Month: April 2021

  • Bakıda piyadanı avtomobil vurub öldürdü – FOTO

    Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az bildirir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

    Belə ki, Koroğlu metro stansiyasının yaxınlığında orta yaşlı kişi yolu keçmək istəyərkən avtomobil onu vurub. Piyada hadisə yerində keçinib.

    Faktla bağlı araşdırma aparılır.report

  • Avropa və Birləşmiş Krallıqda “AstraZeneca” peyvəndi ilə bağlı bütün məlumatlar nəzərdən keçirilir

    Avropa və Birləşmiş Krallıqda “AstraZeneca” COVID-19 peyvəndi vurduran şəxslərdə az miqdarda nadir görülən tromboembolik fəsadlara (aşağı trombositlər olan qan laxtaları) cavab olaraq, ÜST-ün Peyvənd Təhlükəsizliyi üzrə Qlobal Məsləhət Komitəsi (GAVCS), Avropa Dərman Agentliyi (EMA) və Birləşmiş Krallığın tənzimləyici qurumu (MHRA) qeydə alınan halların bu peyvənd ilə əlaqəsinin olub-olmadığını müəyyən etmək üçün mövcud bütün məlumatları nəzərdən keçirir.

    ÜST-ün Azərbaycan nümayəndəliyindən bildirilib ki, 7 aprel 2021-ci ildə sözügedən qurumlar müvafiq bəyanatlar veriblər. Onlar “AstraZeneca” peyvəndinin faydalarının çox nadir qeydə alınan potensial risklərini üstələdiyi qənaətinə gəliblər. ÜST ölkələrə milyonlarla insanın həyatını xilas edən və ağır xəstəliyin qarşısını alan “AstraZeneca” peyvəndi ilə vaksinasiya olunmağa davam etməyi tövsiyə edir.

    Bu günə qədər 190 milyon dozadan çox “AstraZeneca” peyvəndi tətbiq edilib. Trombositopeniya ilə 182 tromboembolik hadisə məruzə edilib. Qeyd edilən hallarla hər hansı bir əlaqə varsa, bu hadisə çox nadirdir və risk olduqca azdır. Bir sıra ölümcül hallar da bildirilib. Lakin müqayisə üçün qeyd edək ki, 7 aprel 2021-ci il tarixinə olan məlumata əsasən dünyada 2.86 milyon insan COVID-19-dan dünyasını dəyişib və infeksiya artmaqda davam edir.

    ÜST potensial olaraq peyvəndin səbəb olduğu və əlavə araşdırma tələb edən hadisələr barədə məlumatları aşkar etmək və riskləri idarə etmək üçün yerli qurumlar və peyvənd istehsalçıları ilə sıx əməkdaşlıq edir.

    Təhlükəsizlik bizim əsas prioritetimizdir. ÜST tövsiyələri hazırlamaq və peyvəndlərin təhlükəsiz və effektiv istifadəsini optimallaşdırmaq üçün elmi araşdırmalara əsaslanan məlumatlardan istifadə edir. Peyvəndlərin istifadəsi ilə bağlı tövsiyələrimizdə hər hansı bir dəyişiklik olarsa, şəffaf və operativ şəkildə ictimaiyyəti məlumatlandırmağa davam edəcəyik.

  • BMT Baş Assambleyasının sədrinin Azərbaycana səfəri başlayıb

    BMT Baş Assambleyasının Sədri Volkan Bozkırın Azərbaycana səfəri başlayıb.

    Bu barədə “Report”un yerli bürosuna sədrin sözçüsü Brenden Varma məlumat verib.

    O, bildirib ki, V.Bozkır Azərbaycanda Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

    İşgüzar səfər 12 aprel tarixində yekunlaşacaq.

    Qeyd edək ki, V. Bozkır BMT Baş Assambleyasının sessiyasına sədirlik edən ilk türk diplomatdır.

  • Глава МИД: Вопрос с передачей Армении военнопленных решен и закрыт

    Вопрос с передачей военнопленных решен и закрыт. В соответствии со своими обязательствами Азербайджан передал Армении всех военнопленных.

    Как сообщает Report, об этом заявил глава МИД Азербайджана Джейхун Байрамов на пресс-конференции по итогам встречи с генеральным секретарем Организации исламского сотрудничества (ОИС) Юсефом Бен Ахмед аль-Усаймином.

    “Мы показали как ответственно относимся к этому вопросу: мы передали свыше 70 военопленных Армении”, – отметил глава МИД.

    По его словам,в соответствии с трехсторонним заявлением от 9 ноября прошлого года армянской сторонебыли переданы все военнопленные, взятые во время боевых действий.

    “Для того, чтобы военные считались военнопленными они должгы быть задержаны во время военных операций. Те же кто был задержан позже в результате антитеррористической операции их можно назвать террористами, но никак не военнопленными”, – добавил Д. Байрамов.

    Он подчеркнул, что все стороны трехстороннего соглашения должны четко соблюдать свои обязательства, тогда как Армения и после подписания мирного договора осуществляет попытки отправить свои войска на азербайджанские территории.

  • Ceyhun Bayramov: “Hərbi əsirlərin Ermənistana təhvil verilməsi məsələsi artıq bağlanıb”

    “Hərbi əsirlərin qarşı tərəfə verilməsi həll edilib və bu məsələ artıq bağlanıb. Öhdəliklərinə uyğun olaraq, Azərbaycan bütün hərbi əsirləri Ermənistana təhvil verib”.

    “Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl Osaymin ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

    “Biz bu məsələyə necə məsuliyyətli olduğumuzu sübut etdik. Azərbaycan tərəfi 70-dən artıq hərbi əsiri Ermənistana təhvil verib”-deyə, nazir bildirib.

    Onun sözlərinə görə, üçtərəfli bəyanata uyğun olaraq, döyüş əməliyyatları zamanı götürülmüş bütün hərbi əsirlər Ermənistan tərəfinə təhvil verilib:

    “Hərbçilər hərbi əməliyyatlar zamanı tutulanda əsir hesab edilir. Sonradan antiterror əməliyyatı nəticəsində tutulanlara əsir deyil, terrorçu deyilməlidir. Üçtərəfli razılaşmanın bütün tərəfləri öz öhdəliklərinə ciddi şəkildə əməl etməlidir. Sülh müqaviləsi imzalandıqdan sonra Ermənistan qoşunlarını Azərbaycan ərazilərinə göndərməyə cəhd edir”.

  • Ermənilər bir-birini partladır: “Caliber” Ağdərədəki qanlı çəkişmələr barədə – VİDEO

    Erməni təslimçiləri Azərbaycan ərazisindəki “ordu” imitasiyası cəhdlərini davam etdirirlər. Onlar Qarabağ ərazisinə əsgər, silah-sursat və digər materiallar göndərməkdə israrlıdırlar. Lakin öz əməllərini bütün yalanları ilə ört-basdır etməyə çalışırlar.

    Bu barədə “Caleber”in yeni süjetində məlumat verilir.

    Süjetdə bildirilir ki, Ermənistan Müdafiə Nazirliyi öz vətəndaşlarını özgə torpaqlarında xidmət aparmağa vadar etməklə onlara qarşı, faktiki olaraq, terror siyasəti yeridir. Belə ki, bəzi hərbçilər bu siyasətə etiraz olaraq intihar edir, bəziləri isə öz zabitlərinə qarşı sui-qəsd təşkil edirlər.

    Videomaterialın müəllifləri deyilənləri konkret faktlarla sübut edir və bütün bunların Rusiya sülhməramlılarının cavabdeh olduğu ərazilərdə baş verdiyini qeyd edirlər.

    Daha ətraflı “Caliber”in süjetində:

  • İsrailə getmək istəyən turistlər üçün yeni qaydalar

    İsrail xarici vətəndaşlar üçün ölkəyə yeni giriş qaydaları tətbiq edib.

    “RİA Novosti” xəbər verir ki, ölkənin Turizm Nazirliyinin mətbuat xidməti yeni qaydaların qüvvəyə mindiyini açıqlayıb.

    Qeyd edilir ki, İsrail sərhədləri xaricdə olan və İsraildə birinci dərəcəli qohumları olan vətəndaşlar və ya daimi sakinlər üçün açıqdır. Vətəndaşlıqlarından asılı olmayaraq onlar həyat yoldaşları və övladları ilə ora getmək hüququna malikdirlər.

    Bundan əlavə, əcnəbilər ölkəyə həmçinin birinci dərəcəli qohumları (vətəndaşlar və ya daimi sakinlər) İsraildə yaşayan həyat yoldaşları və uşaqları ilə də daxil ola bilərlər.

    Həmçinin, İsrailə getmək istəyən bütün əcnəbilər peyvənd olunmaları və koronavirusdan sağalmaları ilə bağlı sənəd təqdim etməlidirlər (bir yaşınadək körpələr istisna olmaqla). Qohumluğun təsdiqi əhalinin reyestri yoxlanılaraq həyata keçiriləcək.

    Əvvəllər olduğu kimi, xarici vətəndaşların ölkəyə girişi üçün yola düşmədən 72 saat əvvəl verilən mənfi nəticəli PCR testi tələb edilir.

    Gəlişdən sonra koronavirus müalicəsi daxil olmaqla tibbi sığortanı təqdim etmək lazımdır. Eyni zamanda, özünütəcrid də tələblərə daxildir.

  • Gəncədə 54 yaşlı kişi özünü binadan ataraq intihar edib

    Gəncə şəhərində intihar hadisəsi olub.

    Median.Az xəbər verir ki, hadisə şəhərin Fikrət Əmirov küçəsində baş verib. Gəncə sakini, 54 yaşlı Razim Qurbanov həmin küçədə yerləşən 5 mərtəbəli binaların birinin damından özünü atıb.

    O, aldığı xəsarətdən hadisə yerindəcə vəfat edib.

    Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Раввин Замир Исаев: “Просто нет слов, чтобы описать увиденное в Агдаме”

    “По приглашению Управления мусульман Кавказа (УМК), во главе с его духовным лидером Аллахшукюром Пашазаде, представители всех основных конфессий Азербайджана посетили освобожденный от оккупации город Агдам. Я тоже был в числе приглашенных. То, что мы здесь увидели, заставило меня еще раз пережить те ужасающие впечатления, которые я испытал, находясь пару месяцев назад в Зангилане”.

    Об этом “СТМЭГИ Новости” рассказал директор бакинской еврейской школы № 46, заместитель главы азербайджанского филиала еврейской организации “Ваад ле-ацала” раввин Замир Исаев, комментируя поездку представителей религиозных конфессий на освобожденные территории.

    По его словам, везде царит разруха, дома полностью уничтожены, ничего целого в Агдаме не осталось.

    “Минные поля. Очень опасно выходить с дороги. Кроме того, нас ужаснуло еще одно: армяне превратили азербайджанские кладбища в пастбища, там пасли свиней, коров. Мечети использовались как хлев, там также держали свиней. Во главе с шейх-уль-исламом был проведен торжественный намаз в большой мечети города Агдам. Представители всех трех конфессий приняли участие в этом мероприятии, что еще раз доказало всему миру то, что Азербайджан – миролюбивая страна, где процветает мир среди представителей всех национальностей. А также то, что Азербайджан отстаивал свои права и освободил свои земли.

    Говоря откровенно, в таких местах человека переполняют смешанные чувства. С одной стороны, это великая победа азербайджанского народа и нашей доблестной армии во главе с Верховным главнокомандующим Президентом Ильхамом Алиевым, с другой стороны, увидев эти разрушения, в человеке разгорается сильный гнев в отношении тех людей, которые это сделали. Просто нет слов, чтобы все это описать.

    Как представитель еврейского народа я думаю, что кому как не евреям, пережившим столько ужасов и трагедий в мире, включая Холокост, не знать, что такое разрушения, изгнание из домов, что такое быть преследуемым. Поэтому мы, евреи Азербайджана, стараемся всеми силами донести правду о нашей родине до мировой общественности. Слава богу, что наши земли освобождены, конфликт остался позади. Но та картина, которую здесь можно лицезреть, останется в памяти навсегда”, – отметил З. Исаев.

  • Ravin Zamir İsayev: “Ağdamda gördüklərimi təsvir etmək üçün söz tapa bilmirəm”

    “Bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin rəhbərlik etdiyi Qafqaz Müsəlmanları İdarəsinin dəvəti ilə Azərbaycanın bütün əsas dini konfessiyalarının nümayəndələri işğaldan azad olunmuş Ağdam şəhərini ziyarət ediblər. Mən də dəvət olunanlar arasında idim. Burada gördüklərim azad edilmiş Zəngilanda bir neçə ay əvvəl olduğum zaman yaşadığım dəhşətli təəssüratları bir daha xatırlatdı”.

    Bunu 46 saylı Bakı yəhudi məktəbinin direktoru, “Vaad Le-Atsala” yəhudi təşkilatının Azərbaycan bölməsinin rəhbərinin müavini ravin Zamir İsayev stmegi.com portalına dini konfessiya nümayəndələrinin azad edilmiş ərazilərə səfərini şərh edərkən bildirib.

    Onun sözlərinə görə, hər yer viran edilib, evlər tamamilə dağıdılıb. Ağdamda bütöv heç nə qalmayıb.

    “Minalanmış sahələrin arasıyla gedərkən yoldan çıxmaq çox təhlükəlidir. Bundan əlavə, bizi daha bir hal dəhşətə gətirdi: Ermənilər Azərbaycan qəbristanlıqlarını otlağa çevirib, orada donuz və inək otarıblar. Məscidlər donuzların da saxlandığı tövlə kimi istifadə olunub. Şeyxülislamın rəhbərliyi ilə Ağdam şəhərinin Cümə məscidində təntənəli namaz qılındı. Mərasimdə hər üç konfessiyanın nümayəndələri iştirak etdilər. Bununla da, Azərbaycanın müxtəlif millətlərin nümayəndələri arasında sülhün hökm sürdüyü və çiçəkləndiyi sülhsevər ölkə olması bütün dünyaya bir daha sübut olundu. Həmçinin Azərbaycanın öz haqlarını müdafiə etməsi və torpaqlarını azad etməsi də təsdiqini tapmış oldu.

    Açığını deyim ki, bu yerlərdə insan qarışıq hisslər keçirir. Bir tərəfdən, bu, Ali Baş Komandanımız cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan xalqının, cəsur ordumuzun böyük qələbəsidir. Digər tərəfdən, kütləvi dağıntıları görən insanın qəlbində onu törədənlərə qarşı güclü bir qəzəb alovlanır. Ağdamda gördüklərimi təsvir etmək üçün söz tapa bilmirəm.

    Holokost da daxil olmaqla, dünyada bu qədər dəhşət və faciələrlə üzləşən bir xalqın nümayəndəsi olaraq düşünürəm ki, kütləvi qırğının, doğma yurdlardan, evlərdən qovulmanın, zülmə məruz qalmanın nə olduğunu yəhudilər çox yaxşı bilirlər. Buna görə də biz, Azərbaycan yəhudiləri, vətənimizlə bağlı həqiqətləri dünya birliyinə çatdırmaq üçün əlimizdən gələni edirik. Tanrıya şükür ki, torpaqlarımız azad edildi, münaqişə bitdi. Ancaq burada görülən mənzərə heç vaxt yaddaşlardan silinə bilməz”, – deyə Z.İsayev qeyd edib.