaqlarda ağırlaşma yaratması barədə yüksək səviyyədə elmi tədqiqat yoxdur. Bəzi tədqiqatlar olsa da, bu gün onlara istinad edib, ciddi narahatlıq keçirməyimizə səbəb yoxdur. Amma bu, o demək deyil ki, artıq uşaqlara görə narahat olmayaq.

    “Virusa yoluxan uşaqların hamısı sağalacaq” deyə anlayış yoxdur. Hər kəs bilməlidir ki, uşaqlar pandemiyanın daşıyıcısıdır. Böyük qismi xəstəliyi yüngül keçirsə də, müəyyən qismində ağırlaşmalar ola bilər. Sadəcə zamanında müdaxilə edilməsi ölümlə nəticələnmir” , – o bildirib.